Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə14/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   10   11   12   13   14   15   16   17   ...   327

“Mən professor Fuad Məmmədovu iyirmi ildən artıqdır ki, tanıyıram, və bu 

kitabın yaradılmasına sərf edilmiş  səylərin və çox böyük zəhmətin şahidiyəm. 

Professor sadəcə görkəmli alim deyil, həm də hər birimizin fəxr etməyə haqqı- 

mız  olan  geniş  miqyaslı  şəxsiyyətdir,  azərbaycanlıdır,  çox  böyük mədəniyyət 

daşıyıcısı, böyük hərflə İnsandır.  Onun tərəfindən təşkil edilən elmi seminarlar- 

da insanlar böyük elm və mədəniyyət məktəbi keçirlər, onlar öz torpağını sev- 

məyi və onunla, onun tarixi və irsi ilə fəxr etməyi öyrənirlər, onlar İnsansevər- 

lik məktəbini keçirlər.  Onun bütün  fəaliyyəti  ölkəmizin və  onun sərvətlərinin 

şöhrətləndirilməsinə, mədəniyyətin inkişafına yönəldilmişdir, bir çox qeyri-hö- 

kumət  təşkilatları  onun  “Simurq”  mədəniyyət  Assosiasiyasının  “şinelindən” 

çıxmışlar. Bütün bu illər ərzində Fuad Məmmədov inam və həqiqətlə öz xalqı- 

na və dövlətinə xidmət etmişdir. Mən professoru uğuru münasibətilə təbrik edi- 

rəm və ona elmdə gələcək qələbələr arzulayıram”.

Svetlana Bayramova,

politoloq

“...Bu gün biz bu unikal kitabı  əlimizdə  tutmaq şərəfinə malikik.  ...Hə- 

yatımızın mühüm tərkib hissəsi -  ünsiyyətdir, və mən professor Fuad Məm- 

mədovla ünsiyyətdə olarkən, həyatımın ən xoş dəqiqələri və saatlarını yaşa- 

yıram.  Fuad  Məmmədov  -   elmimizin  fəxridir,  böyük  hərflə  Şəxsiyyətdir, 

bizim milli sərvətimizdir”.



Ağaəli Ibrahimov,

professor, Azərbaycan Xalq  rəssamı, 

Rəssamlar Ittifaqının katibi

Fuad Məmmədov

32



I HİSSƏ

Idarəetmə mədəniyyəti

Kulturologiya - XXI əsrin aparıcı elmi paradiqması 

və idarəetmə mədəniyyətinin elmi əsası kimi

Ruhi mədəniyyətin  dəyəri  və  intellektual mədəniyyətin  xüsusi missi- 

yası  haqqında.  Kulturologiyamn  xüsusi  strateji  əhəmiyyəti  haqqında. 

Demokratik dövlətçilik mədəniyyəti haqqında. Milli və beynəlxalq idarə- 

etmə mədəniyyəti haqqında.  Qərb ölkələrində idarəetmə elmi haqqında. 

MüəUifin kulturoloji idarəetmə modeli haqqında. Milli idarəetmə mədə- 

niyyətinin təkmilləşdirilməsi üzrə müəllifin tövsiyələri.

Ruhi mədəniyyətin dəyəri və intellektual 

mədəniyyətin  xüsusi missiyası haqqında

İnkişafın mürəkkəb dinamikası ilə xarakterizə olunan müasir dünyada, ic- 

timai-siyasi  quruluş və idarəetmənin müxtəlif sistemləri, həyat fəaliyyəti tex- 

nologiyaları,  xalqların  və  fərdlərin mədəni  dəyərlər  sistemi  ilə  şərtlənən bir 

çox  dialektik  ziddiyyətlər  və  çətinliklər  aşkar  edilir.  İnsanın  inkişafına  xas 

ümumi  qanunauyğunluqlarla  birləşən  təkrarolunmaz  tarixi,  etnik  və  milli 

özünəməxsusluq, mədəniyyətlərin və  sivilizasiyaların xarakterik fərdiliyi  ay- 

rı-ayrı xalqların və  ölkələrin  idarəetmə mədəniyyətinin konkret formaları  ilə 

üzvi surətdə qarşılıqlı əlaqədardır. Bununla belə, maliyyə, sənaye və informa- 

siya kapitalının monopolizasiya, inteqrasiya və beynəlmiləlçilik proseslərinin 

xarakterik  olduğu  qloballaşma  şəraitində  dövlət  idarəçiliyi  siyasətində,  for- 

maları və texnologiyalarında dəyişikliklər baş verir.  Dövlət və qlobal idarəçi- 

liyin  effektivliyinin yüksəldilməsi  mühakimələrindən  biri  odur ki,  texnogen 

sivilizasiya təbiətdəki özünü tənzimləmənin baza mexanizmini dağıdaraq, in- 

san həyatının keyfiyyətini aşağı salan ekoloji böhrana səbəb olur.  Qlobal iqti- 

sadi  çağırışlar,  maliyyə  və  ərzaq  böhranı,  qlobal  istiləşmə,  milli  və  beynəl- 

xalq təhlükəsizlik məsələləri, tərəflərin maraqlarına hörmət,  onların birliyinə 

nail  olmaq  cəhdini  nəzərdə  tutan  təhlükəsizlik  problemlərinə  yeni,  elmi  və 

məntiqi əsaslandırılmış yanaşmaların hazırlanması və razılaşdırılmasını tələb 

edir.  Müasir  sivilizasiyanın “təhlükəsiz  inkişaf’ paradiqması  Qərbin və  Şər- 

qin həyat fəlsəfəsinin yaradıcı sintezini, insan ləyaqətinə inam, razılıq və hör- 

mət olmadan mümkün olmayan davamlı inkişaf, qarşılıqlı anlaşma, əməkdaş- 

lıq,  qarşılıqlı  yardım  və  bəşəriyyətin tərəqqisini  təmin  edən yeni  kulturoloji 

texnologiyaların işlənib hazırlanmasını nəzərdə tutur.

33



Fəaliyyətin siyasi, iqtisadi,  sosial və beynəlxalq sahələrinə toxunan dün- 

ya mədəniyyəti və  sivilizasiyasındakı daimi  dəyişikliklər insanın,  cəmiyyə- 

tin,  dövlətin  və  bütün  bəşəriyyətin  inkişafının  idarə  edilməsi  proseslərinə 

xüsusi diqqət tələb edir.  Elmin, təhsilin və yüksək texnologiyaların tərəqqi- 

sinin, hər bir ölkənin rifahı, həyat keyfiyyəti və təhlükəsizliyinin bir çox cə- 

hətdən  asılı  olduğu  idarəetmə  mədəniyyətinin  prioritet  inkişafı  haqqında 

məsələ  gündəlikdə  kəskin  şəkildə  durur.  Dünya  maliyyə  böhranı,  qlobal 

idarəetmə praktikasında nöqsanlar olduğunu aşkar etdi ki, onun nəticəsində 

planetdəki  milyonlarla  insanların  sosial  ümidləri  acı  peşmançılıq  və  ciddi 

maddi  itkilərlə  başa çatdı.  Eyni  zamanda  o,  bəşəriyyətin yaşaması  və  inki- 

şafı  üçün  həm  qlobal,  həm  də  milli  miqyasda  idarəetmə  mədəniyyətinin 

təkmilləşdirilməsinin bizim ğünlərdə nə qədər aktual olduğunu göstərdi.

Məlumdur ki,  mədəni  inkişafın  əsasını  insanın  öz  həyatını  qorumaq və 

yaxşılaşdırmaq  qayğısı təşkil  edir.  Qədim dövrlərdən  indiyə  qədər bəşəriy- 

yətin  çoxəsrlik  inkişaf təcrübəsinin məntiqi-tarixi  təhlili  insanın  həyat fəa- 

liyyətinin  universal qanunauyğunluqlarının xarakterinə malik bəzi kulturo- 

loji kateqoriyaları  aşkarlamağa imkan verir.  Onlar zəruri inkişaf tempini və 

keyfiyyətini təmin edən üç əsas  anlayışa:  həyat məqsədinə;  inkişaf vasitələ- 

ri və enerji mənbəyinəmüvəffəqiyyət şərtlərinə gətirib çıxarır. Məqsəd - in- 

san həyatının qorunması və yaxşılaşdırılmasıdır.  Inkişaf vasitələri və enerji 



mənbələri -  təbiət və mədəniyyətdir. Müvəffəqiyyət şərtləri- effektiv  idarə- 

etmədir.  İdarəetmədə  səhvlərlə  şərtlənən  rifahın  aşağı  düşməsi,  iqtisadi 

böhranlar,  həyat  səviyyəsinin  enməsi  -  sosial  sabitsizliyə,  insanların  təca- 

vüzkarlığının artmasına,  nizam-intizamın pozulmasına,  sosial  etikanın zəif- 

ləməsinə  səbəb olur.  Əgər bəşəriyyət mütləq prioritet kimi,  siyasi maraqları 

da bu prioritetə tabe  edərək dünyada yüksək mədəniyyətin  real üstünlüyünə 

nail olsa idi, ehtimal ki, bu yalnız həyat keyfiyyətinin yüksəldilməsi imkan- 

larının deyil,  dünya  sivilizasiyasının bir çox  ağrılı milli,  regional  və  qlobal 

problemlərinin  həlli  imkanlarını  genişləndirərdi.  Həyat  -  mədəniyyətin  in- 

san  həyatının  qorunması  və  yaxşılaşdırılmasının  permanent prosesi  kimi 

dərk  edilməsi  ilə  əlaqələndirilən  yüksək  insan  mədəniyyətinin  universal 

meritokratik prinsiplərinə bağlılıqla  şərtlənən,  qlobal  etik cəmiyyətin həm- 

rəyliyi  kimi,  müxtəlif  xalqların  mədəniyyətlərinin  harmonizasiyasına  və 

maraqlarının razılaşdırılmasına əsaslanan sosial tam kimi -  dünya mədəniy- 

yəti və  sivilizasiyasının təkmilləşdirilməsini tələb  edir.  İnsan beyninin gör- 

mə  imkanları  və  deməli,  düzgün  anlama,  bizi  əhatə  edən  obyektiv  aləm 

haqqında  biliklərimizin  səviyyəsi  ilə  bağlıdır.  Bilməmək  baha  başa  gəlir! 

Siyasətçilər və məmurlar, təşkilat və idarə rəhbərləri, ayrı-ayrı fərdlər idarə- 

etmənin elmi əsasları və müasir texnologiyalarını nəinki bilməli, həm də ta- 

rixi  təfəkkürə  malik  olmalı,  onların  fəaliyyəti  ilə  bu  və  ya  digər  dərəcədə

Fuad Məmmədov

34



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə