Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.

səhifə1/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   93


9
FİZİKA 
MİRZƏLİ 
RASİM 
RÖVŞƏN ƏLİYEV, DİLBƏR ƏLİYEVA, 
MURQUZOV, 
ABDURAZAQOV 
HABIL BAYRAMLI
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Fizika” fənni üzrə 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az 


HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri



 
KİTABIN İÇİNDƏKİLƏR
 
 
DƏRSLİK KOMPLEKTİ HAQQINDA....................................................................... 4 
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU ............................................................. 5 
DƏRSLİYİN FƏSİLLƏR ÜZRƏ MƏZMUNU ........................................................... 6 
FİZİKA FƏNN KURİKULUMU HAQQINDA ........................................................... 11 
FİZİKA DƏRSLƏRİNDƏ TƏLİM METODLARININ DİDAKTİK SİSTEMİ .......... 23 
MÜASİR TƏLİM TEXNOLOGİYALARI .................................................................. 27 
FİZİKA FƏNNİNDƏ QAZANILAN BİLİKLƏRİN SİSTEMLƏŞDİRİLMƏSİ  ....... 31 
 
MÜASİR QİYMƏTLƏNDİRMƏ ................................................................................ 34 
 
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ 
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ 
 
 
1. MÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI ........................................  36 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TAPŞIRIQLARI NÜMUNƏLƏRİ ...... 
70
 
2. MAQNİT SAHƏSİ ................................................................................................... 72 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TAPŞIRIQLARI NÜMUNƏLƏRİ ...... 
111
 
3. İŞIQ HADİSƏLƏRİ ................................................................................................. 113 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TAPŞIRIQLARI NÜMUNƏLƏRİ ...... 
159
 
4. ATOM VƏ ATOM NÜVƏSİ ................................................................................... 162 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TAPŞIRIQLARI NÜMUNƏLƏRİ ...... 
208
 
 
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR ...................................... 210 
TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR ........................................................................... 222 
 
 
  
 



 
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
IX sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 
təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni üzrə 
təhsil  proqramı (kurikulumu)  əsasında hazırlanmışdır. 
Dərslik hazırlanarkən təlimin aşağıdakı funksiyaları  və  təlim materiallarının təqdim 
olunma prinsipləri nəzərə alınmışdır:  
 Öyrədici / inkişafetdirici funksiya – şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürünün 
inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə  iş  vərdişlərinin formalaşdı-
rılmasını nəzərdə tutur.  
Dərslik fizika elminin əsaslarını şərh etməklə yanaşı, təlim materialının mənimsənilməsi 
məqsədilə  şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi öyrədir. Dərsliklə  iş 
zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması  və sistemləşdirilməsi, 
konspektləşdirilməsi, ümumiləşdirilməsi, əsas anlayışların çıxarılması üçün zəruri olan bilik, 
bacarıq və vərdişlər inkişaf etdirilir. Dərslik şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, 
obrazların, öyrəndikləri qayda, qanun və  nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa 
imkan verir. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq 
edir, tədqiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim olunması, təbiətdə 
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin 
formalaşdırılmasına imkan yaradır.  
 Tərbiyəedici funksiya dərsliyin məzmununun şagirdlərdə mənəvi dəyərlərin formalaş-
masına təsiri, dərsliklə iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik hissi, zəhmətsevərlik, 
öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uyğun hərəkət etmək kimi şəxsi 
keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bunlara dərsliyin məzmununun humanistləşdi-
rilməsi, sosiallaşdırılması (ümumbəşəri dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına 
diqqət yetirilməsi) və ekolojiləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olun-
ması  şəraiti ilə  sıx  əlaqədə  nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər, 
təklif olunan bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər şəklində icrasını 
nəzərdə tutur, deməli, ünsiyyət qurmaq, birlikdə  qərar qəbul etmək kimi vərdişlərin 
inkişafına imkan yaradır.  
  İnformasiya prinsipi –  şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə  məlumatla 
təmin edir, onların dünyagörüşünü formalaşdırır.  
 Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş xü-
susiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, yaradıcı qavrama 
baxımından sadədir. Dərslikdəki mətn  əsas anlayışların, nəticələrin izahı baxımından 
mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.  
 Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə, məntiqi və xronoloji 
ardıcıllıq nəzərə alınaraq verilmişdir.  
  İnteqrasiya prinsipi – fizikanın digər bölmələri arasında inteqrasiyanın olması 
şagirdlərə dünyada baş verən hadisə  və prosesləri, təbiət və  cəmiyyət arasında qarşılıqlı 
əlaqələri daha dərindən dərk etməyə, insanın hərtərəfli fəaliyyəti üçün fiziki 
qanunauyğunluqları qiymətləndirməyə imkan verir.  
Fizika kursunun strukturunun əsas prinsiplərindən biri fəndaxili və fənlərarası əlaqənin 
nəzərə alınmasıdır. O digər fənlərə aid olan bir sıra anlayışların məzmuna daxil edilmədən 
onlara  əsaslanmağa imkan verir. Dərslikdə  həmçinin ölkəşünaslıq prinsipi də  nəzərə 
alınmışdır.  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə