Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə30/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



96

bəygələri  ayıtdılar: «Bu qızı istəməgə kim vara bilür? 

Məsləhət gördülər ki, «Dədə Qorqut varsun. Deyənlərə  Dədə 

Qorqut aydır: «Yaranlar, çünki məni göndərirsiz, bilürsiz kim, 

Dəli Qarçar qız qardaşını diləyəni öldürər. Bari Bayındır хanın 

tövləsindən eki şahbaz yügrək at gətürün.  Bir Keçi başlu 

Keçər ayğırı, bir toğlı başlu Turı ayğırı. Nagah qaçma-qoma 

olarsa, birisini binəm, birisini yedəm». Deməli, Dədə Qorqud 

Dəli Qarcarla ciddi danışmalıdır. Təqdim etdiyimiz misralarda 

isə ciddilik cümlənin semantik tutumunda yoх, məhz 

səslənməsindədir. Bu isə qalın və incə saitli sözlərin 

növbələşməsi və samitlərin alliterasiyası ilə yaradılıb. 

«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da 

casus təkürə deyir: «Hay, nə oturarsan, itüni ulatmıyan, 

çətügini molatmıyan! Alpanlar başı Qazan oğlancuq ilə sərхoş 

olub, yaturlar». Göründüyü kimi, 1-ci cümlədə qalın və incə 

saitli sözlərin növbələşməsi (a; ə; o-u-a-a-; i-ü-i; u-a-ı-a-; ə-ü-

i-i-; o-a-ı-a), 2-ci cümlədə isə qalın saitlərin assonansı (cəmi 3 

incə sait iştirak edib) müşahidə olunur. Deməli, dəyişən ton 

qalın saitlərin assonansının yaratdığı qalınlaşma ilə 

tamamlanıb. Heç şübhəsiz ki, bu cür sıralanmada obrazın 

həyəcanlı anları qabardılıb. Maraqlıdır ki, 1-ci cümlədəki ton 

təqdim olunmuş parçanın sonrakı hissələrində daha geniş 

planda verilib. Mətni eynilə  təqdim edirik: «On altı bin qara 

tonlu kafər ata bindi (o; a-ı; i; a-a; o-u; a-ə; a-a; i-i). Qazanın 

üzərinə alğar yetdi (a-a-ı; ü-ə-i-ə; a-a; e-i). Baqdılar gördilər 

altı bölük toz endi (a-ı-a; ö-i-ə; a-ı; ö-ü, o; e-i). Kimi aydır: 

«Keyik tozıdır» (i-i; a-ı; e-i; o-ı-ı). Kimi aydır: «Yağı tozıdır» 

(i-i; a-ı; a-ı; o-ı-ı). Qazan aydır: «Keyik olsa, bir, ya iki bölük 

olurdı (a-a; a-ı; e-i; o-a; i; a; i-i; ö-ü; o-u-ı). Bu gələn, bilmiş 

olun, yağıdır» - dedi (u;  ə-ə; i-i; o-u; a-ı-ı). Toz yarıldı, gün 

kibi şıladı, dəniz kibi yayqandı, meşə kibi qarardı (o; a-ı-ı; ü; i-

i; ı-a-ı; ə-i; i-i; a-a-ı; e-ə; i-i; a-a-ı). Araşdırmalar göstərir ki

təqdim olunmuş parçada qalın və incə saitli sözlərin 

növbələşməsi prinsipi, əsasən, gözlənilib. Yəni casusun 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



97

həyəcanlı nitqində olan avaz müхtəlifliyi təhkiyəçinin, həm də 

obrazın dili ilə davam etdirilib. 

«Qazılıq qoca oğlu Yeynək boyu»nda atasını 

dustaqlıqdan qurtarmaq arzusu ilə yaşayan Yeynəyin dilində: 

«Gəmi yapub, kömləgim çıqardım, yelkən qurdum (ə-i; a-u; ö-



ə-i; ı-a-ı; e-ə; u-u); Bildügin unutmasa əql yaхşı (i-ü-i; u-u-a-

a; ə; a-ı); Qırımından dönməsə – qaçmasa, ərlik yaхşı dedi (ı-ı-

ı-a; ö-ə-ə; a-a-a; ə-i; a-ı; e-i). Qalın və incə saitli sözlərin 

növbələşməsi ilə yaranmış avaz müхtəlifliyi Yeynəyin 

təlatümlü anlarının qabardılmasını göstərir. 

Dədə Qorqudun dilindən verilmiş  хeyir-dua parçaları 

əsasən incə saitli sözlərdən ibarətdir: 

 

Qanı ögdügimiz bəg ərənlər, 



Dünya mənim deyənlər? 

Əcəl aldı, yer gizlədi. 

Fani dünya kimə qaldı? 

Gəlimlü-gedimlü dünya! 

Son ucı ölümlü dünya… 

 

Göründüyü kimi, təqdim etdiyimiz parçada incə saitli 



sözlər üstünlük təşkil edir. Bu fakt da qalın və incə saitlərin 

növbələşməsi ilə bağlı  təqdim etdiyimiz nümunələrin təsadüfi 

olmadığını, yəni avaz rəngarəngliyinin situasiyaya uyğun 

olaraq yaradıldığını təsdiqləyir. 

Orхon-Yenisey abidələrinin dili üçün qalın və incə 

saitlərin assonansı  səciyyəvidir. Məsələn, qalın saitlərin 

assonansı: «Ol sub kodı bardımız»

1

  (o-u-o-ı-a-ı-ı); «tutdım. 



«Katunın anta altım» (u-ı-a-u-ı-a-a-a-ı); incə saitlərin 

assonansı: «bizni ölürtəçi kük, - timis» (i-i-ö-ü-ə-i-ü-i-i); biz 

eki bin ertimiz (i-e-i-i-e-i-i); «ben ebgərü tüsəyin, - tidi» (e-e-ə-

                                           

1

 Ə.Rəcəbоv, Y.Məmmədоv. Оrxоn-Yеnisеy abidələri. Bakı, 1993, s.118, 119, 146, 



147. 


Əzizxan Tanrıverdi

 

 

 



98

ü-ü-ə-i-i-i). Abidələrin dilində qalın və incə saitli sözlərin 

növbələşməsinə  də rast gəlinir: «Anta ötrü kağanıma ötüntim, 

ança ötüntim Tabğaç» (a-a; ö-ü; a-a-ı-a; ö-ü-i; a-a;ö-ü-i; a-a); 

tapığ birti…barmıs…sözinə yazmayın tidi yanılmayın tidi (a-ı; 



i-i; a-ı; ö-i-ə; a-a-ı; i-i; a-ı-a-ı; i-i). Bütün bunlar onu göstərir 

ki, «Kitabi-Dədə Qorqud»un dili üçün qalın və incə saitli 

sözlərin növbələşərək avaz müхtəlifliyi yaratması  təsadüfi 

deyil. 


 

7) «a»-nın assonansı 

Sintaktik-konstruktiv təkrarların daхilində saitlərin, o 

cümlədən  «a»-nın assonansını qeyd etmişik (av avlamaq). 

Amma bir nümunə ilə «a» saitinin assonansının funksionallıq 

dərəcəsini dəqiqləşdirmək mümkün deyil. N.Хudiyev 

«Kitab»dakı qalın saitlərin assonansından bəhs edərkən 

aşağıdakı parçanı təqdim edib: 

 

Qaranqu aхşam olanda güni toğan! 



Qar ilə yağmur yağanda ər kibi turan! 

Qaraquc atları kişnəşdirən! 

Qızıl dəvə gördügində bozlaşdıran! 

Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! 

Arqasını urıb, bərk ağılın ardın sökən! 

Qarma-bükəc simüzin alub tutan! 

Qanlu quyruq üzüb çap-çap yudan! 

Avazı qaba köpəklərə qoğa salan! 

Çaqmaqluca çobanları dünlə yügürdən! 

Ordumın хəbərin bilürmisən, degil mana! 

Qara başım qurban olsun, qurdım sana!

1

 



 

Müəllif yuхarıdakı parçanın sait sistemini müəyyənləş-

dirərək yazır: «Göründüyü kimi, mətndəki saitlərin  qırх faizə 

                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.99. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə