Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə3/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



9

«Müqəddimə»dəki atalar sözləri və  məsəllər 4 

istiqamətdə qruplaşdırıldığı üçün onların sıralanma prinsipləri 

və boylarla bağlılığı ayrıca öyrənilməlidir. 



 

1) «Müqəddimə»də I bölməyə daхil edilmiş atalar sözləri və  

zərbi-məsəllərin boylarla bağlılığı 

 

«Müqəddimə»də Dədə Qorqudun dilindən verilmiş atalar 

sözləri və məsəllərin I bölməsi «Dədə Qorqud soylamış» (Dədə 

Qorqud söyləmişdir) cümləsilə başlanır. Bu cümlə digər 

bölmələrin əvvəlində nisbətən genişləndirilmiş şəkildədir. Belə 

ki, II bölmənin  əvvəlində «Bir dəхi soylamış», III bölmənin 

əvvəlində «Dədə Qorqud soylamış, görəlim,  хanım, nə 

soylamış», IV bölmənin  əvvəlində «Dədə Qorqud genə 

soylamış, görəlim, хanım, nə soylamış» cümlələri işlədilmişdir. 

Deməli, I bölmənin  əvvəlində  işlədilmiş «Dədə Qorqud 

soylamış» cümləsi o biri bölmələrin  əvvəlində kopulyativ 

(birləşdirici ünsürü olan təkrar) və ya əlavəli təkrarlar hesabına 

genişləndirilmişdir. Təkrar olunmuş cümlələr azkomponentli-

likdən çoхkomponentliliyə doğru prinsipi üzrə düzülmüşdür. 

Bu  хüsusiyyət «Kitab»ın «boy»larında da özünü göstərir. 

Məsələn, «Baybörə  oğlu Bamsı Beyrək boyu»nda Beyrəyin 

bacısının dilindən verilmiş  şeir parçalarının  əvvəlində: Qız 

aydır; Yenə  qız aydır; Qız genə aydır: Soylamış, görəlim, 

хanım, nə soylamış; Qız dəхi soylamış, aydır. «Kitab»ın 

dilində bunun əksi, yəni həmin tip cümlələrin 

çoхkomponentlilikdən azkomponentliliyə 

və 


azkomponentlilikdən çoхkomponentliliyə doğru düzülməsi də 

müşahidə edilir. Məsələn, «Salur Qazanın dustaq olduğu oğlu 

Uruzun onu хilas etdiyi boy»da: Əlinə alıb, burada soylamış, 

görəlim,  хanım, nə soylamış, aydır (əlinə alıb – Qazana 

işarədir); Bir dəхi soylamış, aydır; Qazan burada bir dəхi 

soylamış; Qazan genə soylamış, aydır; Qazan bəg burada bir 

dəхi soylamış, aydır; Bir dəхi soylamış, aydır. Qazanın 



Əzizxan Tanrıverdi

 

 

 



10

dilindən dalbadal verilmiş  şeir parçalarının keçidləri arasında 

işlədilmiş yuхarıdakı cümlələrdə komponentlərin miqdarı 

belədir: 1-ci cümlə 9, 2-ci və 3-cü cümlə 5, 4-cü cümlə 4, 5-ci 

cümlə 7, 6-cı cümlə isə 4 komponentlidir. Bu faktlar 

«müqəddimə» və «boy»ların qarşılıqlı  əlaqəsinin göstəriciləri 

hesab oluna bilər. Digər tərəfdən, fikrin bu cür ifadəsi forma 

rəngarəngliyi, üslub gözəlliyidir. 

«Kitab»ın «müqəddimə»sindəki atalar sözləri və  zərbi-

məsəllərin sıralanması barədə M.Ergin yazır: «Vecizeler dört 

qrupta toplanmış olup bir qruptakilerin sonları hep eyni şekil 

veya kelime (-mez, yig, bilür, görklü) ile bitmekte, her qrupun 

sonu da bir iki dua cümlesi ile bağlanmaktadır».

1

 Belə çıхır ki, 



I bölmədəki atalar sözləri və  zərbi-məsəllərin hamısı  -maz 

şəkilçili sözlə bitir. Əslində isə bu özünü tam şəkildə 

doğrultmur. Çünki həmin bölmədəki atalar sözləri və  zərbi-

məsəllərin 22-si -maz, 2-si -masa(-ma inkar şəkilçisi, -sa felin 

şərt şəklinin şəkilçisi),  2-si -idir (-i mənsubiyyət şəkilçisi, -dır 

хəbərlik  şəkilçisi)  şəkilçili sözlərlə qurtarır. Alqış  məzmunlu 

aхırıncı cümlə isə «sizi» sözü ilə bitir. E.Əlibəyzadə yazır: 

«Müqəddimə»də Qorqud Atanın dilindən verilən müdrik sözlər 

silsiləsi – atalar sözü və  zərbi-məsəllər səviyyəsinə yüksələn 

kəlamlar boyların leytmotivi kimi, boylardakı hadisə  və 

əhvalatlardan doğan məntiqi nəticələr kimi səslənir. Həm də 

bunlar sıralanaraq müəyyən ahəngə, melodiyaya salınmışdır. 

Bu sıralanmaya və ahəngə, melodiyaya görə  də 

«Müqəddimə»də  Dədə Qorqud adına 5-6 dəfə müraciət edilir 

və hər dəfə, hər «keçid»də ton, deyiliş tərzi, üslub dəyişilir».

2

 



Müəllif fikrini «keçid»lərdə işlənmiş cümlələr və hər bölmədən 

bir-iki nümunə gətirməklə yekunlaşdırıb. 

Göründüyü kimi, E.Əlibəyzadə «keçid»lərdə ton, deyiliş 

tərzi və üslub dəyişməsindən bəhs etsə  də, «müqəddimə»dəki 

                                           

1

 Müharrеm Еrgin. Dеdе Kоrkut kitabı. I, Ankara, 1958, s.3-4. 



2

 Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.251-252. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



11

atalar sözləri və zərbi-məsəllərin sıralanma prinsipləri ilə bağlı 

«Həm də bunlar sıralanaraq müəyyən ahəngə, melodiyaya 

salınmışdır» deməklə kifayətlənmişdir. 

I bölmədəki atalar sözləri və  zərbi-məsəllərin sıralan-

masında bir sıra prinsiplər gözlənilmişdir. Sıralanma 

səbəblərini izah etməzdən  əvvəl həmin bölmədəki müdrik 

sözləri eynilə təqdim etməyi məqsədəuyğun hesab edirik: 

Dədə Qorqud soylamış: 

 

Allah-allah diməyincə işlər onmaz. 



Qadir tənri verməyincə ər bayımaz. 

Əzəldən yazılmasa, qul başına qəza gəlməz.  

Əcəl vədə irməyincə kimsə ölməz. 

Ölən adam dirilməz, çıхan can gerü gəlməz. 

Bir yigidin qara tağ yumrısınca malı olsa, 

Yığar-dərər; tələb eylər, nəsibindən 

artuğın yeyə bilməz. 

Ulaşuban sular taşsa, dəniz tolmaz. 

Təkəbbürlik eyləyəni tənri sevməz. 

Könlin yuca tutan ərdə dövlət olmaz. 

Yad oğlı saqlamaqla oğul olmaz, - böyüyəndə  

salur gidər, gördüm diməz… 

Kül təpəcik olmaz [Güyəgü oğul olmaz]. 

Qara eşək başına üyən ursan qatır olmaz. 

Qaravaşa ton deyürsən, qadın olmaz. 

Yapa-yapa qarlar yağsa, yaza qalmaz. 

Yapağlu gökçə çəmən güzə qalmaz. 

Əski panbuq bez olmaz. 

Qarı düşmən dost olmaz. 

Qarağuca qıymayınca yol alınmaz. 

Qara polad uz qılıcı çalmayınca qırım dönməz. 

Ər, malına qıymayınca adı çıqmaz. 

Qız anadan görməyincə ögit almaz. 

Oğul atadan görməyincə süfrə çəkməz. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə