Microsoft Word fiz-9 mv az capa docx


Mətn  əsasında yaradıcılıq işləri



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

29 
 
10. 
Mətn  əsasında yaradıcılıq işləri:  rəsm çəkmə, kağız, gil, qum, plastilinlə müxtəlif 
konstruksiyalar qurma.  
11. 
Mətndə verilən informasiyanın praktik tətbiqi.  
12. 
BİBÖ cədvəlinin doldurulması.  (“Bilirəm. İstəyirəm bilim. Öyrəndim”).  Üsulun icra 
alqoritmi:  
1. Lövhədə və dəftərlərdə cədvəl tərtib edilir:  
 
BİLİRƏM 
İSTƏYİRƏM BİLİM ÖYRƏNDİM 
... ... ... 
... ... ... 
2. Mətnlə tanış olmazdan qabaq şagirdlər müstəqil və ya qrup şəklində əvvəlcə “bilirəm”, 
sonra isə “istəyirəm bilim” sütunlarını doldururlar.  
3. Mətni oxuyaraq və ya oxunanların müzakirəsi prosesində  şagirdlər “Öyrəndim” 
sütununu doldururlar.  
4. Nəticələrin çıxarılması, sütunların məzmununun tutuşdurulması. 
Şagirdlərə  əlavə olaraq daha iki sütunu – “informasiya mənbələri” və “nə anlaşılmadı” 
başlıqlı sütunları doldurmağı tapşırmaq olar.  
13. 
 Mətndəki materiallara uyğun cədvəl və sxemlərin tamamlanması.  
14. 
Şərh olunan oxu. Mətn oxunarkən izahat, mühakimə, fərziyyələr və şərhlərlə müşayiət 
olunur.  
15. 
Müqayisəli təhlil.  Tədqiq olunan iki və daha artıq obyektin (hadisə, proses) ümumi və 
fərqli əlamətlərinin aşkar edilməsi və tutuşdurulması üsulu.  
16. 
Özünə nəzarət. Mətnlə tanışlıqdan əvvəl müəyyən fərziyyələr yürüdülür və proqnozlar 
verilir. Mətnlə tanış olduqca proqnozlaşdırılan mülahizələr mətnlə yoxlanılır.  
17. 
Krossvordlarla iş. Krossvord formasında təklif olunan tapşırıqlar idrak fəaliyyətinin 
fəallaşmasına, dərs materialının daha yaxşı qavranmasına, təlim fəaliyyətinin dina-
mikliyinə, yarışmaqla bilik və bacarıqların nümayişinə kömək edir. Krossvordlar həm 
dərsin müxtəlif mərhələlərində  tətbiq oluna, həm də  şagirdlərin bilik və bacarıqlarını 
qiymətləndirmə vasitəsi kimi istifadə edilə bilər. Krossvordları həll edərkən müxtəlif iş 
formalarını – fərdi, cütlərlə, qrup şəklində, frontal sorğu formalarını  tətbiq etmək olar. 
Krossvordlar həm böyük kağız vərəqlər üzərində, həm də interaktiv lövhədə (və ya 
MİMİO proqramında) tərtib edilə bilər. Krossvordlar müəllim, yaxud şagirdlər tərəfindən 
tərtib edilə bilər. Onların bir neçə variantı mümkündür: 
 
Klassik krossvordlar.  Şagirdlər verilən tərif və izahatlara əsasən termin və anlayışları 
tapırlar. Bu, anlayışları fərqləndirməyə və onları daha yaxşı yadda saxlamağa yardım edir.  
Doldurulmuş krossvordlar.  Şagirdlər krossvordda doldurulmuş termin və anlayışlara 
özləri tərif verirlər. Bu, şagirdlərin termin və anlayışların təriflərini yadda saxlamağa kömək 
edir.  
“Lal” krossvordlar. Bu  halda krossvordun yalnız forması (boş xanalar) verilir, şagirdlər 
özləri anlayışları  daxil edir və onları izah edən ifadələri hazırlayırlar.  
“Özün tərtib et”. Şagirdlər istədikləri formada fiziki termin və anlayışlardan ibarət 
krossvord tərtib edirlər. 
 
Təlim metodları (üsulları).  Təlim üsulları müəllim və  şagirdlərin qarşıya qoyulan 
məqsəd və  vəzifələrin yerinə yetirilməsinə yönəldilən birgə  fəaliyyətinin üsullarıdır. Təlim 
üsulları aşağıdakılardır:  


30 
 
№ 
METOD 
ÜSULLAR 
1. 
Beyin həmləsi  
 

«Beyin həmləsi» və ya «Əqli hücum» (Brainstorming) 

BİBÖ (KWL) 

Аuksion (Auction) 

Klaster (Cluster)  

Suallar (Questioning) 

Anlayışın çıxarılması 

Söz assosiasiyaları 

Sinektika 
2. 
Müzakirələr  
 

Diskussiya (Discussion) 

Çarpaz müzakirə (Debate) 

Müzakirə xəritələri (Discussion map) 

Klassik dialoq 

“Akvarium” 

Аçıq iclas (Forums) 

Dairəvi müzakirə 
3. 
Rollu oyunlar  
 
o     Rollu oyun (Role play) 

Modelləşdirmə (Simulation) 

İşgüzar oyunlar (Business play) 

Səhnələşdirmə (Dramatize) 
4. 
Prezentasiyalar  
 

Təqdimatlar (Demonstration) 

Ekspert qrupu (Panels) 

Esse (Esse) 
5. 
Tədqiqatın aparılması  
 

Problemin həlli (Problem solving) 

Kublaşdırma (The cube) 

Konkret hadisənin tədqiqi (Case study) 

Venn diaqramı (Venn diagram) 

Layihələrin hazırlanması (Projects) 

Sosioloji sorğu (sorğu vərəqləri ) 

Müsahibə (Interview) 

“Qərarlar ağacı”  

“İdeyalar xalısı”  

Refleksiya (Reflection) 

Komitələr (Committees or Task Force) 
6. 
Məntiqi təfəkkür 
proseslərinin inkişafına 
yönəldilmiş metodlar 

«Аlqoritmin çıxarılması – analizdən sintezə»  

«Ən mühümü» 

«Tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması» 

Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış. 

Аlqoritm üzrə təsvir (zəncirlər) 
7. 
Tənqidi təfəkkür 
proseslərinin inkişafına 
yönəldilmiş metodlar 

Meyar üzrə qiymətləndirmə  

Аmbivalent qiymətləndirmə 

Cisim və ya hadisəyə müxtəlif nöqteyi-nəzərdən  
            baxılması (Viewpoint) 
8. 
Yaradıcılığa yönəldilmiş 
metodlar 
 

Yaradıcı əsərlərin yaradılması  

Əşyaların qeyri-adi istifadəsi  

Proqnozlaşdırma (Prognosis) 

Аtalar sözləri üzrə iş 

Fantaziyanın binomu  

Sərbəst prefiks (ön şəkilçi)  

Fantaziyanın polinomları 

Fokal obyektlərin metodu  

Morfoloji analiz (morfoloji qutu, təkmilləşdirmə ) 

Sinektika  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə