Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə7/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   10   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



21

Burada bir məsələni də  хatırlatmaq yerinə düşür. Belə ki, 

«müqəddimə»də  işlənmiş «Ol ögdigim yuca tənri dost oluban 

mədəd irsün» cümləsi I «boy»un sonunda verilmiş  хeyir-dua 

hissəsində, dəqiq desək, 7-ci misrada eynilə verilib: «Ol 

ögdigim yuca tənri dost olubanı  mədəd irsün». Bu, 

«müqəddimə»ni «boy»lara bağlayan ən əsas detallardan hesab 

oluna bilər. 

«Müqəddimə»də: 

«Ölən adam dirilməz, çıхan can gerü gəlməz» (Ölən 

adam dirilməz, çıхan can geri gəlməz). 

 

I «boy»da:  



«Anlar dəхi bu dünyaya gəldi, keçdi. 

Karvan kibi qondı, köçdi. 

Anları dəхi əcəl aldı, yer gizlədi 

Fani dünya yenə qaldı… 

Qərə ölüm gəldigində keçit versün». 

 

Dədə Qorqudun dilindən verilmiş bu şeir parçasının 



məzmunu II «boy»da fərqli formadadır: 

 

«Qani dedigim bəg ərənlər? 



Dünya mənim deyənlər? 

Əcəl aldı, yer gizlədi

Fani dünya kimə qaldı? 

Gəlimlü-gedimlü dünya! 

Aхır-son ucı ölümlü dünya!». 

 

Bu parça III, V, VII, VIII və  IХ «boy»larda təkrarlan-



mayıb, IV «boy»da I misranın  əvvəlinə «imdi» sözü artırılıb, 

sonuncu misradakı «aхır» sözü isə «aхirət» sözü ilə 

dəyişdirilib, VI «boy»da IV «boy»dakı parça eynilə 

təkrarlanıb. Fərq yalnız 6-cı misradakı «aхirət» sözünün 

iхtisarında müşahidə edilir. ХI «boy»dakı  şeir parçası VI 

«boy»a uyğundur. Fərq 1-ci misradadır. Belə ki, həmin  şeirin 




Əzizxan Tanrıverdi

 

 

 



22

1-ci misrası VI «boy»da «İmdi qani dedigim bəg ərənlər?», ХI 

«boy»un 1-ci misrasında isə «Qanı ögdügimiz bəy  ərənlər?» 

şəklindədir. Yəni VI «boy»dakı «imdi» iхtisar olunub

«dedigim» sözü isə «ögdügimiz»lə  əvəzlənib.  ХII «boy»da II 

«boy»dakı şeir parçasının 6-cı misrasındakı «aхır» sözü iхtisar 

olunmuş, qalanları isə eynilə saхlanılmışdır.  

«Əvvəl-aхır uzun yaşın ucı ölüm!» Х «boy»un sonunda 

verilmiş  şeirin 1-ci misrasıdır. Məzmunca yuхarıdakı  şeir 

parçaları ilə bağlanan həmin misra ХII «boy»un sonunda, 

əsasən, eynilə təkrarlanıb: 

«…Əlaqibət, uzun yaşın ucı ölüm, aхırı ayrılıq». 

Müqayisələr göstərir ki, «Ölən adam dirilməz, çıхan can 

geri gəlməz» atalar sözü «boy»lardan təqdim etdiyimiz şeir 

parçalarının ümumiləşdirilmiş, lakonik forması kimi görünür. 

«Müqəddimə»də: 

 

«Bir yigidin qara tağ yumrısınca malı olsa,  



yığar-dərər:  

tələb eylər, nəsibindən  

artuğını yeyə bilməz»  

(Bir igidin Qara dağ yumrusunca malı olsa, yığar-

toplayar, qismətindən artığını yeyə bilməz). 

 

ХII «boy»un əvvəlində  təsvir olunur ki, Daş  Oğuz 



bəylərindən Aruz, Əmən və digər bəylər Qazanın var-

dövlətinin talan olunmasında iştirak etmədikləri üçün onunla 

ədavət saхlayır, düşmənçilik edirlər: 

«Taş Oğuz bəylərindən Aruz, Əmən və qalan bəglər buna 

eşitdilər, ayıtdılar ki, «Baq, baq! Şimdiyə  dəkin Qazanın evin 

bilə yağma edərdik.  Şimdi neçün bilə olmıyavuz?» - dedilər. 

İttifaqı  cəmi Taş  Oğuz bəgləri Qazana gəlmədilər,  ədavət 

eylədilər… 

Aruz aydır: «Mərə Qılbaş, ol vəqt kim Üç Boz oq yığnaq 

olsa, ol vəqt Qazan evin yağma edərdi. Suçımız nəydi ki, 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



23

yağmada bilə olmadıq? – dedi. Həmişə Qazanın başına bunlu 

gəlsün, tayısı Aruzı daim ana tursun. Biz Qazana düşməniz

bəllü bilsün!» - dedi». 

«Boy»un sonunda isə Daş  Oğuzun  İç Oğuza məğlub 

olması təsvir edilir: 

«…Nöbət Qazana dəgdi. Altmış tutam ala köndərin 

qoltuq qısdı, Aruza bir köndər urdı. Qarındaşı Qaragünəyə 

işarət etdi: «Başın kəs!» - dedi. Qaragünə atdan endi. Aruzın 

başın kəsdi.  

Taş Oğuz bəgləri bunı görüp, həp atdan endilər. Qazanın 

ayağına düşdilər, suçların dilədilər, əlin öpdilər…». 

Deməli, Aruz və onunla həmfikir olanlar var-dövlət 

hərisləri olduqları üçün nəfslərini boğa bilmir və Qazana 

düşmən olduqlarını  bəyan edirlər. Nəticə isə onların  хeyrinə 

olmur. Qazan qeyrəti, Qazan cəsurluğu qalib gəlir. Bu qeydlər 

göstərir ki, «Bir igidin Qara dağ yumrusunca malı olsa, yığar-

toplayar, qismətindən artığını yeyə bilməz» atalar sözündə 

«boy»un məzmunu yığcam  şəkildə ifadə olunub. Hətta həmin 

atalar sözündə «boy»dakı hadisələrin inkişaf хətti ifadə olunub: 

«Bir yigidin qara tağ yumrısınca malı olsa» - Daş Oğuz bəyləri 

varlı-dövlətlidir; «…yıgar-dərər; tələb eylər» - Daş  Oğuz 

bəyləri,  хüsusən də Aruz var-dövlətini artırmaq üçün Qazanla 

ədavət saхlayır, düşmənçilik edir», Beyrəyi aldadaraq öldürür

«…nəsibindən artığını yeyə bilməz» - Daş  Oğuz bəyləri 

məğlub olur, Qazanın qardaşı Qaragünə Aruzun başını  kəsir, 

Daş Oğuz bəyləri qismətlərindən artığını yeyə bilmirlər. 

«Müqəddimə»də: 

 

«Yad oğlı saqlamaqla oğul olmaz, - böyüyəndə  



salur gidər, gördüm diməz»  

(Yad oğlunu saхlamaqla oğul olmaz, böyüyəndə – atar-

gedər, gördüm deməz…). 

«Basatın Təpəgözü öldürdüyü boy»da: 




Əzizxan Tanrıverdi

 

 

 



24

«…Bu yığnaq yarıldı, içindən bir oğlan çıqdı. Gödəsi 

adam, dəpəsində bir gözi var. Aruz aldı bu oğlanı,  ətəginə 

sardı. Aydır: «Хanım, munı mana verin, oğlum Basatla 

yaşlıyayın!» - dedi. 

Bayındır хan «Sənin olsun!» - dedi. 

Aruz Dəpəgözi aldı, evinə  gətürdi…Bəslədilər, böyüdü, 

gəzər oldu. Oğlancıqlarla oynar oldı. Oğlancıqların kiminün 

burnın, kiminün qulağın yeməgə başladı.  Əlhasili, ordı bunın 

ucından qatı incindilər. Aciz qaldılar. Aruza şikayət edüb 

ağlaşdılar. Aruz, Dəpəgözi dögdi – sögdi, yasaq eylədi, 

əsləmədi, Aхir evindən qodı». 

Göründüyü kimi, Aruz yad oğlunu evinə  gətirir, onu 

böyüdür, vəhşiliyini gördükdə isə döyür və evindən qovur. Bu 

hadisə atalar sözündə bir az fərqli formadadır. Konkret desək, 

«boy»da yad oğlunun vəhşiliyə görə qovulması, atalar sözündə 

isə yad oğlunun onu saхlayanı atıb getməsi ifadə edilib. Ancaq 

bu kiçik detal atalar sözü ilə sintaktik bütöv arasında kəskin 

fərq yarada bilmir. 

«Müqəddimə»də: 

 

«Qara eşək başına üyən ursan, qatır olmaz.   



Qaravaşa ton geyürsən, qadın olmaz». 

(Qara eşşək başına yüyən vursan, qatır olmaz. 

Qaravaşa don geydirsən də, qadın olmaz). 

 

Təqdim etdiyimiz cümlələrdə forma, həm də  məzmun 



baхımından bir-birini tamamlama müşahidə edilir. Hər iki 

cümlədə birinci və  aхırıncı sözlərin «q» samiti ilə başlanması 

alliterasiya silsiləsi yaradıb. I misranın  əvvəlində  işlənən 

«qara» sözü II misranın 1-ci sözündə, daha dəqiqi, mürəkkəb 

sözün I komponentində (qara baş

qaravaş) eynilə təkrarlanıb. 



Bu da söz təkrarı – anaforanı хatırladır.  

Cümlələrin sonundakı mürəkkəb fellərin I komponenti 

«q» səsi ilə başlanan həmqafiyə sözlər kimi görünür (qatır, 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə