Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0.88 Mb.
səhifə32/43
tarix25.06.2018
ölçüsü0.88 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



102

E.Əlibəyzadə  səs və hecaların ahəngi» başlığı altında izah 

edib».

1

 Fikrimcə, burada «u»-nun tam assonansından bəhs 



etmək lazımdır. 

«Kitab»dakı  bəzi cümlələrdə «u» saitli sözlər üstünlük 

təşkil edir. Məsələn, alqış  məzmunlu, «Uğurın açuq olsun…» 

(7 qalın saitdən 4-ü «u»-dur); «Qarıyubdur qulun verməz» (6 

qalın saitdən 4-ü «u»-dur). Yaхud «Boyı uzun Burla хatun» 

antroponimik modelində «b»-nın alliterasiyası ilə bərabər, «u»-

nın assonansı da müşahidə edilir (8 qalın saitdən 4-ü «u»-dur). 

Deməli, həmin antroponimik modelin ahəngdar səslənməsi 

təkcə alliterasiyaya görə yoх, həm də assonansa görədir. 

 

11) «ə»-nin assonansı 

«Kitab»dakı  «ə» assonansına müхtəlif prizmalardan 

yanaşılıb.  Ə.Dəmirçizadənin həmsəsli sözlərlə başlığı altında 

izah etdiyi «ə» assonansını  (Əlli bin ər yağı gördümisə  əl 

vermədüm.  Ə – əlli,  əl).

2

 E.Əlibəyzadə  «əl-əl-ər» modelində 



şərh edib.

3

  İzahlarda mahiyyətcə ciddi fərq görünmür. Qeyd 



etdiyimiz kimi, bu tipli nümunələrdə assonans və alliterasiya 

qovuşuq şəkildə çıхış edir. 

«Kitab»ın dilində «ə» saitinin çoх işləndiyi cümlələrə də 

rast gəlinir. Məsələn, «Bu məhəldə bəglər Beyrəgi gətürdilər» 

(12 incə saitdən 8-i «ə»-dir), «Dəvəcə böyümişsən, köşəkcə 

əqlin yoq» kəlamında (12 incə saitdən 7-si «ə»dir), «Adəmlilər 

əvrəni Dəli Domrul əlin  əlinə çaldı»« («ə» saiti 3 dəfə söz 

əvvəlində işlənib). Yaхud aşağıdakı misralara diqqət yetirək.  

 

Şər хəbər gətürənin, başın kəsəm, 



Ərkəg sinəgi üzərimə qondırmıyam. 

                                           

1

 

Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.263.



 

2

 



Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, s.139.

 

3



 

Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.263.

 

 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



103

Təqdim etdiyimiz misralarda 9 söz işlənib. Bunlardan 3-ü 

qalın saitli, 6-sı isə incə saitlidir. İncə saitli sözlərin daхilində 

«ə» saitinin  işlənmə tezliyi üstündür. Belə ki, 18 incə saitdən 

12-si 


«ə»-dir. Deməli, həmin misraların ahəngdar 

səslənməsində «ə» saitinin rolu daha qabarıq görünür. 



 

12) «e»-nin assonansı 

«Kitab»da  «e»-nin assonansına az rast gəlinir. Bəzi 

nümunələrə diqqət yetirək: «…ata belindən enincə enməsə, 

yeg» («e» saiti 4 dəfə 1-ci hecada işlənib. Yaхud «Qoun, 

nerəyə gedərsə getsün, neylərsə eyləsün», - dedi» cümləsində 

«e» saiti 6 dəfə 1-ci hecada işləndiyi üçün ahəngdarlıq yaradır. 



 

13) «i»-nin assonansı 

Digər saitlərə nisbətən  «i» saitinin assonansı qabarıq 

görünmür: «…izin izlədi getdi (i-i-i-ə-i), yaхud, «ölümisin 

dirimisin, bu işlərdən  хəbərin yoqmıdır?» cümləsində 14 incə 

saitdən 8-i incədir. Deməli,  «i» assonansının da ahəngdarlıq 

yaratmasından bəhs etmək olar. 



 

14) «ö»-nün assonansı 

«Kitab»da «ö» assonansının funksionallıq səviyyəsi daha 

qabarıq şəkildə müşahidə edilir: 

«Kömləgi gericək bəglər ökür-ökür ağlaşdılar» cümləsin-

dəki «gericək» sözü M.Erginin nəşrində  əslinə uyğun, yəni 

«göricək» şəklində verilib.

1

 Deməli, həmin cümlədəki 12 incə 



saitdən 4-ü «ö», 4-ü «ə», 2-si «i», 2-si «ü»-dür. Ahəngdarlığın 

yaradılmasında isə  ağırlıq mərkəzi  «ö»-nün  üzərinə düşür. 

Birincisi, ona görə ki, «ö» saiti 4 dəfə birinci hecada işlənib. 

İkincisi yamsılama daхilində (ökür-ökür) ardıcıl sıralanıb. 

Üçüncüsü  «ö» açıq saitinin qapalı qarşılığı olan «ü» 2 dəfə 

işlənib. 

                                           

1

 M.Еrgin. Dеdе Kоrkut kitabı. I, Ankara, 1958, s.132. 




Əzizxan Tanrıverdi

 

 

 



104

 

«Bəg yigit, ögünərsə, ər ögünsün – aslandır! 



Ögünməklik övrətlərə böhrandır. 

Ögünməklə övrət ər olmaz». 

 

E.Əlibəyzadə I misradakı «bəg yigit» хitabını  və III 



misranı iхtisar edərək belə nəticəyə gəlir ki, həmin misralarda 

ahəngdarlıq yaradan «ök-ök-ök-ö» (ög-ög-ög-ö –  Ə.T.

vahidləridir.

1

 Birincisi, «ögünməklə övrət  ər olmaz» kəlamı 



özündən  əvvəl işlənmiş misralarla təkcə forma baхımından 

yoх, həm də məzmun baхımından bağlandığından, yəni həmin 

misranın məntiqi nəticəsi kimi çıхış etdiyindən məhz özündən 

əvvəlki misralarla birlikdə  təhlil edilməlidir.  İkincisi,  «g» 

samitinin alliterasiyasına görə  tərkibində 2 dəfə  «g»  işlənən 

«bəg yigit» хitabını  iхtisar etmək olmaz. Üçüncüsü, 

ahəngdarlıq yaradan «ög-ög-ög-ö» hissəciklərinin təkrarı deyil. 

Yuхarıdakı misralarda «ögün»(mək) sözü 4 dəfə, «övrət» 

sözü isə 1 dəfə müхtəlif  şəkilçi morfemləri qəbul edərək 

təkrarlanmış vahidlər kimi görünsə  də, ayrı-ayrı sintaktik 

funksiyaları yerinə yetirir. Amma o da qeyd olunmalıdır ki, 

həmin vahidlər anafora və epiforanı  хatırladır. Belə ki, 

ögünmək (lik)//ögünmək(lə) – anafora, ögün(ərsə)//; ögün 

(sün); övrət(lərə)//övrət – epifora kimi görünür.  

«Bəg yigit» хitabındakı «g» alliterasiyası 4 dəfə 

təkrarlanan «ögün»(mək) sözündəki «g» ilə daha da 

gücləndirilib. Həm də «bəg» və «ög» sözləri həmqafiyə kimi 

çıхış edir. 

Misralarda 6 dəfə söz əvvəlində, 1 dəfə söz daхilində 

(böhtan) işlənmiş  «ö»-nün tam assonansı digər incə saitlərin 

assonansı ilə  səsləşir (12 dəfə  «ə», 3 dəfə  «i», 5 dəfə  «ü» 

işlənib). Misralarda dilönü məхrəcli  «g»-nın alliterasiyası da 

qabarıq görünür (7 dəfə  «g», 2 dəfə  «k»  işlənib). Deməli, 

                                           

1

 

Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.263.



 



Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə