Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
  1   2   3   4   5   6   7   8   9   ...   18


Fəlsəfə Fənni Üzrə  mtahan Suallarının Cavabları 

 

1.  Fəlsəfi  problemlərin  təsnifatı:  ontologiya,  qnoseologiya  və  sosial  fəlsəfə. 

Fəlsəfi problemlərin birinci qrupu dünyanın  mənşəyi və  mahiyyəti ilə bağlı  məsələləri 

ə

hatə  edir.  Dünyada  heç  nə  əbədi  deyil,  hər  şey  dəyişir;  mövcud  olan  nə  varsa, 



hamısının  zamanca  başlanğıcı  və  sonu  vardır.  Bütün  bu  ardı-arası  kəsilməz 

dəyişkənliyin  mənası,  səbəbi  nədir?  Ardı-arası  kəsilməz  dəyişkənlik  və  hadisələr 

axınında  bir  nizam,  onların  yönəldikləri  hansısa  üstün  istiqamətlər  mövcuddurmu? 

Fəlsəfi dillə desək, dünyada nə hökm sürür: zərurət, yoxsa təsadüflər? Qanunlar, yoxsa 

xaos? Filosofları həmişə düşündürən suallardan biri də insanın bu dünyada yeri və rolu, 

insan  həyatının  mənası  haqqında  məsələlərlə  bağlıdır.  nsanın  yer  üzündə  hansısa 

spesifik  missiyası  mövcuddurmu?  O,  öz  taleyinə  sahib  çıxaraq,  ona  istədiyi  kimi 

sərəncam verə biləcək qədər güclüdürmü? Bütün bü və buna bənzər problemlər fəlsəfi 

biliyin  mühüm  tərkib  hissəsi  olan  ontologiyanın  (qədim  yunan  mənşəli  «ontos»- 

«varlıq» sözündən əmələ gəlmişdir) predmetini təşkil edir. 

Fəlsəfi  biliyin  ikinci  mühüm  sahəsini  təşkil  edən  idrak  nəzəriyyəsi  və  ya 

qnoseologiya  (yunanca  «qnosis»  -  «bilik»  sözündən  əmələ  gəlmişdir)  insan  idraknın 

mənşəyi  və  gerçəkliyə  münasibəti,  biliyin  yaranma  xüsusiyyətləri,  onun  gerçəkliyə 

uyğunluğu, təcrübə və nəzəriyyə arasındakı münasibətlər kimi məsələlərlə məşğul olur. 

nsan  dünyanı  dərk  edirmi?  nsanın  şüura,  təfəkkürə  malik  olması,  ilk  baxışda 

göründüyü  kimi,  bu  suala  müsbət  cavab  vermək  üçün  yetərli  deyil.  nsan  həyatı  boyu 

səhvlər  edir  və  bir  çox  hallarda  bu  səhvlər  çox  ciddi  nəticələr  doğurur.  Burada  əsas 

məqamlardan  biri  budur  ki,  bizim  həyat  təcrübəmizin  və  biliklərimizin  zənginliyi 

səhvlərin sayını azalda bilər, lakin onun qarşısını ala bilməz. 

Fəlsəfi  problemlərin  üçüncü  böyük  qrupu  sosial  fəlsəfənin  predmetini  təşkil  edir. 

Sosoial  fəlsəfə  sosial  həyatın  mənşəyi  və  mahiyyətini,  bütöv  bir  tam  kimi  götürülmüş 

cəmiyyəti,  onun  təkamül  xüsusiyyətlərini  və  insanla  cəmiyyət  arasındakı  qarşılıqlı 

münasibətləri öyrənir. 

 



2.  Dünyagörüşünün  ilk  tarixi  formaları:  mifologiya  və  din.  Dünyagörüşü 

dedikdə dünya və insanın bu dünyada yeri və rolu haqqında ümumiləşmiş baxışlar, bilik 

və  təsəvvürlər  başa  düşülür.Fəsəfənin  öyrəndiyi  problemlərin  hər  birində  insanın 

dünyaya  münaisbəti  məsələsinin  müxtəlif  məqamları  əks  olunmuşdur.  Bu  məsələ 

dünyagörüşünün  əsas  məsələsidir  və  buna  görə  də  fəlsəfi  problemlər  dünyagörüşü 

anlayışı ilə sıx bağlıdır.  

Dünyagörüşünün  ən  qədim  tarixi  forması  mifologiyadır.  Mifologiyanın  əsasını 

fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin 

səciyyəvi xüsusiyyəti ondan ibarətdir  ki, burada təbiət hadisələri və cansız predmetlər 

canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi 

mifi  yaradan  ibtidai  təfəkkürün  xüsusiyyətlərindən  irəli  gəlirdi.  btidai  insanın  şüuru 

bütünlüklə  icmadaxili  həyatın  xüsusiyyətləri  ilə  şərtlənirdi.  Bu  həyatın  səciyyəvi 

cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluğu təşkil edirdi. 

Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv) 

bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai 

ş

üurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir. 



Dünyagörüşünün  digər  tarixi  forması  dindir.  Din  və  fəlsəfə  gerçəkliyin  mənəvi 

mənimsənilməsinin elə formalarıdır ki, onlar hər ikisi elmi biliyin məhdudluğundan və 

natamamlığından  doğan  ehtiyacı  sanki,  kompensasiya  etməyə,  insanın  bitkin, 

tamamlanmış,  fəlsəfi  terminlə  desək,  mütləq  biliyə  olan  əzəli  tələbatını  ödəməyə 

çalışırlar.  Həm  din,  həm  də  fəlsəfə  üçün  mütləq  biliyin  mənbəyini  dünyanın  mütləq 

başlanğıcına  inam  təşkil  edir.  Dinə  görə  bu  mütləq  başlanğıc  dünyanı  hər  şeyə  qadir 

olan  öz  azad  iradəsi  ilə  və  möcuzə  yoluyla  heçdən  yaradan  fövqəltəbii  varlıq  –  tək 

Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi, 

insanın dünyada yeri, xeyir,  şər  haqqında  və digər ehkamlarını Allahın kəlamları kimi 

təqdim  edir.  Dini  şüurun  mövcudluq  üsulu  dünyanın  fövqəltəbii  başlanğıcına  dərin 

inamı ifadə edən etiqad hissidir. 

 



3. Fəlsəfə və elm: oxşar cəhətlər və  prinsipial fərqlər. Elmi biliyin mənbəyini 

insanın  müşahidələri,  onun  həyat  təcrübəsi  və  elmi  eksperimentlər  təşkil  edir.  Elmin 

başlıca  xüsusiyyəti  onun  əsaslandırılmış  biliklər  sistemindən  ibarət  olmasıdır.  Bu  o 

deməkdir,  elmi  bilik  məntiqi  cəhətdən  ziddiyyətsiz  olmalı  və  elmi  eksperimentdə  öz 

təsdiqini  tapmalıdır.  Bunlar  elmi  biliyin  dəqiqliyini  və  səhihliyini  təmin  edən  başlıca 

şə

rtlərdir. Elmin öyrəndiyi gerçəkliyi fəlsəfi dildə hadisəər aləmi kimi səciyyələndirirlər. 



Hadisələr  aləminin  səciyyəvi  cəhətini  onun  konkret  təcrübələr  vasitəsi  ilə  tədqiq 

olunmasının,  yəni  prinsipcə  müşahidə  (birbaşa  və  ya  dolayısı  ilə)  obyektinə 

çevrilməsinin mümkünlüyü təşkil edir. Buna görə də elm insana həmişə yalnız konkret 

təcrübə və müşahidələr hüdudunda formalaşan biliklər verir. 

Lakin  insan  öz  gündəlik  fəaliyyətində  yalnız  bu  cür  biliklərə  istinad    etmək 

məcburiyyətində  qalsa  idi,  onda  onun  həyatı  ya,  ümumiyyətlə,  mümkün  olmaz,  ya  da 

məna və məzmun baxımından çox yoxsul olardı.  nsan həyatını ona məna və məzmun 

verən,  insan  fəaliyyətini  daxilən  stimullaşdıran  ali  məqsədlərdən,  ideallardan  və 

ə

qidələrdən  kənarda  təsəvvür  etmək  olmaz.  Bunlar  isə  insanı  əhatə  edən  mühit  və 



bütövlükdə dünya haqqında az-çox müəyyən şəkil almış təsəvvürlər və biliklərə istinad 

etmədən  təşəkkül  tapa  bilməz.  Bu  cür  biliklər  konkret  –  təcrübi  mənşəyə  malik  olan 

elmi biliklərdən prinsipial şəkildə fərqlənir. Elmi biliklərdən fərqli olaraq, bütöv bir tam 

kimi  düşünələn  dünya,  onun  mənşəyi,  quruluşu  və  mahiyyəti  haqqında  biliklər 

qazanmaq  konkret  müşahidə  və  təcrübələrin  hüdudunu  aşaraq,  ondan  kənara  çıxmağı 

tələb edir. Dünya haqqında bu cür ümumiləşmiş təsəvvürləri və insanın bu dünyada yeri 

və rolu haqqındakı bilikləri fəlsəfə verir. 

Fəlsəfə dünyanı, dindən fərqli olaraq, etiqada istinad etməklə deyil, arqument və 

təfəkkürlə  mənimsəməyə  çalışır.  Bu  məqam  fəlsəfəni  elmlə  yaxınlaşdırır.  Lakin  bütöv 

bir  tam  kimi  düşünələn  dünya  elmi  biliyin  əsasını  təşkil  edən  konkret  müşahidələr  və 

təcrübə  hüdudlarına  sığmadığına  görə,  fəlsəfi  təfəkkür,  elmdən  fərqli  olaraq,  həmişə 

konkret təcrübə hüdudlarını aşmalı olur. 

 



Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə