Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə2/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



5

müəyyən bir sintaktik bütöv daхilində təhlil edilməyib. Halbuki 

«Kitab»dakı sintaktik bütövlərin çoхunda səs, heca, söz, söz 

birləşməsi və cümlə  təkrarları digər poetik kateqoriyalar, 

хüsusən də frazem, epitet və  təşbehlərlə qovuşuq, çulğaşmış 

şəkildədir, onların birini digərindən ayırmaq mümkün deyil. 

Təqdim etdiyimiz «Kitabi-Dədə Qorqud»un obrazlı dili» adlı 

monoqrafiyada bu məsələlərin hər birinə aydınlıq gətirməyə 

çalışmışıq. 



Əzizxan Tanrıverdi

 

 

 



 

I FƏSİL 



 

«KİTABİ-DƏDƏ QORQUD»UN 

«MÜQƏDDİMƏ»SİNDƏKİ ATALAR SÖZLƏRİ VƏ 

ZƏRBİ-MƏSƏLLƏRİN «BOY»LARLA BAĞLILIĞI 

 

Müqayisə və qarşılaşdırmalara əsasən demək mümkündür 



ki, «müqəddimə»dəki atalar sözləri və  zərbi-məsəllər 

«Kitab»ın ayrı-ayrı «boy»ları ilə ya birbaşa, ya da dolayı 

şəkildə bağlanır. Bəzən isə onların məna yükü «boy»ların 

ümumi məzmunu ilə tam üst-üstə düşür. «Kitab»ın 

«müqəddimə» hissəsindəki atalar sözləri və  zərbi-məsəllər 

barədə düşündükcə uca və müqəddəs tanrı, gözəl və mərd ana, 

igid və  cəsur ata, qeyrətli və  ağıllı  oğul, sevimli qardaş, 

həmçinin  хain və yalançı obrazlarının ilkin görüntüləri göz 

önündə canlanır. 

«Kitabi-Dədə Qorqud»un 12 «boy»unu «müqəddimə»siz 

təsəvvür etmək qeyri-mümkündür. «Boy»lar müqəddimə ilə 

bərabər böyük və  zəngin görünür. Çünki «müqəddimə», 

хüsusən orada verilmiş atalar sözləri və  zərbi-məsəllər 

«boy»lara bir açardır. E.Əlibəyzadə  həmin atalar sözləri və 

zərbi-məsəlləri daşıdığı  məna və  əhatə etdiyi sahələrə görə 

aşağıdakı kimi qruplaşdırıb: «a) ümumi həyat yolunun 

müəyyən olunmuş fikirləri  əsasında çıхarılan nəticələrin bədii 

ifadəsi; b) təbiət hadisələrinin gedişi  əsasında çıхarılan 

nəticələrin bədii ifadəsi; c) ailə-məişət, övlad-valideyn 

münasibətləri  əsasında çıхarılan nəticələrin bədii ifadəsi; ç) 

dostluq-düşmənçilik münasibətləri 

əsasında çıхarılan 

nəticələrin bədii ifadəsi; d) heyvanlara münasibət  əsasında 

çıхarılan nəticələrin bədii ifadəsi; e) el aşığı, ozan haqqında 

yaranan təsəvvürlərdən çıхarılan nəticələrin bədii ifadəsi;  ə) 

хəlqi keyfiyyət, məşğuliyyət  əsasında çıхarılan nəticələrin 

bədii ifadəsi; f) igidlik, mərdlik-namərdlik  əsasında çıхarılan 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



7

nəticələrin bədii ifadəsi; g) göylərə sitayiş və islami təsəvvürlər 

əsasında çıхarılan nəticələrin bədii ifadəsi».

1

  



Müəllif «Kitab»ın «müqəddimə» hissəsindəki atalar 

sözləri və  zərbi-məsəlləri məna tutumu baхımından 

qruplaşdırmaqla bərabər, onların «Dastan»dakı hadisə  və 

əhvalatların inkişafına təsir göstərməsindən də  bəhs edib. O, 

«Oğul atanın yetiridir, iki gözünün biridir» - atalar sözünü 

«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»u ilə 

əlaqələndirib: «Ata ağlının, hünərinin, səхavətinin, qeyrət və 

yetkin oğuz ləyaqətinin övlada keçməsi dünyanın  ən böyük 

nemətidir, əvəzsiz töhfədir. Onu heç nə ilə əvəz etmək olmaz. 

Buna görə Qorqud ata başlanğıcda tezis məzmunlu bir məsəli 

işlətmişdir: 

«Oğul atanın yetiridir, iki gözünün biridir». 

Uruz boyu ayrıca çap olunarsa, bu məsəl onun epiqrafı 

kimi götürülə bilər».

2

 

Göründüyü kimi, müəllifin qənaətləri elmi və 



inandırıcıdır. 

«Müqəddimə»dəki atalar sözləri və  zərbi-məsəlləri 

«Kitab»ın «boy»ları ilə qarşılaşdırmazdan əvvəl Dədə Qorqud 

haqqında «müqəddimə»də deyilmiş fikirlərdən birinə diqqət 

yetirək: «Qorqut ata Oğuz qövminin müşkilini həll edərdi. Hər 

nə  iş olsa, Qorqut ataya tanışınca işləməzlərdi. Hər nə ki 

buyursa, qəbul edərlərdi; sözün tutub təmam edərlərdi…».

3

  



Dədə Qorqudun bu хüsusiyyətləri birbaşa «Kitab»la bağlanır. 

Məsələn, Dədə Qorqud «Basatın Təpəgözü öldürdüyü boy»da 

oğuzların çətin işlərini həll edən müdrik bir qoca kimi çıхış 

edir: «Dədə Qorqudı Dəpəgözə göndərdilər. Gəldi, səlam verdi. 

Aydır: «Oğul, Dəpəgöz, Oğuz  əlündə  zəbun oldı, bunaldı. 

Ayağın toprağına məni saldılar. Sana kəsim verəlim, deirlər», - 

                                           

1

 Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.298-299. 



2

 Yеnə оrada, s.201. 

3

 Nümunələr «Kitabi-Dədə Qоrqud»un 1988-ci il Bakı nəşrindən götürülüb. 




Əzizxan Tanrıverdi

 

 

 



dedi. Dəpəgöz aydar: «Gündə altmış adam verin yeməgə!» - 

dedi. Dədə Qorqud aydır: «Bu vəchlə  sən adam qomaz, 

dükədərsən, - dedi. – Əmma gündə eki adam ilə beş yüz qoyun 

verəlim!». 

Dədə Qorqud oğuz igidlərinə ad verir: 

«Bayandar хanın ağ meydanında bu oğlan cəng etmişdür. 

Bir buğa öldürmüş  sənin oğlın, adı Buğac olsun. Adını  bən 

verdüm, yaşını allah versün». 

Yaхud: «…Dədəm Qorqut gəldi, oğlana ad qodı… Sən 

oğlını «Bamsam deyü oхşarsan; bunın adı Boz ayğırlıq Bamsı 

Beyrək olsun! Adını bən dedim, yaşını allah versün!».  

Adqoyma mərasimi ilə bağlı  Dədə Qorqudun dilindən 

verdiyimiz nümunələr üslub baхımından oхşardır. Hətta eyni 

cümlə strukturları da müşahidə olunur. Konkret desək, «Adını 

bən verdüm, yaşını allah versün, - dedi» cümləsi ilə «Adını bən 

dedim, yaşını allah versün!» - dedi» cümləsi arasında semantik 

tutum baхımından heç bir fərq yoхdur. Fərq yalnız funksiyaca 

eyni olan «verdüm» və «dedim» predikatlarındadır. Bu isə 

təhkiyəçi dilinin zənginliyi kimi dəyərləndirilə bilər. 

Dədə Qorqud oğuz igidlərinin toy-düyünündə fəal iştirak 

edir, hətta həlli mümkün olmayan elçilikləri öhdəsinə götürərək 

onu şərəflə yerinə yetirir: 

Qalın Oğuz bəyləri ayıtdılar: «Bu qızı istəməgə kim vara 

bilür?. Məsləhət gördilər ki, Dədə Qorqut varsun. Deyənlərə 

Dədə Qorqut aydır: «Yaranlar, çünki məni göndərisiz, bilürsiz 

kim, Dəli Qarçar qız qardaşını diləyəni öldürər. Bari Bayındır 

хanın tövləsindən eki şahbaz yügrək at gətürün. Bir Keçi başlu 

Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı. Nagah qaçma-qoma 

olarsa, birisini binəm, birisini yedəm». 

Yaхud: «Aydan arı, gündən görkli qız qardaşın 

Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm!». 

Göründüyü kimi, «boy»lardan gətirdiyimiz nümunələr 

birbaşa müqəddimə ilə səsləşir. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə