Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   2   3   4   5   6   7   8   9   10   ...   78

 
28 
O da canlıdır, vaxt gələr, məhv olar. 
Gəlib cürbəcür canlılar ərsəyə,  
Hücum çəkdilər bitkiyə, meyvəyə. 
Çəmənlikdə, dağlarda yurd saldılar, 
Yeyib yatdılar, sustalıb qaldılar. 
Ağılsızda iş görməyə yox hünər, 
Nə tapdı yeyər o, şişər, piylənər. 
Həyatda nə yaxşı qanar, nə yaman, 
İbadət nədir, anlamaz heç zaman. 
Ədalətli, qüdrətli pərvərdigar 
Edib hikmətini belə aşkar. 
Odur xilqətin baisi, yaxşı bil! 
Bəşər gizli əsrara vaqif deyil.  
 
İNSANIN YARANMASI HAQQINDA 
 
Daha sonra dünyaya gəldi bəşər, 
Onunla açıldı bütün sirrlər. 
Vüqarla tutar başını sərvtək, 
Ucaldar onu söz, ağıl, elm, əmək. 
O hümmət, iradə ki, insanda var, 
Qul olmuş önündə bütün canlılar. 
Həqiqət görən gözlə salsan nəzər, 
Bütün xilqətin rüknü olmuş bəşər. 
Düşünmə quru sözdür «insan» demək, 
Bu sözdə olan sirri bilmək gərək. 
Bəşərsən, iki aləmin fəxrisən
Yaratmış səni başqa cür xəlq edən, 
Çalış daima sən, alış zəhmətə 
Ki, zəhmət səni çatdırar hörmətə.  
Bəşərsən əgər, pisliyin at daşın, 
Yəqin bil, səlamət qalar öz başın. 
Nəzər sal, fələk durmadan hərlənir, 
Bizə dərd də, dərman da ondan gəlir. 
 
29 
Nə illər qocaldıb onu sarsıdar, 
Nə qəmdən, kədərdən edər ahu zar. 
Nə aram olar gərdişindən bir an, 
Bizimtək o çəkməz işindən ziyan. 
Onun əmridir: artıq, əskik nə var, 
Görər yaxşını həm pisi aşikar. 
GÜNƏŞİN YARANMASI HAQQINDA 
 
Qızıl rəngli yaquta bənzər fələk, 
Nə tozdur, nə tüstü, nə su, nə külək. 
Yanar onda saysız işıqlı çıraq, 
Sanarsan bəzənmiş bahar fəsli-bağ 
O gövhər ki, daim saçar qəlbə nur, 
İşıqlandıran kainatı odur. 
Bir altun süpərtək o hər gün səhər 
Çıxıb şərqdən aləmə nur səpər. 
Geyər əyninə nurlu köynək cahan, 
Qara torpağa nur çilər asiman. 
Çıxar şərqdən qərbə doğru gedər, 
Günəş bu yolu gündə təkrar edər. 
Çatıb qərbə gözdən itincə haman 
Qara pərdəyə örtünər bu cahan. 
Günəş, ey bütün aləmə nur səpən, 
Qaranlıqda qoydun məni sən nədən? 
 
AYIN YARANMASI HAQQINDA 
 
Qaranlıq gecədə Ay olar çıraq, 
Çalış pis əməldən uzaq gəz, uzaq, 
Otuz gün fəzada gəzib, dövr edər. 
Gecə zülmətində Yerə nur səpər.  
O gah incələr, görsənər sapsarı, 
Sanarsan bir aşiqdir, itmiş yarı. 
Elə incələr ki, görünməz, gözə 


 
30 
Gecə seyrini saxlayar gündüzə. 
Ayın hər gecə başqa bir həddi var, 
O vaxt nuru artar ki, Ay bədr olar, 
İki həftə artar, olar o bütün, 
Solar, incələr sonralar günbəgün.., 
Bu təkrarı qismət edib həqq ona, 
Ötər əsrlər, dərdi yetməz sona. 
 
PEYĞƏMBƏRİN VƏSFİ 
 
Bilik, din sənə doğru yol göstərər, 
Tapar bu yol ilə nicatı bəşər, 
Əgər dərdinə axtarırsan əlac 
Səni zillətə salmasın ehtiyac, 
İtaət qıl hər işdə peyğəmbərə, 
Yaman fikri qəlbindən at bir kərə 
Demiş vəhyü tənzilləri göndərən
Bizə əmr ilə nəhyə yol göstərən

Mürsəl nəbidən sonra mötəbər 
Əbubəkrə tay olmamış bir nəfər. 
Ömər dini-islama verdi rəvac, 
Müsəlmanlığın başına qoydu tac, 
Çatıb vəsf üçün Osmanın növbəti, 
Həmi izzəti vardı, həm isməti, 
Xəlifə olub növbət ilə Əli  
 
Məhəmməd onu vəsf edibdir, bəli! 
Demiş ki: «Əli olmasaydı əgər, 
Qazanmazdı islam bunca zəfər. 
Mənəm elm şəhri, Əlidir qapım». 
Necə mən bu sözlərdə nöqsan tapım? 
Bu sözlərdə məna dərindir, dərin, 
Dilindən çıxıbdır o, peyğəmbərin. 
Məhəmməd – günəş, dostları aydılar, 
Onun dinini doğru yol saydılay. 
 
31 
Mənəm əhli-beytin qulu hər zaman,

Onun vəsfidir hər qula imtahan. 
Bu dünya geniş bir dənizdir ki, var, 
Gecə-gündüz onda coşar dalğalar. 
Dəniz içrə yetmiş gəmi seyr edər,

Hamı yelkən açmış, üzər, hey gedər. 
Bəzənmiş gəlintək böyük bir gəmi, 
Edib hüsnünə valeh o, aləmi. 
Onun sərnişini Nəbidir, Vəli,

Məhəmməddir, övladı, bir də Əli. 
Bu dəryaya salsan ağıllı nəzər, 
Nə sahil görərsən, nə dibdən əsər. 
Coşur hər zaman, susmayır dalğalar, 
Belə bir dənizdə hamı qərq olar. 
Əgər mən boğulsam, Nəbi var, Vəli, 
Yetər dadıma hər iki dost əli
Əlimdən tutar tacü təxt sahibi, 
Zəfər bayrağı, nurlu bəxt sahibi.. 
 
KİTABIN HAZIRLANMASI BARƏDƏ 
 
Nə vardı demişlər, nə qalmış, deyim? 
Ağacda nə bar qalmış, ondan yeyim? 
Böyük bir ağac kölgəsində əgər, 
Əliboş otursam verərmi bəhər? 
Kimin başına sərv sayə salar, 
Xətadan, bəladan uzaqda qalar. 
Salarsa mənim başıma sayə sərv, 
Verər fikrimə yaxşı sərmayə sərv 
Bu dastanı ilhamla yazsam əgər, 
Onun şöhrətilə başım yüksələr. 
Əsər şairi göylərə qaldırar, 
Əsərdir cahandan qalan yadigar. 
Mənim sözlərimdə tapılmaz yalan, 


 
32 
Nə əfsun, nə əfsanə yazdım, inan! 
Ağılla oxu, rəmz tapsan əgər, 
Düşün, rəmz mənaya yol köstərər. 
Qədimlərdə vardı böyük bir kitab, 
Dəyərliydi, dastanları bihesab. 
Uzun illər o gəzdi əldən-ələ, 
Onu hər kəs istərdi əzbər bilə. 
Yetişdi nəcibzadə bir pəhləvan, 
Ağıllı, cəsarətli, söz anlayan
Qədim dövr tarixini öyrənən, 
Əsatirə min dürlü məna verən. 
Bütün ölkədən yığdı möbidləri 
Tapılsın deyə hər sözün cövhəri, 
Hüzurunda toplandı əhli-kamal, 
Kamal əhlinə verdi çoxlu sual, 
Dedi: – Kim bu dünyanı fəth eylədi? 
Köçüb getdi, sonra gələn neylədi? 
Neçə fatehə taleyi oldu yar, 
Qazandı zəfər, bəs nədən oldu xar? 
O şahlar ki, tutmuşdular dunyanı, 
O cahü calaldan nişanə hanı? 
Böyüklər ona söylədi birbəbir 
Qədim şahların macərası nədir. 
Rəvayətləri dinlədi qəhrəman, 
Gedib başladı bir böyük dastan, 
O da dünyada qoydu bir yadigar, 
Böyüklər onu hörmət ilə anar. 
 
ŞAİR DƏQİQİNİN DASTANI 
 
Kitabdan bu dastanları bir zaman 
Seçib, sevdi söz qədrini anlayan. 
Ağıllı, bilikli adamlar ki, var, 
Bu dastanların aşiqi oldular. 
 
33 
Yetişdi, nəhayət, igid bir cavan, 
Gözəl söz deyən, təbi, şeri rəvan. 
Dedi: – Bu kitabı çəkim nəzmə mən,  
Ona «afərin» söylədi hər görən. 
Bilinməzdi əvvəllər əsli, soyu, 
Yamanlıqla çarpışdı ömrü boyu. 
Əcəl həmlə etdi ona nagahan, 
Qara tac qoyub başına, verdi can. 
Verib canını adətinə fəda, 
Üzü gülmədi bircə gün dünyada. 
Dönüb taleyi, bəxti azdı yolun, 
Əlində həlak oldu o bir qulun. 
Qara bəxt əlindən alıb içdi cam, 
Ölüb ketdi, qaldı əsər natamam. 
İlahi, bağışla onu sən özün, 
Qiyamətdə üstündə olsun gözün... 
 
KİTABIN ƏSASININ QOYULMASI 
 
Dedim onda mən: bəxtim olsa kömək, 
Yazıb bu kitabı bitirmək gərək..., 
Zəmanə salırdı məni qorxuya, 
Tutub dostları hey sual-sorğuya, 
Deyirdim bu işdə keciksəm əgər, 
Girər ortaya başqa bir bəxtəvər. 
 Deyildi mənə taleyim yar o gün
Kasaddı bazarı sözün büsbütün. 
Tərəddüd edirdim uzun bir zaman, 
Nə yazdımsa, qaldı özümdə haman. 
Bütün ölkəni çulğamışdı savaş, 
Darısqaldı yol, iş gedirdi yavaş. 
Cahanda gözəl sözdən özgə nə var 
Sözün qədrini söz qanan artırar. 
Söz olmazsa allahın öz məzhəri, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə