Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   10   ...   55

18  
 
 
 
Əhval-ruhiyyə ümumilikdə orqanizmin ümumi vəziyyətini və  əsasən mər-
kəzi sinir sisteminin vəziyyətini özündə  əks etdirir. Əgər məşğul olan yeniyetmə 
məşq zamanı özünün sağlamlığını,hazırlıq səviyyəsini, yaşam  şəraitini nəzərə 
almadan həddindən artıq fiziki yük yerinə yetirirsə, onda əhval-ruhiyyənin 
pozulması, məşq etmə  həvəsinin azalması, iş qabiliyyətinin aşağı düşməsi 
müşahidə olunacaqdır. 
Fərdi nəzarətin həyata keçirilməsi üçün ən sadə üsul ürək vurğularının 
sayının müəyyənləşdirilməsi və bu göstəricilərin təhlil edilməsidir. Nəbz vurğusu 
ürək-damar sisteminin fəaliyyəti haqqında operativ və mühüm informasıya verir. 
Ürək-damar sisteminin funksional vəziyyətinin yoxlanılmasının  ən sadə üsulu 
oturub-qalxmaq sınağıdır ki, bu haqda dərsliyin əvvəlində məlumat verilmişdir. 
Ürək-damar sisteminin sinir tənzimlənməsini bədənin vəziyyətinin 
dəyişməsi testi – ortostatik və klinostatik testlərlə müəyyən etmək mümkündür. 
Ortostatik sınaq uzanmış vəziyyətdə nəbz vurğularının sayı 10 san. ərzində 
ölçülür və 6-ya vurulur. Sonra ayağa qalxılır və dayanmış  vəziyyətdə  nəbz 
vurğuları yenidən ölçülür. Bu göstəricilər arasında, yəni uzanmış vəziyyətdəki nəbz 
vurğusu göstəricisi ilə ayaq üstdəki nəbz vurğusu göstəricisi arasında 10-14 
vur/dəq. fərqin olması normal hesab olunur. Fərqin 20 vurğuya qədər olması 
«kafi», 20 vurğudan artıq olması isə «qeyri-kafi» hesab olunur. Bu göstəricilər 
arasında fərqin daha böyük olması yorğunluqdan və fiziki yükdən sonra bərpanın 
kifayət qədər olmamasından xəbər verir. 
Klinostatik sınaq əks ardıcıllıqla yerinə yetirilir, yəni dayanmış vəziyyətdən 
uzanmış  vəziyyətə keçid zamanı  nəbz vurğusu göstəricisi arasındakı  fərq 
müəyyənləşdirilir. Adətən normal halda 4-10 vur/dəq. fərq normal hesab olunur. 
Daha çox fərqin olması məşqlənmə effektinin olmasının əlaməti hesab olunur. 
Orqanizmin oksigen çatışmazlığına qarşı dayanıqlığı Ştanqe sınaqı ilə müəy-
yən edilir. Bu zaman nəfəs alaraq tənəffüs saxlanılır, ağız bağlı olur və burun 
barmaqlarla sıxılır.  Əgər belə halda məşğul olan 90 saniyədən artıq qalırsa bu 
«əla», 60-90 san. «yaxşı»; 30 saniyədən 60 saniyəyə qədər «kafi» və 30 saniyədən 
aşağı «qeyri-kafi» dəyərləndirilir. Məşqlənmə ilə  əlaqədar olaraq tənəffüsün da-
yandırılması vaxtı artır. 
Müstəqil məşğələlər zamanı fiziki hazırlığın səviyyəsi üzərində  fərdi nəza-
rəti həyata keçirmək üçün nəzarət hərəkətlərindən (testlərindən) istifadə olunur. 
Məsələn, sürət-güc hazırlığı üçün yerindən-uzunluğa tullanma, qüvvə hazırlığını 
yoxlamaq üçün hündür turnikdə sallanmış  vəziyyətdə tullanma, dözümlülük 
qabiliyyətini yoxlamaq üçün 3000 m. məsafəyə qaçış  və s. Qeyd olunan nəzarət 
testlərinin nəticələrinin dinamikası  əsasında məşq prosesinin effektliliyi haqqında 
müəyyən qərar qəbul etmək mümkündür. 
Sistemli olaraq aparılan özünənəzarət tədbirləri fiziki hərəkətlərin orqanizmə 
təsirini müəyyənləşdirmək və  təhlil etmək, eyni zamanda müstəqil məşğələlər 
zamanı fiziki yükü düzgün planlaşdırmaq və  tənzimləmək, ifrat yorulmaya yol 
verməməyə şərait yaradır. 
Çap üçün deyil


 
19 
 
Fiziki hazırlıq və orqanizmin funksional vəziyyəti üzərində aparılan fərdi 
nəzarət və müşahidə nəticələri gündəlikdə qeyd olunur. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Müstəqil məşğələlərin məqsədi nədir? 
2.
 
Müstəqil məşğələlərin hansı formaları mövcuddur? 
3.
 
Orqanizmin obyektiv göstəriciləri hansılardır? 
4.
 
Orqanizmin funksional göstəricilərinə nələr daxildir? 
5.
 
Orqanizmin subyektiv göstəriciləri hansılardır? 
 
 
Fərdi (müstəqil) məşğələlərin təşkilinin ümumi əsasları 
 
Müstəqil məşğələlər müxtəlif məqsədlərlə təşkil oluna və keçirilə bilər. Bu-
raya özünün fiziki hazırlığını artırmaq, mütənasib bədən quruluşunu formalaş-
dırmaq, hər hansı  və ya bir neçə  hərəki qabiliyyəti inkişaf etdirmək, hər hansı 
idman növündə ixtisaslaşma zamanı ümumi fiziki hazırlığını  və ya xüsusi 
hazırlığını artırmaq və digər məsələlərin həlli daxildir. 
Məqsədindən asılı olmayaraq hər bir məşq fiziki yük vasitəsi ilə orqanizmdə 
bu və ya digər dəyişiklikləri əldə etməyə əsaslanır. Bu dəyişikliklər məşqdə istifadə 
olunan hərəkətlərdən (fiziki yükdən) asılı olaraq qüvvə, sürət-güc, dözümlülük və 
s. istiqamətə ola bilər.  İnsan orqanizmi özünübərpa və  tənzimləmə xüsusiyyətinə 
malik olan bioloji varlıq olduğundan öz ətrafında yaranan mühitə uyğunlaşmaq 
xüsusiyyətinə malikdir. Buna misal olaraq oksigenin nisbətən az olduğu orta dağlıq 
səviyyəsində qanda eritrositlərin (oksigen daşıyıcılarının) sayının artması, sistemli 
olaraq məşq etdikdə soyuq mühitə uyğunlaşma və s. göstərmək olar. Beləliklə, 
insan orqanizminin ətraf mühitə uyğunlaşması  həmin mühitin insan orqanizmi 
qarşısında qoyduğu tələblərə müvafiq baş verməsidir. Məşq prosesi də orqanizm 
üçün süni yaradılmış müəyyən bir mühitdir. Orqanizmin məşq prosesinin 
tələblərinə uyğunlaşması (inkişaf etməsi, təkmilləşməsi) müəyyən mənada bu 
prosesin müvafiq qanunauyğunluqlara və prinsiplərlə  təşkilindən asılıdır. Başqa 
sözlə, məşq müəyyən olunmuş fizioloji və pedaqoji prinsiplərə müvafiq təşkil 
edildikdə onun effektliliyi daha yüksək olur və arzu olunan nəticə daha tez əldə 
edilir. 
Müstəqil məşğələlərin təşkili zamanı  hər bir yeniyetmə qeyd olunacaq 
prinsiplərlə yanaşı özünün fiziki hazırlıq səviyyəsini, orqanizminin fiziki yükə 
qarşı reaksiyasını bilməlidir. Müstəqil məşğələlərin keçirilməsinə başlamazdan 
əvvəl məşq prosesinin əsasını təşkil edən bir sıra prinsiplərlə tanış olmaq və məşq 
prosesində onlara riayət etmək olduqca zəruri amildir. Bu prinsiplər aşağıda-
kılardır: 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə