Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

32  
 
 
 
Ürək-damar sisteminin möhkəmləndirilməsi orqanizmin müxtəlif orqan və 
funksional sistemlərinin işinin yaxşılaşdırılması ilə yanaşı ilk növbədə özünü nəbz 
vurğularının sayının nisbətən azalması ilə büruzə verir. Sizin yaş qrupunda nəbz 
vurğuları göstəricisinin normal həddi aşağıdakı cədvəldə verilir. 
 
Cədvəl 3 
Yaş 
Oğlanlar Qızlar 
14 73  74 
15 72  75 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Ürəyin təqəllüsü və boşalması arasındakı vaxt fasiləsi nəyə sərf 
olunur? 
2.
 
Ürək əzələləri məşq etdirilə bilərmi? 
3.
 
Ürək əzələlərinin inkişafına, onun möhkəmlənməsinə ən çox hansı 
hərəkətlər şərait yaradır? 
4.
 
Nəbz vurğularınızın göstəricisi neçədir və bu sizin yaş qrupunun 
normalarına uyğundurmu? 
 
 
Bədən quruluşunda mütənasiblik  
və onun formalaşdırılması vasitələri 
 
Aşağı siniflərdə  bədən quruluşu, onun tipləri, ayrı-ayrı  bədən quruluşu 
tiplərinin xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilmişdir. Hər bir 
yeniyetmə özünün bədən quruluşu tipini müəyyən etməyi və onun mütənasibliyini 
formalaşdırmaq üçün hərəkətlərdən istifadə etmək bacarığına malik olmalıdır. 
Çünki mütənasib bədən quruluşu sadəcə olaraq gözəl qamət deyil, bu eyni zamanda 
orqanizmin mühüm orqan və sistemlərinin normal fəaliyyəti üçün əsas gös-
təricilərdən biridir. Bu səbəbdən də düzgün qamətin fiziki tərbiyə prosesində  və 
müstəqil məşğələlər vasitəsilə formalaşdırılması yeniyetmə qarşısında duran ən 
mühüm məsələlərdən biridir. Aşağıdakı  şəkildə normal və qüsurlu bədən 
quruluşunun təxmini, vizual üsulla qiymətləndirilməsi göstərilmişdir. Bu şəkildə a 
– normal qamət; b – həddindən artıq bel lardozu olan qamət; c – həddindən artıq 
döş kifozu olan dairəvi-əyilmiş qamət; ç – maili qamət; d – əyilmiş qamət. 
 
Çap üçün deyil


 
33 
 
 
Şəkil 1 
 
Qamətdə onurğanın təbii  əyriliyinin olmaması da qüsur hesab olunur. 
Məsələn, yastı kürəyə malik olan uşaqlarda onurğanın yanlara əyilməsinə (skalioz) 
meyillilik olduqca yüksəkdir. İnsan bədəninin mütənasibliyi və bu mütənasibliyin 
yaratdığı estetik gözəllik həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Vaxtı 
ilə məşhur İtalyan rəssamı Leonardo De Vinçi insan boyunun mütənasibliyinin 1,6 
vahid olduğunu müəyyənləşdirmişdir. 
Hal-hazırda yeniyetmələrin bədən mütənasibliyi boy-çəki göstəriciləri ilə 
müəyyən olunur. Bu göstəricilər aşağıdakılar kimidir. 
 
Yeniyetmələrdə bədənin normal boy-çəki göstəriciləri 
Cədvəl 4 
Oğlanlar 
Yaş 
Orta 
boydan 
aşağı, sm 
Bədənin 
çəkisi, kq 
Orta 
boy, sm 
Bədənin 
çəkisi, kq 
Orta 
boydan 
yuxarı, 
sm 
Bədənin 
çəkisi, kq 
14  148-154  35,3-54,1 155-170 45,4-56,8  171-177  52,8-71,6 
15  151-158  38,3-61,3 159-175 50,4-62,7  176-182  57,5-79,8 
Qızlar 
14  148-153  36,5-57,5 154-167 46,5-55,5  168-174  50,3-72,0 
15  151-155  40,2-62,2 156-167 50,3-58,5  168-172  52,9-75,7 
Çap üçün deyil


34  
 
 
 
Qamətin mütənasibliyinin ölçməsinin başqa üsulları da mövcüddur. 
Məsələn, bu mütənasiblik aşağıdakı düsturla ilə hesablana bilər: 
 
öş  ə ə
 
ə
 ö çü ü 
.    100
 
.
 
 
Bu düsturla ilə hesablama zamanı alınan göstərici 50-55 olduqda 
mütənasiblik «orta», bu rəqəmdən böyük olduqda isə mütənasiblik «əla» hesab 
olunur. Göstəricinin 50-dən aşağı olması  bədən mütənasibliyinin aşağı  səviyyədə 
olduğuna dəlalət edir. 
Normal bədən quruluşunda  ətrafların ölçüsünün təxmini nisbəti aşağıdakı 
kimi olmalıdır: 
-
 
boyunun dairəvi ölçüsü biləyin dairəvi ölçüsündən iki dəfə çox və belin 
ölçüsündən iki dəfə az olmalıdır; 
-
 
budun dairəvi ölçüsü baldırın dairəvi ölçüsündən 1,5 dəfə artıq olmalıdır; 
-
 
baldırın dairəvi ölçüsü boyunun dairəvi ölçüsünə (qızlarda) və 
gərginləşdirilmiş ikibaşlı  əzələnin dairəvi ölçüsünə (oğlanlarda) təxminən bərabər 
olmalıdır. 
 
Hazırda dünyada bədənin mütənasibliyinin tənzimlənməsi üçün fiziki hərə-
kətlərin müxtəlif komplekslərinin tətbiqi geniş vüsət almışdır. Buraya ilk növbədə 
atletik gimnastika, qüvvə aerobikası, pamp-aerobika və digərləri də daxildir. 
Atletik gimnastika 
– harmonik bədən quruluşunun formalaşdırılması, 
qüvvənin inkişaf etdirilməsi və sağlamlığın möhkəmləndirilməsinə istiqamətlənmiş 
müqavimətlərlə yerinə yetirilən hərəkətlər sistemidir. Atletik gimnastika məişətdə 
«bodi-bildinq» (bədənin qurulması) kimi tanınır. Atletik gimnastika vasitələri kimi 
daha çox öz çəkisi, hantellər, amortizatorlar, espanterlər,  ştanqa, müxtəlif qüvvə 
trenajorları ilə yerinə yetirilən hərəkətlərdən istifadə edilir. 
Ağırlıqlarla yerinə yetirilən hərəkətləri mütləq dinamik hərəkətlərlə – yeriş, 
qaçış, üzgüçülük, idman oyunları,  əzələlərin boşaldılması  hərəkətləri ilə növbə-
ləşdirmək zəruridir. 
Qüvvə hərəkətləri əvvəlki siniflərdə qeyd oluna və sizin artıq bildiyiniz əsas 
əzələ qruplarının hamısını  əhatə etməlidir. Lakin nisbətən zəif  əzələ qrupları, 
həmçinin daha çox qüvvənin inkişaf etdirilməsinə ehtiyacı olan əzələ qrupları 
diqqət mərkəzində saxlanılmalıdır. Bu əzələ qrupları təxminən aşağıdakılardır: 
-
 
ümumilikdə qol və çiyin qurşağı əzələləri üçün hərəkətlər» 
-
 
boyun əzələləri üçün hərəkətlər
-
 
qıç və çanaq nahiyyəsi əzələləri üçün hərəkətlər; 
-
 
gövdəni açıb-bükən əzələ qrupları üçün hərəkətlər; 
-
 
bütün bədən üçün hərəkətlər. 
Qeyd etmək lazımdır ki, bu cür bölgü şərtidir. Çünki hər hansı əzələ qrupu 
üçün təyin olunmuş hərəkətlərin icrası zamanı bu prosesdə müəyyən dərəcədə digər 
əzələlər də  iştirak edirlər. Bundan başqa yerinə yetirilən bütün hərəkətlər öz 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə