Ôèðèäóí áÿé Êþ÷ÿðëè
152
Əlavələr
FİRİDUN BƏY KÖÇƏRLİYƏ
YAZILAN ŞEİRLƏR
Yazamam
Firidun bəy Köçərli cənablarına
“Yazmısan tazə nə şeylər?”- deyə sordun məndən,
Ruhumun tarına mizrabçən oldun, qardaş!
Sabir ilə belə məktubu çox aldıq səndən,
Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!
Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübalı keçinirdi günümüz rindanə.
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmaqlığa vadar etdin.
Leyk çox keçmədi dövran bizə bidad etdi.
Ax, o cəmiyyətimiz tezcə pərişan oldu.
Müvti-Tərrah o səfa bəzmini bərbad etdi,
“Sabir öldü”- demirəm şeir evi viran oldu.
Yazmağa mane olur təfriqə düşdüklərimiz,
“Ağlaram yadıma gəldikcə gülüşdüklərimiz”.
Yazamam, məndən olubdur daha bizar qələm,
Mən təfəkkürdə, o sakitliyə məcbur olmuş.
Yazamam, boğmadadır ruhumu böhranü ələm,
Xələcanlarla könül çarpmada rəncur olmuş.
Áèáëèîãðàôèéà
153
Boş kağızlarda qələm cızsa da göz yaşlarımı,
Qıymaram heç unudam sevgili yoldaşlarımı.
Ah, o gözlər ki, nigahilə dilü didələrim-
Açılırdı, daha bir də məni şad etməyəcək.
O dodaqlar ki, gülümsənməyi ilə kədərim-
Qaçılırdı, məni “Səhhət” deyə yad etməyəcək.
Ah, o gözlər, yumulub tozlar ilə dolmuşdur.
O dodaqlar bürüşüb qönçə kimi solmuşdur.
İştə bundan acı, bundan əzici qəm ki, bəşər
Ağlamaqdan da yenə dərdinə tapmaz çarə,
Zədələndikcə, zəhərləndikcə bir də sevər –
Ki, sürünsün yenə, çox ömr eləsin biçarə,
Uşacıqlar kimi baziçələrə aldanaraq,
Mütəsəlli olar, istər daha artıq yaşamaq.
Abbas Səhhət.
1911
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
154
Bəradərim Firidun bəy
Köçərli cənablarına
Möhtərəm qardaşım, Firidun bəy!
Yenə şəfqətlə halımı sordun,
“Yeni şeylər nə yazmısan?”- deyərək
Könlümü duyğularla doldurdun.
Qoy deyim şərhi-halımı, dinlə,
Dərdimə sən də ortaq ol, inlə.
Nə yazım mən bu qəmli zülmətdə?
Nurdan heç əsər, nişan yoxdur.
Vətənim adlanan bu qürbətdə,
Nə də əfqanımı duyan yoxdur.
Getmiş əldən rəfiqi-sadiqlər,
Dövrəmi çulğamış münafiqlər.
Bu qaranlıq mühitin içrə mənim
Qulağım həbs, gözlərim düstaq.
Yumruqla möhürlənib dəhənim,
Olmuş ağzımda sözlərim dustaq.
Qalmışam matü acizi məbhut,
Etmişəm labüd ixtiyari-sükut.
Yoxluq uçrumna el yürüdükcə,
Çox bağırdım, axırda batdı səsim.
Bu müsibətli halı gördükcə,
Ağlamaqdan kəsildi lap nəfəsim.
Keçdi mazi, bitir əzad ilə hal,
Üzümə gülməyir həm istiqbal.
Fərz ediz çox uzun, geniş bir otaq,
Orda iskamyalar qoyulmuş ola.
Üzərində beş-on dəcəl, kür uşaq,
Qara lövh, ağ təbaşir olmuş ola.
Áèáëèîãðàôèéà
155
Bunların mən bu halda həmdəmiyəm,
Deməli, zahirən müəllimiyəm.
Nə deyim, lakin əlaman, qardaş,
Hər gün onlar sorur mənim qanımı.
Bağrım odlandı, yandı, can qardaş!
Bu tifillər çürütdülər canımı.
Heç bir dərsə etina etmir,
Heç kəs öz təklifini əda etmir.
Türklük, islamlıq iddiası ilə
Öz dilin bilmək istəyən yoxdur.
Əcnəbi ruhunun havası ilə,
Vətənin, millətin sevən yoxdur.
Atalar verməyib heç əhəmiyyət,
Sönmüş onlarda hissi-milliyyət.
Burda dərs beş-on ildir,
Deyirəm hər zaman ki: “Qeyrət edin,
Türk dili bir gözəl, şirin dildir,
Onu öyrənməyə həmiyyət edin”.
Etməyir kimsəyə sözüm təsir,
Oluram gündə bir sayar dilgir.
Dürlü manelər olmasa sözümə,
Odlu bir nəğmə yazmaq istəyirəm.
Gələcək əsrlərdə mən özümə
Şanlı bir qəbir qazmaq istəyirəm
Lakin övzai-haldan məyus-
Olub etməkdəyəm müdam “əfsus...”
1914
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
156
Bəradərim Firidun bəyə təqdim
etdiyim rəsmimin altına
Qəlbinə yəəs, iğbirar açan
Gözlərimdə əməllərimdir uçan.
Bəllidir hər baxışda dərd, qəmim,
Baxma, əks eyləyər sənə ələmin.
Ürəyimdə coşan bu fırtınalar,
Səni də mən kimi məlul eylər.
Məni ağlar görüncə, sən gül, gül!
Çünki əbr ağlayar, gülər sünbül.
Donuq bir çöhrədən dolğun üzüm bir lövheyi-müəbərr.
Sönük bir didədən sönmüş gözüm bir bərqi-seylavər.
Vizit kartoçkasının altına
Çoxdandır olmayıbdı didarınız müyəssər,
Gəldim vüsalınızla olsun gözüm münəvvər.
Yox idiniz, qayıtdım, atəş içində canım.
Könlüm deyirdi sanki: ey dosti-mehribanım,
Aya, rəvamıdır ya, bir qəbi-pür məhəbbət,
Məsud, şən gülərkən etsin məlul övdət.
Gəldim görəm o kövkəbi-səyyarəni, fəqət,
Məyus olunca: “Seyr ediyormuş” dedim əvət.
Gəldim, yox idiz siz, çox-çox təəssüf etdim,
Görüşməyib sizinlə məyus qayıtdım, getdim.
Abdulla Şaiq
1908-1913
Áèáëèîãðàôèéà
157
Qardaşım Köçərliyə
(dərsdə yadigar üçün yazılmışdır)
Quzğun uçub gəldi dağın dalından,
Vadilər ruduna yatdı bu yerdə.
Gördü ki, leş-leşə veribdi hər yan,
Axır arzusuna çatdı bu yerdə.
Günəş öz işində, Günəşə nə var,
Bizim Günəşimiz qaraldı, qardaş.
Azad bir quş idik, vurub saldılar,
Yetər, hövsələmiz daraldı, qardaş.
Gəl mənə həyan ol,sevinsin ürək,
Dar gündə arxadı qardaş qardaşa.
Sözümüz, sirrimiz bir olsun gərək,
Uca dağlar kimi dayanaq qoşa.
Gərək xidmət edək təmiz niyyətə,
Kədəri, sevinci yarı bölək biz.
Gərək ya qələbə çalaq zülmətə,
Ya da soyuq məzar olsun yerimiz.
Bilirəm köksündə çırpınan ürək
Nəcibdi, təmizdi, sən mənə sirdaş.
Bu kiçik şeirimiümid rəmzitək,
Qardaşlıq rəmzitək qəbul et, qardaş.
Qori şəhəri, 1885
Baçana Nikoloz Razikaşvili
Dostları ilə paylaş: |