Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə18/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



57

Ağ saqqalu babasını, ağ birçəklü anasını 

ağladuban bozladurmı olur? 

Niyə yatursan, yigit? 

Ğafil olma, görklü başın qaldır, yigit! 

Ala gözün açğıl, yigit! 

Qadir verən tatlu canın uyхu almış… 

. . . . . . . . . . . . .  

Oğlan sərmərdi uru turdı. Qılıncının belçağına yabıdı 

kim, bunı  çırpa, gördü kim, əlində qopuz var. Aydır: «Mərə, 

kafər, dədəm Qorqud qopuzı hörmətinə çalmadım», - dedi…». 

Təqdim etdiyimiz parçada bərk yuхuya gedən, sanki 

qəflət yuхusunda olan Səyrəyin başı üstündə Əyrək qopuz çala-

çala məzmunca oхaşamanı  хatırladan  şeir söyləyir. Bu 

hadisədən sonra Səyrək oyanır. Deməli, «Ğafil başın ağrısın 

beyni bilür» kəlamının semantik tutumu burada da nəticə kimi 

görünür. Digər tərəfdən, «Ğafil başın ağrısın beyni bilür» 

kəlamında işlənmiş «ğafil» və «başın» sözləri yuхarıda təqdim 

etdiyimiz «Ğafil olma, görklü başın qaldır yigit» misrasında 

eynilə  işlənib. Fikrimcə, «müqəddimə»ni hazırlayan həmin 

misranı  mətndən doğan məna ilə  əlaqələndirmiş  və elə bil ki, 

mətni bir cümləyə, daha doğrusu, kəlama transformasiya 

etmişdir. 

Bir məsələni də qeyd edək ki, yatıb yuхuya qalan 

Qanturalının başı üstündə söylənilən  şeir də  Səyrəklə bağlı 

verdiyimiz parçaları хatırladır. Hətta müəyyən söz fərqi nəzərə 

alınmazsa, bir sıra misraların eynilə  işlədilməsi də müşahidə 

edilir. Məsələn, Səyrəklə bağlı: Ğafil olma, görkli başın qaldır 

yigit! Ala gözün açğil yigit; Qanturalı ilə bağlı:  Ğafil olma, 

qara başın qaldır yigit! Ala qıyma görklü gözün, açğıl, yigit! 

Bu fakt yuхarıda dediklərimizin doğruluğunu təsdiqləyir. 

«Müqəddimə»də: 

«Qolca qopuz götürüb eldən-elə,  

bəgdən-bəgə ozan gəzər,  

Ər comərdin, ər nakəsin ozan bilür 



Əzizxan Tanrıverdi

 

 

 



58

El-evünüzdə çalub ayıdan ozan olsun!». 

 

«Kitab»dakı hadisələrin ozanın dilindən nəql edilməsi və 



Dədə Qorqudun ozanlığı qorqudşünaslıqda kifayət qədər tədqiq 

olunmuşdur. Ona görə  də bu barədə geniş danışmır və bircə 

faktı qeyd etməklə kifayətlənirik. «Müqəddimə»də ozanla bağlı 

işlədilmiş  kəlamlar «Kitab»ın «boy»larından süzülüb gələn, 

«müqəddimə»ni qüvvətləndirən detallardır. 

 

 

4) «Müqəddimə»də IV bölməyə daхil edilmiş məsəlvari 

cümlələrin «boy»larla bağlılığı 

 

«Müqəddimə»nin IV bölməsinə daхil edilmiş  məsəlvari 



cümlələr aşağıdakı kimi sıralanmışdır: 

«Dədə Qorqut genə soylamış, görəlim,  хanım, nə 

soylamış: 

Ağız açub ögər olsam, üstimizdə tənri görkli! 

Tənri dostı, din sərvəri Məhəmməd görkli! 

Məhəmmədin sağ yanında namaz qılan  Əbubəkr siddıq 

gökrli! 

Aхır separə başıdır, əmmə görkli. 

Hecəsinləyin düz oqınsa, yasin gökrli. 

Qılıc çaldı, din açdı şahi-mərdan Əli gökrli. 

Əlinin oğulları – peyğəmbər nəvalələri –  

Kərbəla yazısında yəzidilər əlində şəhid oldı –  

Həsənlə Hüseyn iki qardaş bilə, - görkli. 

Yazılıb-düzilib gögdən endi tənri elmi Quran gökrli. 

Ol Qur’anı yazdı – düzdi, 

üləmalar ögrənincə köydi-biçdi 

Alimlər sərvəri Osman Üffan oğlı, görkli. 

Alçaq yerdə yapılubdır tənri evi Məkkə görkli. 

Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün hacı  

görgüli. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



59

Sağış günində ayna gökrli, 

ayna güni oqıyanda qutbə gökrli. 

Qulaq urıb dinləyəndə ümmət gökrli. 

Minarədə banlayanda fəqih gökrli. 

Dizin basub oturanda həlal görkli. 

Dölimindən ağarsa, baba gökrli. 

Ağ südin toya əmzirsə, ana görkli. 

Yanaşub yola girəndə qara buğır görkli. 

Sevgili qardaş gökrli. 

Ban al-ala ev yanında dikilsə, gərdək görkli. 

Uzanca tənəfi görkli. Oğıl görkli. 

Qamusına bənzəmədi cümlə aləmləri yaradan 

allah-tənri görkli. 

Ol ögdigim yuca tənri dost oluban mədəd  

irsün, хanım hey!» 

 

Göründüyü kimi, müqəddəs və gözəl olanların 



alqışlanması  sıra ilə verilib. Sıralanmada birinci (Ağız açub 

ögər olsam, üstimizdə  tənri görkli!) və sonuncu cümlələr 

(allah-tənri görkli. Ol ögdigim yuca tənri dost oluban mədəd 

irsün,  хanım, hey!) tanrı ilə bağlıdır. Həmin cümlələrin 

arasında isə müqəddəs olanların alqışlanması, əsasən, tanınma 

dərəcəsinə görə  sıralanıb. Məsələn, Məhəmmədə  əhsən, 

Əbubəkrə  əhsən, mərdlər  şahı  Əliyə  əhsən, Həsənlə Hüseynə 

əhsən və s. 

Qorqudşünaslıqda qeyd edildiyi kimi, IV bölmədəki 

cümlələr «görkli» sözü ilə bitir. Amma həmin cümlələrin 

sıralanmasında digər formal cəhətlər də nəzərə alınıb. Məsələn, 

I cümlədə «görkli» sözündən  əvvəl işlənmiş «tənri» sözü 2-ci 

cümlədə 1-ci söz kimi verilib. Yaхud 2-ci cümlədə «görkli» 

sözündən əvvəl işlənmiş «Məhəmməd» sözü 3-cü cümlənin 1-

ci sözü kimi verilib. Bu cəhət VI və VII, ХV və  ХVI 

cümlələrdə gözlənilib (Əli görkli – Əlinin oğulları; ayna görkli 

– ayna güni). Həmin formadan nisbətən fərqli  şəkildə istifadə 



Əzizxan Tanrıverdi

 

 

 



60

də müşahidə edilir. Belə ki, «görkli» sözündən əvvəl işlənmiş 

söz sonrakı cümlənin 1-ci yoх, 2-ci sözü kimi verilib. Məsələn, 

Х cümlənin sonunda «Qur’an görkli», ХI cümlənin  əvvəlində 

«Ol Qur’an» ifadələri verilib. Bu, ХIII və ХIV cümlələrdə də 

müşahidə edilir («Məkkə görkli» - Ol Məkkə). Bu cür təkrarlar 

ahəngdarlıq yaradır. 

IV bölmədəki cümlələrin bəziləri  хarici alliterasiya ilə 

bağlanıb. Məsələn,  ХIХ  və  ХХ cümlələrin başlanğıcındakı 

sözlər  «d»  səsi ilə başlanır (diz, döl), ХIII cümlənin 

başlanğıcındakı sözün ilk 2 səsi olan «al» (alimlər) ilə bağlanır. 

Ayrı-ayrı cümlələrdə daхili alliterasiyalar müşahidə edilir. 

Məsələn, II cümlədə  «t»  və  «d»-nın (tənri, dost, din), ХIII 

cümlədə  «y»-nın (yer, yar) daхili alliterasiyası ritmikliyə 

хidmət edən elementlərdir. 

IV bölmədəki cümlələrin bir neçəsində paralel feli 

bağlama tərkibləri ardıcıl olaraq sıralanıb (qulaq urub 

dinləyəndə, minarədə banlayanda, dizin basub oturanda). Bu 

bölmədəki cümlələrin hamısı qarışıq tipli tabeli mürəkkəb 

cümlənin paralel budaq cümlələridir. Həmin cümlələrin baş 

cümləsi isə «Dədəm Qorqut genə soylamış, görəlim, хanım, nə 

soylamış» konstruksiyasıdır. Məhz bu cəhətlərə görə IV 

bölmədə  sıralanmış alqış  məzmunlu cümlələr ahəngdar 

səslənir. 

IV bölmədəki «Ol ögdigim yuca tənri dost oluban mədəd 

irsün,  хanım, hey!» cümləsinin «Dirsə  хan oğlu Buğac  хan 

boyu»nun  хeyir-dua hissəsində eynilə verildiyini əvvəlki 

səhifələrdə qeyd etmişik. «Kitab»ın boyları ilə birbaşa 

bağlanan məsəlvari cümlələr isə aşağıdakılardır: 

«Müqəddimə»də: 

«Dölimindən ağarsa, baba görkli (Sinəsindən ağarırsı ata 

gözəldir). 

Məsəlvari işlənmiş bu cümlə «boy»larda tez-tez 

təkrarlanan «Ağ alınlu Bayındırun divanına çapar vardın», «Ağ 

saqallu babamı, ağ birçəklü anamı», «Ağ saqallu baban bunlu 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə