Microsoft Word Filologiya Volume3 Number1 2015 1


“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi



Yüklə 184,48 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix05.10.2017
ölçüsü184,48 Kb.
#3299
1   2   3   4   5

“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

43 

vuşun yanında “tər töksə” də, karamel fab-

rikində səhnədən tamamilə uzaq olan insan-

ların arasında böyük sənətkar kimi çıxış edir. 

Bu cür hallar Kəbirlinskinin  şəxsiyyətində 

ziddiyyətli məqamları üzə  çıxarır.  Əlbəttə, 

Kəbirlinskinin xarakteri bütün hallarda öz 

təbii halını  sərgiləyir. Bizi

 

bütöv xarakterə 



malik olmayan insanın siması ilə tanış edir. 

Ancaq fürsət düşəndə özünü tərifdən, özü-

nü göstərmə sevdasından da qalmır. 

Anar qələminin məhsulu olan bütün əsərlə-

rin, eləcə də “Dantenin yubileyi” povestinin 

məzmununda xarakterlərin sərgilədiyi dövr-

lərdə  kəskin, paradoksal ab - hava var. Bu 

keyfiyyət isə dünyaya sığmayan insanın hə-

yatdakı istəklərindən, sosial-ictimai, mənəvi-

əxlaqi davranışlarından doğan mürəkkəblik-

dir. Bu baxımdan Anarın nəsr dünyasının 

sakinlərinin həyatını  təhlil etmək, onların 

haqqında bir söz demək həyatın özü qədər 

çətindir. Çünki “Dantenin yubileyi” poves-

tində müəllif mövqeyi arxa

 

plandadır.



 

Biz-


lər əsəbi, özündən razı Siyavuşu, lovğa akt-

yor Cavadı, hər fürsətdə kimisə ələ salmağa 

çalışan əxlaqsız Məcidi bütün hal və davra-

nışları ilə izləyir, hətta onlarla öz içimizdən 

biri kimi ünsiyyətə giririk, onları tanımağa 

çalışırıq. Bəzən Siyavuşun əsəbi ədasını, Ca-

vadın özünü şirin satmaq, yaxşı göstərmək 

istəyini, Məcidin simasızlığını  ən azından 

təbii hal kimi qarşılamalı oluruq. Bu özəllik 

Anarın estetik idealının nə qədər sosial-mə-

nəvi problemlərlə yükləndiyini göstərir. Ay-

dın Məmmədov bu baxımdan belə qənaətə 

gəlir ki: 

“Anarın  əsərlərində obrazların həqiqi dəyəri 

ilə mövcud olan yaşayış tərzləri, mövqeləri

danışıqları, hərəkətləri arasında bəzən uy-

ğunsuzluq var və  məhz buna görə  də  hər 

obraz zərurət ilə təsadüfün, əslində olası ilə 

hal-hazırda olanın, daxildəki ilə üzdəkinin 

kəskin antaqonizmi arasında qalır. Yazıçının 

dilinin əsas poetik amilləri də həmin antaqo-

nizmdən irəli gələn mətnaltı məna dərinliyi 

və daxili səs qüdrəti ilə səciyyələnir. Anarın 

obrazlarının iki səsi var – biri başqaları ilə 

ünsiyyətdə meydana çıxır, obrazın kollektiv-

dəki yerini müəyyənləşdirir və bu mənada 

nisbidir, yəni hər kəslə onun öz dəyəri çər-

çivəsində danışır, o biri səs isə obrazın daxi-

lindədir, onun öz məninə aiddir və buna gö-

rə də mütləqdir-həmin obrazı ölən gününə-

dək izləyən səsdir. Daxili məzmun genişliyi, 

mətnaltı mənanın əksər hallarda sözün üz-

dəki mənasından geniş olması  və  nəhayət, 

daxili səsin addımbaşı obrazın təfəkkürün-

də, davranışında, ruhunda əks-səda verməsi 

Anar dilinin aparıcı xəttidir. Bəzən bir söz, 

bir cümlə və bir epizod insan həyatının bu 

antaqonizmini tam ehtiva etmək dərəcəsinə 

yüksəlir və bununla da, Anar yaradıcılığının 

ən qüvvətli cəhətlərindən olan poetik simvo-

lizm əldə edir”. [7, səh,69] 

Kəbirlinski xarakteri Cavad obrazı ilə müna-

sibətdə daha da açılır. Cavad istedad baxı-

mından Kəbirlinskinin  əksi olduğu kimi, 

mənəvi-əxlaqi yöndən bu iki şəxs bir-birinə 

ziddir. Cavad gənc və istedadlı olduğu qə-

dər məğrur, ətrafındakıların diqqətini özünə 

çəkməyə çalışan biri kimi də diqqət cəlb edir. 

Sənətdə bir-birinə zidd olan bu iki şəxs, əsə-

rin süjetinin açılmasında çox böyük rol oy-

nayır. Yazıçı Cavad kimi xarakterləri canlan-

dırmaqla Kəbirlinskinin həqiqi simasını da-

ha dolğun ifadə edir. Sənətkar, həyat həqi-

qətlərinə istinadən Kəbirlinski obrazına qarşı 

kəskin ittiham, kəskin tənqid mövqeyindən 

çıxış edir. Təsvir epoxasının dərinliyi, xarak-

terlərin məzmunlu, həyati çıxışı povestin 

estetik mündəricəsini təyin edir. Cavad ob-

razı haqqında müəllif məlumatı onu bizə 

müəyyən qədər tanış edir: 

“Məstan pişik rolunun daimi ifaçısı gənc akt-

yor Cavad Cabbarov səhnənin təzə parlayan 

ulduzlarından idi. Səhnədə Hamleti, Elxanı, 

Otellonu oynasa da, radiodakı bu kiçik ro-

lundan - onu balacalara sevdirən Məstan 

pişik rolundan imtina etmirdi. Səliqəylə bir 

həftə yazılışa gəlir, radio işçilərinin onu məs-

tan pişik adlandırmasından qətiyyən inci-

mir, əksinə, xoşlanırdı”. [1, səh,165] 



Ülvi Babayev  

44 

Müəllifin Cavad haqqında verdiyi məlumat-

dan bəlli olur ki, o özündən razı, daima gün-

dəmdə olmağa çalışan gənc aktyorların ümu-

miləşmiş obrazıdır. 

Doğrudur, Cavadın özünəxas fərdi cizgiləri 

var. Ancaq o həm də öz qəbilindən olan in-

sanların olduqca dolğun, təravətli prototipi 

kimi çıxış edir. Cavad zahirən elə görünür 

ki, Kəbirlinskiyə canı yanır. Əslində bu canı 

yanmaq deyil. Bu “miskin”, “bacarıqsız”, 

müəyyən mənada “rəzil” bir adama acımaq-

dı. Bu acımağın kökündə isə, həm də özünü 

şirin satmaq, özünü hər kəsdən üstün göstər-

mək istəyi də var: 

“- Gəl, bura, Kəbirlinski, - dedi, - bu saat sə-

ninçün bir şey düzəldərəm. Tülkü olmasın, 

çaqqal olsun, nə eybi var, hə? Təki on bir ma-

nat gəlsin, ay zalım. Stavkan neçədir? 

Kəbirlinski: 

-  

Yeddi manat, -dedi. 



-  

Yeddi? Zərər yoxdur. Yeddi maat da pul-

dur. Çaqqalnan necəsən? 

-  


Çaqqal? 

-  


Həmişə tülkü olmusan, bir gün də çaq-

qal olarsan, - deyə Cavad şaqqıldadı. – 

Ay lotu, vur bura...” [1, səh,169] 

Anar bu cür səhnələrdəki gülüşlə təkcə Kə-

birlinskilərin düşdüyü vəziyyəti canlandır-

mır. Belə  məqamlarda tənqid, özünü ifşa 

üsulları bədii təcəssümə çevrilir. “Ziyalı” Ca-

vadın əsl siması da, Cavadların Kəbirlinski-

lərin taleyinə “müdaxiləsi” də  əks olunur. 

Əsərdə bütün xarakterlərin bir-biri ilə üzvi 

şəkildə bağlılığı var. Hər bir dialoq drama-

turgiyadan gələn dərin dramatizmi sərgilə-

yir. Çünki xarakterlərin bir-birinə olan mü-

nasibəti onların pis və yaxşı yönlərini üzə 

çıxarır.  Əsərdə  hər hansı süni vəziyyət nə-

zərə çarpmır. Çünki hər bir obraz düşdüyü 

vəziyyətə uyğun “hərəkət” edir. Kəbirlinski 

ilə münasibətdə olan insanların istehzalı dav-

ranışı bizə bir insanın talesizliyinin nə qədər 

böyük bir bəla olduğunu göstərir. Kəbirlins-

ki xarakter olaraq olduqca sadəlövhdür. Onun 

bu sadəlövhlüyü ona doğru-dürüst qərar 

verməyə imkan vermir. Hətta Cavadla söh-

bətində baxırsan ki, könlündən “molla” ol-

maq belə keçir: 

“-   Gərək elə molla olaydın, Kəbirlinski, mol-

lalar bilirsən necə qazanır. Hər ölənə bir 

yasin oxusan narodnı artistdən yaxşı 

dolanardın. 

Feyzulla gülümsündü, hansı ötən xatirələr 

isə yadına salıb başını yellədi: 

-  


Quran ayələri indiyəcən yadımdadır, - 

dedi. 


-  

Doğurdan? Bəs nə əcəb mollalıq eləmir-

sən? 

Feyzulla təəccüblə çiyinlərini çəkdi: 



-  

Nə danışırsan, ay Cavad, məndən molla 

olar? 

-  


Niyə olmur? 

-  


Vay,  əşi sən nə danışırsan? Mən hara, 

mollalıq hara? 

-  

Axı niyə olmur? Atan-müfti, sir-sifətin-



dən möminlik yağır, özün də Quranı əz-

bər bilirsən. Daha mollaya bundan artıq 

nə lazımdır? 

-  


Qəribə söz danışırsan e - bu qəribə fikir 

Feyzullanı lap çaşdırmışdı...” [1, səh,175] 

Bu cür məqamlar Feyzullanın nə qədər zəif 

xarakterə malik olduğunu göstərir: İnsan ki-

mi böyük varlığın iradədən nə qədər məhrum 

olduğunun faciəsini! Bu cür şəxsi keyfiyyət 

lərinə görə Feyzulla Kəbirlinskini faciə qəh-

rəmanı adlandırmaq olar. Tale faciəsi, yeri 

səhv düşmüş insanın faciəsi! 

Feyzullanın acınacaqlı taleyi yazara o qədər 

dərin kədərli təsirlə müraciət edir ki, sənət-

kar qəhrəmanın həyatındakı  ən gülünc və 

faciəvi məqamları təsvir edir. Səhnədə olan-

da üç kəlməni doğru-dürüst tələffüz edə bil-

məyən Feyzulla karamel fabrikində əsl sənət-

dən dəm vurur. Özü də rejissor Siyavuşun 

sözlərini əsas müraciət forması

 

kimi istifadə 



edir: 

“Sənət yanmaq deməkdir, yanmaq yaratmaq! 

Burada yaradıcılıq, istedad lazımdır. Bir də 



Yüklə 184,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə