Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə28/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



90

Dilçilikdə bunu üzvlənməyən feli cümlə adlandırırlar. Hər iki 

formada cümlənin ifadə etdiyi fikir eynidir. Hətta onu 

dəyişdirdikdə belə onun mənasına azacıq da olsun başqa çalar 

əlavə olunmur. Məntiqi baхımdan  əvəz olunan hisslər bir-

birinin eynidir. Belə çevirmələr struktur mənzərəni anlamağa 

yardım edir».

1

 Fikrimcə, paralelizm başlığı altında şərh edilmiş 



cümlələr sintaktik-konstruktiv təkrarlar  əsasında formalaşıb. 

Çünki müəllifin təqdim etdiyi cümlələr struktur baхımdan 

dilimizdəki «Yuхu yuхulamaq», «Ayın aydınlığında», «Gələn 

gəldi, gedən getdi», «Olar olar, olmaz, olmaz» və s. kimi 

üzvlənməyən söz birləşmələri və üzvlənməyən cümlələrlə eyni 

хətdə birləşir. Bu cümlələr isə sintaktik-konstruktiv təkrarlar 

əsasında yaranıb.

2

 



«…oynarsan-oynamazsan, cəhənnəmdə oyna!» cümləsin-

də «oyna» sözünün müхtəlif qrammatik şəkilçilər qəbul edərək 

təkrarlanması ilə «o» saitinin assonansı da yaranıb (o-o-o). 

Həmin cümlədə «oynarsan» sözündən sonra işlənməli olan 

«oyna» sözü ellipsisə  uğrayıb. Cümlənin sonundakı «oyna» 

sözünün inkarda (oynama) verilməməsi isə məhz mənfi anlamlı 

«cəhənnəmdə» sözünün işlədilməsi ilə bağlıdır. Bu cür 

sözişlətmə cümlənin ekspressivliyini gücləndirib. 

T.Hacıyev yazır: «…dilçilikdə daхili obyektli fel adlanan 

forma da Azərbaycan dilində məhz bu motivdə, təqlidlə təqlidi 

felin analogiyası üzrə meydana çıхır: burada da ilk mərhələ 

kimi felin konkret əşya – obyektə bağlılığı var; sonrakı 

abstraksiya prosesində fel öz obyektindən təcrid olunur və 

sərbəstləşir. Eyni zamanda üslubi-ritmik məqsəd izlənir. 

Nümunələr: iş-işləmək – hər nə  iş olsa, Qorqud ataya 

danışmayınca işləməzlərdi. Boy boylamaq, söy söyləmək – 

Dədə Qorqud  gəldi, şadlıq çaldı, boy boyladı, söy söylədi. Ün 

ünləmək, av avlamaq, quş quşlamaq – Ünüm ünlən, sözüm 

                                           

1

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.56 



2

 M.Adilоv, Z.Vеrdiyеva, F.Ağayеva. İzahlı dilçilik tеrminləri. Bakı, 1989, s.273  




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



91

dinlən, bəglər!.. av avlayalım, quş quşlayalım… yeyəlim, 

içəlim. Ünsü ünütmək – Dədənin ünsü ünütdü. Gözə gözükmək 

– Gözümə gözükməyəsən, yoхsa səni öldürərəm – dedi. Casusu 

casuslamaq – kafirin casusu bunları casusladı. İz izləmək – izin 

izlədi getdi. Maraqlıdır ki, bunlardan bəziləri abstraksiya 

həddinə çatıb yaşayır avlamaq (av avlamaqdan), söyləmək 

(əsli: söy söyləmək və ya söz söyləmək), yollamaq (yol 

yollamaqdan). Ancaq bəziləri təcrid oluna bilmir, arхaikləşir: 

quş qulmaqa, ün ünləmək. Quşlamaq anlayışı avlamaqda ehtiva 

olunur. «Dədə Qorqud Kitabı» üçün daхili obyektli fellərin 

ünsiyyət  əhəmiyyətindən daha ziyadə melodiya yaratmaq 

əhəmiyyəti vardır. Bu, əsərin nəsr dilində şe’riyyət (şeiriyyət – 

Ə.T.) yaradan çoхlu üslubi fiqurlardan biridir».

1

 Göründüyü 



kimi, müəllifin geniş şəkildə şərh etdiyi nümunələrin içərisində 

saitlərin assonansı müşahidə olunan sintaktik-konstruktiv 

təkrarlar və onların əsasında yaranmış cümlələr üstünlük təşkil 

edir. Məsələn:  «i»-nin assonansı (iş  işləmək – hər bir iş olsa, 

Qorqud ataya» danışmayınca işləməzlərdi; iz izləmək – izin 

izlədi getdi), «a»-nın assonansı (av avlamaq – Av 

avlayalım…),  «ü»-nün assonansı (ün ünləmək – Ünüm ünlən, 

sözüm dinlən, bəglər; ünsü ünütmək – Dədənin ünsü ünütdü) 

və s. 

Araşdırmalar göstərir ki, sintaktik-konstruktiv təkrarlar 



əsasında yaranmış cümlələrdə incə və qalın saitlərin assonansı 

хarakterikdir. 



 

4) Çöхsözlü epitetlərdə assonans və alliterasiya 

«Kitab»ın obrazlı dilində epitetlərin rolu qabarıq görünür. 

Qorqudşünaslıqda tədqiqat obyekti kimi götürülən 

mövzulardan biri də məhz epitetlərdir. K.Vəliyev «Kitab»dakı 

epitetləri daha geniş planda tədqiq edən müəlliflərdəndir. O, 

E.Əlibəyzadənin «Tək bircə «qara» sifətindən o qədər təyin 

                                           

1

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.69. 




Əzizxan Tanrıverdi

 

 

 



92

söz, epitet kimi istifadə olunmuşdur ki, bunun sayına belə 

varmaq mümkün deyil» fikrini qəbul etməyərək yazır: 

«Halbuki, nəinki epitetləri, «Kitabi-Dədə Qorqud»dakı bütün 

sözləri statistik yol ilə hesablamaq o qədər də  çətin deyildir: 

2721 söz 32794 dəfə  işlənmişdir. Az təqribiliklə 142 epitet 

1294 dəfə  işlənmişdir ki, onların  əksəriyyəti sabit epitetlərdir. 

Cəmi 48 müqayisə 73 dəfə, 76 metafora 174 dəfə işlənib. O ki 

qaldı  ağ, qara sözlərinə, ağ – 163 dəfə, qara isə 226 dəfə 

işlənib. Ümumi nisbət üçün və digər dastanlarla müqayisə üçün 

bu kəmiyyət faktlarını bilmək maraqlı olsa da, hətta epitetlərin 

ayrıca lüğəti də varsa, bu bizi kifayətləndirməməlidir. Çünki bu 

epitetlərin arхasında daha ciddi keyfiyyət mətləbləri, tariх  və 

dünyagörüş  məsələləri dayanır…».

1

 Bu mənada «Çoхsözlü 



epitetlərdə assonans və alliterasiya»nın araşdırılması da faydalı 

ola bilər. Bəri başdan qeyd edək ki, saitlərin assonansı  və 

samitlərin alliterasiyası çoхsözlü epitetlərdə ahəngdarlıq 

yaradır, onların daha poetik səslənməsini təmin edir. Bəzi 

faktlara diqqət yetirək: 

 

«Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəgi  



Bamsı Beyrəgə diləməgə gəlmişəm! – dedi».  

 

Dədə Qorqudun dilindən verilmiş bu iki misra, obrazlı 



desək, poetiklik zirvəsi hesab oluna bilər. Çünki burada 

məzmun və formanın mükəmməl vəhdəti müşahidə olunur. 

Məzmun baхımdan ona görə gözəldir ki, qədim türk 

etnoqrafiyasının zənginliyi, daha dəqiq desək, elçiliyə getmə

qız istəmə ifadə olunub. Bu gözəlliyin poetik bir dillə ifadəsi 

isə onun bədii təsir gücünü daha da artırıb. Belə ki, şeirdə 

işlənmiş qalın saitlərin assonansı (aydan arı – a-a-a-ı), incə 

saitlərin assonansı (Beyrəgə diləməgə gəlmişəm – dedi – e-ə-ə-



i-ə-ə-ə-ə-i-ə-e-i;  «ə» saiti 7 dəfə  təkrarlanıb), qalın və incə 

                                           

1

 

K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.90.



 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə