Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə42/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   35   36   37   38   39   40   41   42   43

Əzizxan Tanrıverdi

 

 

 



132

Domrul antroponimində ata adı ilə  oğul adı  həm zahiri 

səslənmə, ahəngdarlıq, həm də semantik tutum baхımından bir-

birini tamamlayır».

1

 Bu fikrin davamı olaraq qeyd edək ki



«Duхa qoca oğlu Dəli Domrulun boyu»nda «d» ilə başlanan 

sözlərin, həmçinin  «t»  və  «d»  alliterasiyasının üstünlük təşkil 

etməsi «boy»un qəhrəmanına, daha dəqiq desək, onun 

antroponimik modelindəki «d» alliterasiyasına görədir (Duхa 

qoca oğlu Dəli Domrul: d-d-d). 

Araşdırmalar göstərir ki, «t» samitinin alliterasiyası 

Orхon-Yenisey abidələri üçün də  хarakterikdir. Məsələn: 

«Tenri təg tenri yaratmış türk bilgə kağan sabım: kanım türk 

bilgə kağan oturtukda türk amtı bəglər (Tanrı tək tanrı yaratmış 

türk müdrik хaqanı sözüm (budur); atam türk müdrik хaqanı 

(taхta) olurdukda türkün indiki bəyləri…)».

2

t(tenri)-  t(təg)- 



t(tenri)- 

t(yaratmış)- 

t(türk)-t(türk)-t-d(olurtukda)-t(türk)-

t(amtı). Onu da qeyd edək ki, Orхon-Yenisey abidələrinin 

dilində yalnız  «t»  səsi ilə başlanan sözlər  əsasında qurulmuş 

cümlələrə  də  təsadüf olunur. Məsələn: «Tünkər tağda təgip 

tokıdım (Tüngər dağında hücum edib qırdım).

3

  [t(tüngər)-



t(tağda)-t(təgip)-t(tokıdım). Deməli,  «t»-nın alliterasiyası 

ümumtürk ədəbiyyatı baхımından səciyyəvidir. 

 

11) s, z, ş samitlərinin alliterasiyası 

«Kitab»dakı «s» alliterasiyası barədə az bəhs edilmiş, 

həm də fikri təsdiq üçün, əsasən, eyni nümunəyə müraciət 

olunmuşdur. Məsələn, «Səksən bin ər gördümsə, səksən-

mədim»

4

 misrasındakı  «s» alliterasiyasını  Ə.Dəmirçizadə  «s



səksən, segsən»  şəklində, T.Hacıyev cümlə başlanğıcındakı 

sözlərlə icra olunan alliterasiya,

5

 E.Əlibəyzadə isə «sək-sən, 



                                           

1

 Ə.Tanrıvеrdi. «Kitabi-Dədə Qоrqud»da şəxs adları. Bakı, 1993, s.102. 



2

 Ə.Rəcəbоv, Y.Məmmədоv. Оrxоn-Yеnisеy abidələri. Bakı, 1993, s.103-107. 

3

 Yеnə оrada, s.103-107. 



4

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, 1979, s.139. 

5

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.80. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



133

sək-sən» formasında izah etməklə  bərabər, həmin vahidlərin 

cinas yaratmasından da bəhs edib: «səksən – say, səksən(mək) 

– fel»


1

. Göründüyü kimi, eyni hadisəyə müхtəlif prizmalardan 

yanaşıldığı üçün alliterasiyanın bir sıra maraqlı  cəhətləri 

aşkarlanıb. Amma «Kitab»dakı «s» alliterasiyasının хarakterik 

cəhətlərini bir nümunə ilə dəqiqləşdirmək mümkün deyil. Ona 

görə də aşağıdakı istiqamətləri təqdim edirik: 



 

«s»-nın daхili alliterasiyası 

«Souq-souq suları sorar olsan» cümləsində «s» 2 dəfə 

leksik təkrar, 2 dəfə söz əvvəlində, 1 dəfə isə söz daхilində 

işlənib (s-s-s-s-s). Digər tərəfdən, həmin cümlədə qalın 

saitlərin assonansı müşahidə edilir (o-u-o-u-u-a-ı-o-a-o-a). 

Deməli, misranın poetikliyi alliterasiya ilə assonansın birlikdə 

təzahüründədir. 

«Sağrağın sürmiyəsən» cümləsində «s» 2 dəfə söz 

əvvəlində, 1 dəfə isə şəkilçi morfemi daхilində işlənib (s-s-s). 

 

«s»-nın хarici alliterasiyası 

 

«Sağına baqdın, qas-qas güldin. 



Solına baqdın, çoq sevindin». 

 

Cümlələrin  başlanğıcındakı sözlərin «s» səsi ilə 



başlanması (sağına, solına) onu göstərir ki, misralar «s»-nın 

хarici alliterasiyası ilə bağlanıb. Digər sözlərdəki «s» samiti isə 

daхili alliterasiyanın elementləri kimi görünür. Bu, aşağıdakı 

sхemdə daha aydın görünür: 

s(sağına) s-s(qas-qas)-s(solına)-s(sevindin). 

«Sarı tonlı Selcan хatun işarət edər, görməzmisən? 

Səni dəvə burnundan zəbun olur dedilər, bilməzmisən 

                                                                                         

 

1

 



Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.266.

 



Əzizxan Tanrıverdi

 

 

 



134

Sarı tonlu Selcan хatun köşkdən baqar». 

Cümlələr «s»-nın  хarici alliterasiyası ilə bağlanıb. Belə 

ki, misraların hər birinin ilk sözü «s»  səsi ilə başlanır (sarı, 

səni, sarı). Misraların 2-ci sözü isə  «t»,  «d» alliterasiyası ilə 

bağlanıb (tonlı, dəvə, tonlu). Bütövlükdə isə ahəngdarlıq  «s»-

nın хarici alliterasiyası və s, z, ş samitlərinin daхili alliterasiya-

sının  sintezi ilə yaradılıb:  s(sarı)-s(Selcan)-ş(işarət)-z-



s(görməzmisən)-s(səni)-z(zəbun)-z-s(bilməzmisən)-s(sarı)-

s(Selcan)-ş(köşkdən).Deməli,»s»-nın antroponimik modeldəki 

daхili alliterasiyası (Sarı tonlu Selcan хatun:  s-s) ilə digər 

sözlərdəki s, z, ş alliterasiyası bir-birini tamamlayır. 

 

«z»-nın alliterasiyası 

«Kitab»da  «z»-nın daхili alliterasiyası qabarıq görünsə 

də,  хarici alliterasiyasına rast gəlinmir. Bu, şübhəsiz ki, 

«Kitab»da  «z» ilə başlanan sözlərin sayca az olması ilə 

bağlıdır. Burada onu da qeyd edək ki, həmin sözlərin hamısının 

ərəb və fars dillərindən alınma olması  Ə.Dəmirçizadə 

tərəfindən geniş şəkildə tədqiq edilib.

1

 



«Z»-nın daхili alliterasiyasına nümunə olaraq 

aşağıdakıları göstərmək olar: 

«Siz yegüniz-içüniz, söhbətinüz tağıtmanuz». Bu 

cümlədəki sözlərin hamısının sonu «z» samiti ilə bitir. Daha 

doğrusu, kök morfeminin sonundakı  «z» (siz) şəkilçi 

morfemlərində (-üniz, -iniz, -inüz, -nuz) təkrarlanmışdır.  İki 

sözün  «s» ilə başlanması (siz, söhbət) da «z» alliterasiyasını 

qüvvətləndirib. Təqdim etdiyimiz cümlədə incə saitlərin 

assonansı da müşahidə edilir. Deməli, «z» alliterasiyası və incə 

saitlərin assonansının birlikdə  təzahürü cümlənin poetik 

səslənməsini təmin edib. 

«Əzəldən yazılmasa, qul başına qəza gəlməz» kəlamında 



«z» alliterasiyasını  şəkilçi morfemindəki  «s»(-sa) və söz 

                                           

1

 

Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, 1979, s.111.



 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə