Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
1   ...   10   11   12   13   14   15   16   17   18

-vətəndaşlar üçün məcburi olan qurumların çıxarılması və daxili və xarici siyasətin 

aparılması üçün suveren hüquqlara malik olması; 

-vergi tutmaq, pul çap etmək, büdcə siyasətini yeritmək və s. gerçəkləşməsi üçün 

xüsusi hüquqa malik olmaq. 

Müasir dövlət bir sıra müxtəlif funksiyaları yerinə yetirir. Bunlar: 

-mövcud olan dövlət quruluşunun müdafiəsi; 

-cəmiyyətdə qanunçuluq və sabitliyin qorunması; 

-sosial cəhətdən təhlükəli münaqişələrin qarşısı alınması və ləğv olunması; 

-iqtisadiyyatın tənzim etməsi; 

-icimai həyatın bütün sahələrində daxili siyasətin həyata keçirilməsi; 

-dövlətin mənafelərinin beynəlxalq miqyasda qorunulması; 

-ölkənin müdafiə edilməsi və s. 



33.Tarixi prosesə formasion və sivilizasion yanaşmanın alternativliyi         

        Müasir  dövrdə  bir  sıra  mütəxəssislər  tarixi  prosesə  mövcud  yanaşmaları  əsas 

etibarilə iki istiqamətə ayırırlar: formasion və sivilizasion. Bu iki istiqamət tarixi prosesin 

dərk  edilməsi  baxımından  alternativ  yanaşmalar  kimi  qəbul  edilir.  Onların  alternativliyi 

aşağıdakı müqayisəli təhlildə özünü göstərir: 

1.  Formasion  yanaşmada  tarixi  prosesin  mənası  və  məqsədi  axtarılır,  bəşəriyyət  inkişaf 

edən vahid sosiomədəni sistem kimi nəzərdən keçirilir. Sivilizasion yanaşmada isə vahid 

ümumbəşəri  tarix  deyilən  bir  anlayış  qəbul  edilmir,  inkişafın  məqsədindən  söhbət 

aparılmır. 

2.  Formasion  yanaşmada  tarixi  prosesin  hərəkətverici  qüvvəsi  axtarılır,  onun  obyektiv 

qanunauyğunluqları  üzə  çıxarılır,  ictimai  inkişafın  mənbəyini  təşkil  edən  dialektik 

ziddiyyətlər  araşdırılır.  Sivilizasion  yanaşmada  isə  əksinə,  heç  bir  inkişaf 

qanunauyğunluğu  və  ziddiyyətlər  axtarılmır,  əsas  diqqət  isə  cəmiyyətdəki  mədəni 

dəyərlərin üzə çıxarılmasına yönəlir 

3. Formasion yanaşmada iqtisadi amil tarixi prosesin öyrənilməsində başlıca determinant 

kimi  çıxış  edir.  Cəmiyyət  daxilindəki  bütün  ictimai  münasibətlər  istehsal  üsüluna  olan 




mülkiyyət  münasibətindən  asılı  olaraq  nəzərdən  keçirilir.  Sivilizasion  yanaşmada  isə 

aparıcı amil kimi kulturoloji faktor çıxış edir. Bu yanaşmada əsas tədqiqat obyekti kimi 

mədəniyyət çıxış edir.  

4.  Formasion  yanaşmada  tarixi  proses  insanların  şüurundan  asılı  olmayaraq,  yəni 

subyektiv deyil, obyektiv amillər əsasında dərk edilir. Sivilizasion yanaşmada isə əksinə, 

subyektiv  amil  əsas  götürülür  və  tarixi  proses  insanların  şüurundan,  iradəsindən, 

maraqlarından asılı olaraq baş verən ictimai hadisə kimi öyrənilir. 

5.  Formasion  yanaşmada  tarixi  inkişaf  aşağıdan  yuxarıya  doğru  istiqamətlənmişdir  və 

tərəqqi  xüsusiyyəti  ilə  səciyyələnir.  Sivilizasion  yanaşmada  isə  yalnız  ayrı-ayrı 

mədəniyyətlərin və ya sivilizasiyaların tarixindən söhbət aparılır və buna görə də inkişafın 

istiqaməti dövri xarakter daşıyır. 

        Tarixi  prosesə  formasion  yanaşmanın  müəllifi  marksizm  təliminin  banisi 

K.Marksdır. Sivilizasion yanaşmasının ən görkəmli nümayəndəsi isə A.Toynbidir. 

34.Müasir dövrün qlobal problemləri və onların təsnifatı. 

Qloballaşmanın müasir  mərhələsi üçün  aşağıdalılar səciyyəvidir:  

• 1) ЕTT-nin təsiri аltındа təbii mühitin dаğılması; 

• 2)  lоkаl  mühаribələrə,  münаqişələrə,  tеrrоrizm  və  cinаyətkаrlığın  digər  fоrmаlаrınа 

gətirib çıхаrаn yеni dünyа qаydаlаrının bərqərаr оlmаsı;  

• 3)  еkоlоji,  dеmоqrаfik  kаtаklizmlərin,  iqtisаdi,  siyаsi,  hərbi  və  mədəni  хаrаktеrli 

humаnitаr  qəzаlаrın  qаrşısının  аlınmаsı  üçün  еtibаrlı  tənzimləmə  vаsitələrinin 

о

lmаmаsı  



• Qlоbаllаşmа  şərаitində  dünyа  inkişаfının  ən  kəskin  prоblеmləri  ümumbəşəri  хаrаktеr 

а

lır. Bu prоblеmlərin həlli dövlətlər və хаlqlаrın qlоbаl əməkdаşlığını tələb еdir. 



• О dövlətlər ki, öz milli təhlükəsizlik çərçivəsini və vəzifələrini аydın dərk еdir, оnlаrın 

qоrunmаsı və təmin еdilməsi qаyğısınа qаlır, həmin ölkələrə qlоbаllаşmа yаlnız tərəqqi 

və firаvаnlıq gətirir.  

• О  dövlətlər  ki,  qlоbаllаşmаdаn  yаlnız  öz  gündəlik  prоblеmlərini  həll  еtmək  və 

müvəqqəti  еffеkt  qаzаnmаq  məqsədilə  istifаdə  еdir,  оnlаr,  müvаfiq  оlаrаq, 

qlоbаllаşmаnın qurbаnınа çеvrilirlər.  



Qlobal problemlərin miqdarı çox genişdir. Onların əəsasları aşağıdakılardır:  

• 1.Sülh və tərksilah problemləri, yəni dünya müharibəsinin qarşısının alınması.    

• 2.Ekoloji  problemlər,  meşəsizlik,  səhralaşma,  daşqınlar,  yanğınlar,  və  müasir 

sənayemizin  “irsi”:  atmosferin  və  hidrosferin  çirklənməsi,  ozon  “deşikləri”,  dünya 

istiləşməsi və s.     

• 3.Demoqrafiya problemləri (əhalinin say tərkibi) və onunla bağlı olan ərzaq problemi.    




• 4.Energetika  problemləri.  Getdikcə  bəşəriyyətin  istifadə  etdiyi  enerjinin  miqdarı 

çoxalır.  Nəticədə  də  atmosferə  buraxılan  istilik  dünya  istiləşməsinin  səbəblərindən 

birinə çevrilib.                                                                                 

• 5.Xammal problemləri.   

•  6. Dünya okeanından (su hövzələrindən ) istifadə problemləri.     

• 7. Kosmosu sülh yolu ilə mənimsəmə problemləri.  

• ХХəsrdə qloballaşma iki ssеnаri üzrə cərəyаеdə bilər: 

• 1)  pеssimist  –  vаrlı  və  yохsul  dövlətlər  аrаsındа  uçrumun  dərinləşməsinə,  birqütblü 

dünyа nizаmının rеаllаşmаsınа yönəlmiş indiki (nеоlibеrаl) mоdеlin dаvаmı; 

• 2)  optimist  –  mövcud  qlоbаllаşmа  mоdеlinin  tədricən  dəyişməsi,  humаnistləşməsi, 

qlоbаl  vətəndаş  cəmiyyətinin  mаrаqlаrı və  nəzаrəti  аltındа həyаtа kеçirilməsi.  Bu isə  

mövcud  еkоlоji,  dеmоqrаfik,  tехnоlоji,  iqtisаdi,  gеоsiyаsi  və  sоsiоmədəni-qlоbаl 

prоblеmlərini    yаlnız  sivilizаsiyаlаrın  diаlоqu,  əməkdаşlıq  və  tərəfdаşlıq  prinsipləri 

ə

sаsındа həll еtməklə mümkündür.  



 

35.Mənəvi  həyatın əsas formaları:din,əxlaq,incəsənət,elm,fəlsəfə 

Elm mənəvi istehsalın əsas növüdür, hansı ki həm biliklər sistemidir, həm  

də  sabit  sosial  institut  kimi  özünü  bildirir.  Hər  şeydən  əvvəl  elm  –  gerçəkliyin 

sistemləşmiş idrak olunmasıdır, hansı ki, onun əsas və qanunauyğun cəhətlərini qanun, 

anlayış, kateqoriya və s. mücərrəd – məntiqi formada meydana gətirir. Mənəvi istehsalın 

digər  növləri  kimi,  elm  gerçəklik  üçün  sanki  paralel  olan  və  obyektiv  dünyanın  əsas 

cəhət  və  xüsusiyyətlərini  əks    etdirən  ideal  Aləmi  yaradır.  Beləliklə,  elm  o  faktın 

aşkarlanmasından  başlayır  ki,  insanı  əhatə  edən  aləm  mahiyyət  etibarilə  heç  də  onun 

duyğularında, qavrayış və təsəvvürlərində qarşısına çıxan şəkildə olan dünya deyil. Və 

bu  gözəgörünməyən  mahiyyətə  varmaq  üçün    hər  kəsin  həyata  keçirdiyi  adi  zehni 

ə

məliyyatlardan  xeyli  dərəcədə  fərqli  olan  mükəmməl  əqli  səylərin  göstərilməsi 



vacibdir.  Cəmiyyətin  mənəvi  həyatının  mühüm  növlərindən  biri  incəsənətdir.  Elmdə 

olduğu kimi bu – peşəkar olan rəssamların, şairlərin, musiqiçilərin yəni dünyanın estetik 

mənimsənilməsi sahəsindəki mütəxəssislərin yaradıcılığını bildirir. Gerçəkliyin mənəvi 

mənimsənilməsinin  bu  üsulu  fəlsəfədə  «estetika»  kateqoriyası  ilə  izah  olunan  sosial 

reallığın özünəməxsus fenomeninə əsaslanır. 

Mənəvi  həyatın  digər  növlərindən  fərqli  olaraq  incəsənət  insan  əqlinə  yox,  məhz 

onun  hisslərinə  müraciət  edir.  Gerçəkliyin  mahiyyəti  və  bəzi  hallarda  gözə  görünməz 



Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə