Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   2   3   4   5   6   7   8   9   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məra-

mını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya 

kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu 

səbəbə ki, onda dərc olunan əsərlərin  cümləsi onların dünyasın-

dandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın  ən dəyərli sər-

vətlərindəndir. 

Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunə-

lərindən istifadə etmişdir. Firidun bəy Köçərli şifahi ədəbiyyatın 

tədrisinin təlimi, tərbiyəvi  əhəmiyyəti, el ədəbiyyatının bədii-

estetik dəyəri barədə çox gözəl fikirlər söyləmişdir. O, ağızda 

söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq 

sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı 

sözlərindən, bayatılardan ibarət” olan el ədəbiyyatını cəmləşdirib 

çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların 

başlıca vəzifəsi sayırdı. Deməli Firidun bəy Köçərli  ədəbiyyatın 

öyrədilməsində  məhz folklor materialları ilə başlamağı  zəruri 

hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğı-

cıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim 

eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş 

millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-şövq və 

diqqətlə cəm edib, qiymətli sərmayə kimi saxlayır və balalarının 

ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır”. 

Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli 

fikirləri təkcə bunlar deyil. Atalar sözləri və  məsəllərin xalqın 

tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiy-

yatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların 

bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarı-

laşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığ-

cam şəkildə toxunmuşdu. 

Uşaq  ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük 

əhəmiyyətə malikdir. Balacaları  vətənpərvərlik, humanizm, düş-

mənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək 

səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. 

Uşaqları elm öyrənməyə, məktəbə getməyə həvəsləndirmək işin-

Áèáëèîãðàôèéà 

 



də Firidun bəy Köçərlinin böyük xidmətləri var. “Balalara hə-

diyyə” kitabından “Oğlum” şeiri buna misaldır. 

 

Ay afərin gül oğlum, 

Gül oğlum, sünbül oğlum. 

Oğlum, oğlum, naz oğlum, 

Dərsindən qalmaz oğlum. 

Qələmini al ələ, 

Yaxşı-yaxşı yaz, oğlum. 

Oğlum gedər məktəbə, 

Oxur, çatar mətləbə. 

Dərsin oxur rəvanlar, 

Nə oxuyubdur, danışar...  

 

Firidun bəy Köçərlinin bu şeiri yazmaqda məqsədi nəsihət 



verici sözləri ilə küçədə qaçmaq,  uşaqlarla savaşmaq, heyvanlara 

daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi şirin bir dildə 

balaca oxucusuna çatdırmaqdır. 

Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulma-

lı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu 

uşaq yazıçılarını düşündürən aktual problemdir. Firidun bəy Kö-

çərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri ara-

sında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiy-

yətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir. 

“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antolo-

giyası idi. Bu kitab indi də  uşaqlar üçün maraqlıdır,  əzizdir. 

“Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qa-

nadlandıran, uşaqlara həyat və  təbiət haqqında məlumat verən 

qiymətli bir inci xəzinəsidir. 

O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həya-

tı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmi-

şini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl 

nümunəsini göstərmişdir. 

F.Köçərli uşaq dünyası nəsri sahəsində səmərəli xidmət gös-

tərən  ədiblərimizdəndir. Onun yaratdığı  əsərlərə  həmişə ehtiyac 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



vardır. Qeyd edim ki, 1965-ci il yanvarın 1-dən  Mədəniyyət  

Nazirliyinin qərarı ilə kitabxanamız Firidun bəy Köçərlinin adını 

daşıyır. F.Köçərli adına Uşaq Kitabxanası olaraq bu sahədə üzəri-

mizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə  vəzifəmiz 

böyük  ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli  əsərlərini 

onlara sevdirməkdir. Çünki, ulu öndər Heydər Əliyevin  söylədiyi 

kimi kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbəd-

gahdan keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nif-

rət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxana-

çılar çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq 

ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi 

F.Köçərli hörmətlə anılacaq, yada düşəcək.   

2013-cü ildə Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, 

tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və 

tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olma-

sının 150 illiyi tamam olmuşdur. 

Firidun bəy Köçərlinin  ədəbi irsi çox gec araşdırılıb, tədqiq 

olunub. Lakin son dövrlər Azərbaycan ədəbiyyatşünaslığı tarixin- 

də görkəmli rolu olan bu ziyalı öz layiqli yerini tutmağa başlamış, 

onun əsərləri çap olunmuş, haqqında sanballı monoqrafiyalar, el-

mi məqalələr yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti 

cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçər-

linin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam 

buna daha bir sübutdur. 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 

2014-cü ildə bu böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdi-

rən “Firidun bəy Köçəli” adlı biblioqrafiya tərtib etmişdir.  Gör-

kəmli  şəxsiyyətin həyat və  fəaliyətinin bütün dövrlərini  əhatə 

edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun  bəy 

Köçərlinin  əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Və-

saitdə “Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli 

şəxslər Firidun bəy Köçərli haqqında” yazılar da verilmişdir. 

Gərgin  əməyin və ciddi axtarışların nəticəsi kimi meydana 

gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra 

xırda qüsurlardan xali deyildir. Ona görə də, biblioqrafik göstərici 

Áèáëèîãðàôèéà 

 



haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara 



əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını Firidun 

bəy Köçərli adına Uşaq Kitabxanasına göndərmələrini xahiş 

edirik. 

 

Ünvan: Bakı şəh., S.Vurğun küç. 88 

E-mail: childlibbaku@yahoo.com  

        


Şəhla Qəmbərova

 

Firidun bəy Köçərli adına Respublika Uşaq  

Kitabxanasının direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə