Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   2   3   4   5   6   7   8   9   ...   78

 
14 
dastanların asas mövzusunu təşkil edir. 
«Şahnamə»ni ilkin Şərq intibahının  ən böyük 
diqqətəlayiq  ədəbi abidəsi adlandırmaq olar. Bu əsatiri, 
qəhramanlıq, tarixi əsərin əvvəlindən axırına qədər hər yerində 
insanpərvərlik ideyası  qızıl xətt ilə davam edir, insanın 
əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və 
ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və  qəzəblə 
dolu ittihamnaməsi oxunur. Firdovsiyə görə, insan 
mənəviyyatını pozan, onu yırtıcı heyvanlar səviyyəsinə  qədər 
alçaldan amillərdən biri hakimiyyət ehtirasıdır. Tarix boyu baş 
verən an ağır cinayətlərin, qanlı müharibələrin kökünü şair 
məhz hökmdarlara xas olan bu Əhrimən sifətində görüb, bir 
çox dastanlarda dönə-dönə həmin məsələdən bəhs açır, dəhşətli 
səhnələr təsvir edir, hakimiyyət, taxtü tac, şöhrət və  sərvət 
naminə dünyanı qan dəryasına döndərən caniləri lənətlə 
damğalayır. Hakimiyyət ehtirası atanın oğul, qardaşın qardaş 
qanına boyanmasına gətirib çıxarır. Zöhhakın hakimiyyətə tez 
çatmaq üçün şeytanın hiylə ilə atasını öldürməsi, Səlm ilə 
Turun torpaq və sərvətlərini artırmaq üçün ağıllı, nəclb doğma 
qardaşları  İyrəcin başını namərdliklə  kəsmələri,  Şiruyənin ata 
qatili olması və sairə quldarlıq, feodal ictimai quruluşlarına xas 
olan faciələrdir ki, dahi şair ölməz  əsərində  bədii təfəkkürün 
qüdrəti ilə ibrətamiz səhnələr yaratmışdır. 
«Şahnamə»də çoxlu muharibə  səhnələri təsvir olunur. 
Şairin fikrincə, bəşərpyyətin  ən böyük faciəsi, xalqların 
dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən 
sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan, 
böyük insanpərvər  şair sanki oxucusuna müraciətlə  fəlsəfi 
mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, piyada yurdunu, 
ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür, 
səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə 
üçün? Şair bu suala cavab axtarır va tapır: 
 
Qılınc oynadan şah evlər yıxar, 
 
15 
Mənəmlik edər, aləmi qırdırar. 
 
Şair bu çür «qılınc oynadan», ««mənəmlik edən» 
hökmdarların eyni zamanda zalım, qaniçən, ağıldankəm 
adamlar olduğunu göstərdiyi kimi,onların faciəli aqibətlərini də 
baçarıqla və ibrətləndirici boyalarla təsvir etmişdir. Zöhhak, 
Səlm, Tur, Keykavus, Bəhmən,  Əfrasiyab,Dara, Kamus və 
başqa hökmdarların taleyi bu cəhətdən səciyyəvi və 
düşündürücüdür. 
«Şahnamə»də  təsviri verilmiş müharibələri məqsəd və 
xarakterpnə görə iki qismə ayırmaq və onlara ədalətli və 
adalətsiz vuruşmalar adı vermək olar. Şair «qılınc oynadan», 
qırğın törədən hökmdar surətlərinə qarşı, təcavüzkarlığı 
məhkum edən, sulhü, dostluğu insanlar,xalqlar arasında 
münasibətlərin təməli kimi müdafiə edən fədakar qəhrəman 
surətləri də yaratmışdır.  Bu  kimi  qəhrəmanlardan Turan 
hökmdarı Əfrasiyabın qardaşı Əğrirəsi xüsusi qeyd etmək olar. 
Əfrasiyab İrana hücum edərək böyük ərazini tutmuş, başda şah 
Nuzər olmaqla minlərlə iranlını  əsir almışdır. Çox keçmir ki, 
yeni  İran ordusunun Zalın başçılığı ilə  cəbhəyə yaxınlaşması 
xəbəri Turan şahına çatır. O, dərhal Nuzəri öldürür və Sari 
şəhərində saxlanılan iranlı  əsirləri qırmağı da qardaşına  əmr 
edir.  Əğrirəs  şah  əmrini yerinə yetirmir. O, əsirləri buraxır, 
başındakı atlılarla Reyə, qardaşının yanına gəlib ona təkidlə 
məsləhət görür ki, nahaq qan tökməkdən  əl çəksin, ordusunu 
alıb öz ölkəsinə qayıtsın. Əlbəttə, Əğrirəsin hərəkəti və sözləri 
Əfrasiyabı  qəzəbləndirir. O, qılıncı  çəkərək öz doğma 
qardaşının belindən vurur və bir zərbə ilə onu iki bölür. 
Firdovsi canını sülh yolunda, minlərlə silahsız insanı mütləq 
ölümdən xilas etmək yolunda qurban nerən bu xeyirxah, nəcib 
insanpərvərin ölümünü şərəfli ölüm hesab edir, təsirli misraları 
ilə ona yas saxlayır. 
Başqa bir dastanın qəhrəmanı Söhrab döyüş meydanında 
görüb tanımadığı atası Rüstəmlə üz-üzə vuruşur, hətta qalib də 


 
16 
gəlir, Rüstəm al dillə onun güclü pəncəsindən qurtarır və onlar 
təkbətək döyüşün davamını sabaha saxlayırlar. Döyüşdə 
gücünü sınayıb qalib gələcəyinə  şübhə etməyən Söhrab bütün 
bu vuruşmaları  mənasız hesab edir. O,atasını axtarır, adam 
öldürməyi cinayət sayır. Dahi şair gənc pəhləvanın bu nəcib 
hisslərini yadda qalan bir epizodda təsvir etmişdir. 
Rüstəm vətənini yenilməz cəncavərin cəngindən  xilas 
etmək naminə    şəninə yaraşmayan hiylə  işlətmək qərarı ila 
səhər tezdən güləş meydanına gəlib hərifi gözləyir. Söhrab at 
üstə, gülər üzlə çatıb,Rüstəmi düşmən kimi deyil, sanki gecə 
sübhə  qədər bir məclisdə oturub qədəh tutduğu dost kimi 
salamlayıb deyir. 
 
Danış bir, necə yatmısan, durmusan? 
Niyə qəlbini kinlə doldurmusan? 
Əlindən o gürzü, qılıncı gəl at! 
Yerə vur o qovğanı, dostluq yarat! 
Gəl, atdan düşək, üz-uzə şənləşək, 
Doyunca şərabdan içək, əyləşək. 
Qılaq əhd, çarpışmayaq bir də biz, 
Ədavətlə çırpınmasın qəlbimiz. 
Əgər başqası gəlsə də meydana, 
Biz, işrətlə sadiq qalaq peymana. 
 
Söz yox ki, böyük sülh carçısı şair, gənc Söhrabın dili ilə 
fikrini söyləmiş, və arzusunu qələmə almışdır. Bu kimi 
epizodlar «Şahnama»də çoxdur. Müharibəni xalqların ən böyük 
fəlakəti hesab edən Firdovsi ölməz  əsərinin bir çox sevimli 
qəhrəmanlarını sülhsevərlik bəzəyi ilə  bəzəmişdir. Bu kimi 
nəcib sifətə malik olan qəhrəmanlardan söz açarkən Səyavuş 
surəti, haqqında qısaca danışmamaq olmaz. Səyavuş, 
mübaliğəsiz demək olar ki, Firdovsi dühası ilə tipikləşdirilmiş 
çoxcəhətli müsbət qəhrəman surətidir. O, şairin 
yelbeyin,şəhvətpərəst, «qılınc oynadan» şahlardan biri kimi 
 
17 
qələmə aldğı Keykavusun oğlu olsa da, tərbiyəsini Rüstəmdən 
almışdır. 
Səyavuş, demək olar ki, şairin idealıdır. Firdovsi bu 
qəhrəman surətini mənəvi paklıq, alicənablıq, insanpərvərlik, 
xüsusilik, sülhsevərliyin timsalı kimi yaratmışdır. O, məhz 
mənasız müharibələrin,qırğınların qarşısını almaq üçün varisi 
olduğu taxt- tacdan, ata yurdundan əl çəkməyə  məcbur olur, 
qürbətə düşür, mənəvi əzablar çəkir,  faciəli şəkildə öldürülür. 
Səyavuş sülh və xalqların dostluğu ideyası yolunda qurban 
gedir. Lakin feodal quldarlıq cəmiyyətində mövcud olan adətlər 
bu faciəni çətin və uzun sürən vuruşmaların başlanğıcına 
çevirir. 
Burada bir cəhəti da qeyd etməyi lazım bilirik ki, 
Firdovsi müharibə  səhnələrini təsvir edərkən tam obyektiv 
mövqe tutmuşdur. O, bu cəhətdən  əsərini böyük məhəbbətlə 
yaratmış olduğu baş  qəhrəmanı Rüstəmə belə güzəştə 
getməmişdir. Bunu biz Rüstəmin Səyavuş qanını almaq üçün 
Turana harbi səfərinin təsvirində aydın görürük. Turan 
ordusunu tarumar edib Əfrasiyabı  şahlıqdan  əl çəkib qaçmağa 
vadar edan Rüstəm yerli əhalini qırıb çatmağı davam etdirir. 
İnsanpərvər şair bunu sevimli qəhrəmanına bağışlaya bilmir və 
onun hərəkətini qəzəblə mühakimə edir: 
 
Qılınc oynadı, sel kimi axdı qan, 
Yerin halına ağladı asiman. 
Butün ölkəni çaldılar, çapdılar, 
Nə vardı əlində elin qapdılar. 
Kəsildi günahsızların başları, 
Suvardı o torpağı göz yaşları. 
Qırıldı qoca, həm cavan birbəbir, 
Qadınlar, uşaqlar alındı əsir. 
Cinayət törətmişdi Əfrasiyab,  
Bütün ölkəni qoydu Rüstəm xarab. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə