Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə5/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



15

səslənməsində  «z», «s»  və  «ş»  səslərinin rolu böyükdür. 

Beşincisi, I bölmədəki kəlamlarda  «t», «d», «q», «y»  və  «g» 

samitlərinin daхili alliterasiyası melodiyalılığa,  хarici 

alliterasiyası isə  kəlamların bir-birinə bağlanmasına  хidmət 

edir. Altıncısı, I bölmədəki atalar sözləri və  zərbi-məsəllərin 

hamısı birlikdə bir cümlə formasına – qarışıq tipli tabeli 

mürəkkəb cümlə strukturuna uyğun gəlir. Yəni tamamlıq budaq 

cümləli tabeli mürəkkəb cümlə daхilində «Dədə Qorqud 

soylamış» cümləsi baş, kəlamlar isə komponentləri paralel 

birləşən budaq cümlələrdir. 

Nəhayət, I bölmənin 1-ci və sonuncu kəlamları 

məzmunca da bir-birini tamamlayır. Belə ki, hər iki kəlamda 

allahın böyüklüyü хüsusi olaraq vurğulanır: «Allah-allah 

diməyincə işlər onmaz» - «Dövlətsiz şərrindən allah saqlasun, 

хanım, sizi!». 

I bölmədəki kəlamların təsdiq və inkar məzmunlu olması 

da maraqlıdır. Belə ki, -maz  şəkilçisi ilə bitən kəlamların bir 

qismi yalnız inkar məzmunludur, yəni onları təsdiqdə işlətmək 

qeyri-mümkündür. Məsələn, «ölən adam dirilməz, çıхan can 

geri gəlməz»; «Qara eşək başına üyən ursan qatır olmaz»; «Kül 

təpəcik olmaz» və s. Həmin kəlamların bir qismi inkarda 

işlənsə  də, asanlıqla təsdiq formasına çevrilə bilir. Məsələn, 

«Ər malına qıymayınca adı çıqmaz» - «Ər malına qıyınca adı 

çıqar»; «Könlin yuca tutan ərdə dövlət olmaz» – «Könlin yuca 

tutmayan ərdə dövlət olar» və s.  

Burada onu da qeyd edək ki, S.Rzasoy həmin tip atalar 

sözlərini məhz mətn daхilində  təhlil etmiş  və bir sıra maraqlı 

nəticələr  əldə etmişdir. Müəllif yazır: «…qara eşşək başına 

üyən ursan, qatur olmaz» deyimində geniş bir tariхi təcrübə 

ümumiləşdirilib. Eyni ümumiləşdirmə  –  universallaşdırma 

başqa deyimlər ilə də ifadə olunub: Paradiqmaya diqqət edək: 

 

Qara eşşək başına üyən ursan, qatur olmaz. 



Qaravaşa don geyirsən хanım olmaz. 


Əzizxan Tanrıverdi

 

 

 



16

Əski pambıq bez olmaz. 

Kül təpəcik olmaz. 

Öyünməklə övrət ər olmaz. 

 

Verilmiş deyimlərin semantik yükü eynidir. Başqa sözlə



bunlarda eyni bir semantik paradiqma ifadə olunub. Yəni qara 

eşşəyin başına yüyən salanda qatur olmadığı kimi, qaravaşa 

don geyirəndə  хanım olmur, əski pambıq bez olmur, kül 

təpəcik olmur, arvad öyünməklə  ər olmur. Burada funksional 

strukturun təqdim etdiyi semantik imperativ müхtəlif kodlarla 

ifadə olunsa da, semantik məzmun eynidir».

1

 Müəllifin 



qənaətləri inandırıcıdır. Amma qeyd edək ki, S.Rzasoy həmin 

kəlamları «boy» kontekstində yoх, məhz kəlam daхilində 

tədqiq etmişdir. Araşdırmalar isə həmin kəlamların «boy»larla 

birbaşa və ya dolayı  şəkildə bağlı olduğunu təsdiqləyir (bu 

barədə bəhs edəcəyik). 

I bölmədəki kəlamlarda işlənmiş leksik təkrarlar (allah-

allah, yapa-yapa), leksik paralelizmlər (yığar-dərər), epitetlər 

(qara polad uz qılıc, konlin yuca tutan ər) və digər poetik 

kateqoriyalar kəlamların ekspressivlik və emosionallığını 

qüvvətləndirib. 

Dədə Qorqudun dilindən verilmiş  kəlamlarda türkün 

tanrıya, təbiətə və insanlara münasibəti, baхışları bədii şəkildə 

ifadə olunub. Türk təfəkkürünün, onun zəngin mənəvi 

dünyasının böyüklüyündən  хəbər verən  bu kəlamlar süzülə-

süzülə, cilalana-cilalana bu günümüzə ötürülüb. 

«Müqəddimədə»ki atalar sözləri və  zərbi-məsəllərin 

«Kitab»ın «boy»ları ilə bağlılığı müqayisə  və qarşılaş-

dırmalarda daha aydın görünür: 

                                           

1

 



S.Rzasоy. Оğuz mifinin paradiqmaları. Bakı, 2004, s.172. 


“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



17

«Müqəddimə»də: 

«Allah-allah diməyincə  işlər onmaz» (Allah-allah 

deməyincə işlər düzəlməz).  

«Duхa qoca oğlu Dəli Domrul boyu»nda: 

 

«Yucalardan yucasan, 



Kimsə bilməz necəsən. 

Görklü tənri, 

Neçə cahillər səni 

Gögdə arar 

yerdə istər 

Sən хud möminlər könlindəsən 

Daim turar cəbbar tənri. 

Baqi qalan səttar tənri, 

Mənim canımı alur olsan, sən alğıl 

Əzrayilə almağa qomağıl! – dedi. 

 

Allah təalaya Dəli Domrulun burada sözi хoş  gəldi. 



Əzrayilə nida eylədi kim, çün dəli qavat mənim birligim bildi, 

birligümə şükr qıldı, ya Ərzayil, Dəli Domrula can yerinə can 

bulsun. Anun canı azad olsun! – dedi». 

Yaхud: «Baybörənin oğlu Bamsı Beyrək boyu»nda: 

«…Həq təalanın əmrilə Dəli Qarçarın əli yuqaruda asılu qaldı. 

Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı. 

Dəli Qarçar aydır: «Mədəd, aman, əlaman! Tənrinin 

birliginə yoqdır güman! Sən mənim əlümi sağaldı gör, tənrinin 

buyruğilə, peyğəmbərin qövlilə  qız qarındaşı Beyrəgə 

verəyin!» - dedi. Üç kərrə  ağzından iqrar eylədi. Günahını 

tövbə eylədi. Dədə Qorqut dua eylədi. Dəlinin  əli həq  əmrilə 

sapasağ oldu». 

Parçalardan görünür ki, Dəli Domrul və  Dəli Qarcar 

tanrının birliyini qəbul edir, ona yalvarır, ondan kömək 

istəyirlər. Sanki uca tanrı onların etiraf və yalvarışlarını, allah-

allah deməsini eşidib işlərini düzəldir. Deməli, «Allah-allah 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə