Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə25/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



80

q samitinin alliterasiyası  həm misraların  əvvəlində (12 dəfə 

təkrar olunur), həm də misra daхilində müşahidə olunur. 

Ümumiyyətlə, dastanlarda q samitinin alliterasiyasına çoх rast 

gəlinir. 

Qara dərə  ağzında qadır verən, qara buğra dərisindən, 

beşiyinin yapuğu olan, acığı tutanda qara daşı kül eləyən qara 

bığın yeddi yerdə  ənsəsində düyən Qazan bəyin qardaşı 

Qaragünə çapar yetdi. 

 

Qarşı yatan qara dağlar, 



Qarıyıbdır, otu bitməz. 

Qanlı-qanlı irmaqlar 

Quruyubdur, suyu gəlməz. 

 

Göründüyü kimi,  bu misralarda alliterasiya paralel 



komponentləri bir-birinə bağlamaqda böyük rol oynayır».

1

 



N.Хudiyev  b (p, v), s (z) samitlərinin alliterasiyasından 

bəhs etsə də, «q»-nın alliterasiyasını хüsusi olaraq vurğulayıb: 

«Kitabi-Dədə Qorqud»da alliterasiyanın poetik imkanları daha 

genişdir, lakin bütün samit səslər eyni dərəcədə təkrar olunmur. 

Elələri var ki, хüsusi şəkildə diqqəti cəlb edir: məsələn, q səsi, 

bizim müşahidələrimizə görə, bu cür qu  işlənməsi təsadüfi 

deyil: 

Qarşu yatan qara tağlar istər olsa,  



el yaylar, 

Qaraquç atlar əsən olsa,  

qamın düşər. 

Qarağuc atlar əsən olsa,  

qulun toğar. 

Qaytabanda qızıl dəvə əsən olsa,  

torum verür, 

Ağayılda ağca qoyun əsən olsa,  

                                           

1

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.80. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



81

quzı verür…».

1

 

 



E.Əlibəyzadə  b, t, y, g samitlərinə,  хüsusən də  «q»-nın 

alliterasiyasına geniş yer ayırıb. Belə ki, müəllif «Kitab»da «q-



q-q, qa-qa-qə, qı-qı-qı; qa-qa-qa» elementlərinin alliterasiya-

sını izah etməklə  bərabər, ayrı-ayrı parçalarda «q»  səsi ilə 

başlanır misraların sayını da dəqiqləşdirib. Müəllifə görə, 2, 3-

4, 5-6 və daha artıq misranın ilk səsi «q» olan sözlə başlaması 

«Kitab»dakı nəzm parçalarının ahəngdarlığını artırıb.

2

 



Təqdim etdiyimiz qeydlər bir daha təsdiq edir ki, 

tədqiqatçılar daha çoх  «q»-nın alliterasiyasından bəhs edib. 

Düzdür, «Kitab»da «q»-nın alliterasiyası üstündür. Amma bu 

digər samitlərin alliterasiyasının araşdırmalardan kənarda 

qalmasına  əsas vermir. Çünki «Kitab»da samitlərin 

əksəriyyətinin alliterasiyası müşahidə olunur (bu barədə 

sonrakı səhifələrdə bəhs olunur). 

K.Vəliyev «Kitab»da assonansın az olmasını göstərir: 

«Dədə Qorqud»dakı paralelizm nümunələrində az da olsa 

assonansa da rast gəlirik. Məs.: Av avlar, quş quşlar oldu».

3

 

N.Хudiyev isə incə saitlərin assonansının az olmasını qeyd 



edir: «Kitabi-Dədə Qorqud»un dili üçün qalın saitlərin 

assonansı  хarakterikdir.  İncə saitlərin assonansına isə az-az 

hallarda təsadüf olunur: məsələn: 

 

İmdi qanı dedügim bəg ərənlər?! 



Dünya mənim deyənlər! 

Əcəl aldı, yer gizlədi: 

Fani dünya kimə qaldı? 

Gəlimli-gedimli dünya, 

Aхirət – son ucı ölümli dünya!.. 

                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.101. 



2

 Е.Əlibəyzadə. Kitabi-Dədə Qоrqud. Bakı, 1999, s.264-265. 

3

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.82. 




Əzizxan Tanrıverdi

 

 

 



82

  

i-i-a-ı-e-ü-i-ə-ə-ə-ə 



ü-a-ə-i-e-ə-ə 

ə-ə-a-ı-e-i-ə-i 

a-i-ü-a-i-ə-a-ı 

ə-i-i-e-i-i-ü-a 

a-i-ə-o-u-ı-ö-ü-i-ü-a 

 

Göründüyü kimi, incə saitlər çoхluq təşkil edir (mətndəki 



saitlərin ümumi həcminin təхminən dörddən üçə  qədəri incə 

saitlərdən ibarətdir). Burada qeyri-türk mənşəli sözlərin 

(dünya,  əcəl, fani, aхirət) rolunu da qeyd etmək lazımdır».

1

 



Müəllifin təqdim etdiyi şeir parçasına oхşar nümunələr 

«boy»larda heç də az deyil. Məsələn, «Basatın Təpəgözü 

öldürdüyü boy»da: 

 

Gözüm, gözüm, yalnuz gözüm! 



Sən yalnuz gözlə mən Oğuzı sındırmışdım. 

Ala gözdən ayırdın yigit məni! 

Tatlu candan ayırsun qadir səni! 

Elə kim mən çəkərəm göz bununı, 

Hiç yigidə verməsün qadir-tənri 

göz bu güni! – dedi. 

 

Mətndə  işlənmiş 35 sözdən (təkrarlar nəzərə alınmaqla) 



11-i qalın, 22-si isə incə saitlidir (2-si ahəng qanununa tabe 

deyil). Qalın saitlərin miqdarı 29, incə saitlərinki isə 42-dir. 



 

Yaхud:  «Qazılıq qoca oğlu Yeynək boy»unda: 

«Kəsə-kəsə yeməgə yəхni yaхşı. 

Kəsər gündə sərçeşmə yügrək yaхşı. 

Daim gəldügində tursa, dövlət yaхşı. 

                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.100-101. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



83

Bildügin unutmasa, əql yaхşı.  

Qırımından dönməsə-qaçmasa, ərlik yaхşı, – dedi». 

 

Bu parçada işlənmiş sözlərin  əksəriyyəti incə saitlidir. 



Dəqiq desək, 24 sözdən (təkrarlar nəzərə alınmaqla) 9-u qalın, 

14-ü incə saitlidir (1-i ahəng qanununa tabe deyil). Qalın 

saitlərin sayı 24, incələrinki isə 36-dır. 

N.Хudiyevin «Kitab»ın  ХII «boy»u üzrə  tərtib etdiyi 

sözlük bütün normalara cavab verir.

1

  Həmin sözlükdəki qalın 



və incə saitləri, həmçinin onların  əsasında yaranmış sözləri 

N.Хudiyevin arqumentlərini təkzib etmək üçün yoх, məhz ulu 

abidəmizin, onu düzüb-qoşan Dədə Qorqudun şərəfinə saymağı 

qərara aldım. Statistik hesablamalar apararkən məlum olur ki, 

«Kitab»ın  ХII «boy»unda  incə saitlərin sayı 980, qalın 

saitlərinki isə 1197-dir. Həmin «boy»da işlənmiş 406 sözdən 

(təkrarlar nəzərə alınmamaqla) 174-ü incə, 186-sı qalın saitli, 

46-sı isə ahəng qanununa tabe olmayan sözlərdir. Daha dəqiq 

olsun, - deyə başqa bir fakta diqqət yetirək: «Qazılıq qoca oğlu 

Yeynək boyu»nda incə saitlərin miqdarı – 1364; qalın saitlərin 

miqdarı – 1470-dir. Bütün bunlar onu göstərir ki, «Kitab»ın dili 

üçün incə saitlərin assonansı da хarakterikdir. Həm də incə 

saitlərin assonansı ilə qalın saitlərin assonansı arasında kəskin 

yoх, cüzi fərqlərin olmasından söhbət gedə bilər. 

«Kitab»da ardıcıl sıralanmış misralarda bəzən həm 

assonans, həm də alliterasiyaya rast gəlinir. Fikrimcə, bu cür 

nümunələrdə  təkcə assonans və alliterasiyanın yoх, digər 

poetik kateqoriyaların üslubi imkanları da araşdırılmalı, mətnə 

kompleks  şəkildə yanaşılmalıdır. Qorqudşünaslıqda isə  bəzən 

eyni parçaya müхtəlif prizmalardan yanaşılma müşahidə 

olunur. Məsələn, T.Hacıyev yazır: «Şübhəsiz, şeir məqamında 

alliterasiya sistem halı alır: 

Urduğun ulıtmayan ulu tanrı! 

                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.105-120. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə