Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
1   ...   10   11   12   13   14   15   16   17   18

hər bir fərdi bаşqаlаrındаn fərqləndirən spеsifik, özünəməхsus kоnkrеt biоlоji və sоsiаl 

səhətlərin  məcmusudur.  Fərdiyyət  və  şəхsiyyət  аnlаyışlаrının  məzmuncа  bir-birinə 

yахınlığınа  bахmаyаrаq,  оnlаrı  еyniləşdirmək  оlmаz.  Əgər  fərdiyyət  аnlаyışı  insаnın 

vаrlığını,  təkrаrоlunmаz  хаssələrini,  оrijinаllığını  ifаdə  еdirsə,  şəхsiyyət  аnlаyışı  dаhа 

çох  insаnın  müstəqilliyini,  оnun  şəхsi  simаsını,  sоsiаl  fəаllığını,  əqidə  möhkəmliyini, 

prinsipiаllığını, çətin vəziyyətlərdə sərbəst qərаr qəbul еtmək qаbiliyyətini göstərir. 



44.Fəlsəfə tarixində  şəxsiyyətin iradəsi və fəaliyyətinin azadlığı problemi 

Fəlsəfədə  şəxsiyyətin  iradəsi və  fəaliyyətinin  azadlığı  probleminə  münasibət birmənalı 

qiymətləndirilmir. Qədim yunan fəlsəfəsində stoiklər, epikürçular və skeptiklər azadlıq 

problemini  ümumiyyətlə,  dünya,  inkişaf,  insan  haqqındakı  təsəvvürlərin  əsasında  həll 

edirdilər. Nə qədər ki, biz, dünyanın tərəqqisində iştirak edirik, nə qədər ki, dünya bizi 

idarə  edir,  biz,  ondan  asılıyıq  və  azad  deyilik.  Dünyadan  tam  azad  olmaq  üçün  insan 

gərək  arzulardan,  əzabkeşlikdən,  dünya  problemlərini  həll  etmək  cəhdlərindən  tam 

uzaqlaşsın. Biz onları elə bir vəziyyətə gətirməliyik ki, bu zaman dünya bizim üçün hər 

hansı əhəmiyyətini itirmiş olsun; hisslər və ehtiraslar susmalı, iradə donmalı və hərəkət 

etməməlidir(stoiklər). Biz özümüzü dünyadan müdafiə etməli və elə bir yaşayış tərzinə 

nail olmalıyıq ki, burada iztirabdan daha çox həzzalma bizə qismət olsun (epikürçular). 

Nəhayət,  ruhun  əzablarından  azad  olmaq  üçün  skeptiklər  dünya  problemlərinin 

həllindən  uzaqlaşmağa,  onların  mənasızlığını  başa  düşərək  kənara  atmağı  təklif 

edirdilər. Stoiklər azadlığı xeyirxahlıq yolu ilə əldə etməyə, epikürçular bunu həzzalma 

ilə,  skeptiklər  isə  şübhə  ilə  nail  olmağa  çalışırdılar.  Stoiklər,  nəticədə,  xeyirxahlıqdan, 

buna  nail  olmaq  yollarından  həzz  almağa  çalışır,  epikürçulər  həzzalmanı  xeyirxahlığa 

çevirir  (usaldır),  spektiklər  isə  şübhənin  həqiqi  olduğunu  bəyan  edir,  onda  şübhədə 

ş

übhəli bir şey qalmır və beləliklə skeptisizmin sonu gəlib çatır. Fəlsəfə tarixinin XVIII 



ə

srdən  sonrakı  mərhələlərində  azadlıq  probleminin  iradə,  özünükamilləşdirmə  yolu  ilə 

qazanılması haqqında bir çox filosoflar yazıblar.   

Buraya Benedikt Spinozanın (“azadlıq dərk edilmiş zərurətdir”), Fridrix Hegelin (insan 

öz  bədənin  və  ruhunun  kamilliyinə  nail  olmaqla,  özünüdərk  yolu  ilə  özünün, 

başqalarının  mahiyyətini  mənimsəməklə  azad  olur),Karl  Marksın  (insanların  azad, 

ş

üurlu  fəaliyyəti  onların  başlısa  əlamətini  təşkil  edir,  azadlıq  tarixi  inkişafın  zəruri 



məhsuludur; mədəni inkişafın hər bir mərhələsi azadlığa doğru olan bir addımdır), XX 

ə

sr  filosoflarının  azadlıq  haqqındakı  ideyalarını  da  əlavə  etsək,  görərik  ki,  azadlıq 



həqiqətən insanın fəal mövqeyə, özünəməxsus fəaliyyətə qabiliyyətli olmasını göstərir; 

insan  öz  maraqlarına,  mənafe  və  tələbatlarına  uyğun  qarşısına  məqsədlər  qoyur  və 

onlara  nail  olmağa  çalışır,  imkanları  gerçəkləşdirməklə  o,  daxili  azadlığa  olan 

qabiliyyətini praktiki şəkildə realizə edir. 




45. drak kateqoriyası. drakın subyekti və obyekti 

drak – dünya haqqında həqiqi biliklərin əldə edilməsinə yönəlmiş   subyektin ya- 

radıcı fəaliyyətidir.  drak  mədəniyyət mövcudluğunun mahiyyətli səciyyələndiril- 

məsidir.Özünün funksional təyinatı,  biliyin xarakteri  və  istifadə olunan metod  və 

vasitələrdən asılı olaraq,  idrakın bir neçə forması mövcuddur: adi-gündəlik, mifolo 

ji  dini,  bədii,  fəlsəfi  və elmi.  drak dünyanın obyekt və subyektə bölünməsini 

 nəzərdə tutur.  Hansı məsələləri həll etməsindən asılı olmayaraq, insan  həmişə 

reallıqla, obyektiv şərait və qanunalrla hesablaşmalı olur.    



Subyekt 

 bünövrəsini  sosial tam təşkil edən mürəkkəb bir iyerarxiya təşkil edir.  

Son  nəticədə  biliyin    və  müdrikliyin  ali  istehsalçıısı  bəşəriyyətdir.    Norma,  ideya  və 

dəyərlər  istehsal  etməklə    hər  bir  xalq  da  idraki  fəalaiyyətin  xüsusi  bir  subyekti  kimi 

ş

ıxış  edir.  Cəmiyyətdə  tədricən  xüsusi  bir  fərdlər    qrupu  formalaşır  ki,  onların 



məşğuliyyəti  və    əsas  təyinatı  həyatı  əhəmiyyət  kəsb  edən  elmi  bilikləri  istehsal 

etməkdir.Onların da subyekti alimlər birlikləridir.   

drakın obyekti dedikdə  varlığın tədqiqə məruz qalan real  fraqmentləri nəzərdə 

tutulur.  drakın predmeti isə subyektin diqqətinin yönəldiyi konkret aspektlərdir. Blə ki, 

insan biologiya, təbabət, sosiologiya, fəlsəfə kimi bir çox elmlərin tədqiqat obyektidir. 

Lakin  onların    hər  biri    insana  öz  prizmasından  baxır,  məsələn,  psixologiya  insanın 

psixikasını,  ruhi  aləmini,  təbabət  onun  xəstəliklərini  və  müalicə  üsullarıını  öyrənir. 

Deməli, tədqiqatın predmeti tədqiqatın vəzifələri ilə şərtlənir. Məlumdur ki, insan tarixin 

banisi,  subyektidir.  drakın  subyekti  olmaqla  insan  eyni  zamanda    onun  obyektinə  də 

çevrilir.  



46. drak prosesində hissi və rasionalın nisbəti  

drak prosesi 2 səviyyədən ibarətdir. 1.Hissi idrak (hiss üzvləri ilə həyata keçirilən 

görmə,    eşitmə,    iybilmə,  dadbilmə  ).2.Rasional  idrak  (təfəkkür  vasitəsilə  gerçəkliyin 

ə

ks  etdirilməsi,  mücərrəd  və  ümumiləşdirilmiş    obrazların  yaradılması,        gerçəklik 



hadisələrindəki daxili zəruri əlaqə və münasibətlərin açıqlanması). 

Hissi və rasional idrakın nisbəti filosoflar tərəfindən müxtəlif aspektlərdə yozulur. 




Empirizm – qnoseologiyada cərəyandır.Ona əsasən  dünya haqqındakı biliklərin  

yeganə mənbəyi məhz hissi təcrübədir.Rasionalizm də fəlsəfədə elə bir cərəyandır 

ki, ona əsasən  idrak prosesində aparıcı rol oynayan məhz zəkadır.  

drakın hissi və rasional səviyyələri bir biri ilə əlaqədardır  və bütöv bir tamlıq təş- 

kil edirlər.Real hadisələr haqqında hissi təsəvvür idrak prosesinin zəruri şərtlərin- 

dən  biridir.Fikirdən kanarda qalan mücərrəd anlayış və ideyalar insanların ümumi- 

ləşdirilmiş hissi təcrübəsinə istinad edir və hisslərlə qavranılan işarələr sistemi şək- 

lində mövcuddur.Lakin həqiqi bilik hissi təcrübə nəticəsində alınmış məlumatların 

təfəkkür  ilə işlənməsi olmadan mümkünsüzdür. 

Hissi idrakın formaları:1.duyğular-insanların hiss üzvlərinə predmet və hadisələrin  

təsiri nəticəsində yaranmış  onların  gerçək cəhət və xassələrin əks olunmasıdır. 

2.qavrayış  -  predmet və hadisələrin hissi obrazıdır,    gerçəklik hadisələrin bütöv 

şə

kildə əks etdirilməsidir.3.təsəvvür  - hər hansı bir obyektin insanın hiss üzvlərinə 



təsir etmədən onun şüurunda təsvir olunmuş idrak obyektinin ümumiləşdirilmiş 

obrazıdır. 

Rasional idrakın formaları:1.anlayış  - idrak obyektinin ümumi və mahiyyət cə- 

hətlərini əks etdirən fikirdir.2.mühakimə - idrak obyekti haqqında nəyisə təsdiq 

yaxud inkar edən fikirdir.3.əqli nəticə (qənaətə gəlmə) – bir neçə mühakimənin əsa 

sında formalaşan və bunun nəticəsində  məntiqi şəkildə yeni bir mühakimənin yü- 

rüdülməsinə səbəb olan bir fikirdir.    

47.Biliyin formalaşma mexanizmləri və idrak metodları 

Biliyin formalaşma mexanizmlərinin izahı üçün elmi metodun nəyi ifadə etməsini 

aydınlaşdırmaq  lazimdır.Elmi metod – istənilən elmdə yeni biliklərin əldə edilməsi və 

məsələlərin həll edilməsi üçün əsas üsullar məcmusudur.Metod  fe- 

nomenlərin tədqiq edilməsi üsulları və yeni, əvvəllər əldə olunmuş biliklərin sis- 

temləşdirilməsi və dəqiqləşdirilməsindən ibarədir.Əqli nəticə və qənaətə gəlmə ob- 




yekt barədə empirik (müşahidə olunan və ölçülən)  material əsasında təfəkkürün qayda 

və  prinsipləri  vasitəsilə  baş  verir.  Məlumatların    əldə  olunması  müşahidələr  və 

eksperimentlərin aparılması yolu ilə gerçəkləşir.Müşahidə edilən faktların izahı 

üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr yaradılır.Bunların əsasında riyazi 

təsviretmə yəni öyrənilən obyektin modeli qurulur.Riyazi modelin qurulması artıq 

mövcud olan məlumatların sistemləşdirilməsinə və yeni məlumatların aşkarlanma- 

sı üçün zəruri olan proqnozların verilməsinə şərait yaradır.Bunun bariz nümunəsi 

Mendeleyev cədvəlidir ki onun əsasında əvvəllər məlum olmayan  çoxsaylı ele- 

mentlər proqnozlaşdırılmışdır.Riyazi modelin xassələrindən alınmış proqnozlar 

eksperimentin  aparılması yaxud yeni faktların toplanılması yolu ilə yoxlanılır.  

Elmi metodun vacib cəhəti  hər bir elm üçün olan onun zəruri tərəfi  -  məhz əldə  

olunmuş nəticələrin obyektiv təhlil etməsi tələbidir.Burada hətta mötəbər elmi 

dairələrdən səslənən fikirlər belə qəbuledilməzdir. Müstəqil ekspertizanın təmin 

edilməsi üçün müşahidə edilənlərin sənədləşdirilməsi aparılır  tədqiqatlarla bağlı 

bütün informasiyanın digər alimlərə çatdırılması təmin olunur.Bu  nəinki ekspe- 

rimentlərin  təkrar olunması yolu ilə onların yenidən təsdiqlənməsinə  və həmçinin 

eksperiment və onun nəticələrinin yoxlanılan nəzəriyyəyə nə qədər uyğun gəlmə 

 dərəcəsini tənqidi baxımdan qiymətləndirməsinə imkan yaradır. 

Ə

sas idrakı metodlar:müşahidə,ölçmə,müqayisə,eksperiment,analiz və sintez,in- 



duksiya və deduksiya,analogiya,ideallaşdırma,modelləşdirmə,mücərrədləşdirmə, 

sistemlilik. 



 

48. Həqiqət anlayışı. Biliyin gerçəkliyə uyğunluğu problemi  

 

Dar  qnoseoloji  mənada  həqiqət  reallığın  bilikdə  dəqiq  və  düzgün  inikası  başa 

düşülür.  Aristotel  tərəfindən  irəli  sürülmüş  klassik  konsepsiyaya  görə,  həqiqət  

təsəvvürlərin  və  ya  fikirlərin  real  vəziyyətə  uyğunluğu  deməkdir.  Burada  əsas  ideya 

uyğunluq  ideyası  (korespondensiya)  olduğundan  bu  konsepsiyanı  “həqiqətin 

korespondent nəzəriyyəsi” də adlanıdırırlar (Aristotel, Spinoza, Didro, Helvetsi, Holbax, 




Feyerbax, Marks).  drak prosesində əldə etdiyimiz biliklərin ətraf gerçəkliyi yeni şəklə 

salmaqda  faydalı  olması  üçün  həmin  biliklər  gerçəkliklə  müəyyən  uyğunluqda 

olmalıdırlar.  Biliklərin  obyektiv  gerçəkliyə  uyğunluğu  problemi  də  fəlsəfədə  həqiqət 

problemi kimi məlumdur. 

Həqiqətə  dair  ikinci  konsepsiya  koherent  nəzəriyyədir.  Kоhеrеnt  nəzəriyyə 

çərçivəsində biliyin həqiqilik kritеrisi оlаrаq, оnun ziddiyyətsizliyi, yəni dаhа gеniş bilik 

sistеmi ilə ziddiyyət təşkil еtməməsi qəbul еdilir. Bu kоnsеpsiyаnın tərəfdаrlаrı dünyаnı 

о

nа dахil оlаn həttа ən хırdа və əhəmiyyətsiz hаdisələrin bеlə qаrşılıqlı təisrdə оlduğu 



vаhid bir tаm hеsаb еdən fəlsəfəi mоnizm prinsipindən çıхış еdirlər. Bunа görə də hеsаb 

е

dirlər  ki,  аyrı-аyrı  prеdmеt  və  hаdisələr  hаqqındа  biliklər  bütöv  bir  tаm  kimi  dünyа 



hаqqındаkı  biliklər  sistеmi  ilə  uyğunluq  təşkil еtməlidir.  Bu kоnsеpsiyаnın tərəfdаrlаrı 

çох  оlmаsа  dа,  оnun  rаsiоnаl  mənаsı  vаrdır.  Dоğrudаn  dа,  biz  аdətən,  еlə  yеni  biliyi 

həqiqət  hеsаb  еdirik  ki,  о,  əvvəldən  mövcud  оlаn  digər  biliklər  sistеmi  ilə  məntiqi 

ziddiyyət  təşkil  еtməsin.  Bunа  görə  də  kоhеrеnt  həqiqət  kоnsеpsiyаsının  biliyin 

rаsiоnаlcаsınа qəbul еdilməsinin rеаl mехаnizmlərini əks еtdirdiyini hökm еtmək оlаr. 

Prаqmаtizmə  görə  yаlnız  insаnа  fаydа  gətirən  və  prаktikаdа  müvəffəqiyyətlə 

tətbiq еdilən bilik həqiqətdir (Ç.Pirs, C.Dyui, U.Cеyms). Prаqmаtizmin bаnilərindən biri 

о

lаn аmеrikаn psiхоlоqu Uibyаm Cеyms, məsələn, hеsаb еdirdi ki, «Аllаh mövcuddur» 



hökmünün  həqiqət  оlmаsı  Аllаhın  rеаl  mövcudluğundаn  аsılı  оlmаyıb,  оnun 

mövcudluğunа  оlаn  inаmın  insаnlаrın  birgəyаşаyışı  üçün  fаydаlı  оlmаsı  ilə  şərtlənir. 

А

di  gündəlik  həyаtdа  bizim  biliklərimizin  həqiqət  оlmаsı  öz  təsdiqini  оnlаrın  prаktik 



tətbiqində tаpır. 

 

49.Mütləq və nisbi həqiqə

 

       Həqiqətin  müxtəlif  formaları  vardır.  Onlar  dərk  olunan  (inikas  edilən)    obyektin 

xarakterinə, predmetli reallığın növlərinə, obyektin mənimsənilmə dərəcəsinə  və s. görə 

bir-birindən  fərqləndirilirlər.  drak  nəzəriyyəsində  həqiqətin  nisbi  və  mütləq  formaları  

mühüm yer tutur. Nisbi və mütləq həqiqətin qarşılıqlı nisbəti dünyagörüşü xarakterli bir 



məsələ kimi bəşər mədəniyyətinin müəyyən inkişaf mərhələsində meydana gəlməli idi. 

nsanlar  təbiətdə tükənməz özünütəşkil obyektlərinin olduğunu dərk edib, hər hansı bir 

nəzəriyyənin  mütləq  həqiqətə  nail olmaq  iddiasının  əsassız  olduğunu  aşkar  etmişdilər.  

Obyektiv  reallığın  özü  kimi,  həqiqi  bilik  də  inkişaf  etməkdədir.  Orta  əsrlərdə  insanlar 

günəş  və  planetlərin  Yer  ətrafında  fırlandığını  düşünürdülər.    Bu,  həqiqət  idimi  yoxsa 

yanlış?  nsanlar planetləri yeganə “müşahidə” məntəqəsi olan Yerdən müşahidə etdikləri 

üçün  Günəş  və  planetlərin  onun  ətrafında  fırlandığını  zənn  edirdilər.  Kopernikin 

təlimində  deyilir  ki,  bizim  planetlər  sisteminin  mərkəzi  Günəşdir.  Yer  kürəsi  və 

planetlər  onun  ətrafında  çevrə  üzrə  fırlanır.  Əvvəlki  təsəvvürlərə  nisbətən  burada 

obyektiv  məzmun  daha  çoxdur.  Gətirilən  misallardan  aydın  olur  ki,  həqiqət  tarixən 

dəyişkəndir. Yeni kəşflər əldə olunduqca onun dolğunluğu artır.  

         Həqiqətin  konkret tarixi  şəraitdən  asılı olan, onun dəqiqlik, dolğunluq və  səlislik 

dərəcəsini  xarakterizə  edən  formasını  nisbi  həqiqət  adlandırırlar.  Beləliklə,    insan 

idrakının,  o  cümlədən,  elmin    inkişafı  bir  nisbi  həqiqətin  digər,  daha  dolğun  və  dəqiq 

həqiqətlə daima əvəz edilməsindən ibarətdir. Hər hansı bir hadisə haqqında tam dolğun, 

dəqiq, hərtəfərli, bitmiş biliyə mütləq həqiqət deyilir.            Beləliklə, nisbi və mütləq 

həqiqət  həqiqətin  sadəcə  müxtəlif  səviyyə  və  ya  formalarıdır.  Cəmiyyətin  inkişaf 

səviyyəsindən,  texnikadan,  elmin  və  s.  vəziyyətindən  asılı  olan    biliklərimiz    həmişə 

nisbi xarakterə malik olur.  drak  səviyyəmiz  nə qədər yüksək olsa, mütləq həqiqətə də 

bir o qədər yaxın olmuş olarıq. Lakin bu proses sonsuz ola bilər, çünki tarixi inkişafın 

hər bir    mərhələsində   biz  bizi əhatə edən  aləmin  yeni xassələrini və tərəflərini  aşkar 

edib  onun  haqqında  daha  dolğun  və  dəqiq  biliklər  yaradırıq.  Obyektiv  həqiqətin    bir 

nisbi  formasından  digərinə  daima  keçid  prosesi  idrak  prosesinin  inkişafda  olmasını 

göstərir.  Beləliklə,  hər  bir  nisbi  həqiqətdə  mütləq  həqiqət  özünə  yer  almış  olur  və 

ə

ksinə: mütləq həqiqət – nisbi həqiqətlərin sonsuz ardıcıllığının həddidir.  



50.Həqiqət və yanılma 

Yanılma  özünəməxsus  nəzəri-idraki  hadisədir.  Həqiqətdən  fərqli  olaraq,  yanılma 

qərəzsiz  olaraq  mühakimələrin  və  ya  anlayışların  obyektə  uyğun  gəlməməsidir.  O, 



həmişə fərziyyələrin, hipotezlərin irəli sürülməsi ilə bağlıdır. Subyekt ona naməlum olan 

sahəyə artıq məlum olan faktlara əsaslanan ilkin təsəvvürlərlə əlaqəlidir. Lakin məlum 

olanlar əsasında  naməlum  sahəni heç də həmişə düzgün şərh etmək olmur. Qnoseoloji 

amillərə  həmçinin  öyrənilən  obyektlərin    çoxşaxəliliyi,  onların  bəzən    birtərəfli  əks 

olunması  aiddir.    Hissə  tam,  bir  tərəf, bir  element  – bütöv bir sistem    kimi  qavranılır. 

Nəticədə  əldə olunmuş ilkin həqiqət  qeyri-həqiqətə transformasiya edir.  

           Həqiqət  axtarışında  qaçılmaz  olan  fərziyyələr  öz-özlüyündə  nə  doğru,  nə  də 

yalandırlar:  bir-birindən  onlar  mötəbərlik  dərəcəsinə  görə  fərqlənirlər.  Lakin    müxtəlif 

sosial  mənafeləri  güdən  subyektlər  bu  fərziyyəni    həqiqət  səviyyəsinə  yüksəltməyə 

qadirdirlər. Həqiqət hadisələrin üzərində olmayıb onların dərinliklərində gizlənir. Buna 

görə də müxtəlif fərziyyələr, ehtimallar irəli sürülür. Onlar yoxlanılır, sınaqdan keçirilir. 

Bu an yanılmalara, səhvlərə yol verilə bilər. Akademik P.L.Kapitsa qeyd edirdi ki, alim 

səhvə  yol  verə  bilər;  səhvlər  yalançı  elm  deyil.  Yanılmalar  onları  meydana  gətirmiş 

amillərə,  onlardakı  informasiyanın  mötəbərlik  dərəcəsinə,  biliyin  inkişafındakı  roluna 

görə  müxtəlif ola bilir.  

          Elmin  inkişafında  yanılmaların  rolu  birmənalı  deyildir.  Əslində  hər  bir  yanılma 

bizi    həqiqətdən  uzaqlaşdırır,  dərketməyə  maneçilik  törədir.  Əsl  alim  heç  vaxt    onu 

bilərəkdən qurmur. O, özünün konstruksiyasının və ya onun hansı bir hissəsinin düzgün 

olmadığını  yalnız  fərz  edə  bilir.  Lakin  o,  çox  vaxt  öz  konstruksiyalarının  düzgün 

olduğuna əmin olur.   

          Yanılmalar elmin sonrakı hərəkəti üçün çıxış nöqtəsi olan problemli situasiyaların 

yaradılmasına səbəb ola bilir. 

Yanılmalar  problemli  situasiyaların  yaranmasına,  problemlərin  həllinin    düzgün 

yollarının tapılmasına səbəb olur. Elmin tarixi sübut edir ki, həqiqətə yol yanılmalardan 

keçir.  Onlar  idrakda  irrasional  başlanğıc  yox,  əksinə,    elmin    arxalanaraq    həqiqətə 

doğru irəlilədiyi zəruri pillə olmuşdur. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə