Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

20  
 
 
 
1.
 
Məşqin fasiləsizliyi (sistemli olaraq təkrarlanması). 
Məşqin mü-
əyyən bir qrafik əsasında sistemli olaraq keçirilməsi orqanizmin əzələ sistemində 
dəyişikliyin (inkişafın) baş verməsi üçün olduqca mühüm şərtdir. Yeniyetmə 
özünün hazırlıq səviyyəsindən və seçdiyi idman növünün xüsusiyyətindən, dərs 
qrafikindən asılı olaraq həftədə  ən azı 3 və daha çox məşq planlaşdıra bilər. 
Məşqlər arasındakı fasilə əvvəlki məşq yükünün yaratdığı yorğunluğun tam aradan 
qalxması üçün yetərli olmalıdır. Bundan başqa orqanizmin tam bərpası  və daha 
yaxşı  məşqlənmə effekti əldə etmək üçün müxtəlif bərpa vasitələrindən (masaj 
prodsedurları, vitaminlərdən istifadə  və s.) və düzgün qidalanmadan istifadə 
edilməlidir. 
2.
 
Məşq yükünün müvafiqliyi. 
Seçilmiş  məşq yükü məşqin qarşısında 
duran vəzifələrin həlli üçün adekvat olmalıdır. Məsələn, qüvvə qabiliyyətinin 
inkişafı üçün biz qüvvə hərəkətlərindən, sürətin inkişafı üçün sürət hərəkətlərindən, 
sürət-gücün inkişafı üçün məhz bu qabiliyyəti inkişaf etdirən hərəkətlərdən 
(sıçrayış, tullanmalar) istifadə olunmalıdır. 
3.
 
Məşq yükünün tədricən artırılması. 
Məşq yükünün normallaşdırıl-
ması üçün onun həcmi və intensivlik göstəricilərindən istifadə olunur. Bu 
göstəricilər məşq yükünün mərhələsindən, qarşıya qoyulan məqsəddən asılı olaraq 
tədricən artırılmalıdır. Orqanizmin əzələ sistemində arzuolunan məşqlənmə ef-
fektliliyinin yaradılması  məşq yükünün yuxarıda qeyd olunan iki göstəricisi 
əsasında həyata keçirilir. 
4.
 
Məşq yükünün dalğavari və müxtəlif variantlı olması. 
Məşq prosesi 
məşq yükünün həcminin və intensivliyinin artırılmasını qarşıya qoyur. Lakin bu 
daimi xarakter daşıya bilməz. Bu səbəbdən də  məşq yükü dalğavari olaraq 
dəyişməli, azalıb-artırılmalıdır. Bu dəyişmə prosesi idman növündən, illik məşqin 
mərhələsindən asılı olaraq həyata keçirilir və bu zaman ixtisaslaşma növündə 
məşqçinin tövsiyələri əsas götürülməlidir. 
5.
 
Məşq prosesinin silsiləli xarakterdə olması.
  Bu illik məşqin hər 
hansı  mərhələsində müəyyən məşq hərəkətlərinin təkrarən istifadə olunmasını 
əsaslandırır. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Fiziki yükün təsiri ilə orqanizmdə baş verən dəyişikliklər nədən 
asılıdır? 
2.
 
Müstəqil məşğələlərin təşkili hansı prinsiplərdən asılıdır? 
3.
 
Məşq yükünün müvafiqliyi nədir? 
 
 
 
 
Çap üçün deyil


 
21 
 
 
Sağlamlığın qorunması və möhkəmləndirilməsi 
 
Hərəki fəaliyyətin təşkili 
 
Siz hərəkətlərin (fiziki yükün) insan orqanizmində baş verən bütün pro-
seslərə  təsiri haqqında kifayət qədər məlumata maliksiniz. Fiziki yük orqanizmin 
sağlamlığının təmin olunması üçün təbii bioloji ehtiyacdır. Bu hərəki ehtiyac 
ödənilmədikdə insan sağlamlığında çoxsaylı problemlər baş verir. Böyüyən 
orqanizmin hərəkətə olan ehtiyacı daha çoxdur və sağlam böyümək üçün olduqca 
zəruri amildir. Çünki orqanizmin müxtəlif funksional sistemlərinin normal for-
malaşmasının ən mühüm şərti hərəkətdir. Məhz hərəkətlər nəticəsində orqanzimdə 
hüceyrələrin və toxumaların oksigenlə, qida maddələri ilə  təchizi yaxşılaşır və 
onlar orqanizmin yaş, cinsi, genetik tələblərinə müvafiq formalaşırlar. Hərəki, 
əzələ fəaliyyətinin məhdudluğu orqanizmin hərtərəfli formalaşmasını və inkişafını 
ləngitməklə yanaşı eyni zamanda hərəki bacarıq və vərdişlərə yiyələnmə prosesini 
də xeyli çətinləşdirir. Mərkəzi sinir sisteminin hərəki fəaliyyəti tənzimləmə 
funksiyasını zəiflədir. 
Günün müxtəlif vaxtlarında hərəki fəallıq müxtəlifdir. Günün birinci 
yarısında bu fəallıq təxminən saat 7-8 və 12-14-ə  təsadüf edir. Günün ikinci 
yarısında isə əzələ fəallığı artır və bu fəallıq saat 16-17 və 20-21 arasında olur. 
Məktəblilərə  hərəki fəallıq hər saatda və  hər gündə  zəruridir. Burada 
oğlanlar və qızlar arasında müəyyən fərqlər nəzərə çarpır. Oğlanlarda hərəki fəallıq 
qızlara nisbətən təxminən 20-30% çoxdur. Qızların müstəqil hərəki fəallığa 
meyilləri xeyli azdır. Müşahidələr göstərir ki, böyüdükcə onların bədən tərbiyəsi və 
idmana olan marağı tədricən azalır. 
Məktəblilərin hərəki,  əzələ  fəallığı  fəsildən də asılı olaraq dəyişir. Adətən 
qışda bu fəallıq azalır, eyni zamanda sutkalıq hərəki fəallığın azalması maddələr 
mübadiləsinin və fizioloji funksiyaların aşağı düşməsi ilə  əlaqədardır. Lakin qış 
aylarında hərəki fəallığın artırılması olduqca zəruri amildir. 
Yaz və payız vaxtlarında  şagirdlərdə  hərəki fəallıq yüksəlir və bu fizioloji 
funksiyaların artması ilə müşahidə olunur. 
Müxtəlif yaşlı  şagirdlərin hərəki fəallığının təxmini normalarının müəyyən 
olunmasına cəhdlər olmuşdur. Fiziki tərbiyə  və idman üzrə Beynəlxalq  Şura 
«İdman haqqında manifest» adlı xüsusi nəşr çap etmişdir. Burada ümumtəhsil 
məktəblərində şagirdlərin gündəlik fiziki hərəkətlərin icrasına sərf etməli olduqları 
vaxtın müəyyən olunmasına cəhd edilmişdir. Bu təşkilatların ekspertlərinin 
qərarına görə ümumi tədris vaxtının 6/1-dən 3/1-nə  qədər olan vaxt şagirdlərin 
fiziki tərbiyəsinə ayrılmalıdır. Başqa sözlə  şagirdlər hər gün təhsil üçün ayrılmış 
vaxta (oturaq və ya az hərəkətli rejimdə) müvafiq fiziki tərbiyə  və ya oyunlarla 
məşğul olmalıdırlar. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə