Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   ...   4   5   6   7   8   9   10   11   12

23 

 

 



80.  Bundan  başqa,  qeydiyyat  tələbi  nizamnamənin  və  ya  dini  qurumun  xarakterinin  forma 

baxımından deyil, məzmun baxımından yoxlanılmasına gətirib çıxarır ki, bu da yolverilməzdir.

41

  

81.  Qeydiyyatdan  keçmək  istəyənlərin  məhz  ağır  hüquqi  tələblərə  (məsələn,  yüksək  minimum 



say)  görə  geri  çəkilmələrinə  yol  verilməməsinə  diqqət  yetirilməlidir.  Qanuni  məqsədlər  üçün 

dövlətin aşırı müdaxiləsi olmadan könüllü formada qurum yaratmaq hüququ birləşmək azadlığı 

hüququnun ayrılmaz tərkib hissəsidir. Qeydiyyatdan geniş əsaslara görə imtina edilməsi bu əsas 

hüququ  pozmuş  olardı.  Bundan  başqa,  dini  qurumun  yalnız  qeydiyyat  sənədlərində  göstərilən 

ünvanda fəaliyyət göstərə bilməsi tələbi aşırı məhdudlaşdırıcı görünür və demokratik cəmiyyətdə 

zəruri deyil. 

82.  Qanunun  12-ci  maddəsinin  2-ci  bəndi  dövlət  qeydiyyatı  üçün  tələblərin  uzun  siyahısını 

müəyyən edir və bu hal dövlətə qərar qəbul etməkdə həddindən artıq mülahizə sərbəstliyi verir. 

Venesiya  Komissiyasının  vurğuladığı  kimi,  “qarışıq  müddəalar  və  ya  digər  səbəblərdən  din 

azadlığının  məhdudlaşdırılması  ilə  bağlı  rəsmi  qurumların  mülahizə  sərbəstliyi  ehtiyatla 

azaldılmalıdır”.

42

  Əgər  istənilən  səbəbdən  dini  icma  bu  maddədə  nəzərdə  tutulduğu  kimi 



qeydiyyat  sənədlərini  yuxarı  dini  və/  və  ya  təşkilati  orqana  təqdim  etmirsə,  amma  Qanunun 

tələbinə  görə,  buna  məcbur  qalırsa,  A HK  çərçivəsində  ciddi  məsələlər  yaranacaq.  Həmçinin, 

dini  icmanın  qeydiyyat  barədə  müraciətinin  dini  mərkəz/idarə  tərəfindən  dövlət  orqanlarına 

yönləndirilmədiyi və bu  yolla onun qeydiyyatının qarşısının alındığı zaman nəyin baş verəcəyi 

də aydın deyil. 

83.  Qanunun  12-ci  maddəsinin  4-cü  bəndinə  əsasən,  dini  qurumlar  qanunvericiliklə  müəyyən 

edilmiş  müddət  ərzində  qeydə  alınırlar.  Bu  qarışıq  istinadlı  müddəa  öncədəngörüləbilənlik 

tələbinə  yetərincə  cavab  vermir  və  bununla  bağlı  əlavə  məlumat  vermir.  Halbuki,  lex  specialis 

(xüsusi qanun) olaraq məhz Qanunda dini qurumların qeydiyyata alınması ilə bağlı qərar qəbul 

etmək  üçün  icra  orqanlarının  sərəncamında  olduğu  müddətin  açıq  müəyyən  edilməməsini 

şə

rtləndirən hər hansı bir səbəb yoxdur. Buna görə də, Qanunun 12-ci maddəsinin 4-cü bəndində 



müddətin birbaşa göstərilməsi tövsiyə edilir. 

84. Qanunun 12-ci maddəsinin 5-ci bəndi dini qurumlardan tələb edir ki, dövlət qeydiyyatı üçün 

zəruri olan sənədlərdə hər hansı dəyişiklik olarsa, müvafiq dövlət qurumuna bu barədə məlumat 

versinlər.  Bu  tələbin  dairəsi  aydın  deyil.  Belə  ki,  ənənələrdə,  fəaliyyət  metodlarında  və  ya 

                                                            

41

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 11 

Həmçinin bax:   A HM,  Metropolitan  Bessarabia Kilsəsi  və b. Moldovaya qarşı, ərizə  N. 45701/99, Palata qərarı 

13.12.2001, bənd 116 

42

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 17 

 



24 

 

 



tədrisin  məzmununda  hər  hansı  dəyişiklik  olarsa,  bu  barədə  məlumat  vermək  həddindən  artıq 

ağır öhdəlik olardı. Qeyd etmək lazımdır ki, bu müddəa həm də Qanunun 12-1-ci maddəsinin 2-

ci bəndinin 9-cu yarımbəndi baxımından önəmlidir, belə ki, dəyişikliklər barədə məlumat vermə 

tələbinə təkrarən əməl olunmaması dini qurumun ləğv edilməsinə gətirib çıxara bilər (88-94-cü 

bəndlərə bax). Bu səbəbdən, qeyd edilən müddəanın aydınlaşdırılmasına ehtiyac var. 

85. Qanunun hazırki mətnində qeydiyyat barədə  ərizəyə imtina cavabının verilmə əsaslarını və 

dövlət  orqanlarının  imtinanın  əsasları  barədə  məlumatlandırmaq  vəzifəsini  müəyyən  edən 

normalar artıq nəzərdə tutulmayıb. Əgər bu, dini qurumların öz mövcudluqlarını yalnız formallıq 

naminə dövlət orqanlarında qeydiyyatdan keçirməsi anlamına gəlirsə, bu Qanunda aydın şəkildə 

göstərilməlidir. Əks halda, hazırki Qanunla dini qurumların qeydiyyatından imtina üçün əsasların 

təsbit edilməməsi hüququn aliliyi prinsipinə zidd olmaqla özbaşına qərarlara yol aça bilər. 

86.  Beləliklə,  Qanunda  müəyyən  edilən  qeydiyyat  siyasətinin  yuxarıda  qeyd  edilən  rəhbər 

prinsiplərə uyğun gəlməsi üçün yenidən işlənməsi ciddi şəkildə tövsiyə edilir. 

87. Bu mənada, qeyd etmək lazımdır ki, qeydiyyatdan imtina edildiyi təqdirdə inzibati qaydada 

ş

ikayət  və  ya  məhkəmə  baxışı  imkanları  mövcud  olmalıdır.  Belə  şikayət  proseduru  tez  və 



səmərəli  olmalı  və  idealda  məhkəmə  orqanı  tərəfindən  həll  edilməlidir.  Əgər  Azərbaycanın 

inzibati icraatı tənzimləyən qanunlarında bu məsələ artıq nəzərdə tutulmayıbsa, hazırki Qanuna 

daxil edilməlidir.    

 

Dini qurumların ləğvi    

88.  Qanunun  12-1-ci  maddəsi  dini  qurumun  ya  könüllü  şəkildə  təsisçilər  tərəfindən,  ya 

səlahiyyətli orqan, ya da məhkəmə qərarı ilə ləğv edilməsini müəyyən edir. Məhkəmə qərarı ilə 

ləğvetmənin əsasları Qanunun 12-1-ci maddəsinin 2-ci bəndində sadalanıb.  

89. Qanunun 12-1-ci maddəsinin 2-ci bəndinə əsasən, dini qurum “irqi, milli, dini, sosial ədavət 

və  ya  düşmənçilik  yaratmaq”  və  “insan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə 

zidd olan dinin yayılması və təbliğ edilməsi” əsasına görə ləğv edilə bilər. Bu terminlər qarışıq 

və müxtəlif yozumlara açıq olmaqla Qanunun özbaşına tətbiqinə gətirib çıxara bilər. Ləğvetmə 

üçün  digər  tamamilə  qarışıq  əsaslara  daxildir:  “dünyəvi  təhsil  alınmasına  mane  olma”  və  “dini 

qurumun  üzvlərinin  və  digər  şəxslərin  dini  qurumun  xeyrinə  öz  əmlakından  imtina  edilməsinə 

təhrik və ya məcbur etmə”, hansı ki, geniş şəkildə şərh ediləcəyi təqdirdə, ATƏT-in öhdəlikləri 

ilə  açıq  şəkildə  qorunan  fəaliyyət  olaraq  hər  hansı  könüllü  maliyyə  və  digər  ianələrlə  bağlı 

müraciətlərə  də  şamil  edilə  bilər.

43

  Odur  ki,  qeyd  edilən  müddəaların  ya  daha  dəqiq 



terminologiya ilə əvəz edilməsi, ya da Qanundan çıxarılması tövsiyə edilir. 

                                                            

43

 Bax: ATƏT-in Vyana Yekun Sənədinin 16.4-cü bəndi (1989) 




Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə