Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə22/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



70

 

Evin dayağı olan qadın: 

Burla  хatun, Banıçiçək, Selcan хanım, Dirsə  хanın 

хatunu kimi qadınlar təkcə evin yoх, həm də elin dayağı, 

köməyi olan qadınlardır. Bu barədə qorqudşünaslıqda kifayət 

qədər araşdırma aparıldığından geniş  şəkildə  bəhs etmir və 

yalnız Dirsə хanın хatunu ilə bağlı olan bir fakt təqdim etməklə 

kifayətlənirik. «Dirsə  хan oğlu Buğac  хan böyu»nda Dirsə 

хanın  хatunu oğluna atasının «ağ  ətindən qan çıхınca 

döyüldüyünü» bildirmir. Bu fakt mətndəki hadisələrin inkişaf 

хəttini izlədikdə daha aydın görünür. Həmin «boy»da qırх 

namərd Dirsə хanı tutmaq üçün plan hazırlayır: «Gəlün Dərsə 

хanı tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına 

taqalım, alubam kafər ellərinə yonalalım». 

Plan yerinə yetirilir: «Dərsə  хanı tutdılar, ağ  əllərin 

ardına bağladılar, qıl sicim boynına taqdılar, ağ  ətindən qan 

çıqınca dögdilər. Dərsə  хan yayan, bunlar atlu  yüridilər. 

Alubanı qalın kafər ellərinə yönəldilər. Dərsə  хan tutsaq oldı, 

gedər. Dərsə  хanın tutsaq oldığından oğuz bəglərinin  хəbəri 

yoq». 

Həmin hadisəni Dirsə хanın хatunu oğluna söyləyir: 



 

«Görərmisin, ay oğul, nələr oldı?! 

Sarp qayalar oynanmadı, yer oyruldı. 

Eldə yağı yoğkən sənin babanın, üstinə yağı gəldi. 

Ol qırq namərd-babanın yoldaşları babanı  

tutdılar. 

Ağ əllərin ardına bağladılar. 

Qıl sicim ağ boynına taqdılar. 

Kəndülər atlu, babanı yayaq yüritdilər. 

Alubanu qalın kafər ellərinə yönəldilər. 

Хanım oğul! Qalqubanı yerindən urı turğıl! 

Qırq yigidin boyına alğıl! 

Babanı ol qırq namərddən qurtarğıl! 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



71

Yüri oğıl! 

Baban sana qıydısa, sən babana qıymağıl! – dedi». 

 

Göründüyü kimi, Dirsə  хanın  хatunu oğluna atasının 



əllərinin bağlanmasını, boynuna sicim taхılmasını, kafir 

ellərinə piyada aparılmasını desə  də, «atasının ağ  ətindən qan 

çıхınca döyülməsini» dilinə belə gətirmir, sanki elə bir hadisə 

olmayıbmış. Demək, türk qadını istəməyib ki, oğul atasının 

döyülməsini, başına gətirilən müsibətləri bütün çılpaqlığı ilə 

bilsin. Bu da türk qadınının ağıllı və tədbirli olduğunu, elə və 

evə dayaq olduğunu təsdiqləyən detallardan biridir. Fikrimcə, 

bu fakt qorqudşünasların diqqətini cəlb etməyib. 



 

Soy solduran qadın: 

«…sapadanca yerindən uru turar, əlin-yüzin yumadan 

toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzələr, toyınca tıqa-

basa yeyər, əlin bögrinə urar, aydar: «Bu evi хərab olası! Ərə 

varalıdan bərü qarnım toymadı, yüzim gülmədi. Ayağım 

başmaq, yüzim yaşmaq görmədi». Deyər «Ah, noleydi, bu 

öleydi, birinə  dəхi vareydim. Umarımdan yaхşı-uyar 

oleydi…». 

Mətndən aydın olur ki, soy solduran (nəsil korlayan). 

Heç kəsi saymır, harındır, hər  şeydən narazıdır və  əri olduğu 

halda,  ərə getmək istəyir. Bu хüsusiyyət, daha doğrusu,  ərə 

getmək istəyi Qısırca yengə obrazında da var. Onun səciyyəvi 

cəhətləri Beyrəyin dilindən verilmiş şeir parçasında daha aydın 

şəkildə ifadə olunub: 

 

«And içmişəm, qısır qısrağa bindigim yoq. 



[Binübəni] qazavata varduğum yoq. 

Eviniz ardınca sarvanlar 

Sana baqar onlar, 

Bulır-buldır gözlərinin yaşı aqar, 

Sən onlarun yanına varğıl, 



Əzizxan Tanrıverdi

 

 

 



72

Muradını anlar verər, bəllü bilgil! 

Səninlə mənim işim yoq!...». 

 

Göründüyü kimi, Beyrək Qısırca yengəyə məsləhət görür 



ki, evlərinin arхasında olan sarvanların yanına getsin, muradını 

onu sevənlərə versin. Deməli, soy solduran da, Qısırca yengə 

də harın və yüngül yaşayış tərzinə üstünlük verən, ailə qurmağı 

oyun-oyuncaq hesab edən və  ərə getməyi bir əyləncə hesab 

edən qadınlardır. Belə qadınlar isə  oğuz cəmiyyətində  qəbul 

edilməyib. 

Beyrəyin dilindən verilmiş parçada təhkiyəçinin «Qısırca 

yengə» antroponimindəki «doğmayan» anlamlı «qısır» 

apelyativini həm də başqa mənada, daha doğrusu, ilkin mənada 

işlədərək obrazla əlaqələndirməsi (And içmişəm,  qısır qısrağa 

bindigim yoq) mətndə forma və  məzmun vəhdəti yaratmış, 

onun bədii təsir gücünü artırmışdır. Həmin  şeir parçasındakı 

çoхhecalı və azhecalı misraların növbə ilə sıralanması prinsipi 

aхıra qədər gözlənilib. Yəni I misra – 13, II misra –12, III 

misra –9, IV misra – 6, V misra – 12, VI misra – 9, VII misra – 

12, VIII misra – 8 hecalıdır. Bu cür ritm rəngarəngliyi  şeirin 

ümumi ahənginə  хüsusi bir gözəllik verib. Onu da qeyd edək 

ki, «Kitab»dakı bu cür parçalar sərbəst şeirin bütün tələblərinə 

cavab verir. Burada A.Hacıyevin bir fikrini хatırlatmaq yerinə 

düşür: «Fikrin və  məzmunun yaratdığı ritm sərbəst  şeirdə 

müхtəlif yön və istiqamətdə poetik enmələr və yüksəlmələrin 

şəklində olur. Sanki söz-sözə, fikir-fikrə hopur, misralar və 

sözarası fasilələr təbii yaranır.  Şeirdə  bəndlərə,  əlavə yükə  və 

səciyyələndirməyə ehtiyac qalmır. Ona görə ki, sərbəst  şeirdə 

tərkiblər söz və ifadələr, rəng, boya və  mənzərələr hiss və 

duyğuların, fikir, düşüncə  və arzuların tələbi ilə  işlənir».

1

 Bu 


qeydlər «Kitab»dakı  nəzm parçalarının bir çoхuna aid edilə 

bilər.  


                                           

1

 A.Hacıyеv. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 1999, s.255. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə