6
Günəş istisindən, yağışdan uçar.
Elə bir uca qəsrdir bu əsər
Ki, görməz yağışdan, küləkdən zərər.
Toxum səpmişəm torpağa şerdən,
Sağam ölmərəm dünya durduqca mən.
«Şahnamə»nin dünya ədəbiyyatının şah əsərləri sırasında
fəxri yer tutmasının və Firdovsiyə ölməzlik qazandırmasının
sirri nədədir? Bu suala hər kəsdən daha dəqiq cavabı görkəmli
sovet alimi professor İ. S. Braginski vermişdir. O,
«Şahnamə»ni əsatiri tarixi əfsanələrdən, lirik məhəbbət
dastanlarından və nadir şeriyyət incilərindən əmələ gəlmiş
okeana oxşadaraq yazır: «Okeanın üst səthi əzəmətli, onun eni,
uzunu ucsuz-bucaqsızdır. Lakin onun ilk baxışda görünməyən
ikinci həyatı, onun dərinliyi daha da əzəmətlidir. Onun dibi Alp
hündürlüyündə olan uca dağ silsilələri ilə örtülmüşdür.
Yuxarılarda suyun hərarəti otuz dərəcəyə çatdıqda aşağı
laylarda onun dörddə birinə də çatmır. Okeanın bu
dərinliklərində hələ nə qədar asrarəngiz və ecazkar aləm
gizlənmişdir!
«Şahnamə» okeanının ikinci həyatı da belədir. Qar-
şımızda o, bir yandan ucsuz-bucaqsız səthi, digər tərəfdən öl-
çüyə gəlməz dərinliyi ilə təcəssüm edir». (İ. S. Braqinskiy. K
istorii tadjikskoy i persidskoy literaturı», Moskva, 1972, s.247).
Qeyd etməliyik ki, bu möhtəşəm hikmət okeanının birinci
həyatı,onun əzəmətli səthi on əsr davam edən tarix boyunca
dünyanın hər yerinda şair, alim, rəssam və bütün sənət və
hikmət aşiqlərinin diqqət mərkəzində durub, onları və misilsiz
hüsnünə heyran etmişsə də; onun daha mənalı va cazibəli olan
ikinci həyatını açan, dərinliklərdəki ecazkar aləmi, ondakı nadir
gövhərləri kəşf edən və dünyaya tanıtdıran alimlər olmuşdur.
Sovet hakimiyyəti illərində Firdovsi və onun
«Şahnamə»si haqqında onlarla tədqiqat işi, monoqrafiya
yaradılmış, ölməz şairin əsəri rus, ukrayna, gürcü, erməni,
7
özbək, türkmən və başqa xalqların dillərinə tərcümə edilmiş,
«Şahnamə» mövzularında bədii əsərlər yazılmış, 1934-cü ildə
Firdovsinin anadan olmasının min illiyi ittifaq miqyasında, İran
alimi Səid Nəfisinin sözləri ilə desək:«Şairin vətənində
olduğundan daha mənalı, daha təntənəli bayram edilmişdir».
Azərbaycanlılar çox qədim zamanlardan «Şahnamə» və
onun müəllifinə böyük hörmət bəsləmişlər. Dahi Nizami
«Xosrov və Şirin», «Yeddi gözəl» və «İsgəndərnamə»sində
Firdovsi qəhramanlarına müraciət edərək, onlara əbədi həyat
bəxş edən naxışlar vurmuş və ölməz sənətkarı «sözü gəlin kimi
bəzəyən tuslu ustad şair» kimi vəsf etmişdir.
XIX əsrdən başlayaraq «Şahnamə»dən parçalar ana
dilimizə tərcümə olunmuş və bu tərcümələr toplanıb 1934-çü
ildə kiçik, lakin nəfis bir kitab şəklində çap olunmuşdur. Böyük
dramaturqumuz Hüseyn Cavidin «Səyavuş» dramı da həmin
dövrdə yaranaraq tamaşaya qoyulmuşdur.
Firdovsinin tərcümeyi-halı haqqında dəqiq məlumat
yoxdur. Onun həyatı barədə əfsanəvi rəvayətlərin çox olmasına
baxmayaraq, şairin əsil adı, anadan olması, vəfat etməsi
tarixləri haqqında qəti fikir söyləyən və öz fikrini inandırıcı
sənədlərlə sübut edən muəllifi hələ ki, biz tanımırıq. Bu sətirləri
yazanın fikrincə, hər hansı böyük bir sənətkarın, o cümlədən
Firdovsinin də təvəllüdü və ölümü haqqında dəqiq məlumat
yoxdursa, təzkirəçi və tarixçilərin əksəriyyətinin göstərdiyi və
hamının həqiqətə uyğun hesab etdiyi tarixi qəbul etməklə
kifayətlənmək lazım gəlir. Ona görə ki, orta əsr müəlliflərinin
əsərlərində şairin anadan olması və vəfat etməsi tarixinə dair
ixtilaflar bir-iki, ən çoxu beş-altı ildən artıq deyildir, bu
ixtilaflar əgər ciddi bir tarixi, siyasi hadisə ilə əlaqədar deyilsə,
onları «dəqiqləşdirmək», məlum rəqəmi iki və ya üç il qabağa
və ya geriyə çəkməyi «elmi kəşf» kimi oxucuya təqdim etmək
mənasız işdir. Çünki, müasir insanları maraqlandıran əsas
məsələ klassiklərin əsərlərindəki ictimai-fəlsəfi məzmun va
bədii-estetik keyfiyyətdir. Ona görə də bu xüsusiyyətlərə malik
8
bir əsəri yazarkən, müəllifin yaşının otuz ya otuz iki olması,
əlbəttə, onuncu dərəcəli məsələdir. Bu cəhətdən İran elmi-ədəbi
ictimaiyyətinin gəldiyi qərarı düzgün hesab etməmək olmaz.
Onlar Firdovsinin müxtəlif mənbələrdə 930–940-ci illər
arasında doğulub, 1020–1025-ci illər arasında öldüyünü
göstərən rəqəmləri nəzərdən keçirərək, böyük şairin tavəllüd
ilini 934, vəfat tarixini 1024-cü illər göstərməyi qarara almışlar.
Firdovsi 90 illik ömrünün 30–35 ilini «Şahnamə» kimi
əbədiliyin möhrü vurulan və müəllifinə ölməzlik haqqı
qazandıran əsərini yaratmağa sərf etmişdir.
Şərti olaraq «əsatiri», «qəhrəmanlıq» «tarixi» dastanlar
adlandırılmış «Şahnamə»nin mündərəcəsi ibtidai insanların yer
üzündə ilkin təşəkkül dövründən başlamış- eramızın VII əsrinə
qədar asasən Asiya qitəsində baş vermiş hadisələrin poetik
təsvirini əhatə edir.
«Şahnamə»də öz bədii ideya təkamülünü tapmış
dastanların və onlarda təsvir olunan əsatiri, yarım afsanəvi və
hətta tarixi qəhrəmanların ilk mənşəyini çox qədim zamanlarda
icma halında yaşayan ibtidai insanların bəsit, lakin qanadlı
təxəyyülündə axtarmalıyıq. Bu dastan və nağıllarda tərənnüm
edilən nəcib bəşəri hisslər ibtidai insanların xəyalındakı vüsəti
dərk etmək üçün əlimizdə bir meyar ola bilər.
Sinfi cəmiyyətin – quldarlığın yaranması və dinlərin
əmələ gəlməsi ilə ibtidai insanların təxəyyülündən doğan
nağıllar və dastanlar yazıya köçürülür, onlardakı qəhrəman
surətləri ilahiləşdirilir, dastanların dini, şifahi–xəlqi variantları
meydana çıxırdı.
Zaman ötdükcə dini variantlarla xalq variantları arasında
çarpazlaşma, qarşılıqlı təsir əmələ gəlir ki, bu da öz əksini
əvvəlcə folklorda və ondan istifadə ilə yaranan bədii əsərlərdə
tapır.
«Şahnamə»nin ilk sələfi sayılan «Xvataynamak» məhz bu
kimi əsərlərdən idi.
Tarixi mənbələrin verdiyi məlumata görə pəhləvi dilində
9
olan«Xvataynamak» ərəb qoşunları İranın paytaxtı olan İstəxri
(Mədaini) işğal edərkən onların əlinə keçmiş, ərəb dilinə
tərcümə edilərək xəlifə Ömərə təqdim olunmuşdur. Xəlifə
əsərin məzmunu ilə tanış olduqda onun atəşpərəstlik ayinlərini
təsdiq edən və İran şahlarının əzəmətindən bəhs edən bir kitab
olduğunu bilib rədd etmişdir.
Qeyd etmək lazımdır ki, «Xvataynamak»ın əsl nüsxəsi
itmişsə də, orta əsrlərdə İran tarixinə aid bir çox əsərlərdə ona
istinad edilib, misal gətirilir. Bu da əsərin VIII əsrin ortalarında
Əbdüllah İbnul-Müqəffə tərəfindən ərəbcəyə tərcümə edilməsi
haqqında rəvayətin doğru olması ehtimalını gücləndirir.
«Xvataynamak»dan gətirilən ərəbcə parçaların əsərin xəlifə
Ömərə təqdim edilən ilk tərcüməsindən alınması ehtimalını da
müəyyən qeyd-şərt ilə əsassız hesab etmək olmaz.
«Şahnamə»nin farsca ilk variantları natamam halda olsa
da, samanilər sülaləsinin (874–995) hakimiyyəti dövründə
yazılmışdır. Müxtəlif mənbələrin verdiyi məlumata görə
Firdovsiyə qədər dörd və ya beş müəllif dəri (fars) dilində nəzm
və nəsr ilə «Şahnamə» yazmaq təşəbbüsündə olmuşdur.
Firdovsi də «Şahnamə»nin giriş hissəsində öz sələfləri
barəsində söz açır, həm pəhləvi, həm də farsca bu mövzuda
yazılmış ona məlum olan əsərlər haqqında qısa məlumat verir.
«Kitabın hazırlanması barədə» sərlövhəli parçanı böyük
şair təvazökarlıqla belə başlamışdır:
Nə vardı demişlər, nə qalmış, deyim?
Həmin parçada şair birinci növbədə «Xvataynamak»ın
yaranmasına işarə ilə yazır:
Qədimlərdə vardı böyük bir kitab
Ki, dastanlarıydı onun bihesab.
Gəzirdi pərakəndə əldən-ələ,
Onu hər kəs istərdi əzbər bilə.
Bela bir kitabın, ona daxil olan dastanların necə
Dostları ilə paylaş: |