Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   47   48   49   50   51   52   53   54   55

184  
 
 
 
 
Şəkil 164. Yanı üstə yıxılmaq və bir yandan digərinə yuvarlanmaq 
 
Qol və çiyinlə yuvarlanaraq irəliyə mayallaq aşma
 (Şəkil 165). 
Ç.v. – sağ diz üzərində duruş. Sol əlin barmaqları döşəyi istinad edir, sağ əl 
dirsəkdən azacıq bükülərək, qıçlar arasında yerləşir. (Şək. 2). Bu vəziyyətdən sağ 
qol və çiyin üzərində yuvarlanaraq, irəliyə mayallaq icra edilir. Bu hərəkət müxtəlif 
çıxış vəziyyətlərindən: duruşdan, qaçışdan çox saylı təkrarlarla avtomatlaşdırılır. 
 
 
Şəkil 165 
 
Oturmuş vəziyyətdən kürək üzərində yuvarlanmaq. 
(Şəkil 166). 
Bu hərəkətin müxtəlif formalarını siz gimnastika dərslərində artıq 
mənimsəmisiniz.  Bu səbəbdən də yuxarıda qeyd olunan yuvarlanma hərəkətlərinin 
icrasına yiyələnmək o qədər də çətin olmamalıdır. 
Ç.v. – döşək üzərində oturub qruplaşmaq, dizləri qollarla sıxaraq, özünə 
tərəf çəkmək, çənəni aşağıya endirmək. Kürəkdə yuvarlanmaq. 
Ç.v. – döşək üzərində oturub qruplaşmaq,  əlləri ovuclar aşağıya olmaqla 
irəliyə uzatmaq. Əllərlə döşəkdən təkan verib kürək üzərində yuvarlanma. 
 
Şəkil 166 
Çap üçün deyil


 
185 
 
Müxtəlif çıxış vəziyyətlərindən kürək üzərində yıxılmaq
 (Şəkil 167). 
Ç.v. – döşək üzərində oturuşdan əllər irəliyə uzadılır (Şəkil 4c). Böyük sağrı 
əzələlərinin üzərinə enərək,  əllərlə döşəmədən təkan verib, kürək üzərində 
yuvarlanma. Bu hərəkət yarım oturuşdan (Şəkil 4b), həmçinin duruş vəziyyətindən 
(Şəkil 4a) dəfələrlə təkrar olunur və avtomatlaşdırma səviyyəsinə çatdırılır. 
 
 
Şəkil 167 
 
 
Əllər və dizlərin üzərində dayaqda duran tərəf müqabili üzərindən yanı 
üstə aşma 
(Şəkil 168). 
Ç.v. – tərəf müqabili dizləri və  əlləri üzərində dayaqdadır. Onun sağ 
tərəfində duraraq, sağ ayaq dizdən bükülüb yuxarı qaldırılır, sol qol irəliyə uzadılır. 
Sol əllə rəqibin sağ çiyinindən tutaraq, onun kürəyi üzərindən yuvarlanma. 
 
 
 
Çap üçün deyil


186  
 
 
 
 
Şəkil 168 
 
 
Uzanmış vəziyyətdə fəndlər. 
 
Rəqibi yandan saxlamaq
 (Şəkil 169). 
Ç.v. – tərəf müqabili kürək üzərində uzanıb. Onun sağ  tərəfində döşək 
üzərində oturmaq. Sağ qolun dirsək büküşü ilə onun boynundan tutmaq, sağ əlini 
isə sol qoltuq altı ilə sıxaraq, saxlamaq. Sağ ayağı irəliyə sağa uzatmaq, sol ayağı 
dizdən qatlayaraq, pəncə üzərində dayağa qoymaq. Rəqibin başını sinəyə sıxmaq. 
Əgər rəqib bu saxlama vəziyyətindən Sizin tərəfə dönməklə çıxmaq istəyirsə, belə 
halda ayaqlarınızla özünüzü onun ayaqlarına tərəf hərəkət etdirin. Əgər rəqib bu 
vəziyyətdən yana çevrilərək çıxmaq istəyirsə, bu halda ayaqların köməyi ilə onun 
başına tərəf yaxınlaşın. 
 
Şəkil 169 
Çap üçün deyil


 
187 
 
Yandan qolu tutmaqla çevirmək (
Şəkil 170). 
Rəqib  əlləri və dizləri üzərində dayaqdadır; rəqibin yan tərəfindən sağ diz 
üzərində dayaq, sol qıç yan tərəfdə pəncə üzərində. Sol qol boyun altından, sağ qol 
isə sinə altından rəqibin sağ qolundan dirsəkdən yuxarıdan tutur. Kəskin hərəkətlə 
rəqibin qolunu özünə  tərəf çəkməklə, eyni zamanda sol ayaqla döşəyə istinad 
edərək, sağ çiyin və sinə ilə rəqibi özündən itələyərək, onu kürək üzərinə çevirmək. 
 
 
Şəkil 170 
 
Linqlə çevirmək 
(Şəkil 171). 
Bu üsulu həyata keçirmək üçün ən əlverişli vəziyyət rəqibin yüksək parterdə 
ayaqları çiyin enində olduğu haldır. Fəndi yerinə yetirən idmançı onun sol arxa 
tərəfində sağ dizi üzərində dayanır, sol ayaq irəlidə yanda pəncə üzərində qoyulur. 
Sonra sol qol biləklə rəqibin boynuna dirənir. Irəliyə sola hərəkət edərək, sağ ayağı 
rəqibin sol dizi önünə qoyun. Sol ayaq isə irəliyə onun başı tərəfinə aparılır. Eyni 
vaxtda sağ qol rəqibin sol çiyninin altından irəliyə aparılır və öz əlinin biləyindən 
tutur. Rəqibin boynunu və çiynini öz sinənizə  tərəfinə  çəkərək, ayaqlarının və 
gövdənin təkanı ilə, qolun sola irəliyə burulma hərəkəti ilə  rəqibi baş üzərindən 
irəliyə çevirmək. 
 
Şəkil 171 
Çap üçün deyil


188  
 
 
 
 
Duruşda güləş fəndləri. 
 
Qarşıdan badalaq 
(Şəkil 172).
 
Ç.v. – rəqib sol ayağı irəlidə və ona dayanaraq, qarşıda durmuşdur. Sağ əllə 
rəqibi qoltuqaltından, sol qolun dirsəyi altından tutmaq. Sıçrayışla rəqib tərəfə elə 
çevrilmək lazımdır ki, yana uzadılmış sağ ayaq onun sağ ayağının qarşısını kəssin. 
Bütün ağırlığınızı dizdən yarıbükülmüş sol ayaq üzərinə keçirərək,  əllərin sola 
aşağıya kəskin hərəkəti ilə  rəqibi yerə  yıxmaq. Rəqibin başı  fəndi işlədən 
idmançının ayaq pəncəsi qarşısında olmalıdır. Qolların kəskin hərəkəti zamanı sol 
qol yuxarı-sola rəqibin yıxılacağı istiqamətə hərəkət etməlidir. 
 
 
Şəkil 172 
 
 
  
Bud 
üzərindən atma. 
 
Bu fənd bir sıra güləş idman növlərində əlverişli və əsas fəndlərindən hesab 
olunur. 
Ç.v. – rəqib qarşıda, ayaqları çiyin enində aralı və gövdəsi ilə irəliyə təzyiq 
göstərir. Kiçik addımla rəqibə yaxınlaşıb, sağ ayağı onun aralı qoyulmuş ayaqları 
arasında dayağa qoymaq. Sağ əllə onun kürəyindən, solla sağ dirsəyin altından və 
ya çiyindən tutmaq. İrəliyə qoyulmuş ayağın dabanın və ya pəncəsi üzərində cəld 
kürəklə  rəqibə  tərəf çevrilmək və sol ayağı sağ ayağın yanına daban dabana 
qoymaq. Rəqibi böyük sağrı  əzələlərinə  sıxmaq. Qıçları sürətlə düzəldərək, sağrı 
əzələlərinin rəqibin budlarına sıxmaq və mümkün qədər irəliyə cəld əyilərək rəqibi 
kürək üzərindən atmaq. Rəqib yıxılarkən, əlini onun kəmərindən götürmək (Şəkil 
173). 
Çap üçün deyil


 
189 
 
 
 
 
 
 
 
 
 
Şəkil 173 
 
 
 
 
Çap üçün deyil


190  
 
 
 
Arxadan badalaq. 
 
Ç.v. – üz-üzə duraraq, sağ ayağı irəliyə qoymaq. Sol əllə  rəqibin sol 
dirsəyinin altından tutmaq.  
 
 
Şəkil 174 
 
Sol ayaqla irəliyə-sola addım etmək və gövdənin bütün ağırlığını sol ayaq 
üzərinə keçirmək. Eyni vaxtda sağ  əllə  rəqibin körpücüyün altından tutmaq. Sağ 
ayaqla aşırıcı hərəkətlə rəqibin sağ ayağını bağlamaq, əllərin və gövdənin hərəkəti 
ilə rəqibi sağ ayaq üzərindən arxaya sola aşırmaq (Şəkil 174). 
 
 
 
Çap üçün deyil


 
191 
 
Yumruqla başa zərbə. 
 
Bu fənd əlbəyaxa döyüş duruşundan yerinə yetirilir. Sağ ayaqla rəqibə tərəf 
addımla sağ qol açılır və  kəskin hərəkətlə  rəqibin çənəsinə  və ya günəş  kələfinə 
zərbə endirilir. Zərbə zamanı yumruq çox möhkəm sıxılmalıdır. Zərbə yerinə 
yetirilərkən, zərbədən sonra müvazinətin saxlanılmasına diqqət yetirilməlidir. 
Hərəkətin öyrənilməsi zamanı  aşağıdakı ardıcıllığa riayət olunmasına tövsiyə 
edilir: bir neçə dəfə döyüş duruşu vəziyyəti almaq; döyüş duruşunda bir neçə dəfə 
irəliyə və arxaya addım yerinə yetirmək; yerində aşağı tempdə yumruqla zərbələri 
icra etmək; zərbələri addımla yerinə yetirmək (Şəkil 175). 
 
Şəkil 175 
 
 
 
Başa yumruqla zərbədən müdafiə. 
 
Belə  zərbədən müdafiə üçün sağ ayaqla irəliyə addım atmaqla, hücum 
edənin qolunu biləklə yuxarıya vurmaq. Sol əllə hücum edənin sağ qolundakı 
geyimdən tutub, sağ  əllə sinə hissədən, paltarın yaxasından tutmaq, sonra rəqibə 
kürəyi ilə dönmək, sağ ayaqla rəqibin ayağının qarşısını bağlamaq, bu zaman 
gövdənin ağırlığını yarımbükülü sol ayaq üzərinə keçirmək, sola aşağıya çevirici 
hərəkətlə rəqibi kürək üzərinə yıxmaq (Şəkil 176). 
Nəzərdə saxlamaq lazımdır ki, yumruqla başa zərbənin öyrənilməsi zamanı 
bütün zərbələr zəif tempdə, maksimal gərginsizlik yerinə yetirilməlidir. 
 
Çap üçün deyil


192  
 
 
 
 
 
  

 
  b 
 
 v 
 
 q 
Şəkil 136 
 
Zərbələr ancaq imitasiya olunur (yamsılanır)! Kontakt yolverilməzdir! 
Bütün proses tədris xarakteri daşıyır! 
 
Tutmalardan müdafiə 
 
I Fənd.  Həsən sağ  əli ilə Elnurun sinəsindən arxaya itələyərək onu 
saxlamağa çalışır. 
Elnur Həsənin onu sinəsindən arxaya itələdiyi anda hər iki əli ilə  Həsənin 
əlini öz sinəsinə tərəf bərk-bərk sıxır. Və arxaya Həsənin onu itələdiyi istiqamətə 
geriyə  çəkilərək, eyni zamanda, kəskin hərəkətlə irəliyə  əyilir. Bu halda Həsən 
müqavimətini itirir və əlinin arxaya qatlanılmasından kəskin ağrı hiss edir. (Şəkil 
177) 
 
 
 
Şəkil 177 
 
II Fənd.  Həsən sağ ayağı ilə Elnura aşağıdan düz zərbə vurur. Elnur ani 
olaraq sol tərəfə mümkün qədər Həsənə yaxın yerə keçir və bu zaman gövdəsini 
yarımdairə sağa döndərir. Bununla eyni vaxtda Həsənin sağ ayağını  şəkildə 
göstərildiyi kimi ələ keçirir, ona yaxınlaşaraq sol çiyni ilə onu arxaya itələyir və 
Çap üçün deyil


 
193 
 
sağ ayağını yuxarıya qaldırır. Bununla yanaşı Elnur sağ pəncəsi ilə Həsənin dayaq 
ayağına daban nahiyyəsindən zərbə endirərək onu müvazinətdən çıxarır (Şəkil 178, 
179). 
 
Şəkil 178 
 
 
Şəkil 179 
 
 
III Fənd.  Həsən sağ  əllə Elnurun yaxasın an tutur, onu arxaya itələyir və 
vurmaq üçün sol yumruğunu yuxarıya qaldırır. 
Elnur sol əli ilə Həsənin sağ əlinin baş barmaq, sağ əli ilə isə çeçələ barmaq 
hissəsindən tutaraq sinəsinə sıxır. Eyni anda sol ayağı ilə Həsənin diz oynağından 
vuraraq onu çevirməklə yerə  yıxır. Həsən kürəyi üstə yerə yıxıldıqda Elnur onun 
sağ əlinin barmaqlarını daxilə əyərək dirsəyini yerə sıxmaqla saxlayır (Şəkil 180). 
d
Çap üçün deyil


194  
 
 
 
 
 
 
 
Şəkil 180 
 
IV Fənd. Həsən sağ əli ilə Elnurun saçlarından tutaraq irəliyə-aşağıya çəkir. 
Elnur gecikmədən hər iki əlini Həsənin yumruqlarının üstünə qoyaraq onu möhkəm 
başına tərəf sıxır.Və bunun ardınca arxaya bir neçə addım edərək Həsənin  əlini 
buraxmadan başını kəskin hərəkətlə aşağıya endirir. 
Bu müdafiə  fəndi Həsənin  əlinin möhkəm ağrımasına və onun Elnurun 
saçını buraxmasına gətirib çıxardacaq (Şəkil 181). 
 
Çap üçün deyil


 
195 
 
 
 
 
Şəkil 181 
 
 
V Fənd. Həsən arxadan Elnurun geyiminin yaxasından tutaraq onu ya özünə 
tərəf çəkir, ya da özündən itələyir. 
Elnur körpücük sümüyü səviyyəsində sol əllə öz kurtkasının yaxasının sol 
tərəfindən sağ  əllə isə sağ  tərəfindən möhkəm tutaraq paltarını möhkəm aşağıya 
tərəf çəkir. Nəticədə  Həsənin barmaqları Elnurun boynu və paltarının yaxası 
arasında sıxılır. Elnur bunun ardınca başını  aşağıya  əyərək Həsənin sağ qolu 
altından 180º sağa dönərək üzü Həsənə tərəf durur. Bundan sonra Elnur mümkün 
qədər sola əyilməklə eyni vaxtda sol ayağı ilə diz oynağının altına zərbə vurur və 
onu yerə yıxır (Şəkil 182). 
 
 
Çap üçün deyil


196  
 
 
 
 
 
 
 
Şəkil 182 
 
VI Fənd. Həsən Elnurun arxa hissədən saçlarından tutur və onu geriyə çəkir. 
Elnur həmin anda əllərini Həsənin yumruğu üstünə qoyaraq onu möhkəm 
başına sıxır. Və cəld əyilərək 180º sola dönür. Bilək və barmaqlarında yaranan ağrı 
hissi Həsənin Elnurun saçını buraxmağa məcbur edəcəkdir (Şəkil 183) 
 
Çap üçün deyil


 
197 
 
 
 
 
Şəkil 183 
 
 
Çap üçün deyil


198  
 
 
 
 
M Ü N D Ə R İ C A T  
 
 
GİRİŞ ................................................................................................................................................. 5 
 
I BÖLMƏ  
Nəzəri biliklər və informasiya təminatı ............................................................................. 7 
Sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikasında  
bədən tərbiyəsi və idmanın rolu ...................................................................................... 7 
9-cu sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik 
qiymətləndirilməsi normativləri ................................................................................... 11 
Fiziki hərəkətlərin növləri və əsas formaları ........................................................... 12 
Fiziki hərəkətlərin dərs və dərsdənkənar formalarının 
xüsusiyyətləri ........................................................................................................................ 13 
Məşğələlər zamanı fiziki yükün tənzimlənməsi 
və nəzarət üsulları ............................................................................................................... 15 
Fərdi məşğələlər zamanı nəzarət vasitələri və formaları ................................... 16 
Fərdi (müstəqil) məşğələlərin təşkilinin ümumi əsasları ................................... 19 
Sağlamlığın qorunması və möhkəmləndirilməsi .................................................... 21 
Tənəffüs sisteminin möhkəmləndirilməsi ................................................................. 28 
Ürək-damar sisteminin möhkəmləndirilməsi.......................................................... 30 
Bədən quruluşunda mütənasiblik  və onun formalaşdırılması vasitələri .... 32 
Azərbaycan – Birinci Avropa Oyunlarının keçirildiyi ölkə ................................. 36 
 
II BÖLMƏ 
Baza idman növləri .................................................................................................................. 49 
Atletika ..................................................................................................................................... 49 
Basketbol ................................................................................................................................. 79 
Voleybol ................................................................................................................................... 93 
Futbol ..................................................................................................................................... 105 
Üzgüçülük ............................................................................................................................. 125 
Gimnastika ........................................................................................................................... 134 
 
 
 
Çap üçün deyil


 
199 
 
III BÖLMƏ 
Müstəqil məşğələlər .............................................................................................................. 144 
Səhər  gimnastikası .......................................................................................................... 146 
Badminton ............................................................................................................................ 155 
Atletik gimnastika ............................................................................................................. 161 
Özünümüdafiə elementləri ........................................................................................... 183 
 
 
 
Çap üçün deyil


 
 
 
FİZİKİ TƏRBİYƏ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Fiziki tərbiyə” fənni üzrə
 
 
Tərtibçi heyət: 
 
Müəllif:   
 
F.Hüseynov 
Elmi redaktoru 
 
Ç.Hüseynzadə, filologiya elml
Redaktoru 
 
H.Hüseynzadə 
Dizayneri 
 
M.Qaraxanova 
  
 
 
 
 
 
 
 
Kağız formatı 70х100 
.
Səhifə sayı 200. Fiziki çap və
Tiraj 112500. Pulsuz
 
 
Çaşıoğlu mətbəəsində çap olunmu
Bakı, M.Müşfiq küç.,2A,Tel.:502
 
Ə
 – 9
 
cu sinfi üçün 

Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə