Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   2   3   4   5   6   7   8   9   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

14 



ğunu görən F.Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə 

alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbay-

can bölməsinin ləvazimatını Qazaxa köçürür. O, yerli ziyalıların 

köməyi ilə  şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də 

Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin 

başlandığını xəbər verən zəng çalınır.

5

 

Qazax seminariyasında direktor və pedaqogika müəllimi və-



zifələrində  işləyən F.Köçərli təkcə  dərs demək, yaxud seminari-

yanı idarə etməklə kifayətlənməyib,  əhalini maarifləndirmək 

üçün başqa işlərin də  həyata keçirilməsinə nail olur: özfəaliyyət 

dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açır, yeni 

məktəblər, uşaq evi yaratmaq üçün təşəbbüs göstərir, xalq ədə-

biyyatı nümunələri toplayır, Müsavat partiyasının Qazax bölmə-

sinə rəhbərlik edir, bir sözlə, ADR-in təhsil siyasətini həyata ke-

çirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-

gündüz çalışır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 

bir çox başqa xalqsevər ziyalılar kimi Firidun bəyin də arzularını 

gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının 

əvvəllərində F.Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs 

edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. 

Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası 

vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib, 

xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini 

təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənim-

səmiş, yerlərdə milli nifaq törətmişdir.

6

 İttihamların hamısını rədd 



etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun 

bəyi ölüm cəzasına məhkum etmiş  və günahsız  ədib 1920-ci il 

iyun ayının 5-də güllələnərək qətlə yetirilmişdir 

 

*** 



                                                            

5

 Bəkir Nəbiyev. Göstərilən kitabı, S.93. 



6

 Ətraflı bax: Cəlal Qasımov. Firidun bəy Köçərlinin müəmmalı ölümü 

//AMEA-nın Xəbərləri. Humanitar Elmlər Seriyası. Xüsusi buraxılış.- 2013.- 

№1.- S.90-99. 

Áèáëèîãðàôèéà 

 

15 



XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziya-

lıların əksəriyyəti kimi F.Köçərli də ictimai fəaliyyət meydanına 

M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların 

başladığı  işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm 

məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm məişətdə gör-

düyü mədəni geriliyə, köhnəliyə, cəhalətə, hər cür fanatizmə qarşı 

durub, camaatı  mənəvi azadlığa, müasir təhsilə,  əxlaqi saflığa, 

imana çağırır, həm də xalqın və söz sənətkarlarının yaratdığı 

bədii sərvəti toplayaraq gələcək nəsillərə çatdırmaq üçün əlindən 

gələni edir, müasir ədəbi prosesi izləyir, təzə çıxan əsərləri oxu-

yub qiymətləndirirdi.  

Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, 

ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəa-

liyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və  mədəni-si-

yasi tərəqqisi üçün bütün şüurlu həyatını  və enerjisini sərf edən 

yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə  fəal 

münasibət bildirən həssas yazıçı-publisist, tərcüməçi, nəhayət, 

istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin 

hər üçündə Firidun bəy bənzərsizdir,  özünəməxsus böyük ziyalı, 

təkrarsız ədəbi şəxsiyyətdir. Bəs F.Köçərlinin hansı fəaliyyət sa-

həsi daha üstündür? Şübhəsiz, müəllimliyi! Firidun bəy Qori 

Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü 

müəllimlik işinə həsr etmişdir.  

Müəllimlik fəaliyyətində F.Köçərli  şagirdlərə verilən nəzəri 

biliklərin həyatla, gündəlik təcrübə ilə əlaqələndirilməsinə xüsusi 

diqqət yetirirdi. Onun pedaqoji baxışlarının əsas prinsipi – ağırlıq 

mərkəzi xəlqilik idi; təlimin mərkəzində ana dilinin öyrədilməsi 

dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinadən F.Köçərli 

yazırdı: “Bir millətin malını, dövlətini və  hətta vətənini  əlindən 

alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan 

qalmaz”.

7

 F.Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir, 



həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi 

                                                            

7

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.283. 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

16 



olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və 

vətənin sevdiyi kimi, ana dilini də sevir... Bu (yəni ana dili – 

Z.Ə.), Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və 

möhtərəm tutmaq hər kəsə borcdur”

8

.  


F.Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə və araşdı-

rıcılıqla məşğul olmuşdur.  İrəvan gimnaziyasında çalışarkən o,  

qədim  yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus 

şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsorun şeir-

lərini, A.P.Çexovun “At familiyası” hekayəsini Azərbaycan dili-

nə, M.F.Axundzadənin “Aldanmış  kəvakib” povestini rus dilinə 

çevirib nəşr etdirmişdir.  Ədibin publisistik və  tənqidçilik fəaliy-

yəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır. 

Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni sə-

viyyəsinə, xalqın tərəqqisinə maneə törədən  əngəllərə yaxından 

bələd olan gənc Firidun bəy ilk publisistik yazılarından başlaya-

raq mühitdə, cəmiyyətdə gördüyü ictimai eybəcərlikləri pisləyir

xalqı  mədəni-siyasi tərəqqiyə  səsləyirdi. Onun publisistikasının 

mövzu dairəsi geniş, toxunduğu məsələlər  əhatəli idi: mövcud 

cəmiyyətin ictimai bəlalarının tənqidi, kəndli həyatının ağırlığı, 

qadın hüquqsuzluğu,  çarizmin müstəmləkəçilik siyasəti, maarif, 

mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunla-

rın hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan 

“Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Petroqradskiye 

vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbal”, “İrşad”, 

“Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çap olunan məqa-

lələrində maarifçilik mövqeyindən təhlil, şərh olunur, müəllif mə-

dəni gerilikdən, cəhalət və fanatizmin pəncəsindən xilas olmağın 

yolunu təhsildə və maariflənməkdə görürdü.

9

 

Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də  İrəvan 



gimnaziyasında çalışdığı zaman başlanır. O, Azərbaycan drama-

                                                            

8

 Yenə orada. 



9

 Ətraflı bax: Veydəddin Pirəliyev. Firidun bəy Köçərlinin publisistikası. Bakı, 

2010. 

Áèáëèîãðàôèéà 



 

17 


turqlarının komediyaları üzərində ciddi tədqiqat aparır və elmi 

düşüncələri  əsasında “Tatar komediyaları” adlı geniş bir məqalə 

yazıb “Novoye obozreniye” qəzetində çap etdirir. 

Məqalədə M.F.Axundzadə  ədəbi məktəbi davamçılarının 

XIX  əsrin 90-cı illərində yazdıqları komediyalar təhlil olunur. 

Müəllifin elmi tədqiq və  təhlil predmeti konkretdir. O, Mirzə 

Fətəlini “xalqının həyatına yaxşı  bələd olan nadir psixoloq və 

sənətkar”

10

 kimi  dəyərləndirdikdən sonra Haşım bəy Vəzirovun 



“Evlənmək su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan 

daş topuğa dəyər”, Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini 

diqqət mərkəzinə  çəkərək, onların məzmunu və  bədii məziyyət-

ləri haqqında söhbət açır.  

F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlə-

rin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiy-

mətləndirir. Onun üçün bədii sənət meyarı M.F.Axundzadə pyes-

ləridir və “bu komediyalar Zaqafqaziya müsəlmanlarının həyatını 

əks etdirən bir reflektora bənzəyir”. Buna görə F.Köçərli müa-

sirlərinin əsərlərini Axundzadə komediyaları ilə müqayisəli təhlil 

edib dəyərləndirir. O, Haşım bəy Vəzirovun “Evlənmək su içmək 

deyil” komediyası haqqında yazır: “Bu komediya Axundzadənin 

“Məstəli şah” əsərinin təsiri altında yazılmışdır və müəllif kome-

diyanın ayrı-ayrı yerlərində öz müəlliminə  təqlid etməyin gözəl 

nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundza-

dənin əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya 

yaxşı işlənmişdir, canlı dillə yazılmışdır, onda həqiqi məişət səh-

nələri və  təbii yumor çoxdur... Haşım bəy qadın tiplərinin təs-

virində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə 

solğundur və inandırıcı çıxmır” .

11

 

F.Köçərli Haşım bəyin  əsəri ilə Nəcəf bəy Vəzirovun “Dal-



dan atılan daş topuğa dəyər” komediyası arasında çoxlu “ümumi 

cəhətlər” görür və bunun bir səbəbini “hər iki əsərdə  qələmə 

                                                            

10

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.23. 



11

  Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.25. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə