Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

 
34 
Bizə rəhbər etməzdi peyğəmbəri. 
Şəhərdə mənə dost idi bir nəfər
Yanımda əzizdi o canım qədər. 
Mənə söylədi: – Fikrinə afərin, 
Sənin tutduğun doğru yoldur, yəqin. 
Tapıb pəhləvicə bu dastanı mən, 
Gətirrəm, yolundan geri dönmə sən! 
Cavansan, rəvandır, şirindir dilin, 
Qələmlə olar həll hər müşkülün. 
Cəsarətlə çək nəzmə «Şahnamə»ni 
Böyüklər böyük işlə sevsin səni. 
Yazıb mətni dostum gətirdi mənə, 
Yeni canla ilham yetirdi mənə. 
Mən o mətnə baxdım, alınca ələ 
Nə gördüm ki: məndən çox əvvəl hələ 
Var imiş ağıllı, sayıq,bir cavan, 
Neçə nəsli dünyada şöhrət tapan. 
İradə, həya sahibi bir nəfər, 
O, sözdən düzübdür gözəl incilər. 
Mənə söylədi: – Gəl, əlimdə nə var, 
Nə söz, can belə istəyirsən, apar. 
Sənindir, çatarsa əlim hər nəyə, 
Ağız açma heç başqa bir kimsəyə! 
Məni saxladı əldə bir almatək, 
Nə daş qoydu dəysin mənə, nə külək. 
O xoştinətin sayəsində haman 
Ucaldı başım ərşə yerdən, inan! 
Gözündə qızıl sanki torpaq indi, 
Səxavətdə Hatəmlə ortaq idi. 
Tutardı bu dünyanı olduqca xar, 
Vəfalı cavanmərd idi, namdar. 
Onuntək bir insan bizi tərk edib, 
Solubdur çəmən, sərv bağdan gedib. 
Ölübmü, yaşarmı? Yoxumdur xəbər, 
 
35 
Ölübsə, böyük itki vermiş bəşər. 
Təəssüf o ağla, kamala heyif! 
Uca qamətə, gül camala heyif! 
Ümid qalmamışdır onu tapmağa,  
Dönübdür ürək bir əsən yarpağa. 
Düşür yadıma mehriban sözləri, 
Özü yoxsa da, var könüldə yeri. 
Deyirdi: –Yazarsansa «Şahnamə»ni 
Çalış şahlara çatdır o töhfəni. 
Mən indi bir ölməz əsər başlaram, 
Ürəkdən böyük şahı alqışlaram. 
 
 


 
36 
SULTAN MAHMUDUN VƏSFİ 
 
O gündən ki, yoxdan var olmuş, cahan 
Hələ gəlməmişdir belə hökmran. 
Günəşdən başa tac qoyanda fələk 
Cahan parladı nurla şirmayıtək. 
Bütün yer uzü geydi nurdan geyim, 
O nur mənbəyi kimdi? Qoy mən deyim, 
Əbülqasim! O bəxti ağ hökmdar, 
Günəş təxti tacının üstə durar. 
Bəzək verdi dünyaya başdan-başa, 
Dönər altuna əl vurarsa daşa. 
Oyandı mənim taleyim bir zaman, 
Düşündüm: başımdan çəkilmiş duman, 
Dedim: – İndi artıq olar söz demək, 
Keçən əsrlər olsun aşkar gərək. 
Dilimdə gecə vaxtı şahın adı, 
Yumuldu gözüm, qəlb evim parladı. 
Yuxumda nə gördüm ki, bir çeşmə var 
Suyunda onun nurlu bir şam yanar. 
Gecə zülmətində bütün yer üzü 
Batıb nura, xatırladır gündüzü. 
İpək don geyinmiş dərə, dağ, çəmən, 
Qoyulmuş uça taxt firuzədən. 
Oturmuş o taxt üstə bir hökmdar, 
Başında cavahir dolu tacı var. 
Sağında qoşun səf çəkib üzbəüz, 
Solunda döyüş filləri yeddi yüz. 
Durub qarşısında ağıllı vəzir, 
Xeyir işlərə şahı təşviq edir. 
Məni qoydu heyran şahın qüdrəti, 
O saysız qoşun, fillərin heybəti. 
Bu cahü cəlalı görən anda mən 
Soruşdum təəccüblə sərkərdədən: 
 
37 
– Şahın tacı aydırmı, təxti fələk? 
Sizə ordu, ya saysız ulduz deyək? 
Cavab verdi sərkərdə: – Ey bixəbər. 
Məgər yatmısan, dur, açılmış səhər! 
Bu, Hindistanın şanlı sultanıdır, 
Bu, Rumun qızıl taclı xaqanıdır. 
Ədalətlə vermiş cahana bəzək, 
Günəşdir onun tacı, təxti–fələk, 
Bu gün sayəsində o şah Mahmudun 
Olub mehriban, dost qurdla qoyun. 
Çinə, Kəşmirə, Hində bir sal nəzər
Bütün padşahlar ona baş əyər. 
Beşikdə ikən dil açan bir uşaq 
Çəkər Mahmud adın hər addan qabaq. 
Böyük şahlara versə fərman əgər, 
Sözündən qaçırmaz boyun bir nəfər. 
Onun vəsfini sən də qıl ixtiyar, 
Olar, bil, cahanda adın bərqərar. 
Oyandım, atıldım yerimdən necə, 
Deyən gündüz oldu qaranlıq gecə? 
Oturdum, şahın vəsfini başladım, 
Sözümlə o sultanı alqışladım. 
Yuxum qalmasın qoy cavabsız dedim, 
Cahanda onunla murada yetim. 
Onun vəsfi vacibdir hər şairə, 
Odur çatdıran xalqı yüksəklərə. 
Cahan sayəsində gülüstan olub, 
Buludla fəza, yer çiçəklə dolub, 
Yağış yağdı vaxtında, yer oldu nəm, 
Bu dünya üzü oldu Baği-İrəm. 
Ədalətlə İranı abad edib, 
Çatıb şöhrətə, elləri şad edib. 
Səxavətlə məclisləri şənlədər, 
Qılıncı döyüşlərdə min qan edər. 


 
38 
Gücü fil gücü, ruhca – incə mələk, 
Buludtək əli var, dəniztək ürək. 
Ala bilməmiş düşmən ondan xərac, 
Eli, yurdu bilməz nədir ehtiyac. 
Hamı hökmdarı sevər can qədər, 
Şaha, min canı olsa, qurban edər, 
Birinci: onun öz kiçik qardaşı, 
Tapılmaz tayı, az da olsa yaşı, 
Şahın sayəsində yaşar şadiman, 
Hünər meydanında odur qəhrəman. 
Ata hər kəsə Nəsirəddin olar, 
Onun təxti Ay, tacı Pərvin olar 
O Tus qəhrəmanı, iti pəncə şir 
 Döyüşdə edər əjdahanı əsir. 
Pula pul deməz, paylayar yoxsula, 
El istər həmişə o xoşbəxt ola. 
O istər görə xalqı allahpərəst, 
Çün allahpərstlər olar şahpərəst 
Başından şahın olmasın tacı kəm 
Onun könlünə salmasın kölgə qəm. 
Sağ olsun canı tac ilə, təxt ilə, 
Kədərsiz, ələmsiz, işıq bəxt ilə. 
İşə başlayım, bəxt əgər olsa yar, 
Cahanda əsərdir qalan yadigar. 
  
KƏYUMƏRS 
 
Ata söyləmiş oğluna bir xəbər, 
Gəzər dilləri, keçsə də əsrlər. 
Cahanda kim ilkin olub hökmdar, 
Böyüklər ona göstərib etibar? 
Qədim dövr tarixini izləyən, 
Böyük şahlar haqqında dastan deyən 
Demiş: şah birinci Kəyumərs idi, 
 
39 
Başa tac qoyub, «padişaham» dedi, 
Həməl bürcünə varid olacaq Günəş

Yerin çöhrəsi yazdan oldu güləş. 
Quzu bürcü nur saçdı, güldü cahan, 
Cahanı bahar fəsli etdi cavan. 
Kəyumərs olunca cahanda ağa, 
Köçürtdü büsatını yüksək dağa. 
Qoyub təxtinə dağ başında əsas, 
Düşündü: gərək el geyinsin libas. 
Pələng ovladı, əldə etdi dəri, 
Geyindi zəri şah o gündən bəri. 
Adamlar həvəs göstərib paltara, 
Qənim oldular vəhşi heyvanlara. 
Qapıldı geyim, sonra da el tamam 
Şikarın ətindən bişirdi taam. 
Otuz il cahanda olub hökmdar, 
Sanardın Günəş təxtdən nur saçar 
Boyu sərv idi, qolları yay kimi, 
Camalı iki həftəlik Ay kimi. 
Onu şah yaratmışdı pərvərdigar,  
Var üzündə şaha xas bir vüqar 
Çöl heyvanları hər tərəfdən gəlib, 
Onun dövrəsində gəzib, dincəlib. 
Önündə ikiqat olub durdular, 
Belə oldu şahənşaha bəxti yar. 
Böyüklər hamı baş əyərdi ona, 
İtaət edib «şah» deyərdi ona. 
Bir oğlu var idi gözəl–sanki ay, 
İgiddi, hünərdə atasına tay. 
Səyamək, – ona şah qoymuşdu ad, 
Onun varlığıyla şahın könlü şad. 
Sevərdi onu can qədər hökmdar, 
Yanardı gözündən olanda kənar. 
Belə keçdi dövran da xeyli zaman


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə