Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

34 



qətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat 

Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçək-

lənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk 

xalqlarının, türk ədəbiyyatının və  mədəniyyətinin ayrılmasına, 

təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır. 

Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun 

bəyin yüzlərcə  məqaləsi hələ öz sağlığında Bakı, Tiflis, Bağça-

saray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə ki-

tabı işıq üzü görmüşdür. Ədibin ölümündən sonra onun xatirəsini 

əziz tutan Azərbaycan xalqı və dövləti müxtəlif illərdə F.Köçərli-

nin kitablarını nəşr etmiş, haqqında çoxlu məqalə, kitab, disserta-

siya yazılmışdır. Tərtibçi-ədibin adını daşıyan Respublika Uşaq 

kitabxanasının şöbə müdiri Nazilə Tahirova böyük zəhmət baha-

sına bu əsərlərin hamısını nəzərdən keçirərək, onların çap olundu-

ğu mətbuat orqanı, nəşriyyat, tarix, həmçinin F.Köçərli haqqında 

yazan müəlliflərin adı, soyadı, əsərlərinin adı, çap olunduğu yer

tarix haqqında konkret məlumat verən səliqəli biblioqrafiya 

hazırlamışdır. Biblioqrafiyada Firidun bəy Köçərlinin həyat və 

fəaliyyətinin  əsas tarixləri göstərilmiş, onun əsərlərinin və haq-

qında yazılan əsərlərin xronoloji ardıcıllıqla siyahısı verilmişdir. 

Biblioqrafiya elmi işçilər və doktorantlar üçün qiymətli bir 

məxəzdir. Ondan Firidun bəy Köçərlinin həyat və  fəaliyyəti ilə 

maraqlanan bütün oxucular istifadə edə bilərlər. 

 

Zaman Əsgərli, 



filologiya üzrə elmlər doktoru, 

 professor 

 

Áèáëèîãðàôèéà 

 

35 


 

 

Firidun bəy Köçərlinin  

müdrik deyimləri 

 

Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl 



və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri 

toplayıb bu kitabı  tərtib etdim ki, onlar unudulub xatirələrdən 

çıxmasın. 

 

*** 



Nağıllarda həqiqət halı ilə  xəyalət aləmi, doğru ilə yalan, 

mümkün ilə qeyri-mümkün elə  məharətlə bir-biri ilə calaşır ki, 

insan ağlı heyrətdə qalır. 

 

*** 



Əgər bir xalqı  məhv etmək, onu adam toplusuna çevirmək 

istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. 

Biri onun başını, o biri canını zay eləsin. 

 

*** 



Əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və rəftar-

dadır. 


 

*** 


Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də 

dolaşıq olur; onların  əsərləri çətin və  ağır oxunulur və insana 

fərəh əvəzinə qəm və kədər gətirir. 

 

*** 



Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Semi-

nariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqam-

da saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. 

 

*** 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

36 



Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi 

malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi 

mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, 

ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını  və  Vətənini 

sevdiyi kimi, ana dilini də sevir. 

 

*** 



...Qoy müəllim pozulmuş uşağa məhəbbətlə, hərarətlə və sə-

mimi yanaşsın. O, ətrafdakı  məhəbbəti hiss edəcək, o zaman 

müəllim uşaq ruhunu belə  rəftarı  nəticəsində  ələ alacaq və  uşaq 

da əxlaqca yaxşı olacaq. Doğrudur, pozğun uşağı yenidən tərbiyə 

etmək üçün müəllim tərəfindən işə çox məhəbbət, səbir, mərifət 

və uşaq təbiətini anlamaq lazımdır. 

 

*** 


İnsanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb-keçən onda 

özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb 

aləmə faş qılsın. 

 

*** 



Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun 

zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meyda-

na çıxır. 

 

*** 



Söz yox ki, Vətən  şirindir, amma vətən bir anadan olduğu-

muz ev, məhəllə, şəhər və ya kənd deyil. Vətən geniş vüsətli bir 

diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı 

üçün əziz və mübarəkdir. 

 

*** 


Qəlbi şad etmək özlüyündə bir xidmətdir. 

 

*** 



Áèáëèîãðàôèéà 

 

37 



Çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıq-

sa da, həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq. 

 

*** 


Əsl  ədəbiyyat həyati həqiqətləri  əks etdirməklə yanaşı  cə-

miyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq 

mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolun-

da canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandı-

rıcı od salıb, onları  hər qisim fədakarlığa və cannisarlığa  şövq-

mənd etməlidir. 

 

*** 


Sabirin təbində bir o qədər zəriflik və dilində öylə bir lətafət 

var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. 

 

*** 


Türk dilində neçə min hikmətamiz məsələlər var ki, təmamisi 

təcrübə yolu ilə deyilibdir. 

 

*** 


Azərbaycan türklərinin məşhur və müqtədir  şairi Molla 

Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi 

adlanmağa onun haqqı vardır... Milli şairlərimizdən onun kimi 

sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl ya-

zan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş edib-

lərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləmək-

də aciz qalıblar... Vaqif ziyadə zövqü-səfa əhli olduğu üçün gözəl 

mədhində xeyli mərğub (irəğbət olunan, bəyənilən-  red.) və na-

zik şeirlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən his-

siyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları  şövqü həvəsə 

gətirir. 

 

*** 



Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o 

qədər onun ədəbiyyatı  zəif və biməzmun olacaqdır. Hətta çox 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə