Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə5/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   2   3   4   5   6   7   8   9   ...   327

İdarəetmə mədəniyyəti

malikdir.  O,  mədəniyyət,  elm  və  idarəetmə  tarixi  və  nəzəriyyəsi  problemləri 

üzrə  beynəlxalq  konqresslər,  konfranslar,  simpoziumlarda,  həmçinin  Rusiya, 

AFR, Fransa, Norveç, ABŞ,  Yunanıstan, Misir,  Türkiyə, Kosta-Rika, Rumıni- 

ya, Gürcüstan, Tayland, Koreya, Macarıstan və digər ölkələrdə səfırliklər, döv- 

lət institutları və cəmiyyətlərdə elmi məruzələr və məlumatlarla çıxış etmişdir. 

Onun kulturologiya elminin inkişafına töhfəsi  “İntellektual inkişaf problemlə- 

ri”  Beynəlxalq  Elmlər  Akademiyasının  və  Rusiya  Pedaqoji  və  Sosial  Elmlər 

Akademiyasının həqiqi üzvü seçilməsi ilə qeyd edilmişdir.

Fuad  Məmmədov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Aka- 

demiyasında tələbə və dinləyicilər tərəfindən maraqla mənimsənilən, respub- 

likada yeganə  “İdarəetmə  mədəniyyəti” innovativ kulturoloji  kursun yaradı- 

cısıdır.  Kurs demokratik ölkələrin idarəetmə mədəniyyəti və dünya mədəniy- 

yəti  və  sivilizasiyası  nailiyyətlərinin  öyrənilməsi  əsasında  təşkil  edilmişdir. 

Kursun  oxunması  şəxsiyyətlərin  və  liderlərin  formalaşdırılmasına,  gələcək 

mütəxəssislər  və  müxtəlif  səviyyəli  məmurlar  tərəfindən,  beynəlxalq  stan- 

dartlara yönəldilmiş  müasir elmi biliklərin,  peşə vərdişləri və yüksək demo- 

kratik idarəetmə etikasının mənimsənilməsinə kömək edir.  İyirmi ildən artıq- 

dır ki,  o,  “Mədəniyyət və  cəmiyyət” kulturoloji  seminarının daimi  elmi rəh- 

bəridir ki,  onun çərçivəsi  daxilində  hər  ay  vətənin və  dünya mədəniyyəti və 

sivilizasiyasının tarixi və müasir inkişafının aktual problemləri üzrə görkəmli 

alim və mütəxəssislərin çıxışları və məruzələri, müzakirələr və dəyirmi masa- 

lar, fokus-qruplar və diskussiyalar təşkil edilir.  Bu müddət ərzində onun rəh- 

bərliyi  ilə  300-dən  artıq respublika və  beynəlxalq konfranslar,  interaktiv  se- 

minarlar və treninqlər keçirilmişdir.  O, həmçinin milli və dünya mədəniyyəti 

və sivilizasiyasının tarixi və nəzəri məsələlərinə həsr edilmiş “Simurq” kultu- 

roloji jurnalının yaradıcısı və baş redaktoru, yüzdən artıq yerli və xarici alim- 

lər,  mütəxəssislər  və  diplomatlar  tərəfindən  bəyənilmiş  Beynəlxalq  Dünya 

Mədəniyyəti Universiteti  kulturoloji modelinin  müəllifidir.  Onun  məhsuldar 

elmi-pedaqoji və ictimai  fəaliyyəti “Humay” və “İntellekt” milli ictimai mü- 

kafatları,  həmçinin  “Mədəniyyət  səfiri”,  “Sülh  səfiri”  milli  və  ictimai  fəxri 

adları,  “Simurq”  beynəlxalq  medalı  ilə  və  digər  təltiflərlə  qeyd  edilmişdir. 

1999-cu  ildə  Azərbaycan  Respublikası  Əsilzadələlər  Məclisinin  üzvü  seçil- 

miş,  2000-ci ildə Avropa  Şurası mədəniyyət siyasəti üzrə ekspertlərin Məlu- 

mat Bazasına daxil edilmişdir.

Şübhə  etmirəm ki,  özünün universal  əhəmiyyəti,  ensiklopedikliyi və  in- 

novativ xarakterinə görə, kitab yalnız tələbələr və mütəxəssislər üçün deyil, 

həm  də  müxtəlif ölkələrin  və  kontinentlərin  geniş  oxucu  kütləsi  üçün  ma-

raqlı və faydalı olacaqdır. 

______________



Akademik  Fuad Qasımzadə

13



Fuad Məmmədov

MÜƏLLİFDƏN

Bu gün əqli və mənəvi mədəniyyətin inkişaf problemləri,  şəxsiyyət,  ailə, 

kollektiv,  cəmiyyət və  dövlət,  milli  və  beynəlxalq  idarəetmə  mədəniyyəti- 

nin təkmilləşdirilməsi, ”biliklər cəmiyyətinin” əsasını təşkil edən intellektu- 

al  mədəniyyətin  prioritet  inkişafı,  həm  milli  dövlətlər,  həm  də  bütövlükdə 

dünya birliyi üçün aktualdır.

Planetin bütün  ziyalı  insanlarını,  şəxsiyyətin  dəyərinin  onun ruhi mədə- 

niyyəti  ilə  -   insana  əzəldən  xas,  aprior  olan,  seçimindən  asılı  olmayaraq 

milli  və  dini  mənsubiyyətdən  yaxud  doğulduğu  yerdən  yüksəkdə  duran 

keyfiyyətlə müəyyən olunduğunun dərk edilməsi ilə  şərtlənən  - ruhi yaxın- 

lıq birləşdirir.  Sokrat doğulduğu yeri -  Kainat, özünün təyinatını isə - bütün 

bəşəriyyətə  məhəbbəti  və  xidməti  hesab  edirdi.  Vətənpərvərlik,  vətənə  və 

xalqına məhəbbət - ziyalının öz vətəndaşlarına yüksək ruhi mədəniyyət aşı- 

laması,  onların təhsilinə və tərbiyəsinə yardım etməsi,  qabiliyyətləri və vər- 

dişlərini,  insanlıq və  vətəndaşlıq  ləyaqətini,  əməyə  məhəbbətini  inkişaf et- 

dirməsində  ifadə  olunmalıdır.  Özü üçün xoşbəxt həyat  qurmağa,  arzularını 

və  məqsədlərini  həyata  keçirməyə,  cəmiyyətin  rifahı  naminə  kreativ  icti- 

mai-faydalı  əməklə  məşğul  olmağa,  həyatda  ləyaqətli  iz  qoymağa  qadir 

olan vətəndaşların  “ruhi  istehsalı” yolu  ilə  Vətənə  xidmət etməsi  -  yüksək 

mədəniyyətli insanların şərəfli missiyasıdır.

Bəşəriyyətin çoxillik inkişaf təcrübəsi  göstərdi ki, mədəniyyət aşağıdakı 

məntiqi ardıcıllıqla təqdim edilməsi mümkün olan, insanın həyat fəaliyyəti- 

nin  məqsədi,  vasitəsi  (texnologiyaları)  və  nəticəsi  kimi  ifadə  olunur:  məq- 

səd:  insan həyatının yaxşılaşdırılması və  qorunması, xoşbəxtliyə nail olma; 

inkişaf vasitələri və enerji mənbələri:  təbiət və mədəniyyət;  gözlənilən nəti- 

cə:  ruhi və maddi dəyərlər, təhlükəsizlik, həyat rifahı və keyfiyyəti.  Müvəf- 

fəqiyyətə kömək edən şərt -  intellektual,  etik, hüquqi,  idarəetmə və iqtisadi 

mədəniyyətin prioritet və qarşılıqlı əlaqəli inkişafıdır.

Təbii hadisə olan təbiət sinergetikasından (özünütəşkilindən) fərqli olaraq, 

mədəniyyət  sinergetikası  -  bəşəriyyətin  elmi  bilikləri  və  sosial  təcrübəsinə 

əsaslanan  sosial-mədəni  siyasət,  məhsuldar  idarəetmə,  təhsil  və  tərbiyə  ilə 

şərtlənən,  əsasən süni prosesdir.  Güclü ruha - biliklə  zənginləşdirilmiş  ağıla, 

gözəl hisslərə  və  möhkəm  iradəyə  malik  ləyaqətli  cəmiyyət üzvlərinin,  şəx- 

siyyət və  liderlərin formalaşdırılması və  inkişaf etdirilməsi  dövlət tərəfindən 

vətəndaşların  intellektual,  etik  və  hüquqi  mədəniyyətinin  prioritet  inkişafını 

tələb  edir.  İnsanların idarəetmə  mədəniyyətinə  öyrədilməsi1,  insanın müvəf-

1  Çayda  üzən  idarə  olunmayan,  yaxud  pis  idarə  olunan  qayıq,  çayın  yüksək  hərəkət 

dinamikası  və  sürətinə  malik mərkəzi  axarından çıxa bilər, və kiçik çayda  sıxılaraq, nəzərdə 

tutulan məqsədə vaxtında yetişmədən uzun müddətə aralana bilər.

14



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə