Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx


-cu sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   ...   55

 
11 
 
9-cu sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik 
qiymətləndirilməsi normativləri 
 
Ümumtəhsil məktəblərində  təhsil alan hər bir yeniyetmə aid olduğu yaş 
qrupu üçün nəzərdə tutmuş fiziki hazırlıq normativlərini yerinə yetirməlidir. Bu 
normativlər çətinlik dərəcəsinə görə üç kateqoriyaya bölünür. Sizin hər biriniz 9-cu 
sinifdə fiziki hazırlıq səviyyəsini aşağıdakı normativlərdə verilən rəqəmlərdə 
müqayisə etməklə müəyyənləşdirə bilərsiniz. 
 
Cədvəl 1 
 
 
№ 
 
Hərəki 
qabiliyyət 
 
Qiymətləndirmə 
hərəkətləri 
N O R M A T İ V L Ə R 
oğlanlar qızlar 
Q.S. 2
«3» 
Q.S. 3
«4» 
Q.S. 4
«5» 
Q.S. 2
«3» 
Q.S. 3 
«4» 
Q.S. 4 
«5» 
1 Sürət 
30 m qaçış, 
san. 
6,3-5,6
 
5,5-4,9
 
4,8 və 

 
6,6-5,6
 
5,5-5,1 
 
5,0 və 

 
2 Çeviklik 
Məkiq qaçışı 
(3X10 m) 
san. 
9,5-8,9
 
8,8-8,3
 
8,2 və 

 
10,3-
9,6 
 
9,5-8,9 
 
8,8 və 

 
3 Sürət-güc 
Yerindən uzunluğa 
tullanma 
sm 
141-
159 
 
160-
184 
 
185 və 

126-
149 
 
 
150-
174 
 
 
175 
və > 
 
4 Dözümlülük 
6 dəqiqəlik qaçış 
m. 
1100-
1240 
1250-
1350 
1500 və

900-
1040 
 
1050-
1200 
1300 
və > 
 
5  Əyilgənlik 
Oturuş 
vəziyyətindən 
irəliyə əyilmə, sm 
2-6 7-12 
13 
və >
7-12 
 
13-19 
 
20 və 


 
 
Qüvvə 
Hündür turnikdə 
sallanmış 
vəziyyətdən 
dartınma. 
4-6 
 
7-8 
 
9 və >
 
 
Alçaq turnikdə 
uzanaraq sallanmış 
vəziyyətdən 
dartınma 
 
 
9-12 
 
13-17 
 
18 və 

 
 
 
Çap üçün deyil


12  
 
 
 
 
Fiziki hərəkətlərin növləri və əsas formaları 
 formaları 
«Fiziki hərəkətlər» (təmrinlər) anlayışı altında insanın hərəki qabiliyyətlərin 
inkişaf etdirilməsi, sağlamlığın möhkəmləndirilməsi, iş qabiliyyətinin yüksəldil-
məsi məqsədi ilə seçilmiş və istifadə olunan hərəki fəaliyyəti başa düşülür. Burada 
«fiziki» sözü yerinə yetirilən işin (əqli işdən fərqli olaraq) xüsusiyyətini əks etdirir. 
Fiziki iş xarici görünüşü ilə insan bədəninin və ya ətrafların zaman və məkan daxi-
lində yerdəyişməsi ilə təzahür edir. «Təmrin» anlayışı insanın fiziki və psixi xüsu-
siyyətlərinin inkişafına istiqamətlənmiş, bu fəaliyyətlərin icra üsulunun təkmilləş-
məsinə yönəlmiş fəaliyyətin təkrarlığını özündə əks etdirir. 
Beləliklə, fiziki hərəkətlər bir tərəfdən konkret hərəki fəaliyyət kimi, digər 
tərəfdən çox saylı təkrar prosesi kimi qəbul olunur. 
Hərəkətlərin orqanizmə  təsir effekti hər  şeydən  əvvəl onun daxili və xarici 
məzmunu ilə təyin edilir. Hərəkətlərin daxili məzmunu – həmin hərəkətlərin icrası 
zamanı insan orqanizmində baş verən fizioloji, psixoloji və biomexaniki pro-
seslərin məcmuə ilə müəyyən edilir. 
Hərəkətin xarici məzmunu dedikdə onun hansı fazalardan ibarət olduğu, 
strukturu anlaşılır. Məsələn, qaçaraq uzunluğa tullanma hərəkəti 4 fazadan ibarət-
dir: qaçış, təkan, uçuş, yerəenmə. 
Hal-hazırda fiziki hərəkətlərin bir neçə  təsnifatı mövcuddur. Anatomik 
əlamətlərinə görə bütün fiziki hərəkətlər qol, qıç, kürək, gövdənin ön və arxa əzələ 
qrupları  və s. bu kimi qrup əzələlərinə  təsirinə görə  təsnif olunur. Bu təsnifata 
əsasən müxtəlif hərəkət kompleksləri tərtib edilir. Məsələn, səhər gimnastikası, 
atletik gimnastika, qızışdırıcı hərəkətlər kompleksi və s. 
Fizioloji əlamətlərinə görə hərəkətlər maksimal, submaksimal, böyük və orta 
şiddətli qruplara bölünür. Maksimal şiddətli hərəkətlər üçün yüksək intensivli və 
insanın təxminən 20 san. ərzində yerinə yetirə biləcəyi hərəkətlər daxildir. Buna 
misal olaraq 30, 60, 100, 200m məsafələrə qaçış, qısa məsafəyə üzmək və s. 
göstərmək olar. Submaksimal şiddətli hərəkətlərə 20 saniyədən 5 dəqiqəyə qədədr 
icra olunan hərəkətləri aid etmək olar. Bu hərəkətlərə 400m məsafəyə, 800m 
məsafəyə, 1500m məsafəyə qaçışlar aid edilə bilər. Böyük şiddətli hərəkətlər 5 
dəqiqədən 30 dəqiqəyə qədər olan vaxt ərzində yerinə yetirilən hərəkətlərdir. Aşağı 
intensivlikli fiziki yükün icra müddəti 30 dəqiqədən artıq olan hərəkətlər hesab 
olunur. 
İstiqamətinə  əlamətlərinə görə fiziki hərəkətlər sürət (müxtəlif məsafələrə 
sprint qaçışı); sürət-güc (tullanmalar, atmalar); dözümlülük (orta və uzaq məsa-
fələrə qaçış, üzgüçülük, veloidman); hərəkətin koordinasiyası (suya tullanma, fi-
qurlu konkisürmə, gimnastika və akrobatik hərəkətlər);  əyilgənlik (oynaqların 
mütəhərrikliyini yaxşılaşdıran əyilmələr, dartmalar, burulmalar və s.); qüvvə (ağır-
lıq qaldırma, gimnastika alətlərində  hərəkətlər və s.) hərəki qabiliyyətlərin 
Çap üçün deyil


 
13 
 
kompleks təzahürünü tələb edən çeviklik (mütəhərrik və idman oyun növləri, qılınc 
oynatma, boks və güləşin müxtəlif növləri) qrupuna bölünür. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Hərəkətin daxili məzmunu nədir? 
2.
 
Anatomik əlamətlərinə görə hərəkətlər hansı qrupa bölünür? 
3.
 
İstiqamətinə görə hərəkət qruplarını sayın. 
 
 
Fiziki hərəkətlərin dərs və dərsdənkənar formalarının  
xüsusiyyətləri 
 
Ümumtəhsil məktəblərində  məktəb yaşlı  uşaqların fiziki tərbiyəsi müxtəlif 
tipli təhsil müəssisələrində, dərsdənkənar məşğələlər aparılan bölmələrdə, ailədə, 
ev  şəraitində  həyata keçirilir. Hal-hazırda fiziki hərəkətlərlə (təmrinlərlə) məş-
ğələlərin iki: dərs və dərsdənkənar forması mövcuddur. Ümumtəhsil məktəblərində 
şagirdlərin fiziki tərbiyəsinin dərs formasına fiziki tərbiyə  dərsləri aiddir. Fiziki 
tərbiyənin dərs formasının əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır: 
-
 
dərsin məzmunu və strategiyasının fənnin dövlət standartları ilə müəyyən 
edilməsi; 
-
 
dərsin təşkili, keçirilməsi və  təlim nəticələrinin qiymətləndirilməsinə 
vahid tələbatın mövcudluğu; 
-
 
ümumtəhsil məktəblərinin şagirdləri üçün məcburi xarakterli olması; 
-
 
əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun sistemli və davamlı olması; 
-
 
məşğul olanların eyni yaş qrupuna aid olması; 
-
 
dərs prosesinin peşəkar müəllim tərəfindən dəqiq müəyyən olunmuş (45 
dəqiqə) vaxt ərzində aparılması; 
-
 
xüsusi ayrılmış və müvafiq təchizata malik sahələrdə (stadion, idman zalı, 
bu məqsədlə hazırlanmış meydança) keçirilməsi; 
-
 
müvafiq yaş qrupuna aid şagirdlərdə  hərəkətlərdən məqsədli istifadə 
haqqında nəzəri biliklərin verilməsinə, hərəki bacarıq, vərdişlərin aşılanmasına, hə-
rəki qabiliyyətlərin inkişaf etdirilməsinə, mənəvi-iradi xüsusiyyətlərin formalaşdı-
rılmasına istiqamətlənməsi. 
Fiziki tərbiyə  dərsləri həftədə iki dəfədən az olmayaraq 45 dəqiqə  ərzində 
aparılır. Hər bir dərsin məzmunu dövlət standartları ilə müəyyənləşdirilir və bu 
dərslər digər fənlər kimi məktəbin ümumi tədris cədvəlinə daxil edilir. 
Fiziki tərbiyə dərsləri həlli qarşıya qoyulan vəzifələrdən asılı olaraq bir çox 
hissələrdən ibarət ola bilər. Lakin ümumilikdə fiziki tərbiyə  dərsi aşağıdakı 
hissələrdən ibarətdir: giriş, hazırlayıcı, əsas və tamamlayıcı. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə