Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93


 
altında müstəqil olaraq icra etməklə “sabit maqnitlər”, “maqnit sahəsinin induksiyası”, “düz, 
dairəvi naqillərin və sarğacın maqnit sahə induksiyası”, “elektromaqnit”, “molekulyar 
cərəyanlar”, “elektromaqnit induksiyası”, “induksiya cərəyanı” kimi yeni anlayışlar haqqında 
sistemli bilik əldə edirlər. Onlar icra etdikləri eksperimentlərlə “Cərəyanlı paralel naqillər 
arasındakı qarşılıqlı təsir” və “Elektromaqnit induksiyası” qanunlarını “kəşf” edir, “Maqnit 
sahəsinin cərəyanlı naqilə  təsiri – Amper qüvvəsi” və “Maqnit sahəsinin hərəkətdə olan 
yüklü zərrəciklərə  təsiri – Lorens qüvvəsi” haqqında həm nəzəri, həm də  əyani metodlar 
əsasında sistemli məlumatlar  əldə edirlər. Fiziki sahələrin vahid qanunauyğunluğa tabe 
olduğuna bir daha əmin olmaq üçün bu tədris vahidində “təlimə sinergetik yanaşma” 
didaktik prinsipi əsasında qravitasiya, elektrik və maqnit sahələrinin müqayisəsinə  həsr 
edilən təqdimat dərsin quruluş  və icra planı, “Biz Yerin qravitasiya, elektrik və maqnit 
sahəsində yaşayırıq” adlı debat dərsin məzmunu verilmişdir. 
“İşıq hadisələri” fəslində verilən dərs materiallarında şagirdlər “İşığın düz xətt boyunca 
yayılması qanunu”, “İşığın qayıtma qanunu” və  “İşığın sınma qanunu” kimi mühüm 
qanunları öyrənir, “şüa”, “işıq sürəti”, “həqiqi və mövhumi xəyal”, “cisim məsafəsi”, “xəyal 
məsafəsi”, “fokus”, “tam daxili qayıtma”, “işığın qayıtması”, “işığın sınması”, “optik 
qüvvə”, “böyütmə”, “nazik linza” və s. yeni anlayışlarla tanış olur, onları maraqlı təcrübələr 
qoymaqla aşkarlayırlar. Tədris vahidinə uzunillik fasilədən sonra mühüm praktik əhəmiyyət 
kəsb edən iki mövzu – “Sferik güzgü” və “Sferik güzgüdə  xəyalın qurulması” mövzuları 
daxil edilmişdir. Onlar haqqında verilən nəzəri və praktik materiallar “elmilik”, “uyğunluq”, 
“varislik”, “əyanilik”, “inteqrativlik” didaktik prinsipləri  əsasında seçilmişdir. Təlim mate-
riallarında optik cihazların quruluş  və  iş prinsiplərinin elmi əsaslarına dair xeyli miqdarda 
təcrübələr verilmiş, onlar sxem və cədvəllərlə təchiz olunmuşdur. Burada müstəvi və sferik 
güzgülərdə, linzalarda cisimlərin xəyallarını qurmaq, onların  əsas xarakteristikalarını  təyin 
etmək üçün keyfiyyət və  kəmiyyət xarakterli məsələlər verilmişdir. Tədris vahidinin bütün 
mövzuları  zəngin eksperimental araşdırmalarla təmin olunmaqla yanaşı, iki ayrıca praktik 
dərsin quruluş  və  məzmunu da verilmişdir. Bunlar “Şüşənin sındırma  əmsalının təyini” və 
“Toplayıcı linzanın baş fokus məsafəsinin və optik qüvvəsinin təyini” üzrə praktik işlərdir. 
Sonda verilən “Göz və görmə”, “Görmə qüsurları. Eynək” və “Fotoaparat” adlı mövzular 
əsasında şagirdlər canlı və cansız optik sistemin iş prinsipindəki vahidliyi müqayisəli şəkildə 
öyrənirlər. 
“Atom və atom nüvəsi”  fəslində verilən materiallar əsasən “elmilik”, “əyanilik” və 
“ardıcıllıq” didaktik prinsipləri  əsasında  seçilərək maddənin mürəkkəb  əlaqəli sistem 
olduğu, bu sistemin hər hansı şəkildə  idarə edilmədiyi halda necə dəhşətli fəlakətlərə səbəb 
olacağı öz əksini tapmışdır.  Şagirdlər uyğun dərs materiallarını öyrənməklə “radiasiya”, 
“radioaktiv  şüalanma”, “radioaktiv çevrilmə”, “radioaktiv yerdəyişmə”, “nüvənin yük 
ədədi”, “nuklon”, “rabitə enerjisi”, “kütlə defekti”, “yarımçevrilmə periodu”, “zəncirvarı 
reaksiya”, “zərrəciklə bombardman”, “idarəolunan nüvə reaksiyası”, “atom və hidrogen 
bombası”, “nüvə reaktoru”, “enerji ilə kütlə arasında əlaqə” və s. yeni anlayış və hadisələrlə 
tanış olurlar. Çalışmalarda verilən tapşırıqları icra etməklə şagirdlər nüvə çevrilmə və nüvə 
sintez reaksiyaları zamanı ayrılan enerjini hesablama texnologiyasına yiyələnir, bu 
reaksiyaların idarəolunması sahəsində dünya alimlərinin fədakarlıqları haqqındakı tarixi-elmi 
materiallarla tanış olurlar. Sonda mühüm tərbiyəvi  əhəmiyyəti olan “Alternativ enerji 
mənbələri” mövzusunda təqdimat və “Nüvə silahı beynəlxalq sülhün qarantıdırmı?” mövzu-
sunda debat dərsin quruluş və məzmununu əks etdirən dərs materialları verilmişdir. 



 
DƏRSLİK KOMPLEKTİNİN  MÖVZULAR ÜZRƏ STRUKTURU 
 
 
 
1. MÜXTƏLİF 
MÜHİTLƏRDƏ 
ELEKTRİK CƏRƏYANI 
1. Metalların elektrik keçiriciliyinin klassik 
elektron nəzəriyyəsi. 
2.
 
Metalların müqavimətinin temperaturdan 
asılılığı. 
3. Məsələ həlli. 
4. Elektrolitlərdə elektrik cərəyanı. 
5.
 
Məsələ həlli. 
6. Praktik iş. Elektroliz hadisəsinin 
araşdırılması. 
7. Vakuumda elektrik cərəyanı. 
8.
 
Məsələ həlli. 
9. Qazlarda elektrik cərəyanı. Qeyri- müstəqil 
boşalma.  
10.  Müstəqil qaz boşalması və onun növləri. 
11.  Məsələ həlli. 
12.
 
Yarımkeçiricilər. Yarımkeçiricilərin məxsusi 
elektrik keçiriciliyi. 
13.
 
Yarımkeçiricilərin aşqar keçiriciliyi. 
14. p-n keçidi. Yarımkeçirici diod.  
15.
 
Yarımkeçirici cihazlar. 
16.
 
Məsələ həlli. 
17.
 
Müxtəlif mühitlərdə elektrik cərəyanı 
(təqdimat dərs). 
 
18. Maqnit hadisələri. Sabit maqnitlər.  
19. Maqnit sahəsi. Maqnit sahəsinin mənşəyi. 
20. Məsələ həlli. 
21.
 
Maqnit sahəsinin induksiyası. 
22.
 
Yerin maqnit sahəsi. 
23. Cərəyanlı düz naqilin maqnit induksiyası. 
24. Məsələ həlli. 
25. Dairəvi cərəyanın və cərəyanlı sarğacın 
maqnit sahəsi. 
26.
 
Elektromaqnit və onun tətbiqləri.
 
27. 
Məsələ həlli.
 
28.
 
Cərəyanların maqnit qarşılıqlı təsiri.
 
29. 
Maqnit sahəsinin cərəyanlı düz naqilə təsiri. 
Maqnit induksiyasının modulu.
 
30.
 
Məsələ həlli.
 
31.
 
Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsiri.
 
2. MAQNİT SAHƏSİ  
 
FƏSİL 
MÖVZU 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə