١
itrə zəkatı
Fitrə zəkatının lüğət və istilahdakı mənası
Fitrə zəkatı Quran və hədislərdə
Fitrə zəkatının hökmləri
Bakı - 2018
٢
Bağışlayan və mehriban Allahın adı ilə.
Müqəddəs İslam şərətində vacib olan zəkatlardan biri də "fitrə zəkatı"dır. Biz
burada bu mövzü haqqında, əziz oxucuları yormamaq üçün qısa izah verəcəyik və
mövzünün izahı aşağıdakı ardicilliq ilə olacaqdır:
Fitrə zəkatının lüğət və istilahdakı mənası
Fitrə zəkatı Quran və hədislərdə
Fitrə zəkatının hökmləri
Fitrə zəkatının lüğət və istilahdakı mənası
Fitrə zəkatı lüğətdə -
"ةﺮﻄﻓ"
və
"ةﺎﻛز" kəlmələrinin birləşməsindən meydana
gələn bu söz birləşməsindəki hər iki kəlmənin ayrı ayrılıqda mənası vardır.
"ﺮﻄﻓ"
(başlamaq, ixtira etmək, yaratmaq, bölmək)
maddəsindən alınan
"ةﺮﻄﻓ" kəlməsi "fitrət, təbiət,
xarakter, insanın xüsusi özəllikləri" mənalarında işlənir.
"ةﺎﻛز" kəlməsi isə lüətdə
"bərəkət, inkişaf, paklıq, saflıq" mənalarında işlənir.
Fitrə zəkatı istilahda – müəqqəs İslam şəriətində zəkatın növlərindən
biridir və onu ödəmək vacibdir.
Fitrə zəkatı Quran və hədislərdə
Sonuncu səmavi kitab olun müqəddəs Qurani-kərim və məsumlardan nəql olunan
mübarək hədislərə nəzər saldıqda "fitrə zəkatı"nın əhəmiyyəti və insan həyatındakı
müsbət təsirləri nəzərə çarpır. Onlara nümunə olaraq aşağıdakı ayə və hədisləri qeyd
edirik:
ْﺪَﻗ
ﻰﱠﻛَﺰَـﺗ ْﻦَﻣ َﺢَﻠْـﻓَأ
ﻰﱠﻠَﺼَﻓ ِﻪِّﺑَر َﻢْﺳا َﺮَﻛَذ َو
Həqiqətən də özünü pak edən nicat tapdı və Rəbbinin adını zikr etdi, sonra namaz
qıldı (
la sürəsi 14 və 15-ci ayələr)
Yuxarıdakı ayə haqqında İmam Sadiqidən (ə) soruşulanda O həzrət belə buyurmuşdur
və hədisin mətnini olduğu kimi təqdim edirik:
Fitrə zəkatı haqqında ümumi məlumat
٣
…
ع) ِﱠ ا ِدْبَع وُبَأ َلاَق
اَﻤَﺗ ْﻦِﻣ ص ِّﻲِبﱠﻨﻟا ﻰَﻠَع َة َﻼﱠﺼﻟا ﱠنَأ اَﻤَﻛ َةَﺮْﻄِﻔْﻟا ﻲِﻨْﻌَـﻳ ِةاَﻛﱠﺰﻟا ُءاَﻄْعِإ ِمْوﱠﺼﻟا ِماَﻤَﺗ ْﻦِﻣ ﱠنِإ :(
ِم
َو َماَﺻ ْﻦَﻣ ُﻪﱠﻧَِﻷ ِة َﻼﱠﺼﻟا
َﻌَﺘُﻣ اَﻬَﻛَﺮَـﺗ اَذِإ ُﻪَﻟ َمْوَﺻ َﻼَﻓ َةاَﻛﱠﺰﻟا ِّدَﺆُـﻳ ْﻢَﻟ
ِّﻲِبﱠﻨﻟا ﻰَﻠَع َة َﻼﱠﺼﻟا َكَﺮَـﺗ اَذِإ ُﻪَﻟ َة َﻼَﺻ َﻻ َو ًادِّﻤ
)
ص
(
ِإ
َلاَق ِة َﻼﱠﺼﻟا َلْبَـق اَﻬِب َأَدَب ْدَق ﱠلَج َو ﱠﺰَع َﱠا ﱠن
َﺢَﻠْـﻓَأ ْﺪَﻗ
ْﻦَﻣ
ﻰﱠﻛَﺰَـﺗ
ِﻪِّﺑَر َﻢْﺳا َﺮَﻛَذ َو
ﻰﱠﻠَﺼَﻓ
İmam Sadiq (ə) buyurmuşdur: Həqiqətəndə zəkat (fitrə zəkatını) orucun
kamilləşdirir, necə ki, Peyğəmbərə (s) salavat göndərmək namazı kamilləşdirir. Çünki
bir şəxs (mukəlləf) oruc tutsa və bilərəkdən zəkatı (fitrə zəkatını) ödəməyi tərk etsə
orucu qəbul olmaz( yəni, tutduğu oruc onun əməl dəftərinə qeyd olunmaz) və
Peyğəmbərə (s) salavatı tərk etsə namazı qəbul olmaz (yəni, namaz onun əməl dəftərinə
qeyd olunmaz)
, həqiqətən də Allah (c.c) zəkatı namazdan qabağa qabağa salaraq
buyurur "
Həqiqətən də özünü pak edən nicat tapdı və Rəbbinin adını zikr etdi, sonra
namaz qıldı (Mən la yəhzuruhul-fəqih c.2, səh.183, fitrə babı hədis 2085).
ُﻪْﻨِﻣ ُﻪﱠﻠﻟا َلﱠبَﻘَـﺗ ٍﺢِﻟاَﺻ ٍلَﻤَع ْوَأ ٍﺢِﻟاَﺻ ٍلْوَﻘِب ُﻪَﻣاَﻴِﺻ َﻢَﺘَﺧ ْﻦَﻣ :(ع)ٍدﱠﻤَﺤُﻣ َﻦْب ِﺮَﻔْﻌَج ِقِداﱠﺼﻟا لاق
ِﺻ
ُلْوَﻘْﻟا اَﻣ ِﻪﱠﻠﻟا ِلوُﺳَر َﻦْبا اَﻳ ُﻪَﻟ َلﻴِﻘَﻓ ُﻪَﻣاَﻴ
َﻌْﻟا َو ُﻪﱠﻠﻟا ﱠﻻِإ َﻪَﻟِإ َﻻ ْنَأ ُةَداَﻬَﺷ َلاَق ُﺢِﻟاﱠﺼﻟا
ِةَﺮْﻄِﻔْﻟا ُجاَﺮْﺧِإ ُﺢِﻟاﱠﺼﻟا ُلَﻤ
İmam Sadiq (ə) buyurmuşdur: Orucunu saleh söz və ya saleh əməl ilə
yekunlaşdırsa Allah onun orucunu qəbul edər. Ərz olundu et Peyğəmbərin balası saleh
söz nədir? İmam buyurdu: (saleh söz) Allahın təkliyinə şəhadət vermək və saleh əməl
isə fitrə (zəkatı) çıxartmaqdır (Biharul-ənvar c.93, səh.103, fitrə zəkatının vacibliyi və
fəziləti babı hədis 1)
٤
Fitrə zəkatının hökmləri
Fitrə zəkatı vacib ibadi əməllərdəndir və niyyət etmək əsasdır. Onu Allaha
yaxınlaşmaq qəsdi ilə yerinə yetirmək lazımdır. Fitrə zəkatını vacib olmağının bir neçə
şərti var və aşağıdakılardır:
Fitrə zəkatının vacib olma şərtləri
Təklif
Həddi
buluğa
çatmalıdır.
Uşağa
vacib deyildir. Həddi
buluğun 3 şərti vardır
Hicri qəməri
təqvimi ilə
Oğlanlarda 15 yaşın tamam olması
Qızlarda isə 9 yaşın tamam olması
Qasıq nahiyəsində qalın tüklərin bitməsi
Spermanın ifraz olması
Aqil olmalıdır. Ruhi
xəstəyə
vacib
deyildir. Ruhi xəstə
olan insanlar iki yerə
bölünür
Xəstəliyi həmişəlik olanlar
Xəstəliyi fasilələrlə olanlar
Qüdrət
Azad olmaq – qul olmamalıdır. (onu da qeyd edək ki, əsrimizdə qul
yoxdur)
Fəqir olmamaq – fəqir o kəsdir ki, bil-fel və ya bil-qüvvə özünün və
ailəsinin xərclərini təmin edə bilməyən. Fəqirə fitrə zəkatı vermək ona
vacib deyildir. Əgər bu şəxsdə üç kiloqram buğda və ya bu kimi qida
məhsulu varsa, yaxud da bu məhsulların qiyməti qədər pulu varsa, onu
fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər himayəsində yaşayan
şəxslər varsa, bu şəxs həmin məhsulu və ya pulu fitrə ünvanında ailə
üzvlərinin əlində dolandıra bilər və yaxşı olar ki, axırıncı şəxs onu
özlərindən olmayan bir fərdə versin.
Bihuş olmamalıdır
Fitrə zəkatının miqdarı – Mükəlləf özü üçün və onun çörək yeyəni
sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda,
arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu
müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir.
Fitrə zəkatının verilmə vaxtı və məkanı
Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını
kənara qoya bilər. Əgər o, bayram namazı qılırsa, ehtiyat-vacibə görə fitrə
zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı
qılmırsa, Fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər.
٥
Mukəlləf fitrə üçün ayırdığı pulu xərcləyə və ya dəyişə bilməz
Fitrə zəkatını Ramazan ayından qabaq ödəmək olmək.
Əgər mükəlləfin yaşadığı yerdə və şəhərdə müstəhəq tapılmasa, fitrəni başqa
şəhərə apara bilər.
İnsan fitrə zəkatını ödəmək üçün vəkil təyin edə bilər.
Əgər fitrə zəkatını ödəmiyənin boynundan o düşmür. Əda və ya qəza niyyəti
etmədən onu ayırmaq və vermək vacibdir.
Fitrə zəkatının istifadəsi
Fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda
böyük günahları işlədən şəxsə ehtiyat-vacibə görə fitrə zəkatı verilməməlidir.
Əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər.
Fitrə zəkatından bir şeyi dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma
borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar
üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur.
Ehtiyat-vacibə görə fəqirə 3 kiloqramdan və ya onun qiymətindən az miqdar
verilməməlidir. Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı
çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından
hər fəqirə hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-
vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq
götürməsin.
Adətən cəmiyyətimizdə fitrə zəkatını fəqirə verəndə fəqir bu işi özü üçn təhqir
sayır və abrının getdiyini fərz edərək fitrəni qəbul etmir. Belə hallaqrda fitrə
zəkatı niyyəti edib o miqdarı ona hədiyyə ünvanı ilə vermək olar
Fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə,
fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.
Fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur.
Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir.
Qeyri-seyyir fitrəsini seyyidə verə bilməz,amma əksinə olar. Həmçinin seyyid
başqa seyyidə fitrə zəkatını verə bilər.
Bayram gecəsi gələn qonağın fitrəsi ev yiyəsinə vacib deyildir
Seyyid Xəzail Leriki
Bakı, Azərbaycan
14 iyun 2018-ci il
Dostları ilə paylaş: |