Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   2   3   4   5   6   7   8   9   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

10 



 

 

Firidun bəy Köçərli 

 

XIX  əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin 



etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya ta-

nıtmaq üçün Oqtay fədakarlığı və ehtirası ilə fəaliyyətə başlayan 

ziyalı  şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz si-

ması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin 

ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX 

yüzilin “ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi sa-

tira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir 

aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbə-

yovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçər-

linin üzərinə düşmüşdür”.

1

 O, böyük tənqidçi, Azərbaycan  ədə-



biyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının 

maariflənməsi və  mədəni-siyasi tərəqqisi yolunda şam kimi əri-

dən vətəndaş ziyalıdır. 

Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbay-

canın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsin-

də doğulmuşdur. Onun ulu babası Məhəmməd Şuşaya Qarabağın 

Cavanşir mahalından köçmüşdü. Atası Əhməd ağa “Şuşanın orta-

bab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun 

xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əy-

ricə  kəndinə gedər, baharın  əvvəllərinədək orada yaşayardılar... 

Fars dilini yaxşı bilən  Əhməd ağa  Şərq klassiklərinin  əsərlərini 

həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsil-

ləri əzbər deməklə həmvətənlərini heyran qoyardı”.

2

 



Firidun bəyin uşaqlığı məktəbə gedənə qədər ailə ilə birlikdə 

qışda  Əyricə  kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası 

onda  şeirə-sənətə  həvəs oyatmaq, ona fars dilini öyrətmək 

                                                            

1

 Mir  Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan  ədəbiyyatı. Bakı, 1982.- 



S.421. 

2

 Bəkir Nəbiyev. Seçilmiş əsərləri: 5 cilddə.- Bakı, 2009.- C.I.- S.61. 



Áèáëèîãðàôèéà 

 

11 



məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin məd-

rəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə  təhsil alaraq, 

Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Füzulinin “Leyli və 

Məcnun” məsnəvisini oxuyub öyrənir. Az sonra rus dilinin cə-

miyyətdə, xüsusilə idarə  işlərində daha böyük rol oynadığını  və 

rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli 

olduğunu görən Əhməd ağa oğluna rusca təhsil vermək qərarına 

gəlir və Firidunu Şuşadakı rus məktəbinə  qəbul olunmaq üçün 

hazırlaşdırır.  

Firidun bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 

Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən 

Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pe-

daqoq A.O.Çernyayevski (1841-1894) ilə görüşür. A.O.Çernya-

yevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər 

Seminariyası haqqında söhbətləri gənc Firidun bəydə bu semina-

riyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus 

məktəbini bitirib 1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və 

imtahan verərək ZMS-nin Azərbaycan bölməsinin hazırlıq sinfinə 

qəbul edilir. Bu seminariya o zamankı Qafqazın  ən mütərəqqi 

təhsil ocağı idi; tədris prosesində humanitar biliklərin və dillərin 

öyrədilməsinə ciddi fikir verilirdi. Seminariyada “sinifdənkənar 

tərbiyə vasitələrindən geniş istifadə edilirdi. Şagirdlər tez-tez şə-

hərin ürəkaçan mənzərələrinə, habelə Tiflisə  tənəzzöhə (gəzinti-

yə, ekskursiyaya – Z.Ə.) gedir, o zamankı Qafqazın ən izdihamlı 

şəhərlərindən olan bu paytaxtda teatr tamaşalarına baxırdılar. Hər 

bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi al-

bom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov 

kimi sənətkarların tərcümeyi-hallarından müəyyən hissələr, 

Qoqol, Lermontov və L.Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar 

yazılır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da 

möhkəmləndirilirdi. Bütün bunlar ...gələcək müəllimlərin mədəni, 

hazırlıqlı və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa 

və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir göstərirdi”.

3

 



                                                            

3

 Bəkir Nəbiyev. Göstərilən kitabı,  S.70. 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

12 



F.Köçərli Qori seminariyasında altı illik təhsilini başa vur-

duqdan sonra (1885) Azərbaycan türklərinin qədim yaşayış məs-

kənlərindən və  mədəni mərkəzlərindən olan İrəvan  şəhərindəki 

gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və 

hüsnxətdən dərs deyir, eyni zamanda pansion mürəbbisinin kö-

məkçisi təyin olunur və bu işi də böyük ustalıqla yerinə yetirir. 

Gənc müəllim  şəhərin  ədəbi-mədəni mühiti, xüsusilə müxtəlif 

məktəblərin müəllim və müdərrisləri ilə tanış olur, onlarla peda-

qoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib 

nümunə dərslərində iştirak edir. Eyni zamanda İrəvanın Azərbay-

can məktəblərində çalışan bəzi müdərrisləri gimnaziyadakı təlim 

üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər 

deyirdi.

4

 



1890-cı ildə F.Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla bir-

likdə Krıma – Bağçasaraya  gedib İsmayıl bəy Qasprinski ilə gö-

rüşür. Onlar bir neçə gün İ.Qasprinskinin evində qonaq qalıb, 

İsmayıl bəydən  və zövcəsindən “artıqlığıyla yaxşılıqlar”, hədsiz 

nəvazişlər görürlər.  İ.Qasprinski qonaqlarını “Tərcüman”ın  re-

daksiyası, mətbəədəki işlər, Krımın görməli yerləri, əyanları, yeni 

tipli məktəbləri, oradakı tədris üsulları, habelə Krımdakı “müsəl-

manların dolanacağı” ilə tanış edir, rusların “fəqir və  məzlum 

Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların ata-babala-

rından qalan yerlərini məğrur və xudbin nemsələrə verməyi” 

barədə söhbətlərini dinləyir...  

Gimnaziyada işləyərkən Firidun bəy  İrəvan  ədəbi mühiti, 

xüsusilə  məktəblərdə çalışan  şairlərin yaradıcılığı ilə yaxından 

tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. 

Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən 

A.S.Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, M.Y.Lermontovun 

“Üç xurma ağacı”, M.V.Koltsovun “A kişi, niyə yatıbsan?” şeir-

lərini Azərbaycan dilinə çevirib, İrəvanda və Şuşada nəşr etdirir. 

Mühitdə öz bacarığı  və savadı ilə  dərin hörmət qazanan gənc 

Firidun bəy  ədəbi prosesi də böyük həvəslə izləyir, təzə  çıxan 

                                                            

4

 Bəkir Nəbiyev. Göstərilən kitabı.- S.76. 



Áèáëèîãðàôèéà 

 

13 



kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat 

toplayır, biliyini zənginləşdirir. 1895-ci ildə onun “Tatar komedi-

yaları” adlı məqaləsi Tiflisdə “Novoye obozreniye” qəzetində çap 

olunur. Həmin ilin sonlarında Firidun bəy Qafqaz təhsil dairəsi 

popeçitelinin əmri ilə (30 oktyabr) Qori Müəllimlər Seminariyası-

na köçürülür və bu vaxtdan F.Köçərlinin elmi-pedaqoji və ədəbi-

ictimai fəaliyyətinin yeni mərhələsi başlanır. Ədib seminariyanın 

qabaqcıl müəllim heyəti ilə  sıx  əlaqə saxlayır, oranın zəngin ki-

tabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflis-

də  və Bakıda çıxan “Kavkaz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-

Rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif 

yazılarla çıxış edir. 

Qoriyə köçdükdən iki il sonra (1897) F.Köçərli Qazax qəza-

sının Salahlı kəndindən olan Badisəba xanımla (1881-1954) ailə 

qurmuş, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı al-

tında yaşamışdır.  Ərindən 18 yaş kiçik olmasına baxmayaraq, 

Badisəba xanım onunla məslək, əqidə dostluğu etmiş, Firidun bə-

yin sağlamlığı  və rahat işləməsi üçün ailədə lazımi  şərait yarat-

maqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan 

həzz almışdır. Ədibin ölümündən sonra “Azərbaycan ədəbiyyatı” 

kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün 

Azərnəşrə  təqdim edən də Badisəba xanım olmuşdur. 20 ildən 

artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da onların 

bir-birinə olan sevgisini soyutmamış, həm Firidun bəy, həm də 

Badisəba xanım tələbə  və  şagirdlərə böyük məhəbbətlə, ata-ana 

sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş ki-

mi yetişməsi uğrunda yorulmadan çalışmış, bu yolda bütün ener-

jilərini sərf etmişlər. 

1910-cu ilə  qədər Qori seminariyasında müəllim işləyən 

F.Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın 

Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra etmiş, 1917-ci il 

avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin 

edilmişdir. Lakin bu zaman çarizmin süqutu ilə  əlaqədar ölkədə 

hərcmərclik çoxalmış, Qori seminariyasının əvvəlki nüfuzu xeyli 

zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Vəziyyətin belə oldu-



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə