Microsoft Word Filologiya Volume3 Number1 2015 1



Yüklə 184,48 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix05.10.2017
ölçüsü184,48 Kb.
#3299
1   2   3   4   5

“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

47 

ağ köynəyin kirli yaxalığı – Eldarın gözləri-

nə yapışır, hafizəsində həkk olunurdu. 

Feyzulla tam bir sadəlövhlüklə: 

-  

O vaxt mod deyildi, ay bala, - dedi, - hə-



rə özünə bir təxəllüs götürmüşdü. 

Məcidin vurnuxan gözləri arabir Eldarın 

nəzərləriylə tuşlaşır və bu ani baxışlarda hər 

ikisi bir-birinin halını başa düşürdü. Eldar 

içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət 

çəkməmişdi. Kəbirlinskini Eldarın gözü qar-

şısında  əməlli-başlı dolayır, daha doğrusu, 

Feyzulla heç bir şey duymadan-öz danışıq-

larıyla özü özünü dolayır, Məcidə sonsuz 

zövq verir, Eldarı odsuz-tüstüsüz yandırırdı. 

Bixəbər Feyzulla:- Hərə bir ad götürmüşdü,  

-  


deyə davam edirdi. – Ərəblinski, Sarabs-

ki, Ağdamski...” [1, səh,172] 

Kəbirlinskinin bu qədər bəsit düşüncəli biri 

olduğunu nəzərə alan Cahangir Məmmədov 

“onu lağa qoyan Məcidin də hardasa haqlı-

lığına inanmaq istədiyini”. [8, səh,13] bildirir.  

Məcid öz xarakterinin haqqını verən ən san-

ballı, “koloritli” obrazdır. Məcidin hər bir 

hərəkəti təbiidir, realdır. Hətta demək olar 

ki, povestin qəhrəmanı Feyzulla Kəbirlins-

ki belə bu səviyyədə xarakter sərgiləmir. Sə-

nətkarın povestdə  ən böyük uğurlarından 

biri Məcid obrazıdır. Anar, bu tipli xarakter 

ləri yaratmaqla sələfi Mirzə Cəlilin yaradıcı-

lığına yaxınlaşır. Axı Mirzə Cəlil də, dolğun, 

fəal xarakterlərin hərəkəti, davranışı  zəmi-

nində real həyat lövhələrini sənət zirvəsinə 

ucaldırdı. “Xudayar bəylərin, (“Danabaş 

kəndinin  əhvalatları”)  ən adi etik davranı-

şından tutmuş qiyafətinə qədər elə fərdi və 

ümumi cizgiləri yaradılır ki, xarakterin bü-

tün hərəkətləri, daxili və zahiri siması əsərin 

vərəqləri arasından çıxıb gözlərimiz önün-

də canlanır... Bu baxımdan Cahangir Məm-

mədovun Anar və nəsri (xüsusi ilə “Dante-

nin yubileyi” povesti) haqqında fikrini təs-

diqləməli oluruq: “Anar bütün yaradıcılığı 

boyu Mirzə Cəlil sənətinin gözəlliyini təsdiq 

edir. Bu təsdiq adicə möhür deyil, həm də 

bu təsdiqdə o, özünü layiqli bir xələf kimi gös-

tərir”. [8, səh,13] 

“Bic – vələdüzna” Məcid əsərin zirvə nöqtə-

sinə doğru yol almasında böyük rol oynayır: 

“Hörmətli, yoldaş Feyzulla Kəbirlinski! Sizi 

böyük  İtalyan  şairi Dante Aligyerinin ana-

dan olmasının 700 illiyinə həsr olunmuş tən-

tənəli yığıncağa dəvət edirik... Gecənin tari-

xi də  əllə yazılmışdı - mayın 11-i, yəni bu 

gün”. [1, səh, 200] Artıq bu səhnədə Məcid 

ən son oyununu da oynayır. Onun simasın-

da abırsızlıq kimi “insana” yad olan keyfiy-

yətlər kulminasiya nöqtəsinə çatır. Kəbirlins-

ki aldadılır. Aldanmaq, aldadılmaq bu insa-

nın saflığından, təmizliyindən doğan bir fa-

ciədir. Belə bir məqamda biz Fidanə Musa-

yevanın fikri ilə razılaşmalı oluruq: “Kəbir-

linskinin süjeti irəlilədikcə  bəlli olur ki, o, 

gənc, istedadlı, lakin xudpəsənd rejissor Si-

yavuşdan, tanınmış, gənc, amma lovğa akt-

yor Cavaddan, mənsəb yiyəsi təkəbbürlü 

Məciddən  əxlaq və  mənəviyyatca xeyli üs-

tündür”. [5, səh, 77] 

Feyzulla bircə gün də olsa, deyingən arvadı 

Həcərin umu-küsülərindən, tənələrindən ya-

xa qurtarmaq istəyir. Və bunun üçün onun 

xüsusi sifarişini, əl-əl gəzsə də, heç kim ona 

“bilet” vermir. Teatra bilet tapa bilməyən Kə-

birlinski Məcidin ona oynadığı oyuna alət 

olur. Məciddən “vaxtı keçmiş  dəvətnamə-

ləri alanda o nə qədər sevinmişdi. Hətta, o 

dil-dodağı əsə-əsə: 

-  


Çox sağ ol, bala, -dedi, - çox sağ ol, - ayrı 

söz deyə bilmədi. Qəhərlənmişdi”. [1, 

səh,200] 

Burada dərin sentimental kədər, qəhrəma-

nın fərdi-mənəvi aləmi, Kəbirlinski – Həcər 

münasibətinin psixoloji, faciəvi məzmunu 

bədii inikasın əsas predmeti kimi çıxış edir. 

Bizlər Kəbirlinskinin Həcərin təhqirlərindən 

necə “bezar” olduğunu, necə təlaşlandığını 

duyuruq. O sevinir ki, heç olmasa bu gün 

bir neçə saat Həcərdən “nalayiq” sözlər eşit-

məyəcəm. Bəlkə də, bu gün başımı yastığa 




Ülvi Babayev  

48 

rahat qoyacağam. Həcər –Feyzulla münasi-

bəti əsərdə semantik mərkəz təşkil edir. Hə-

cər xaraktercə sərt, qaba, köntöy bir qadın-

dır. Hardasa onun hərəkətləri milli psixolo-

giyaya yaddır. Çünki o neçə illər bir yastığa 

baş qoyduğu adamı incidir, ümumən qadı-

na zidd davranışı ilə Kəbirlinski kimi yum-

şaq xasiyyətli bir insanı belə  əsəbiləşdirir. 

Milli düşüncə dünyamıza görə, işdən yor-

ğun gələn kişinin qarşısına heç olmasa bir 

stəkan çay qoyular, ondan istədiyi bir şeyin 

olub-olmadığı soruşurlar.  Əlbəttə, bu cür 

münasibət təbii bir haldır. Qadının incəliyin-

dən, zərifliyindən xəbər verir. Həcər obrazı 

sanki bütün bu insani keyfiyyətlərdən məh-

rumdur. Onun qəlbində şəfqət hissinin ye-

rini nifrət hissi doldurub. Bütün bunların 

baiskarı kimdir? Feyzulla Kəbirlinski! (“Ha-

mı ərə gedir ağ günə çıxır, bu da adını ər qo-

yub” [1, səh,178] Feyzulla Həcəri istədiyi gü-

nə çıxara bilməyib. İşindəki uğursuzluq Fey-

zullanın ailə  həyatına da təsir edir. Yazar 

Həcər-Feyzulla münasibəti ilə bağlı elə səh-

nələr təqdim edir ki, artıq əlavə şərhə ehti-

yac qalmır:  

“Feyzulla özünə çay töküb gətirmişdi, bala-

ca armudu stəkandan qurtum-qurtum içir-

di... Feyzulla çayını içdi, aparıb stəkanı əlüz 

yuyanın altında suya çəkdi...” [1, səh,178)] 

Həcər cürbəcür söyüşlərlə, təhqirlərlə, hərə-

kətlərlə Feyzullaya öz etirazını bildirməsə 

belə, bu səhnədən aydın olur ki, onlar ara-

sında necə bir “ailə bağı” var. Feyzullanın 

ailə həyatındakı uğursuzluğu onun işində-

ki “fərsizliyinin” təzahürləri kimi üzə çıxır. 

Sənətkar bütöv bir insan ömrünün necə puç 

olduğunu, həyatda qərar tuta bilməməsini 

onun işi, peşəsi ilə də bağlı olduğunu göstə-

rir. Hər şey, hər kəs Feyzullanın istəklərinə 

zidd hərəkət edir. Bu isə, sevindirici bir hal-

dır ki, ədib qəhrəmanın həyatına müdaxilə 

etmir. Onun bu təhqirlərindən, tənələrindən 

bezib düzəlməsinə də heç bir işarə yoxdur. 

Axı sənət fitri istedadla bağlıdır. Feyzulla isə 

bunun həm fərqindədir, həm də yox! Sənət-

kara  əzab verən cəhətlərdən biri də budur 

ki, zaman axıb getsə  də, Feyzullada daxili 

bir oyanış yoxdur. Anar qəhrəmanını öz is-

təyi ilə baş-başa buraxır. Feyzulla ən sonda 

“metro səyahətində” möcüzə axtarırr. San-

ki metronun fərqli mühiti onun həyatını də-

yişəcək. Bu cür istək də ancaq və ancaq Fey-

zulla kimi bəsit düşüncəli, sadəlövh birinə 

xas olan xüsusiyyətdir. “Dantenin yubile-

yi”ndə iştirak etmək planı baş tutmadıqda, 

bu səfər Həcəri metronun “qəribəlikləri” ilə 

heyrətləndirmək istəyir. Feyzullanı düşdü-

yü pərt durumdan qurtaran Həcər isə, həyat 

yoldaşını məmnun etdiyi kimi, bizləri də razı 

salır. Oxucuda Həcərə qarşı sevgi, hörmət 

hissi yaranır. 

“Feyzullayla Həcər küçəyə çıxdılar... Həcər 

dinmirdi. Beləcə lal-dinməz addımlayaraq 

metro stansiyasına çatdılar. 

Həcər: 


-  

Metro, - dedi. 

Feyzulla boğuq səslə: 

-  


Hə - dedi. 

Çırtma vursaydılar ona, qan damardı. Hə-

cər Feyzullanın çoxdan yadırğadığı yumşaq 

və həlim səslə: 

-  

Gəlsənə metroya gedək, gəzək, ay Fey-



zulla, - dedi. 

Feyzulla: 

-  

İstəyirsən gedək, - dedi, sonra xəbər aldı, 



- heç metroya minmisən? 

Həcər ani sükutdan sonra: 

-  

Yox, - dedi, - hələ minməmişəm... 



Həcər: 

-  


Bıy, ay Feyzulla, bu nə qiyamət şeydir,- 

dedi. 


Feyzulla təəccübündən daha da həvəslənir, 

təcrübəli bələdçi kimi metronun müxtəlif 

möcüzələrini Həcərə göstərir, danışır, izahat 

verirdi. 

Həcər də elə hər şeyə təəccüblənir, hər şey-

dən zövq alır, elə hey için çəkirdi. 

Sabah yəqin ki, Həcər yenə deyinəcək, söy-

lənəcək, Feyzullanın gününü göy əsgiyə dü-

yəcəkdi. Amma bu gün onun könlünü qır-



“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

49 

maq istəmirdi.  İstəmirdi Feyzulla bilsin ki, 

düz iki aydır - metro açılandan bəri Həcər 

hər səhər həmin bu qatarla bazara gedib gə-

lir”. [1, səh, 203] 

Əsərin finalı ilə zirvə nöqtəsi bir yerdə, bir 

məqamda kəsişir. Feyzullanın aldadılması 

və  Həcərin birdən-birə  dəyişməsi povestin 

kulminativ sonluqla başa çatmasına səbəb 

olur. Həcər artıq mənən sınmış Feyzullanın 

qəlbinə toxunmur. Metro açılandan bəri hər 

gün onunla bazara gedib-gəlsə  də, özünü 

elə aparır ki, sanki metroya birinci dəfə mi-

nir. Yazar, insan qəlbinin dərinliklərinə enir 

və hardasa Həcər kimi sərt, amansız bir in-

sanın belə qəlbində böyük bir acıma duyğu-

su, şəfqət hissi olduğunu göstərir. Bu cür hal 

nə qədər insani məzmunlu bir keyfiyyət ol-

sa da, bir o qədər yazıçı mövqeyi, yazıçı sə-

mimiyyəti də  nəzərə çarpır. Oxucu Anarın 

nəsr dünyasından incik ayrılmır. Yazarın 

insana olan rəğbəti, insan sevgisi “ittiham” 

dolu baxışını üstələyir. Bu baxımdan Anar 

nəsrində “müsbət” və “mənfi” qəhrəman an-

lamı yoxdur. O, fərqli-fərqli xarakterlər can-

landırır və  həmin xarakterlər azad, hür in-

sanlardır. Yəni hadisələr müəllif istəyi ilə 

cərəyan etmir. Hər bir obrazın özünə xas 

fərdi-ictimai, sosial-mənəvi dünyası var. Sa-

dəcə olaraq həmin insanlar mübarizə mey-

danı olan həyatda cürbəcür sınaqlara çəki-

lirlər və həmin sınaqdan öz iradələri, düşün-

cə dünyaları sayəsində ya üzü ağ  çıxırlar, 

ya da ki, bizim Kəbirlinski kimi “qəribəlik” 

axtarırlar. Axı Anarın qəhrəmanları sosial-

mənəvi həyatlarında yeri səhv düşmüş in-

sanlardır. Yaşar Qarayev bu cəhəti hardasa 

riyazi dəqiqlik səviyyəsində ifadə edir: 

“Anarın nəsrindəki yer üzündə “boş ərazi” 

yoxdur. Buradakı genişliyin xəritəsi həm də 

mərtəbələr, zirzəmilər və liftlər arasında bö-

lünmüşdür. Burada müsbət və mənfi qəhrə-

man bölgüsü də yoxdur, yalnız diblərin, mər-

təbələrin və zirvələrin sakinləri vardır. Kə-

birlinski öz mərtəbəsində yaşamayanların 

nümayəndəsidir. Həmidə xala da, poçtalyon 

da, asılqandakı qadın da onunla “həmyerli-

dir”. [6, səh,153] 

Povestdə Kəbirlinski - Eldar xətti də çox mü-

hüm əhəmiyyətə malikdir. Əsər boyu bu iki 

insan arasında heç bir səmimi münasibət, 

ünsiyyət nəzərə çarpmır. Ancaq Eldarın “mə-

nəvi iztirabları” atası Feyzulla Kəbirlinski-

nin “fərsizliyindən” irəli gəlir. Eldar atasının 

cəmiyyət arasında gülünc vəziyyətə düşmə-

sini, təhqir olunmasını həzm edə bilmir. Bu 

cür hallar Eldarın həyatına böyük “mənə-

vi” əzab, təhqir kimi təsir göstərir. Lakin El-

dar mənəvi-psixoloji baxımdan müəyyən 

problemləri olan insandır. Eldarın münasi-

bətindən, davranışlarından aydın olur ki, o, 

Kəbirlinski ilə övlad-ata münasibəti yaşama-

yıb. Əlbəttə, Kəbirlinskinin Eldara olan sev-

gisinə şübhə etmirik. Çünki Eldar Feyzulla-

nın öz oğlu olmadığı halda onun böyüyüb 

boya-başa çatmasında pay sahibidir. Hər 

bir insan Feyzullanın etdiyi fədakarlığı edə 

bilməz; o, ölən baldızının oğlunu övladlığa 

götürür, ona öz canından, qanından biri ki-

mi münasibət bəsləyir. Eldar isə, bütün bu 

olub-bitənlərdən xəbərsizdir. Eldarı düşün-

dürən, ona əzab verən tək bir şey var: Atası-

nın fərsiz olmağı, cəmiyyət tərəfindən lağa 

qoyulmağı! Ümumiyyətlə, Kəbirlinski kimi 

atanın sağ olmasını belə  qəbul edə bilmir. 

Eldarda daxili eqoizm olduqca güclüdür. 

O, cəmiyyət tərəfindən daima xoş qarşılan-

maq istəyir və buna əsas maneə kimi atasını 

görür: “...mənim atam axı niyə belə fərsizdir. 

Mənə də... onun ucbatından hamı yuxarıdan 

aşağı baxır. Atam olmasaydı,... heç olmazsa 

bilərdim ki, yetiməm, biri mənə gözün üstə 

qaşın var deyə bilməzdi, amma bu sağdır, 

hamı bunu görür, tanıyır, hamı buna gülür, 

rişxənd eləyir, ələ salır, mən də qalıram içi-

mi yeyə-yeyə”. [1, səh,167)] Mətnin özündən 

də aydın olur ki, Eldar bir gənc kimi daima 

gündəmdə olmaq istəyir, özü və ailəsi haq-

qında həmişə xoş sözlər eşitməyi arzulayır. 

Bütün bu arzular isə, təbii haldır. Lakin El-

darın istəkləri daha çox mənlikdən, eqoist-

likdən gələn sarsıntıların fəsadlı təzahürlə-

ridir. Bu cür halların baş verməsində  Kə-



Ülvi Babayev  

50 

birlinskinin  ən böyük günahı  oğlu Eldarla 

istənilən münasibəti qura bilməməsidir. Mə-

sələyə psixoloji aspektdən yanaşası olsaq gö-

rərik ki, Eldarın uşaqlıq illəri də atasından 

mənəvi uzaqlıq zəminində keçib. Doğrudur

povestdə Eldarın uşaqlığı əks olunmur. La-

kin yazar Eldar-Feyzulla əlaqəsini o qədər 

dolğun, mənəvi-psixoloji gerçəkliklər zəmi-

nində  təsvir edir ki, artıq müəyyən, konkret 

həyat materialları əsasında problemin sosial-

mənəvi səbəblərini bir bütöv halında görə 

bilirik. Bədii sözün yığcam, lakonik şərhi biz-

lərə hazır, üzdə olan material vermir, əksinə, 

məsələnin estetik-ictimai yönlərini araşdır-

mağa, bir ailənin taleyi üzərində düşünməyə 

imkan yaradır. Və Feyzullanın gərəkli mü-

nasibəti qura bilməməsi onun Eldara qarşı 

olan sevgisinin azlığından irəli gəlmir. Bu 

cür münasibət onun xarakteri ilə bağlı təbii 

bir haldır. Lakin mətnlə daha ətraflı tanış ol-

duqca Feyzullanın Eldarı necə böyük bir 

məhəbbətlə sevdiyinə şahid oluruq: 

“Həcər: 


-  

Lül-piyan gəlib, - dedi. 

-  

Harda içib, kimnən? 



-  

Mən nə bilim, - ... yazıq dərdindən içir 

də. Cavandır, geyinib-gəzmək istəyir. 

Gördüyü nədir, sənin sir-sifətin. 

Feyzulla qaranlıqda Həcərin çarpayısına tə-

rəf çevrildi. 

-  

Bilirsən, Həcər, -dedi, - mən çox fikirlə-



şirəm. Düz deyirsən, o mənə görə xəca-

lətli niyə olsun. Niyə düzünü açıb demə-

yək. Deməyək ki, bala, sən də balaca ki-

şinin oğlu deyilsən. Sənin atan da beş 

kişinin biri idi. 

Qaranlıqda Həcərin üzünün ifadəsini gör-

mədi... 

Həcər ovcuyla bərk-bərk onun ağzını yu-

mub: 

-  


Sus, sus, görüm, - deyə pıçıldadı. 

Feyzulla özü də bilirdi ki, heç bir vaxt həqi-

qəti Eldara aça bilməyəcəkdir...” [1, səh,196] 

Sənətkar, bu cür səhnələrdə  qəhrəmanı bi-

zimlə baş-başa buraxır. Sanki Kəbirlinski oğ-

lu Eldarı nə qədər sevdiyini bizlərlə paylaşır... 

Bir də Anar müəyyən, kədərli situasiya xət-

rinə qəhrəmanın xarakterində süni dəyişik-

liyə yol vermir. Əgər Feyzulla Eldara həqi-

qəti deyə bilsə idi, onun övladına olan mə-

həbbətindən bu qədər maraq və ehtiramla 

söhbət açmazdıq... Heç Kəbirlinskinin incə 

ruh dünyası belə hadisələrin başqa məcra-

da davam etməsinə imkan verməzdi... Yazıçı 

bu cür səhnələrlə əsərə polifonik, estetik ça-

larlar qazandırır, bir insanın taleyi, sosial-

mənəvi özəllikləri təkcə qoyulan problemin 

özü ilə yansıdılmır. Feyzulla Kəbirlinskinin 

xarakterindəki zəif yönləri müşahidə etdiyi-

miz kimi, onun böyük, mənəviyyat aləmi ilə 

də, yaxından tanış oluruq. Kəbirlinskinin 

öz istedadına uyğun peşə seçməməsi onun 

fərdi-ictimai, sosial-mənəvi həyatında böyük 

faciəyə səbəb olur... 

Kəbirlinskini Anarın digər əsərlərinin qəhrə-

manlarından Fuadla (“Macal”) qarşılıqlı şə-

kildə təhlil edə bilərik. Hər iki povestin qəh-

rəmanı yeri səhv düşən, yanlış  mərtəbədə 

qərar tutan insanlardı. 

Fuad özündən qat-qat varlı olan bir ailənin 

qızı ilə ailə quraraq öz “mərtəbəsini” dəyiş-

diyi kimi, bir çox mənəvi dəyərlərdən də 

uzaq düşür. Artıq iş, vəzifə, iclaslar... və bir 

də arvadı Rumiyənin arzuları (bu daha çox 

əmr məzmunludur) Fuadın maddi-mənəvi 

həyatını idarə edən əsas faktorlardır... 

Kəbirlinski isə, illər öncə bir “qərar” verib, 

“aktyor olmaq” qərarı! Bu qərar onun bütün 

həyatını idarə edən əsas amildir. Yəni gənc 

Feyzullanın verdiyi qərar, ahıl Kəbirlinski-

nin faciəsinə səbəb olub. Bizlər Kəbirlinski-

nin həyatına nəzər saldıqca görürük ki, o, 

təkcə cəmiyyət arasında təhqir edilmir. Ey-

ni münasibət arvadı  Həcərin saysız-hesab-

sız tənələr, acı sözləri oğlu Eldarın “mənəvi” 

əzabları şəklində təzahür edir... Fuadın Ru-




“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

51 

miyə ilə evlənmək istəyi reallaşandan sonra 

onun həyatında böyük bir dəyişiklik baş ve-

rir. Artıq Fuad sosial baxımdan “zirvəyə” 

doğru pillələr qət etdikcə, mənəvi dəyərlər 

baxımdan pillə-pillə geriləyir. Vəziyyət elə 

bir həddə çatır ki , Fuad bir neçə dəqiqə ol-

sun belə “özü ilə görüşə” bilmir. “Macal” ta-

pıb özünü hesaba çəkməyi mümkün olmur. 

Anar bu cür halları bədii sözün predmeti ki-

mi işıqlandırmaqla insan mənəviyyatının hər 

bir yönünü bədii inikasa çevirir. Axı insan 

özündən, öz mənəvi dünyasından, yaşadığı 

mühitdən (hələ bu kasıb bir insanın varlı bir 

cəmiyyətə düşməyi ilə nəticələnibsə...) ailə-

sindən, sevdiklərindən maddi təməllər əsa-

sında ayrılırsa, bəzən geriyə qayıtmaq çox 

çətin olur... Və Anar nəsrindəki məziyyət-

lərdən biri də budur ki, bütün sadaladığımız 

mənəvi-psixoloji durumlar hər hansı fikir, 

düşüncə, ritorika kimi canlandırılmır. Bütün 

bu özəlliklər bir insanın taleyi ilə ədəbi də-

yər qazanır. Bizlər Fuadın uşaqlıq xatirələri-

ni, tələbəlik illərini müəyyən təəssüratlar əsa-

sında izləyirik... Bütün bu təsvirlər Fuadın 

mənəvi-psixoloji yöndən dəyişməsinin əsas 

səbəbləri kimi də təzahür edir. “Qurban oğlu 

Fuadla”, “Şövqü  Şəfizadənin kürəkəni,  şə-

hərdə böyük mənsəb yiyəsi olan” Fuad canlı, 

real, konkret həyati təsvirlərlə qarşılaşdırı-

lır. [2, səh, 347] “Dantenin yubileyi” poves-

tində Feyzullanın həyati o qədər geniş isıq-

landırılmasa da, bizlər Kəbirlinskini daima 

hərəkətdə görürük. Qəhrəman zamanın axa-

rı ilə birlikdə fəaldır, onun bütün davranış-

ları  həyatidir. Kəbirlinski istər ailə üzvləri 

ilə, istərsə  də  cəmiyyətdəki insanlarla mü-

nasibətdə özü-özünü şərh edir. Söhbətimi-

zin əvvəlində qeyd etdiyimiz kimi bu povest-

də dramaturji əyanilik, obrazların davranış-

larında gizlənən psixologizm o qədər dolğun 

əks olunur ki, bu keyfiyyət yalnız Anar nəs-

rində deyil, bütünlükdə Azərbaycan bədii 

nəsrində böyük tapıntıdır.  

Ancaq sənətkar digər povestdə Fuadın hə-

yatını işıqlandırmaq üçün, onu bizə tanıtmaq 

üçün əlavə şərhlərə, müəllif məlumatına eh-

tiyac duyur. Axı Fuad obrazı Feyzulla Kəbir-

linski kimi “fəal” deyil. Yəni Fuadı hadisələr 

içində hərəkətdə görmürük, əlbəttə, onu da 

demək olar ki, Fuad yaşadığı mühitdə robo-

ta çevrilib, onu idarə edən iş, vəzifə, rütbə, 

var-dövlət... kimi amillərdir. Lakin Anar onu 

bizə təqdim etmək üçün çətinlik çəkir. Fua-

dın uşaqlıq xatirələri, indiki durumu, mənə-

vi əzabları... təkrar-təkrar bədii-fəlsəfi cəhd-

lərin obyektinə çevrilir... 

Feyzullanın “bu gecə, bu qoca, bu ocaq” 

kəlmələrini tələffüz edə bilməməsi isə, onu 

tanımaq üçün yetərli dəlil olur... Onu da qeyd 

etməliyik ki, Kəbirlinski - Fuad süjetləri fərqli 

mövzudadır, bu iki insanın düşüncə dünya-

sı da fərqlidir. Kəbirlinski bir çox hallarda 

etdiyinin fərqində olmayan insandır. Necə 

ki, bütün ömrünə  təsir edən aktyor olmaq 

həvəsi “qonşu qonşuya baxar özünü oda ya-

xar” -qəbilindəndir. Lakin Fuadın ziyalı in-

tellekti genişdir, əhatəlidir. Hətta onun mə-

nəvi əzabları belə sadə bir detal deyil. Fuad 

hər şeyin fərqindədir. O, böyük uçurumda 

olduğunu dərk etdiyi üçün “mənəvi sarsın-

tılar” keçirir, müəyyən xatirələr, məqamlar, 

təəssüratlar birdən-birə Fuadın mənəvi oya-

nışına təkan verir. Lakin Feyzulla Kəbirlinski 

hadisələri birdən-birə  dərk edəcək iqtidar-

da deyil. Hətta yazıçı əsərin sonunda Feyzul-

lanın dəyişməsi istiqamətdə ən xırda detala 

belə  işarə etmir. Bu cür hal həyat və  sənət 

həqiqətlərinə istinaddan xəbər verir. Kəbir-

linski “metro səyahətində” belə ömürboyu 

etdiyini edir. Nə olur, olsun təhlükədən qur-

tulmaq, bircə gün də olsun Həcərin töhmət-

lərindən yaxa qurtarmaq istəyir...  

ƏDƏBİYYAT  

1. Anar. 



Seçilmiş  əsərləri. 2 cilddə. 1-ci cild. B. 

Azərnəşr,1988.- 400 s. 

2.  

Anar. Seçilmiş  əsərləri. 2 cilddə. 2-ci cild. B. 



Azərnəşr,1988.- 352 s. 

3.  


Qabil.  Seçilmiş  əsərləri. Bakı,  Şərq-Qərb, 2004, 

202 s. 



Ülvi Babayev  

52 

4. 


Əmin Əfəndiyev, Zakirə Əliyeva. Anar: “Ömür 

yolu və yaradıcılığı”. “ Çağdaşları Anar haq-

qında”, Bakı, 2011, 526 s. 

5. Fidanə Musayeva. Anar nəsrində xarakter prob-



lemi , Filologiya elmləri namizədi alimlik dərə-

cəsi almaq üçün təqdim olunmuş dissertasiya. 

BAKI-2004. 104 s. 

6. Qarayev 

Y. Meyar- şəxsiyyətdir. B., Yazıçı, 1988, 

455 s. 


7. Məmmədov A. M. Sözümüz eşidilənədək. B. 

Yazıçı, 1988, 248 s. 

8. Məmmədov C. Sənətkar gözü, nəsrin sözü. B. 

Yazıçı, 1990, 192 s.  

 9.   ANAR. Əsərlər. I cild, Nurlan, Bakı, 2003, 578 səh. 

 

 



 

 

 



 

 

 



 

Yüklə 184,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə