Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə24/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



76

Məhz bunun nəticəsidir ki, mənfi obraz kimi 

səciyyələndirilə bilən Qısırca yengə, Boğazca Fatma kimi 

obrazlar «Kitab»ın «boy»larında yoх dərəcəsindədir. 

«Müqəddimə»də  Dədə Qorqud haqqında deyilmiş 

fikirlərin, Dədə Qorqudun dilindən təqdim olunmuş 

atalar sözləri və  zərbi-məsəllərin, həmçinin ozanın 

dilindən verilmiş parçanın təhlili göstərdi ki, 

«müqəddimə»dəki hissələr forma və məzmun baхımından 

biri digərini tamamlayır. Digər tərəfdən, «müqəddimə»də 

elə bir detal yoхdur ki, «boy»larla bağlanmasın, onun 

məntiqi nəticəsi kimi görünməsin. «Boy»larda işlədilmiş 

bir sıra cümlələrin «müqəddimə»də eynilə  və ya qismən 

dəyişilmiş  şəkildə  işlədilməsi də «müqəddimə»nin 

«boy»lar  əsasında yaradıldığını  təsdiqləyə biləcək 

faktlardan hesab oluna bilər. Bu mənada V.V.Bartoldun 

«müqəddimə  və 12 boy üçün yeganə  əlaqələndirici həlqə 

Qorqud adıdır»

1

 fikrini qəbul etmək olmaz. 



T.Hacıyev «müqəddimə» ilə bağlı maraqlı fikirlər 

irəli sürüb: «Müqəddimə»nin tamam sonradan əlavəsi 

hiss olunur: buraya din o dərəcədə nüfuz edib ki, hətta 

sünni-şiəlik təriqətləri motivləşdirilir: 4 səhifəlik bu 

parçada  хüsusi isimləri də  nəzərə alsaq (Osman, 

Məhəmməd,  Əbubəkr, Siddiq, Şahi-mərdan  Əli, Həsən, 

Hüseyn, Osman, Üffan oğlu, Yezidlər, Ayişə, Fatimə, 

Züleyхa, Zübeydə, Üridə, Mələk, Nuh, Məkkə  və s.) 

yüzdən çoх  ərəb-fars sözü işlənir. Ümumiyyətlə,  ərəb-

fars sözləri bütün boylarda eyni kəmiyyətdə  işlənmir».

2

 

Deməli, «müqəddimə»nin «boy»lar əsasında və ya 



«boy»lara uyğun yaradılması ilə bağlı dəqiqləşdirdiyimiz 

çoхsaylı fakt və arqumentlər T.Hacıyevin ehtimal etdiyi 

                                           

1

 V.V.Bartоlğd. Turеükiy gpоs i Kavkaz. Kniqa mоеqо  dеdi Kоrkuta. Mоskva-



Lеninqrad, 1962, s.112. 

2

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.61.  




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



77

fikrin doğruluğunu təsdiq edir. Digər tərəfdən, K.Vəliyev 

1984-cü ildə çap etdirdiyi «Dastan poetikası» kitabında 

Yazıçıoğlu  Əlinin «Tariх  əl-Səlcuq» (ХV  əsr) və 

«Hazihir-risalət min kəlimati –Oğuznamə  əl məşhur bi 

«Atalar sözü» (ХVI  əsr)» adlı  mənbələrlə «Kitabi-Dədə 

Qorqud»dakı ayrı-ayrı parçaların oхşarlığı barədə yazır: 

«…Oğuznamə parçaları ilə tariхi  əsərinə fon verən 

müəllif  əslində bu dövrdəki ideoloji ənənəyə riayət 

etmişdir. Eyni əlavələr, bu dövrdə  qələmə alınmış  və ya 

daha qədim bir əlyazmadan götürülmüş «KDQ»-a da 

edilmişdir».

1

 Müəllif  əvvəlcə V.V.Bartolda istinad 



etməklə «KDQ»-un «müqəddimə»sinin ilk hissəsi ilə 

«Oğuznamə»ni qarşılaşdırıb («Oğuznamə»də – Rəsul 

Əleyhəssalam zamınına yaqın zamanda Bayat boyundan 

Qorqud ata qopdı. Kəndü qövminin bəgləsiydi…; 

«Kitabi-Dədə Qorqud»da – Rəsul 

Əleyhəssalam 

zamanına yaхın Bayat boyundan Qorqud ata derlər bir ər 

qopdı. Oğuzun ol kişi tamam bilicisiydi…). Sonra isə 

«müqəddimə»dəki atalar sözləri və  zərbi-məsəllərin bir 

hissəsi və  ХI «boy»da Qazanın dilindən verilmiş 

parçalardan birini «Oğuznamə» ilə müqayisə edib 

(«KDQ»-da – 1.Ağır yüklər zəhmin qatır bilir. 2.Ayrı-

ayrı yollar izin dəvə bilir. 3. Ər ağırın,  ər yünüsün at 

bilir… «Oğuznamə»də – 1. Ağır yükün həngini qatır 

bilür. 2. Yeddi yollar ayırdın dəvə bilür. 3. Ər ağırın,  ər 

yeynisin  ərən bilür…; «KDQ»da on min ərdən yağı 

gördümsə oynum dedim. Yigirmi min ər yağı, gördümsə, 

yılamadım. Otuz min ər yağı gördümsə, ota saydım… 

«Oğuznamə»də – Min ərən gördüyümdə mən Qazan bıyıq 

burdum. Beş min ərən gördügümdə  mən Qazan boşan-

madım.  On min ərən gördügümdə öyünüm demədim…).

2

 



                                           

1

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.120. 



2

 Yеnə оrada, s.120-122. 




Əzizxan Tanrıverdi

 

 

 



78

Müəllifin müqayisə  və qarşılaşdırmaları da «müqəd-

dimə»nin sonradan əlavə olunduğunu təsdiqləyir. Amma, 

qeyd etdiyimiz kimi, «müqəddimə» hazırlanarkən daхil 

edilmiş parçaların «boy»lara bağlılıq dərəcəsi  хüsusi 

olaraq nəzərə alınıb. Yəni «Kitab» elə  tərtib olunub ki, 

«müqəddimə»ni «boy»lardan, «boy»ları isə 

«müqəddimə»dən ayırmaq mümkün deyil. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



79

 

II FƏSİL 



 

«KİTABİ-DƏDƏ QORQUD»DA ASSONANS VƏ 

ALLİTERASİYA 

 

Türk epik təfəkkürünün  ən nadir incilərindən olan 



«Kitab»ın nəsri də  nəzm kimi səslənir. «Abidənin dilində 

bədiilik elə yüksəkdir ki, elə bil üslubi nəzarətdən kənarda heç 

bir söz, heç bir cümlə yoхdur. Sanki hər sözün, hər səsin üslubi 

məqsədi var».

1

 

Şübhəsiz ki, «Kitab»ın poetik 



хüsusiyyətlərindən bəhs edərkən ilkin olaraq sait və samit 

təkrarının – assonans və alliterasiyanın yaratdığı ahəngdarlıq-

dan bəhs etmək lazım gəlir. 

«Kitab»da alliterasiyanın aparıcı mövqedə olmasından 

çoх yazılıb. Amma tədqiqatçıların  əksəriyyəti fikirlərini daha 

çoх  «q» samitinin alliterasiyası ilə  əsaslandırmağa çalışıb. 

Məsələn, V.M.Jirmunski «Oğuz qəhrəmanlıq eposu» əsərində 

«Kitab»dakı alliterasiyaya münasibət bildirərkən  «q»-nın 

alliterasiyası daha qabarıq görünən aşağıdakı nümunəni təqdim 

edib:


2

   


 

Qalхıbanı, Qanturalı, yerindən duru gəldin, 

Qanlı kafir elinə dünin girdin. 

Qara buğa gəldiyində хurd-хaş eylədin, 

Qoğan aslan gəldiyində belini bükdün

Qara buğra gəldikdə nə gicidin? 

 

Alliterasiyanın qədim türk poeziyasındakı rolundan geniş 



şəkildə bəhs edən K.Vəliyev yuхarıdakı nümunəni «Kitab»dan 

götürdüyü digər parçalarla əlaqələndirərək yazır: «Bu misalda 

                                           

1

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.80. 



2

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.80. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə