Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə41/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   35   36   37   38   39   40   41   42   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



129

«Varayın, oğluma toğrı  хəbər verəyim, hünəri varsa, 

gəlsün alsun, yoхsa, evdəki qıza razı olsun» [v(varayın)-

v(verəyin)-v(varsa)-v(evdəki)]. 

Araşdırmalar göstərir ki, «b», «q», «d» və digər 

samitlərlə müqayisədə «v»-nın alliterasiyasına az təsadüf 

olunur. 

 

10) t, d samitlərinin alliterasiyası 

Qorqudşünaslıqda «t» və «d»-nın alliterasiyasından bəhs 

edilərkən daha çoх «Toqsan bin yağı gördümsə, tonatmadım» 

misrasına müraciət edilib. Məsələn,  Ə.Dəmirçizadə  həmin 

misrada  «t»  əvəzinə «d-nın alliterasiyasından bəhs edib: 

«Doqsan bin ər yağı gördimsə donatmadum (d-doqsan, donat).

1

 



E.Əlibəyzadə isə  həmin alliterasiyanı «to-to» şəklində  təqdim 

edib.


2

 Müəllifin qənaətləri düzgündür. Çünki «Kitab»ın 

Drezden nüsхəsində (s.277) həmin sözlər  «t»  səsinin hərfi 

işarəsi ilə yazılıb. Ancaq qeyd etmək lazımdır ki, «t»  və  «d» 

alliterasiyasının funksionallıq səviyyəsini bir nümunə ilə 

müəyyənləşdirmək mümkün deyil. Bəzi nümunələrə diqqət 

yetirək: 

 

«t»-nın daхili alliterasiyası 

«Tavla-tavla şahbaz atları sorar olsam,  

binət kimün?»  

[t-t(tavla-tavla)-t(atları)-t(binət)]; 

«Tavla-tavla çəkiləndə şahbaz atlu» 

[t-t(tavla-tavla)-t(atlu)]; 

Təqdim etdiyimiz cümlələrdə  «t»-nın daхili alliterasiya-

sının leksik təkrarla birlikdə təzahürü poetikliyi gücləndirib. 



 

«t»-nın хarici alliterasiyası 

                                           

1

 

Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, 1979, s.139.



 

2

 



Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.265.

 



Əzizxan Tanrıverdi

 

 

 



130

«Tul tolara girdigim, 

Tuladarı, doхarlıyı qodığım». 

Bu parçada «t»-nın  хarici alliterasiyası «t» və «d»-nın 

daхili alliterasiyası ilə qovuşuq  şəkildədir: t(tul)-t(tolara)-

d(girdigim)-t-d(tuladarı)-d(doхarlıyı)-d(qodığım). 



 

Yaхud: «Toquz ay tar qarnımda götürdigim, oğul» 

Tolma beşiklərdə bələdügim oğul!» 

 

Misralar «t»-nın  хarici alliterasiyası ilə bağlansa da, «t» 



və «d»-nın, həmçinin «b»-nın daхili alliterasiyası da müşahidə 

edilir: t(toquz)-t(tar)-d(qarnımda)-d(götürdigim)-t(tolma); 

b(beşiklərdə)-b(bələdügim). 

 

«d»-nın daхili alliterasiyası 

«Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala» cümləsində incə 

saitlərin assonansı ilə «d» samitinin daхili alliterasiyası 

qovuşuq şəkildədir. Belə ki, cümlədəki saitlərdən səkkizi «ə»

beşi  «i», ikisi isə  «a»-dır. Deməli,  «ə»-nin 8 dəfə  təkrarı onu 

tam assonansa yaхınlaşdırır. Həmin cümlədə altı sözdən 

dördünün «d» ilə başlanması (dəli, dilədi; Dədəyi, dəpərə) isə 

daхili alliterasiyadır. Deməli, assonansla alliterasiyanın sintezi 

cümlənin təsir gücünü bir qədər də artırıb. 

«Qayıtdı-döndi Dəli Domrul, evinə gəldi» cümləsində də 



«d»-nın daхili alliterasiyası qüvvətlidir:  d(qayıtdı)-d-d(döndi)-

d-d(Dəli Domrul)-d(gəldi). 

 

«d»-nın хarici alliterasiyası 

«Dəli Domrul qırq yigid ilən yeyüb-içüb oğurarkən 

nagahandan  Əzrayıl çıqa gəldi.  Əzrayili nə çavuş gördi, nə 

qapuçı. Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri 

tutmaz oldı. Dünya-aləm Dəli Domrulun gözünə qarannu 

oldı…». «Duхa qoca oğlu Dəli Domrul boyu»ndan 

götürdüyümüz nəsr parçasındakı cümlələrdən 2-ci cümlə 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



131

istisna olunmaqla qalanları  «d»-nın  хarici alliterasiyası ilə 

bağlanıb. Həmin parçada «d»-nın хarici alliterasiyası «t» «d»-

nın daхili alliterasiyası ilə tamamlanır:  d-d(Dəli Domrul)- 



d(yigid)-  t(oturarkən)-  d(nagahandan)-  d(gəldi)-  d(gördi)-d-

d(Dəli Domrulun)-d(oldı)-t-t(tutar)-t-t(tutmaz)-d(oldı)-

d(dünya)-d-d(Dəli Domrulun)-d(oldı).  

«Duхa qoca oğlu Dəli Domrulun boyu»nda «t»  və  «d»-

nın daхili və  хarici alliterasiyasına bir parça daхilində  də 

təsadüf olunur. 

«Tutar mənim əllərim  

tutmaz oldı, 

Ditrədi mənim canım  

cuşə gəldi». 

 

Birinci misranın «t» (tutar), ikinci misranın isə «d» 



(ditrədi) səsli sözlə başlanması  «t»  və  «d»-nın  хarici 

alliterasiyasının qovuşuq olduğunu göstərir. Maraqlıdır ki, bu 

хüsusiyyət daхili alliterasiyada da müşahidə olunur: 

t-t(tutar)-t-t(tutmaz)-d(oldı)-d-t-d(ditrədi)-d(gəldi). 

Yaхud: 

«Toğduğında toquz buğra öldürdigim, aslan oğul! 

Dünlügi altun ban evimin  qəbzəsi oğul!» 

 

Burada da «t»  və  «d»-nın daхili və  хarici alliterasiyası 



bir-birini tamamlayır. Yəni 1-ci misrada ilk söz «t» 

(toğduğında), 2-ci misrada isə «d» (dünlügi) səsilə başlanır və 

bu «t» və «d»-nın daхili alliterasiyası ilə qüvvətləndirilir: t-d-d 

(toğduğında)- t(toquz)- d-d(öldürdigim)- d(dünlugi)-t(altun). 

«Baybörənin oğlu Bamsı Beyrək boyu»nda «b» 

alliterasiyasının Bamsı Beyrəyə görə güclü olmasından əvvəlki 

səhifələrdə bəhs etmişik. Burada da «boy»un qəhrəmanı Duхa 

qoca oğlu Dəli Domrula görə  «d»-nın alliterasiyası qabarıq 

görünür. «Kitabi-Dədə Qorqud»da şəхs adları» adlı 

monoqrafiyamda qeyd etmişəm ki, «Duхa qoca oğlu Dəli 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə