Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   2   3   4   5   6   7   8   9   ...   78

 

Günəş istisindən, yağışdan uçar. 
Elə bir uca qəsrdir bu əsər 
Ki, görməz yağışdan, küləkdən zərər. 
Toxum səpmişəm torpağa şerdən, 
Sağam ölmərəm dünya durduqca mən. 
 
       «Şahnamə»nin dünya ədəbiyyatının  şah  əsərləri sırasında 
fəxri yer tutmasının və Firdovsiyə ölməzlik qazandırmasının 
sirri nədədir? Bu suala hər kəsdən daha dəqiq cavabı görkəmli 
sovet alimi professor İ. S. Braginski vermişdir. O, 
«Şahnamə»ni  əsatiri tarixi əfsanələrdən, lirik məhəbbət 
dastanlarından və nadir şeriyyət incilərindən  əmələ  gəlmiş 
okeana oxşadaraq yazır: «Okeanın üst səthi əzəmətli, onun eni, 
uzunu ucsuz-bucaqsızdır. Lakin onun ilk baxışda görünməyən 
ikinci həyatı, onun dərinliyi daha da əzəmətlidir. Onun dibi Alp 
hündürlüyündə olan uca dağ silsilələri ilə örtülmüşdür. 
Yuxarılarda suyun hərarəti otuz dərəcəyə çatdıqda aşağı 
laylarda onun dörddə birinə  də çatmır. Okeanın bu 
dərinliklərində  hələ  nə  qədar asrarəngiz və ecazkar aləm 
gizlənmişdir! 
«Şahnamə» okeanının ikinci həyatı da belədir. Qar-
şımızda o, bir yandan ucsuz-bucaqsız səthi, digər tərəfdən öl-
çüyə  gəlməz dərinliyi ilə  təcəssüm edir». (İ. S. Braqinskiy. K 
istorii tadjikskoy i persidskoy literaturı», Moskva, 1972, s.247). 
Qeyd etməliyik ki, bu möhtəşəm hikmət okeanının birinci 
həyatı,onun  əzəmətli səthi on əsr davam edən tarix boyunca 
dünyanın hər yerinda şair, alim, rəssam və bütün sənət və 
hikmət aşiqlərinin diqqət mərkəzində durub, onları və misilsiz 
hüsnünə heyran etmişsə də; onun daha mənalı va cazibəli olan 
ikinci həyatını açan, dərinliklərdəki ecazkar aləmi, ondakı nadir 
gövhərləri kəşf edən və dünyaya tanıtdıran alimlər olmuşdur. 
Sovet hakimiyyəti illərində Firdovsi və onun 
«Şahnamə»si haqqında onlarla tədqiqat işi, monoqrafiya 
yaradılmış, ölməz  şairin  əsəri rus, ukrayna, gürcü, erməni, 
 

özbək, türkmən və başqa  xalqların dillərinə  tərcümə edilmiş, 
«Şahnamə» mövzularında bədii  əsərlər yazılmış, 1934-cü ildə 
Firdovsinin anadan olmasının min illiyi ittifaq miqyasında, İran 
alimi Səid Nəfisinin sözləri ilə desək:«Şairin vətənində 
olduğundan daha mənalı, daha təntənəli bayram edilmişdir». 
Azərbaycanlılar çox qədim zamanlardan «Şahnamə» və 
onun müəllifinə böyük hörmət bəsləmişlər. Dahi Nizami 
«Xosrov və  Şirin», «Yeddi gözəl» və  «İsgəndərnamə»sində 
Firdovsi qəhramanlarına müraciət edərək, onlara əbədi həyat 
bəxş edən naxışlar vurmuş və ölməz sənətkarı «sözü gəlin kimi 
bəzəyən tuslu ustad şair» kimi vəsf etmişdir. 
XIX  əsrdən başlayaraq «Şahnamə»dən parçalar ana 
dilimizə  tərcümə olunmuş  və bu tərcümələr toplanıb 1934-çü 
ildə kiçik, lakin nəfis bir kitab şəklində çap olunmuşdur. Böyük 
dramaturqumuz Hüseyn Cavidin «Səyavuş» dramı da həmin 
dövrdə yaranaraq tamaşaya qoyulmuşdur. 
Firdovsinin tərcümeyi-halı haqqında dəqiq məlumat 
yoxdur. Onun həyatı barədə əfsanəvi rəvayətlərin çox olmasına 
baxmayaraq,  şairin  əsil adı, anadan olması, vəfat etməsi 
tarixləri haqqında qəti fikir söyləyən və öz fikrini inandırıcı 
sənədlərlə sübut edən muəllifi hələ ki, biz tanımırıq. Bu sətirləri 
yazanın fikrincə, hər hansı böyük bir sənətkarın, o cümlədən 
Firdovsinin də  təvəllüdü və ölümü haqqında dəqiq məlumat 
yoxdursa, təzkirəçi və tarixçilərin  əksəriyyətinin göstərdiyi və 
hamının həqiqətə uyğun hesab etdiyi tarixi qəbul etməklə 
kifayətlənmək lazım gəlir. Ona görə ki, orta əsr müəlliflərinin 
əsərlərində  şairin anadan olması  və  vəfat etməsi tarixinə dair 
ixtilaflar bir-iki, ən çoxu beş-altı ildən artıq deyildir, bu 
ixtilaflar əgər ciddi bir tarixi, siyasi hadisə ilə əlaqədar deyilsə, 
onları «dəqiqləşdirmək», məlum rəqəmi iki və ya üç il qabağa 
və ya geriyə çəkməyi «elmi kəşf» kimi oxucuya təqdim etmək 
mənasız işdir. Çünki, müasir insanları maraqlandıran  əsas 
məsələ klassiklərin  əsərlərindəki ictimai-fəlsəfi məzmun va 
bədii-estetik keyfiyyətdir. Ona görə də bu xüsusiyyətlərə malik 


 

bir  əsəri yazarkən, müəllifin yaşının otuz ya otuz iki olması, 
əlbəttə, onuncu dərəcəli məsələdir. Bu cəhətdən İran elmi-ədəbi 
ictimaiyyətinin gəldiyi qərarı düzgün hesab etməmək olmaz. 
Onlar Firdovsinin müxtəlif mənbələrdə 930–940-ci illər 
arasında doğulub, 1020–1025-ci illər arasında öldüyünü 
göstərən rəqəmləri nəzərdən keçirərək, böyük şairin tavəllüd 
ilini 934, vəfat tarixini 1024-cü illər göstərməyi qarara almışlar. 
Firdovsi 90 illik ömrünün 30–35 ilini «Şahnamə» kimi 
əbədiliyin möhrü vurulan və müəllifinə ölməzlik haqqı 
qazandıran əsərini yaratmağa sərf etmişdir. 
Şərti olaraq «əsatiri», «qəhrəmanlıq» «tarixi» dastanlar 
adlandırılmış «Şahnamə»nin mündərəcəsi ibtidai insanların yer 
üzündə ilkin təşəkkül dövründən başlamış- eramızın VII əsrinə 
qədar asasən Asiya qitəsində baş vermiş hadisələrin poetik 
təsvirini əhatə edir.   
«Şahnamə»də öz bədii ideya təkamülünü tapmış 
dastanların və onlarda təsvir olunan əsatiri, yarım afsanəvi və 
hətta tarixi qəhrəmanların ilk mənşəyini çox qədim zamanlarda 
icma halında yaşayan ibtidai insanların bəsit, lakin qanadlı 
təxəyyülündə axtarmalıyıq. Bu dastan və nağıllarda tərənnüm 
edilən nəcib bəşəri hisslər ibtidai insanların xəyalındakı vüsəti 
dərk etmək üçün əlimizdə bir meyar ola bilər. 
Sinfi cəmiyyətin – quldarlığın yaranması  və dinlərin 
əmələ  gəlməsi ilə ibtidai insanların təxəyyülündən doğan 
nağıllar və dastanlar yazıya köçürülür, onlardakı  qəhrəman 
surətləri ilahiləşdirilir, dastanların dini, şifahi–xəlqi variantları 
meydana çıxırdı. 
Zaman ötdükcə dini variantlarla xalq variantları arasında 
çarpazlaşma, qarşılıqlı  təsir  əmələ  gəlir ki, bu da öz əksini 
əvvəlcə folklorda və ondan istifadə ilə yaranan bədii əsərlərdə 
tapır. 
«Şahnamə»nin ilk sələfi sayılan «Xvataynamak» məhz bu 
kimi əsərlərdən idi. 
Tarixi mənbələrin verdiyi məlumata görə pəhləvi dilində 
 

olan«Xvataynamak» ərəb qoşunları İranın paytaxtı olan İstəxri 
(Mədaini) işğal edərkən onların  əlinə keçmiş,  ərəb dilinə 
tərcümə edilərək xəlifə Ömərə  təqdim olunmuşdur. Xəlifə 
əsərin məzmunu ilə tanış olduqda onun atəşpərəstlik ayinlərini 
təsdiq edən və İran şahlarının əzəmətindən bəhs edən bir kitab 
olduğunu bilib rədd etmişdir. 
Qeyd etmək lazımdır ki, «Xvataynamak»ın  əsl nüsxəsi 
itmişsə də, orta əsrlərdə İran tarixinə aid bir çox əsərlərdə ona 
istinad edilib, misal gətirilir. Bu da əsərin VIII əsrin ortalarında 
Əbdüllah İbnul-Müqəffə tərəfindən ərəbcəyə tərcümə edilməsi 
haqqında rəvayətin doğru olması ehtimalını gücləndirir. 
«Xvataynamak»dan gətirilən  ərəbcə parçaların  əsərin xəlifə 
Ömərə təqdim edilən ilk tərcüməsindən alınması ehtimalını da 
müəyyən qeyd-şərt ilə əsassız hesab etmək olmaz. 
«Şahnamə»nin farsca ilk variantları natamam halda olsa 
da, samanilər sülaləsinin (874–995) hakimiyyəti dövründə 
yazılmışdır. Müxtəlif mənbələrin verdiyi məlumata görə 
Firdovsiyə qədər dörd və ya beş müəllif dəri (fars) dilində nəzm 
və  nəsr ilə  «Şahnamə» yazmaq təşəbbüsündə olmuşdur. 
Firdovsi də  «Şahnamə»nin giriş hissəsində öz sələfləri 
barəsində söz açır, həm pəhləvi, həm də farsca bu mövzuda 
yazılmış ona məlum olan əsərlər haqqında qısa məlumat verir. 
«Kitabın hazırlanması barədə» sərlövhəli parçanı böyük 
şair təvazökarlıqla belə başlamışdır: 
Nə vardı demişlər, nə qalmış, deyim? 
 
Həmin parçada şair birinci növbədə «Xvataynamak»ın 
yaranmasına işarə ilə yazır: 
 
Qədimlərdə vardı böyük bir kitab 
Ki, dastanlarıydı onun bihesab. 
Gəzirdi pərakəndə əldən-ələ
Onu hər kəs istərdi əzbər bilə. 
 
Bela bir kitabın, ona daxil olan dastanların necə 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə