Microsoft Word Filologiya Volume3 Number1 2015 1


“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi



Yüklə 184,48 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix05.10.2017
ölçüsü184,48 Kb.
#3299
1   2   3   4   5

“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

45 

hərarət. Bəli, hərarət! 36,6 hərarətlə sənət ya-

ratmaq olmaz...” [1, səh,175] 

Dərin psixologizmə  əsaslanan “ Dantenin 

yubileyi” povestinin məna qatında, poetika-

sında xəfif bir lirizm də nəzərə çarpır. Bu li-

rizm Kəbirlinskinin həyatından verilən hər 

bir fraqmentdə öz əksini tapır. Povestin məz-

mun-məna mündəricəsi  əvvəldən sona ki-

mi lirik-emosional ovqat zəminində davam 

edir. Mühakiməli oxucu, qəhrəmanın düş-

düyü hər gülünc durumdan təsirlənir, kədər-

lənir.  Əgər “Gürcü familiyası”, “Taksi və 

vaxt” kimi hekayələrinin qəhrəmanları faci-

əvi həyatlarının fərqində idilərsə, “Dantenin 

yubileyi” povestinin qəhrəmanı  ətrafında 

olub-bitənlərə biganədir. Kəbirlinski Oqta-

yın psixoloji-intellekt zəminində dərk etdi-

yi həyata baxışdan məhrumdur. Oqtayın 

həyatında olduqca dolğun sentimental kə-

dər var. Və kədər motivi Oqtayın baxışı ilə 

bizə təqdim edilir. Oqtay ən azından öz dər-

dinin fərqindədir. Ən azından vaxta, zama-

na etiraz edə bilir. Ən azından istədiyi, arzu-

ladığı həyatdan hicrət etdiyini bilir. Bəs Kə-

birlinski?! Kəbirlinski isə ona olmazın sözün 

deyən, onu rəzil-rüsvay edən Siyavuşu yam-

sılamaqla kifayətlənir. Kəbirlinski əvvəldən 

sona qədər olduğu kimi qalır. Əlbəttə ki, əsə-

rin sonundakı rüsvayçılıq ona ağır təsir edir. 

Ancaq yazar onun dəyişməyi istiqamətində 

bizə heç nə bildirmir. Çünki Kəbirlinski ob-

razının birdən-birə dəyişməsi həyat həqiqət-

lərinə zidd olardı. Yazar sadəcə olaraq belə 

bir insan taleyini böyük sənət yanğısı ilə qə-

ləmə almağı zəruri bilir. Söhbətimizin əvvə-

lində bildirdiyimiz kimi, həyatdakı dishar-

monik gerçəkliklər Anarı rahat buraxmır. 

Yazar düşünür: “Necə olur ki Yer kürəsinin 

ən  şərəfli məxluqu insan, bu qədər “aciz”, 

bu qədər “miskin” bir vəziyyətə düşsün. Sə-

bəb!? Ən böyük səbəb isə, müsibət oluruq biz 

səhv düşəndə yerimiz”! [3, səh,88] 

Feyzulla ilə bağlı  səhnələr o qədər dolğun 

bədii yansıma ilə “göstərilir” ki, artıq bizlər 

onun gənc yaşlarında belə necə bir insan ol 

duğunu təsəvvür edə bilirik. Hətta Cahan-

gir Məmmədov bütünlükdə  əsəri belə qiy-

mətləndirir: “Dantenin yubileyi” bütöv bir 

insan taleyidir. Həyatda öz yolunu tapma-

mış insanın ömründən bir neçə təlaşlı günü 

əks etdirən fraqmentdə biz bütöv bir taleyi 

görürük. Burada səhifə azlığı yazıçının üslu-

bunu müəyyənləşdirən cəhətdir”. [8, səh,12] 

Əlbəttə, biz müəyyən qədər bu fikirlərlə də 

razılaşırıq. Lakin bizlər, Kəbirlinskinin sənə-

tə necə gəldiyini görmürük. Doğrudur, ka-

ramel fabrikində keçmiş günlərdən bir neçə 

xatirə Kəbirlinskinin dilindən nəql edilir. Onu 

da yaxşı bilirik ki, 30-cu illər Azərbaycanın-

da teatr incəsənət aləmində aparıcı sahə idi. 

Kəbirlinski onu da doğru vurğulayır ki, “O 

vaxt arvad rolunu oynamağa artiska tapa 

bilmirdik, özümüz məcbur olurduq oynama-

ğa. Mən özüm o qədər Firəngiz, Gültəkin

Xumar oynamışam ki...” [1, səh,185] O dövr-

də xalqımızın sosial-əxlaqi dünyagörüşü, di-

ni baxışı teatrı qəbul etmirdi. Anar bu gerçək-

liklərə də yer verib. Bu da olduqca doğru bir 

qeyddir.. Ona görə ki, Anar Feyzullanın keç-

miş  həyatını müəyyən qeydlər, haşiyələrlə 

işıqlandırır. Ancaq qələmə alınan həyatın 

ətraflı inikasını görmürük. Əgər bizlər Kəbir-

linskinin gənclik dövrünün şahidi kimi mət-

nə nüfuz etsəydik, qənaətimizcə, əsər daha 

tam və dolğun təsir bağışlayardı. Çünki əsə-

rin elə səhnələri var ki, bizlər Feyzullanı bü-

tün olub-bitənlərin fərqində olan bir insan 

kimi görürük. Bu cür hallar isə belə bir fikir 

yarada bilər ki, Feyzulla riyakardırmı? Bəzi 

işini bacarmayan adamlar kimi o da öz baca-

rıqsızlığını, istedadsızlığını ört-basdır etmək-

mi istəyir? Xeyr! Axı Feyzullanın könül dün-

yasına nüfuz edəndə bizlər saf, sadə, fağır 

bir insanın siması ilə rastlaşırıq. Məhz belə 

paradoksal məqamlar bizləri çaşdırır. Çünki 

Feyzullanın sənətdə özünü tapa bilməməsi 

onu narahat eləmir. Bizlər bircə dəfə də olsun 

onun bu mövzuda sarsıntı keçirdiyini gör-

mürük. Əlbəttə, Anar Feyzulla obrazını bu 

cür gerçəkliklərin fərqində olan bir insan ki-

mi qələmə almayıb. Belə ziddiyyətli məqam-

lara yer verildiyi təqdirdə əsər uğursuz alı-

nardı. Ancaq bu səhnəyə diqqət yetirək : 




Ülvi Babayev  

46 

“-   Bir məsələ də var.  

-  

Nə məsələ, a kişi, denən görək, sən də lap 



məni avara elədin. 

-  


Vallah, sənə ərkim çatır, ayrı kimə de-

yim axı... Bilirsən, mən elə şeyə fikir ve-

rən adam deyiləm, amma beş dost olan-

da, beş də düşmən gözü var. Bir yandan 

da arvad məni piləyir. 

-  


Uzatma,  Kəbirlinski, sən atovun goru, 

keç mətləbə görək... 

-  

Mətləb deyəndə, yəni bu il mənim altmış 



illiyim tamam olur. İndi mən nə Ərəb-

linskiyəm, nə Abbas Mirzə, amma daha 

azdan-çoxdan yenə bizim də xidmətimiz 

olub... Deyirəm, bəlkə zvaniyadan-zad-

dan... Mən elə şeyin düşkünü deyiləm, 

özün bilirsən, amma, görürsən dünən-

ki uşaqlar gəlib olub əməkdar artist, yox, 

mən bir şey demirəm, halal xoşları olsun, 

amma indi biz də özümüzə görə, azdan-

çoxdan neçə ildir külüng vururuq”. [1, 

səh, 175] 

Kəbirlinskinin bu arxayın, təmkinli etirafları 

bir qədər incik, umu-küsülü etirazları bizdə 

belə bir fikir oyadır. Bu həmin Feyzulla Kə-

birlinskidir mi? Çünki bu cür fikirlər bir cə-

hətdən Kəbirlinski xarakteri ilə səsləşmir. Bu 

fikirlər təmkinli, doğru-dürüst qərar vermə-

yi bacaran, həyatdakı mövqeyin bilən insa-

nın düşüncə dünyasından xəbər verir. Belə 

bir səhnədən sonra Anar Kəbirlinskinin düş-

düyü komik durumları bir daha diqqət mər-

kəzinə çəkir. Bu cür hallar isə əsərə, xarakte-

rin mahiyyətinə uyğunsuz bir yeknəsəqlik 

qatır. Əlbəttə ki, bizlər bir sənət örnəyi kimi 

povestdəki dərin sənətkar yanğısına, canlı, 

real həyat surətlərinin bədii inikasına  şübhə 

etmirik. Lakin belə məqamlar əsərin tempe-

ramentinə, qəhrəmanın fərdi cizgilərinin ol-

duğu kimi yansıdılmasına mənfi təsir göstərir. 

Əsərdə  Kəbirlinski “süjet”inin açılmasında 

böyük rol oynayan obrazlardan biri də radio 

işçisi Məciddir. Məcid xaraktercə “hiyləgər”, 

“dələduz”, başqalarını  ələ salmaqdan həzz 

alan bir az da zarafatcıl bir “insan”dır. Eyni 

zamanda Məcid olduqca fəal daima hərəkət-

də olan hadisələrin axınına təsir edən xarak-

terdir. Bədii nəsrdə ortaya qoyulan problem 

nə  qədər böyük olsa da, o problemin əsas 

daşıyıcısı olan insan nəzərə çarpmalıdır. Biz-

lər “dolğun”, “koloritli” xarakter görməliyik. 

Həmin xarakter istər mənfi, istərsə də müs-

bət keyfiyyətlərə malik olsun (fərqi yoxdur). 

Yazar, Məcid obrazını bir neçə səhnədə təq-

dim edir. Lakin o, “hiperaktiv” davranışı, 

ədası ilə bir neçə insanın həyatına təsir edir. 

Kəbirlinskinin oğlu Eldarı hövsələdən çıxa-

ran, onda atasına qarşı nifrət oyadan Məcid 

deyilmi? Kəbirlinskinin sadəlövhlüyündən 

istifadə edərək onu kollektiv arasında gülüş 

obyektinə çevirən də Məciddir. Sənətkar Mə-

cid kimi xarakteri canlandırmaqla dələduz-

ların sadəlövhlərin həyatına necə təsir etdi-

yini böyük bir yanğıyla göstərir. Və bu ya-

nğı böyük bir istehzaya çevrilir: 

“Məcid: 

-  


Gördün, - dedi, - yenə məni hədələyir, 

bax, atandan soruşdum, məni başa sal-

dı, amma sən çırtqoz kimi atılırsan orta-

lığa, çıxırsan özündən.Feyzulla müəllim, 

- Eldarın yanında “Feyzulla müəllim” 

deyirdi, amma bu müraciətin özündə bir 

istehza vardı, - Feyzulla müəllim, inci-

məyin, amma məni çox maraqlandırır, 

bu nə dəbdir belə, artistlər özlərinə tə-

xəllüs götürürlər:Ərəblinski, Kəbirlinski... 

O tam ciddiyyətlə danışırdı, dodağı belə qaç-

mırdı, bircə gözlərinin içindən cin çıxırdı. 

Eldar istehzanı, masqaranı duyur və  Mə-

cidin bütün sifəti sanki Eldarın gözlərinin 

içinə, yaddaşına, canına hopurdu. Məcidin 

kürən saçları, qaşları, kirpiksiz gözləri, kosa-

sayağı ətli sifətində qızıla çalan təkəm-sey-

rək tükləri... Burun pərələrindən uzanan 

tüklər belə kürən idi... Danışanda, irişəndə 

parıldayan üç qabaq qızıl dişi, sallaq buxa-

ğı, kos kimi ora-bura dığırlanan, bir nöqtədə 

qərar tapa bilməyən göz bəbəkləri, pələş qu-

laqlar, yoğun, gödək barmaqlı toppuş əllər, 



Yüklə 184,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə