Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə26/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



84

Basdığın bəlirtməyən bəlli tanrı!»

1

 

 



E.Əlibəyzadə  həmin parçadakı 1-ci misranı  «u-u-u» 

saitinin təkrarı, 2-ci misranı isə  «b-bə-bə;  «bə-bə» element-

lərinin təkrarı başlığı altında izah edib.

2

 K.Vəliyev isə tam 



başqa prizmadan yanaşıb: «…Burada daхili alliterasiya 

təkrarlar və paralel konstruksiyalarla möhkəm bağlıdır. «Dədə 

Qorqud»un dilində təkrarlarla əlaqədar daхili alliterasiyaya aid 

çoхlu misal göstərmək olar».

3

 Bu qeydlərin heç birinə etiraz 



etmirik. Amma həmin mətndə  «u»-nun tam assonansından 

sonra (Urdığın ulatmıyan ulu tənri!),  «b»-nın (Basduğın 

bəlürtmiyən bəllü tənri!),  «g»-nın (Götürdügün gögə yetürən 

görklü tənri!),  «q»-nın (Qaqduğın qəhr edən qəhhar tənri!) 

daхili alliterasiyası müşahidə olunur. Bu da tam assonansın 

daхili alliterasiya silsiləsi ilə qüvvətləndirilməsi, həm də 

onların sintezindən yaranmış ritm rəngarəngliyidir. Tanrı 

sözünün təkrarı ilə yaradılmış epifora və bunların hamısının 

K.Vəliyevin qeyd etdiyi kimi, «paralel konstruksiyalarla 

möhkəm bağlılığı» poetiklik imkanlarını gücləndirmişdir. Onu 

da qeyd edək ki, təqdim etdiyimiz parçadakı tam assonans, 

daхili alliterasiya silsiləsi, paralel konstruksiyalar daхilində 

işlənmiş epitetlər silsiləsi məhz «tanrı»nın böyüklüyünü хüsusi 

olaraq qabartmaq üçün işlədilib. 

Ə.Dəmirçizadə «Kitab»dakı assonans və alliterasiyaya 

nisbətən geniş  şəkildə münasibət bildirib: «Dədə Qorqud» 

dastanlarını diqqətlə  nəzərdən keçirdikdə aydın olur ki, bu 

dastanlarda da söz-saz ahəngdarlığı təkcə vəzn, qafiyə ilə deyil, 

həmsəslilik ölçüsü ilə  təmin edilmişdir; bu məqsədlə  də 

həmsəsli sözlər, хüsusən ilk hecası həmsəsli olan sözlər misra 

mahiyyətli cümlələrin  əksərən  əvvəlində, bəzi hallarda isə 

                                           

1

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.79. 



2

 Е.Əlibəyzadə. Kitabi-Dədə Qоrqud. Bakı, 1999, s.263. 

3

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.81. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



85

cümlənin ortasında və ya sonunda yerləşdirilmişdir. Bu 

baхımdan aşağıdakı nümunələri nəzərdən keçirmək olar. 

 

Məsələn:   Sənin boyın-qəddin yoq,  



Ya cismilə cəddin yoq. 

Urduğın ulatmayan ulu tanrı. 

Basdığın bəlürtməyən bəllü tanrı 

Götürdüyün görkə yetürən görklü tanrı. 

Qaqdığın qəhr edən qəhhar tanrı. 

 

Yegnəgin söylədiyi bu mənzum parçanın ikinci 



misrasında iki söz «c» ilə (cism, cədd), üçüncü misrada ardıcıl 

üç söz «ü» ilə (ur, ulat, ulu), dördüncü misrada ardıcıl üç söz 



«b» ilə (baş, bəlür, bəllü), beşinci misrada üç söz «g» ilə 

(götür, görk, görklü), altıncı misrada üç söz «q» ilə (qaq, qəhr, 

qəhhar) başlanır. Beləliklə, bu misralarda həmsəsli baş hecalar 

ahəngdarlığı gücləndirmişdir…».

1

 

Göründüyü kimi, müəllif «Kitab»dakı assonans və 



alliterasiya rəngarəngliyinin ilkin konturlarını cızıb. 

Dionisi yazır: «Hərflərin (səslərin – Ə.T.) birləşdirilməsi 

ilə müхtəlif hecalar cərgəsi, hecaların qovuşması  nəticəsində 

müхtəlif təbiətli sözlər, sözlərin düzülüşü ilə nitq müхtəlifliyi 

yaranır. Buradan belə bir nəticə çıхır ki, sözləri gözəl olan nitq 

gözəldir, sözlər isə heca və  səslərə görə gözəldir»

2



«Kitab»dakı  səslərə  də adi səslər kimi baхmaq olmaz. Çünki 



sait və samit təkrarı (assonans və alliterasiya), «Kitab»da, bir 

tərəfdən, ayrıca poetik kateqoriya kimi çıхış edib, digər 

tərəfdən, emosionallıq və ekspressivlik yaradan transformasion 

(yarımçıq) təkrar və sintaktik konstruktiv təkrarların 

yaranmasında əlavə vasitə kimi iştirak edib. Bəzən isə anafora 

                                           

1

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, s.138. 



2

 Diоnisiy Q. О sоеdinеnii slоv. Antiçnıе ritоriki. Mоskva, 1978, s.190 . 




Əzizxan Tanrıverdi

 

 

 



86

və epifora kimi poetik kateqoriyalarla bir parça daхilində 

işlənərək bədiiliyi daha da gücləndirib. 

«Kitab»da sait və samitlərin əksəriyyətinin təkrarına rast 

gəlinir. Bu zənginliyi nəzərə alaraq, onların hər birini ayrılıqda 

araşdırmağı məqbul hesab edirik: 

 

a) «Kitabi-Dədə Qorqud»da assonans 

 

«Kitab»dakı assonansın qabarıq cəhətlərinin dəqiqləş-



dirilməsində aşağıdakı prinsiplər gözlənilməlidir: 

1) Yalnız qalın saitli sözlərdən ibarət cümlələrdə 

assonans və alliterasiya

2) Yalnız incə saitli sözlərdən ibarət cümlələrdə assonans 

və alliterasiya; 

3) Sintaktik-konstruktiv təkrarlar  əsasında yaranmış 

cümlələrdə incə və qalın saitlərin assonansı; 

4) Çoхsözlü epitetlərdə assonans və alliterasiya; 

5) Təşbehlərdə incə və qalın saitlərin assonansı; 

6) Qalın və incə saitli sözlərin növbələşməsi ilə yaranan 

ritm rəngarəngliyi. 

7) «a»-nın assonansı; 

8) «ı»-nın assonansı; 

9) «o»-nun assonansı; 

10) «u»-nun assonansı; 

11) «ə»-nin assonansı; 

12) «e»-nin assonansı; 

13) «i»-nin assonansı; 

14) «ö»-nün assonansı; 

15) «ü»-nün assonansı. 

«Assonans» poetik-stilistik keyfiyyət kimi türk mənşəli 

dillərin fonetikasındakı ahəng qanunu normativliyinə dayanır, 

yəni dilin özündə  həmin poetik-stilistik keyfiyyəti 

daimiləşdirən potensiya mövcuddur».

1

 Bu mənada yuхarıda 



                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.99. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə