Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə4/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   2   3   4   5   6   7   8   9   ...   327

təminatını açıqlayan elmi konsepsiyalar, unitar və federal idarəetmə  sistem- 

lərinin xüsusiyyətləri və modelləri  öz əksini tapmışdır.  Əsərdə bu və ya di- 

gər  problemlərin  təhlili  zamanı  müxtəlif  dövrlərin  və  xalqların  görkəmli 

mədəniyyət xadimlərinin -  Fales,  Pifaqor,  Heraklit,  Sokrat,  Platon, Nizami, 

Tusi, Kavus,  Şekspir, Tolstoy, Dostoyevski, Eynşteyn,  Bokl, Monten,  Lokk 

və  bir  çox  başqalarının  fikirlərinə  və  kəlamlarına  istinad  edilməsi  də  onu 

əhəmiyyətli dərəcədə zənginləşdirir.

Müxtəlif və həyati-vacib kulturoloji informasiya əhatəliliyi baxımından, 

monoqrafiya ensiklopedik xarakter daşıyır.  Onda milli və  qlobal idarəetmə- 

nin mühüm mənbəyi kimi, mədəniyyət və sivilizasiya, etik, hüquqi və  siya- 

si mədəniyyət,  demokratiya və vətəndaş  cəmiyyəti  mədəniyyəti,  insan mü- 

nasibətləri və beynəlxalq münasibətlər haqqında fundamental kulturoloji bi- 

liklər vardır.  Müəllif tərəfindən bəzi demokratik ölkələrin dövlətçilik mədə- 

niyyəti problemləri,  dövlət idarəçiliyi problemləri,  unitar və federal dövlət- 

lərin  dövlət  qulluğu mədəniyyəti,  liderlik mədəniyyəti,  bələdiyyə və  qeyri- 

hökumət  təşkilatları  idarəçiliyi,  həmçinin  Azərbaycan  Respublikasında 

dövlət idarəçiliyi sisteminin islahatı məsələləri nəzərdən keçirilmişdir.  Qərb 

ölkələrində  dövlət idarəçiliyi  mədəniyyəti problemlərinin tədqiqinə  dair el- 

mi  məktəblərin və yanaşmaların təhlilinə  ciddi  diqqət  ayrılmışdır.  Milli  və 

beynəlxalq  sosial-mədəni  siyasətin  həyata  keçirilməsi  xüsusiyyətlərini  əks 

etdirən məsələlər də diqqətdən kənarda qalmamışdır.

İnsan münasibətləri  və  beynəlxalq münasibətlər mədəniyyətinə  həsr  olun- 

muş bölmədə ünsiyyət mədəniyyəti xüsusiyyətlərini və qarşılıqlı anlaşma sirlə- 

rini, müxtəlif xalqların “mədəniyyət dillərini”, konstruktiv diskussiya qaydaları 

və münaqişəsiz münasibət prinsiplərini əks etdirən materiallar da diqqətə layiq- 

dir. Müəllif peşəkar etika, məsuliyyət mədəniyyəti, ziddiyyətlərin həlli təcrübə- 

si  və  münaqişələrin  idarə  edilməsi,  həmçinin beynəlxalq  ənənələr və  beynəl- 

xalq nəzakət məsələlərinin aydınlaşdırılmasına ciddi diqqət ayırmışdır.

Əsərdə  demokratik  ölkələrin  dövlət  və  sosial  idarəçiliyinin  peşəKar  bi- 

liklər,  texnologiyalar  və  etik  normalarla  bağlı  problemlərinə  əhəmiyyətli 

yer ayrılmışdır.  İqtisadi idarəetməyə həsr edilmiş bölmədə məzmunlu mate- 

riallar öz əksini tapmışdır.  Burada Piter Drukerin nəzəri  işləmələr konteks- 

tində  milli  və beynəlxalq biznes  idarəçiliyi mədəniyyətinin təhlilini,  iqtisa- 

diyyatın  inkişafı  idarəçiliyinin  yapon  və  çin  təcrübəsinin  xüsusiyyətlərini 

qeyd etmək lazımdır.

Kitabda müəllifin  özünün elmi  işləmələrinin  ciddi  tədqiqat bloku,  həmçi- 

nin mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və sosial-mədəni siyasət 

anlamına yanaşması təqdim edilmişdir.  Onun tərəfindən innovativ metod kimi 

işlənib  hazırlanmış  -  fərdi,  sosial,  milli və  beynəlxalq  səviyyədə  vacib  həyati 

problemlərin  həlli  üçün  hüdudsuz  imkanlar  açan  idarəetməyə  kulturoloji  ya-



İdarəetmə mədəniyyəti

11



naşmanın elmi və praktik dəyərini xüsusi qeyd etmək lazımdır.  Əsərdə bir çox 

nümunələr  üzərində  insanın  inkişafı,  milli  dövlətçiliyin  tərəqqisi,  həmçinin 

beynəlxalq  inkişaf və  həmrəylik üçün  intellektual,  etik,  hüquqi  və  idarəetmə 

mədəniyyətinin  strateji prioritet əhəmiyyəti  açıqlanmışdır.  Dini mədəniyyətin, 

beynəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həllinin mahiyyət xarak- 

teristikasını nəzərdən keçirən maraqlı materiallar müəllif tərəfindən kulturoloji 

prizma nöqteyi-nəzərindən sistemləşdirilmişdir.

Kitab  -  tələbələr,  xüsusən,  dövlət,  sosial,  iqtisadi və  beynəlxalq idarəet- 

mə  sahəsində  ixtisaslaşan  tələbələr,  həmçinin  sosioloqlar,  hüquqşünaslar, 

politoloqlar üçün  qiymətli tədris vəsaitidir.  Ondakı  özünüidarə,  ailənin ida- 

rə edilməsi, dini mədəniyyət, insan münasibətləri və beynəlxalq münasibət- 

lər məsələlərini daxil edən, kulturoloji biliklərin universal xarakterini nəzə- 

rə  alaraq, kitab yalnız Azərbaycanın deyil, həm də  dünyanın müxtəlif ölkə- 

lərinin  məmurları,  siyasətçiləri,  diplomatları,  ailə  başçıları  və  sadə  vətən- 

daşları üçün elmi və praktik əhəmiyyətə malikdir.

Tarix  elmləri  doktoru,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov Azərbaycanda 

kulturologiya elminin və maarifinin banisi,  ölkədə  ilk qeyri-hökumət təşkilatı- 

nın  -   beynəlxalq  aləmdə  qəbul  edilmiş  “Simurq”  Azərbaycan  Mədəniyyət 

Assosiasiyasının yaradıcısı və prezidentidir. Onun elmi maraqları sahəsi -  milli 

və  beynəlxalq  idarəetmə  mədəniyyəti;  insanın  həyat  fəaliyyəti  mədəniyyəti; 

dünya mədəniyyəti və sivilizasiyasının tarixidir.  Fuad Məmmədov - mədəniy- 

yət və elm tarixi və nəzəriyyəsi üzrə 200-dən artıq elmi və elmi-maarifçilik iş- 

lərinin, cəmiyyətin və dövlətin modernləşdirilməsi və  sosial tərəqqisinə yönəl- 

dilmiş  elmi konsepsiyalar və layihələrin müəllifi, həmmüəllifi və tərtibçisidir. 

Onların arasında yalnız respublikada deyil, həm də Avropa, ABŞ,  Rusiya, ha- 

belə BMT kitabxanalarında istifadə edilən - “Kulturologiya” (2002),  "Kulturo- 

logiya -  effektiv həyat fəaliyyətinə doğru yol kimi” (2006) əsərlərinin adlarını 

çəkmək  olar.  Fuad  Məmmədovun  dünya  mədəniyyəti  və  sivilizasiyasının,  o 

cümlədən,  Azərbaycan mədəniyyətinin,  Rusiya  sivilizasiyasının inkişaf tarixi- 

nə, Norveçin, Yaponiyanın sosial-mədəni inkişaf təcrübəsinə, idarəetmə mədə- 

niyyəti, intellektual,  etik və  dini mədəniyyətinə həsr olunmuş tədqiqatları diq- 

qəti cəlb edir.  Onun kulturologiya və idarəetmə mədəniyyəti nəzəri-metodoloji 

problemlərinin tədqiqinə  töhfəsini  xüsusi  qeyd  etmək lazımdır.  Lütfi  Zadənin 

qeyri-səlis məntiq nəzəriyyəsini və fərdi, sosial və dövlət idarəçiliyi problemlə- 

rinin təhlilinə kulturoloji yanaşmanı kulturologiyada ilk dəfə o tətbiq etmişdir. 

Onun yaratdığı “mədəniyyətin elmi anlamı, mədəni inkişaf amilləri, mədəni in- 

san,  xoşbəxtlik,  idarəetmə  və  özünüidarənin  effektivliyi,  universal  kulturoloji 

təhlil metodu,  dövlət idarəçiliyi mədəniyyətinə  innovativ yanaşma” və s.  kimi 

formulları,  tərif və  kateqoriyaları  kulturologiya üçün fundamental  əhəmiyyətə



Fuad Məmmədov

12



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə