Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   ...   55

14  
 
 
 
Dərsin giriş hissəsində 
dərsin məqsədi, məzmunu izah olunur, şagirdlərdə 
motivasiya formalaşdırılır, dərs prosesində istifadə olunacaq hərəkətlərin orqa-
nizmə təsirinin qısa xarakteristikası verilir. 
Dərsin hazırlayıcı hissəsi. 
Məşğul olanların birgə  hərəki fəaliyyətinin 
təşkili üçün sıra fəndləri yerinə yetirilir. Bu hissədə istifadə olunan hərəkətlər or-
qanizmin qarşıdakı fiziki yükə hazırlamaq üçün qızışdırıcı-yeriş, qaçış, ümum-
inkişaf və xüsusi-struktur cəhətdən  əsas hissədə veriləcək hərəkətlərə uyğun olan 
aparıcı əzələ qruplarını bu işə hazırlayan hərəkətlərdən ibarətdir. 
Dərsin  əsas hissəsi 
illik plan qrafikə müvafiq olaraq hərəkətlərin icra 
texnikasına yiyələnmə, onun təkmilləşdirilməsi, ayrı-ayrı  hərəki qabiliyyətlərin 
inkişaf etdirilməsi kimi vəzifələri həyata keçirir. 
Dərsin tamamlayıcı hissəsi 
orqanizmin funksional sistemlərini (tənəffüs, 
nəbz) tədricən bərpası, qiymətləndirilmənin aparılması, fərdi ev tapşırıqlarının 
müəyyən edilməsi vəzifələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. 
Fiziki tərbiyənin dərsdənkənar formaları.
  Şagird sağlamlığının möh-
kəmləndirilməsinə, fiziki hazırlığının artırılmasına, hərəki qabiliyyətlərin inkişaf 
etdirilməsinə, fəal istirahətin təşkilinə və s. istiqamətlənir. Burada əsas yeri idman 
bölmələrində (atletika, idman oyunları, təkmübarizlik növləri, gimnastika və s.) və 
ümumi fiziki hazırlıq qruplarında məşğələlər tutur. Şagirdlərin dərsdənkənar fiziki 
tərbiyəsinin digər forması idman və kütləvi bədən tərbiyəsi tədbirləridir. Buraya 
idman bayramları, turist gəzintiləri və yürüşləri, idman-sağlamlıq günləri və s. 
daxildir. 
İdman bölmələri və idman təşkilatlarında (uşaq idman gənclər məktəbləri, 
idman klubları və s.) şagirdlərin məşğul olması könüllüdür. 
Şagirdlərin fiziki hazırlığında ailədə aparılan fiziki tərbiyə  işləri xüsusi 
əhəmiyyətə malikdir. Buraya aşağıdakılar daxildir: 
-
 
gün rejimində sağlamlaşdırıcı tədbirlər (səhər gimnastika kompleksi, or-
qanizmin möhkəmləndirilməsi tədbirləri); 
-
 
məşq xüsusiyyətli müstəqil məşğələlər, fiziki tərbiyə üzrə ev tapşırıq-
larının yerinə yetirilməsi; 
-
 
oyunlar, gəzintilər, idman əyləncələri; 
-
 
ailəvi yarışlarda iştirak. 
Siz öz maraq və hazırlıq səviyyənizdən asılı olaraq dərsdənkənar fiziki tər-
biyə formalarından hər hansını seçə və onunla məşğul ola bilərsiniz. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Fiziki tərbiyənin hansı formaları mövcuddur? 
2.
 
Fiziki tərbiyə dərsləri hansı hissələrdən ibarətdir? 
3.
 
Fiziki tərbiyənin dərsdənkənar formaları hansılardır? 
 
 
Çap üçün deyil


 
15 
 
Məşğələlər zamanı fiziki yükün tənzimlənməsi  
və nəzarət üsulları 
 
Fiziki yük anlayışı  məşğul olanların yerinə yetirdikləri fiziki hərəkətlərin 
orqanizmə  təsirinin ölçü meyarıdır. Fiziki yük iki xüsusiyyəti ilə: fiziki yükün 
həcmi və fiziki yükün intensivliyi ilə xarakterizə olunur. 
Fiziki yükün həcmi yerinə yetirilən hərəkətlərin miqdarı, sərf olunan vaxt
qət olunan məsafənin kilometri və başqa göstəricilərlə təyin edilir. 
Fiziki yükün intensivliyi  hərəkətin icra tempi və sürəti, vaxt vahidi ərzində 
yerinə yetirilən hərəkətin miqdarı və s. ilə müəyyən edilir. Fiziki yükün həcmi və 
intensivliyi arasında əks asılılıq mövcuddur. Həcm artdıqca intensivlik aşağı düşür 
və ya əksinə intensivlik artdıqca həzm azalır. 
Adi halda fiziki yükün orqanizmə təsiri ürək vurğularının say göstəricisi və 
yorulma  əlamətləri (tənəffüs ritminin tezləşməsi, tərləmə, üzün dərisinin rənginin 
dəyişməsi) ilə müəyyən edilir. 
Ürək vurğularının (nəbz vurğusu) sayı orqanizmin fiziki yükün təsirinə reak-
siyasını  əks etdirən  ən düzgün və informativ göstəricidir. Ürək-damar sisteminin 
funksional imkanlarının artırılması  məqsədi ilə  tətbiq olunan fiziki yük zamanı 
ürək vurğularının göstəricisi 130 vurğu/dəqiqədən aşağı olmamalıdır. Bu zaman 
fiziki yükün optimal diapazonu ürək vurğularının 130-170 vurğu dəqiqəsi arasında 
yerləşməlidir. Fiziki yükün tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir: 
-
 
yerinə yetirilən hərəkətlərin icra sayının dəyişdirilməsi
-
 
icra olunan hərəkətlərin icra tempinin dəyişdirilməsi; 
-
 
hərəkətin icra amplitudasının artırılması və azaldılması; 
-
 
müqavimətin həcminin (ştanqa, qantel, öz çəkisi) dəyişdirilməsi; 
-
 
hərəkətin asanlaşdırılmış və ya çətinləşdirilmiş şəraitdə icrası; 
-
 
çıxış vəziyyətinin dəyişdirilməsi; 
-
 
qət edilən məsafənin dəyişdirilməsi; 
-
 
təkrarlar arası istirahət vaxtının artırılması və ya azaldılması. 
Fiziki yükün həcmi və onun icra müddəti məşğul olanların yaş, cins, fiziki 
hazırlıq, sağlamlıq vəziyyəti, həmçinin, qarşıya qoyulan məqsəddən asılı olaraq 
müəyyənləşdirilir. 
Fiziki yük üzərində  nəzarət yorulmanın daxili və xarici əlamətləri ilə
həmçinin, ürək vurğuları göstəricisi ilə həyata keçirilir. 
Yorulma – fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin 
azalması ilə müşayiət olunan vəziyyətidir. 
Yorulmanın xarici əlamətlərinə  dərinin rənginin dəyişməsi, tər ifrazının 
artması, tənəffüs ritminin və hərəkət koordinasiyasının pozulması aid edilir. Fiziki 
yük çox böyük olduqda bədənin həddindən artıq qızarması, dodaqlar ətrafı hissənin 
göyərməsi, güclü tərləmə, tənginəfəslik, hərəkət koordinasiyasının pozulması 
müşahidə olunur. Yuxarıda qeyd olunan halların  əlamətləri hiss olunduqda 
hərəkətlərin icrası dayandırılmalı  və istirahət edilməlidir. Yorulmanın daxili 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə