Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


cəbrilər (cabbarilər) və  qədərilər



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə55/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   307
333 felsefe muhazireler toplusu eyani

cəbrilər
(cabbarilər) və 
qədərilər 
arasında gedən ehkamçı-
lıq mübahisələri təşkil etmişdir. Qurani-Şərifdə üstü örtülü şəkildə verilmiş məsələ-
lərin şərhi, açılması, yəni islamın fəlsəfi təfsirini yaratmaq zərurəti ilahiyyatçıları 
həmin mübahisələrə cəlb edirdi. 
Cabbarilər (cabirilər) və qədərilər arasında gedən ehkamçı mübahisələrin əsas 
mövzusunu aqibətin irəlicədən müəyyən edilməsi (tale problemi) və iradə azadlığı 
problemi təşkil etmişdir. Cəbbarilər (Əl-cabbariyyə-məcbur etmək) hesab edirdilər 
ki, Allah insanları yaradarkən onun bütün xeyir və şər əməllərini də müəyyənləşdir-
mişdir, insanın iradəsinə tabe olan heç nə yoxdur. Deməli, əl-cəbriyə (əl-cabbariy-
yə) sırf fatalizm məktəbidir. Cəbrilərin fikrincə, insan öz hərəkətlərinin sahibi de-
yildir. Onun davranışı Allahın məcburiyyətinə (cəbriyə adı burdandır) tabedir. Bu 
cəhətdən cəbrilər insanla cansız təbiət arasında fərq görmürdülər. İlkin islam döv-
ründə müsəlmanların əksəriyyəti qeyd-şərtsiz alın yazısı ideyasına tərəfdar idilər. 
Qismət və iradə azadlığı haqqında VIII əsrdə müsəlman savadlıları arasında gedən 
qızğın mübahisələrin əsasında fəlsəfi fikir, hətta siyasi ambisiyalar da dururdu. 
Cəbriyyənin ilk nümayəndəsi Əl-Cəad ibn Dirhəm (742-43-cü ildə edam edilmiş-
dir) tələb edirdi ki, insan öz fəaliyyətində yalnız zəkasına isnad etsin və zəkasına 
uyğun olmayan Quran ayələrini alleqorik şəkildə yozsun. Onun fikrincə Allaha yal-
nız əbədi xeyirxah atributlar aid etmək olmaz, çünki ilahinin qəzəbi də vardır, Al-
lah insana bəzi iradə azadlığı da bəxş etmişdir və Qurani-Şərifi müəyyən zaman ər-
zində göndərilmişdir. Cəbriyyə məktəbinin ən görkəmli nümayəndəsi Cəhm ibn 
Səfvan (745-ci ildə edam edilmişdir) öz müəllimi Dirhəmin təlimini inkişaf etdirə-
rək insan zəkasının müqəddəs yazının köməyi olmadan yaxşını pisdən seçə bilmək 
qabiliyyətinə malik olduğunu bildirmiş, panteizmə yönəlmiş bir təlim yaratsa da fa-
talizm mövqeyində qalmışdır. Cəbbarilər bəzən də “cəhmilər” adlanırlar, çünki bu 


62
məktəbin əsas prinsipləri Cəhm ibn Səfvanın yaradıçılığında öz parlaq ifadəsini 
tapmışdır. Cəhmilər mötədil cəbbarilər idi, bu dini –fəlsəfi təlim IX əsrdə hənbəli-
lər və mötəzililər tərəfindən ciddi tənqid edilmiş, sonralar (X-XI əsrlərdə) əl-Əşari 
təliminə qovuşmuşlar. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə