Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə3/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   2   3   4   5   6   7   8   9   ...   327

ÖN SÖZ

Professor Fuad Məmmədovun mütəxəssislərin və geniş oxucu kütləsinin 

diqqətinə təqdim edilən,  qərb ölkələrinin idarəetmə təcrübəsinin öyrənilmə- 

sinə  və  ümumiləşdirilməsinə  həsr  edilmiş  “İdarəetmə  mədəniyyəti.  Xarici 

ölkələrin təcrübəsi” kitabı Azərbaycanda fərdi, milli və  qlobal idarəetmənin 

tarixi  və  nailiyyətlərinə  həsr edilmiş  ilk ciddi  kulturoloji  tədqiqatdır.  Sovet 

dövründə,  SSRİ-də  olduğu  kimi,  Azərbaycanda  da  dövlət  orqanları  öz  tə- 

şəbbüsündən, tənqidi təhlili və yaradıcılıq əsaslarından,  qərarlar qəbul etmə 

və  ictimai  inkişaf  proqramlarını  işləyib  hazırlama  hüququndan  məhrum, 

Kommunist Partiyasının iradə  və  qərarlarının icraçıları  idi.  Buna görə tota- 

litar  marksist-leninçi  ideologiyasının  hakimiyyəti  şəraitində  kulturologiya 

kimi,  inzibati-dövlət  idarəçiliyi  xarici  elmi  də  sovet  quruluşu  üçün  qəbul- 

edilməz burjua yalançı-elmi kimi nəzərdən keçirilirdi. Belə münasibət sovet 

respublikalarının  dövlət  quruculuğunda  qərb  nəzəriyyəsi  nailiyyətlərinin 

mənimsənilməsi  prosesini  və  praktik  istifadəsini  və  bu  sahədə  əməli  təcrü- 

bənin əldə  edilməsini  uzun müddət ləngitmişdir.  Bu reallığı,  həmşinin  Bir- 

ləşmiş  Krallıq, ABŞ,  Almaniya,  Fransa,  Yaponiya və  digər ölkələrin idarə- 

etmə  mədəniyyəti  sahəsində  əldə  etdikləri  mühüm  nailiyyətləri  nəzərə  ala- 

raq, Azərbaycan Respublikasında və demokratik inkişaf yoluna qədəm qoy- 

muş  digər  ölkələrdə  idarəetmə  elmi  sahəsində  fəal  fundamental  və  tətbiqi 

kulturoloji tədqiqatların həyata keçirilməsi aktuallığı aşkar olunur.

Monoqrafiyada ilk dəfə olaraq, idarəetmə problemlərinə orijinal kulturo- 

loji yanaşma  -  idarəetmə  proseslərinin  fərdi,  ailə,  kollektiv,  dövlət və  bey- 

nəlxalq  birlik  səviyyəsində  sistemləşdirilməsi  və  təsvirinin  yeni  forması 

təqdim edilmişdir.  Burada müxtəlif Şərq və  Qərb  ölkələrində  dövlət idarə- 

çiliyi tarixi tədqiq edilmişdir.  Əsər insanın dünyagörüşü,  ideoloji və texno- 

loji inkişaf problemlərinin həllini və idarəetmə üçün zəruri olan, elmi cəhət- 

dən  zəngin  universal  kulturoloji  biliklərin  sistemləşdirilmiş  toplusunu  təq- 

dim edir.  Bu biliklər demokratik ölkələrin dövlət idarəçiliyi mədəniyyətinin 

təkmilləşdirilməsi üçün şərtsiz praktik dəyərə malikdir.

Kulturologiyanı XXI əsrin aparıcı paradiqması və idarəetmə mədəniyyə- 

tinin elmi əsası kimi nəzərdən keçirərək müəllif,  -  insanın inkişafında,  döv- 

lət  quruculuğu  və  idarəetmədə,  şəxsiyyətlərarası,  işgüzar,  ailə  və  beynəl- 

xalq  münasibətlərin  harmonizasiyasında  onun  rolunu  inandırıcı  şəkildə 

açıqlayır.  Dünya mədəniyyəti  və  sivilizasiyası  inkişaf təcrübəsinin kompa- 

rativ təhlili  əsasında onun tərəfindən kulturologiya sahəsində  qiymətli  elmi 

nəticələr əldə  edilmiş,  dövlətin daxili və xarici  siyasəti,  inzibati-dövlət ida- 

rəçiliyi  sistemi  effektivliyinin yüksəldilməsi üçün əməli  əhəmiyyət daşıyan 

innovativ metod işlənmiş və elmi əsaslı tövsiyələr hazırlanmışdır.

İdarəetmə mədəniyyəti

9



Kitabda  milli  inkişafin  demokratik  yolunu  seçmiş  ölkələrin  dövlətçiliK 

tərəqqisi üçün mühüm əhəmiyyət daşıyan inkişaf etmiş dünya dövlətlərində 

idarəetmə  elminin  əsas  nailiyyətləri  göstərilmiş,  milli  və  beynəlxalq  idarə- 

etmə mədəniyyətinin məzmunu, xüsusiyyətləri və təkmilləşdirilməsi yolları 

açıqlanmışdır.  Burada cəmiyyətin ruhi  (əqli və mənəvi)  mədəniyyətinin in- 

kişafı,  qlobal  idarəetmə  mədəniyyətinin  təkmilləşdirilməsi  üzrə  innovativ 

təkliflər də  şərh edilmişdir.  Belə ki,  fikrimizcə,  Fuad Məmmədovun işləyib 

hazırladığı  Beynəlxalq Dünya mədəniyyəti  Universitetinin modeli  və  onun 

Dünya mədəniyyəti  Beynəlxalq Şurası və ya Beynəlxalq mədəniyyət parla- 

mentinin yaradılması  haqqındakı  təklifi  beynəlxalq idarəetmə,  müxtəlif öl- 

kə və xalqların maraqları və mədəniyyətlərinin harmonizayası üçün ideoloji 

və siyasi əhəmiyyətə malikdir.

İnsanın,  dövlətin  və  beynəlxalq  inkişafın  nəzəri  problemləri  ilə  yanaşı, 

monoqrafiyada ilk dəfə olaraq,  qədim, orta əsr və müasir dövrlərdə  Şərq və 

Qərb ölkələrində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kultu- 

roloji nəzər salınmış, bəşəriyyətin ilk sivilizasiyalarında -  Misir, Şumer, Yuna- 

nıstan, Roma, Kiçik və Mərkəzi Asiya dövlətlərində, Aralıq dənizi hövzəsində, 

Qədim  Hindistanda,  Qədim  Çində  və  Yaponiyada dövlətçilik mədəniyyətinin 

inkişaf prosesləri  göstərilmişdir.  Müasir reallıqlar kontekstində  tətbiq edilmiş 

ictimai tərəqqi,  insan münasibətləri mədəniyyəti və idarəetmə mədəniyyəti- 

nə Məhəmməd Nəsirəddin Tusi, Jan Jak Russo, Mirzə Fətəli Axundzadənin 

konseptual baxışlarının təhlili də diqqətəlayiqdir.

Fikrimizcə,  müəllifin  mədəniyyət  anlayışına  bütöv  sosial  sistem  kimi,  və 

kulturologiyaya  -  inkişaf qanunları,  texnologiyalar və  insanın həyat fəaliyyəti 

imkanları haqqında elm kimi innovativ yanaşması da olduqca səmərəlidir. İda- 

rəetmə mədəniyyətinin mahiyyət və xüsusiyyətlərinin dərk edilməsinə,  şəxsiy- 

yət və liderlərin formalaşdırılmasına, dövlət quruluşu və strateji idarəetmə mə- 

dəniyyətinin təkmilləşdirilməsinə metodoloji açar kimi, kulturologiyanın əvəz- 

edilməz rolu onun tərəfindən inandırıcı şəkildə göstərilmişdir.

Demokratik  ölkələrin  dövlət,  sosial  və  iqtisadi  idarəçiliyinin peşə  bilik- 

lərini,  texnologiyalarını,  hüquqi  və  etik  normalarını  özündə  inteqrasiya 

edən  idarəetmə  elminin  mahiyyəti  kitabda müfəssəl  surətdə  açıqlanmışdır. 

Əsərdə dövlət idarəçiliyi, özünüidarə və dini mədəniyyət sahəsində - P.Druker, 

İ.Vasilenko, Q.Atamançuk, C.Adair, C.Templton, B.Şefer, D.Karneqi, L.Vasil- 

yev, M.Fişer kimi və bir çox başqa görkəmli alimlər və mütəxəssislərin əsərlə- 

rinə  istinad  edilərək,  idarəetmə  prosesləri,  elmi  prinsiplər və  idarəetmə  ef- 

fektivliyinin yüksəldilməsi yolları, təşkilati mədəniyyət tipləri,  liderlik mə- 

dəniyyəti,  şəxsiyyətin  özünüidarəsi  və  ailə  mədəniyyəti  hərtərəfli  nəzərdən 

keçirilmişdir.  Burada dövlət idarəçiliyi  strategiyası,  texnologiyaları,  təşkili, 

qiymətləndirməsi, təkmilləşdirilməsi, hüquqi tənzimlənməsi və informasiya



Fuad Məmmədov

10



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə