Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
1   2   3   4   5   6   7   8   9   ...   18

yalnız  can  insanı  fərdiyyət  kimi  xarakterizə  edir.  Öz  təbiəti  etibarilə  can  daha  ali 

başlanğıc olan ruha, bədən isə cana tabe olmalıdır. Lakin canın ikili təbiəti üzündən çox 

vaxt onun bədənə yaxın olan aşağı səviyyəsi onun ali səviyyəsini üstəliyir və bununla da 

insanı  öz  nəfsinin  və  ehtiraslarının  istəyinə  əməl  etməyə  məcbur  edir.  Bu  hal  vərdişə 

çevrildikdə insan Allahın bərqərar etdiyi təbii nizamı tərsinə çevirərək günaha batır: o, 

ali məqama sahib olanı özündən aşağıda duranı tabe etdirir və bununla da şərin dünyaya 

ayaq açmasına səbəbkar olur.  nsanın özünü sürüklədiyi bu rəzalətdən xilas olması üçün 

öz gücü yetərli deyil; bunun üçün onun Allahın mərhəmətinə ehtiyacı var.  



    12.Orta əsrlər fəlsəfəsi tarixi proses və onun mənası haqqında 

Orta  əsrlərdə,  ilk  dəfə  olaraq,  tarixi  şüurun  formalaşması  üçün  əlverişli  ilkin 

şə

rtlər meydana çıxdı. Tarixi şüurun mövcudluğu üçün ilkin şərt keçmiş, indi və gələcək 



arasındakı  keyfiyyət  fərqinin  dərk  edilməsidir.  Bütpərəst    dünyagörüşü    isə    bu  fərqin 

dərk edilib mənalandırılması üçün əlverişli  deyildir. Bütpərəstlik  insanın  şüurunu əsas 

etibarilə    təbiətlə    bağlayır,  təbiət  isə    zaman,vaxt    keçdikcə    baş  verən  keyfiyyət 

dəyişikliklərini hiss etmək  üçün əlverişli  mühit  deyil.  Təbiətdə  baş  verən  təkamül 

dəyişmələri çox  ləng gedir  və onları müşahidə etmək  üçün bir  və ya  bir  neçə insan  

nəslinin ömrü  kifayət  deyildir. 

Xristianlıq  Allah-oğulun insanda ( isus Xristosun simasında) təcəssüm etməsini  o 

vaxta  qədər  baş  vermiş  bütün  hadisələrdən  mahiyyətcə  fərqləndirir; bu  hadisənin  

baş  verməsilə  zaman  bir-birindən  keyfiyyətcə  fərqlənən  iki hissəyə  parçalanır: bu  

hadisədən    keçmişdə    baş    verənlər    və    sonra,  gələcəkdə    baş    verəcək    hadisələr. 

Beləliklə  Allahın   insanda təcəssümü  zaman  oxunda  fundamental  bir  hadisə  kimi 

anlaşılar    və    özünün    dərk    edilməsi    üçün    insan  nəslinin  bütün    keçmişinin  yəhudi  

Bibliyasında    olduğu    şəkildə,    yəni,    tarixi    baxımdan    nəzərdən    keçirilməsini    tələb  

edir.  


Digər    tərəfdən,  varlığa    keçmişdən    gələcəyə    doğru    istiqamətlənmiş      tarixi  

proses    kimi    yanaşmanın    formalaşmasına      xristianlıqda    dünyanın    sonu    haqqında 

esxatoloji  təsəvvürlərin    geniş    yayılması    da    böyük    təsir    göstərmişdir.  sa 



peyğəmbərin  ikinci  dəfə  zühür  edərək,  haqqın  divanını  quracağı  məşhər  ( qiyamət)  

gününü    gərgin    bir    intizar    içində    gözləmək    xristian    dini    şüurunun    bütpərəst  

dünyagörüşü  ilə  müqayisədə  başlıca  səciyyəvi  xüsusiyyətlərindən  birini  təşkil  edir.  

Belə  bir  dini- psixoloji  durum  dünyada  baş  verən  hadisələr  axınını  bəşəriyyətin  ali  

məqsədinin   -  məşhər    gününün   -yetişməsinə   doğru    istiqamətlənmiş     proses    kimi  

qavramaq  üçün  əlverişli  zəmin  yaratdı. Xristianlıq  sayəsində  gələcək  əvvəllər heç  

vaxt    sahib    olmadığı    bir    dəyər    qazanır:  bütün    ümumdünya    tarixi  prosesinin   

yönəldiyi    ali  məqsəd  –  haqqın    divanının    qurulacağı    gün  –  insanın    bu    dünyadakı  

həyatına  antik  mədəniyyətə tamamilə  yad  olan  xüsusi  məna  verir. 

 

13.Orta əsrlər müsəlman ortodoksal fəlsəfəsi: əşərilik və mötəzililik. 

Kəlam - ilk islam sxolastiası, ortodoksal dini-idealist fəlsəfi sistem nümunəsidir. 

Kəlamdan  mütəkəllimlər,  sufilər  istifadə  edirdilər.  Kəlam  təlimi  dinin  normativ 

ə

saslarına söykənir, onun nəzəri əsaslarını 7-8 əsrlərdə cəbərilər və qədərilər arasındakı 



mübahisələr təşkil edirdi. 

Mötəzəliliyin  nümayəndəsi  Vasil  ibn  Əta,  Əmr  bn  Übeyd  (VIII  əsr).  Onlar  öz 

müəllimi  ilə  mübahisə  edərək  qədərilərdən  ayrılaraq  yeni  bir  istiqamətlə  getmişlər. 

Mötəzilik  slam tarixndə ilk fəlsəfi baxımdan sistemləşdirilən istiqamətdir. Onlar ağlın 

dəlillərinə fikir verirdilər. Onlar teologiyanı fəlsəfə ilə birləşdirdilər və yeni bir fəlsəfə 

yaratdılar.  Elmi  prinsiplərə  əsaslanan  fəlsəfənin  yaranmasında  mühüm  rol  oynamışlar. 

Mütəlzilər  özlərini  ədalət,  təkallahlılıq  tərəfdarları  adlandırırdılar.  Prinsipləri:  Ədalət. 

Bu prinsip əsasən ədalət, insanın iradə azadlığını nəzərdə tutur.  nsan özünün xeyir və 

şə

r  əməllərinin  yaradıcısıdır.  Allah  adildir.  Təkallahlılıq  prinsipi:  Allah  təkdir  və  saf, 



mənəvi  varlıqdır.  Qurana  münasibətdə  Mötəzəlilər  deyirlər  ki,  Quran  Allah  tərəfindən 

yaradılıb.  Sonradan  yaradılmayıb.  Vədə  əməl  etmək  prinsipi.  Allah  öz  vədini  və 

hədələrini yerinə yetirir. Aralıq vəziyyət prinsipi. Dini nöqteyi-nəzərdən günah işlətmiş 

müsəlman  kafir  olmur.  Müsəlman  ilə  kafir  arasına  aralıq  vəziyyət  durur.  Ancaq  belə 

adamlar  da  cəhənnəmə  gedəcəklər.  Duyğuların  təqdir  olunması:  hər  bir  müsəlmanın 



borcudur  ki,  smayıl  haqqı-ədaləti  yerinə  yetirmək  üçün  hər  cür  zorakılığa  əl  atsın. 

Əşə


riliyin  banisi  Əl-Əşəri  olub.  Əşərilərin  mütəzəlilərdən  fərqini  nümayəndələri  öz 

ə

sərində yazıblar. 1.Əl-əşəri Allahın atributlarının reallığını qəbul edir, yəni əbədiliyini 



qəbul  edir.  2.  Əşərilər  Quranın  yaranmadığını,  əzəli  mövcudluğunu  qəbul  edir.  3.  Əl-

Əşə


ri alın yazısına görə qədərilər ilə  cəbərilər arasında aralıq mövqe tutur. O deyir ki, 

insanın bütün hərəkətini Allah yaratmışdır.  nsanlar öz hərəkətini öz iradəsi və cəhdləri 

vasitəsilə  əldə  edirlər.  Bu  təlim  «kəsb»,  mənimsəmə,  adlandırılır.  Prinsipial 

məsələlərdən  biri  dindar  olduqdan  sonra  Allahı  görə  bilməsi  idi.  Əşərilər  deyirlər  ki, 

«mömin  müsəlmanlar  Allahı  axirət  dünyasında  ruhən  hiss  edir.  Əşərilik  təliminin  bir 

çox görkəmli  nümayəndəsi olub:  Əş-Bakillani,  Əl-Şəhristani,  Əl-Bağdadi,  Əl-Cüneyli, 

bn Furaq, Fəxrəddin ər-Razi (XII-XIII).  

14.Sufizm və onun müsəlman Şərqində yeri. 

Sufizm  islam  tarixində  ən  mürəkkəb  dini-fəlsəfi  cərəyandır.  Sufizm  VII-VIII 

ə

srlərdə yaranmış, VIII əsrin sonu X əsrin əvvəllərində yayılmışdır. Onlar hədisləri 



toplamaqla  məşğul  olur,  şifahi  şəkildə  Quranı  yayırdılar.  Суфизмин  12  əsas  və  54 

törəmə  qolları  mövcuddur;  Sührəvərdiyyə,  mövləviyyə,  Şimali  Afrikada  Əş 

Şə

dulliyə, Nəqşbəniyyə, Xəlvətiyyə, Heydəriyyə, Müridizm. 



Sufilərin  ali  məqsəli  Allaha  mistik  şəkildə  qovuşmaqdır.  Sufilərdə  nəzəriyyə 

ilə praktika vəhdət təşkil edir. Varlıq təlimində belə hesab edirlər ki, yeganə varlıq 

Allahdır.  Allah  intuitiv  qovuşma  vasitələrilə  dərk  edə  bilər.  Sufilərin 

qnoselogiyasında  idrakın  3  forması:  mühazirə,  aşkar  etmə,  və  daxili  müşahidə 

hallarıdır. Mühazirə elm əhli üçündür, aşkar etmə ayin əhli üçündür, daxili müşahidə 

həqiqət  əhli  üçündür.  Fəlsəfi  fikir  tarixində  sufizm  2  yerə  -  Mötədil  (Qəzali),  frat 

(M.Həllac)  ayrılır.  Sufi  təlimində  allaha  qovuşmaq  üçün  3  pillə  var:  1)  şəriət;  2) 

təriqət;  3)  həqiqət.  frat  sufilərdə  təbiət,  insan,  allah  birləşirdi.  Allahı  dərk  etmək 

insanın  özünü  dərk  etməsi  deməkdir.  Bunların  təriqət  yollarından,  məqamlarından 

keçərək müəyyən vaxtda mürşidin icazəsilə vəcdə gəlir və ani olaraq ilahiyə qovuşur. 




Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə