Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə6/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   2   3   4   5   6   7   8   9   ...   327

İdarəetmə mədəniyyəti

fəqiyyətli özünüidarə və ailəsini idarəetmə texnologiyalarına, istəyi və xüsusi 

idarəetmə  qabiliyyəti olan vətəndaşların isə yüksək ruhi mədəniyyətə əsasla- 

nan, effektiv sosial, iqtisadi, dövlət və beynəlxalq idarəetməyə yiyələnməsinə 

yardım - milli dövlətlərin və beynəlxalq birliyin mühüm vəzifəsidir.

Dünya və milli mədəniyyət nailiyyətləri haqqında,  diaqnostika,  sosial tera- 

piya  və  böhranların  aradan  qaldırılması  metodları  haqqında,  insanların həyat 

fəaliyyəti və  dövlət idarəçiliyinin kulturoloji texnologiyaları haqqında biliklər 

olmadan peşəkar siyasətçi və məmurların formalaşdırılması prosesini təsəvvür 

etmək çətindir. Bu gün ictimai inkişaf qanunauyğunluqları və tendensiyalarının 

ilkin  sistemli  kulturoloji  təhlili  olmadan  düzgün  qərarların  qəbul  edilməsi 

mümkün  deyil.  Bu  baxımdan  dövlət  qulluğu  mütəxəssisləri  ciddi  kulturoloji 

hazırlıq  keçməli,  dünya  və  milli  mədəniyyət  tarixi  və  nəzəriyyəsini,  müasir 

dövlət idarəçiliyi mədəniyyətinin və elminin əsaslarını dərindən öyrənməlidir- 

lər.  Bu - hadisələr, faktlar və proseslərin mahiyyəti haqqında düzgün təsəvvür- 

lərin formalaşmasına,  zamanın xarakterini,  insanların psixologiyasını,  innova- 

tiv qabiliyyətlərin və liderlik keyfiyyətlərinin inkişafını obyektiv dərk etməyə, 

yeni  imkanları  görmək və onların praktik həyata keçirilməsi texnologiyalarını 

yaratmaq  qabiliyyətinə  səbəb  olan kulturoloji  təfəkkürün yetişdirilməsinə  im- 

kan verir.  Daxili və xarici siyasətini sistemli kulturoloji tədqiqatların elmi nəti- 

cələri əsasında quran dövlətlər, öz ölkələrinin dinamik inkişafını və etibarlı təh- 

lükəsizliyini təmin edən sosial texnologiyaları daha yaxşı tərzdə təkmilləşdirir- 

lər.  Onlar dünya sivilizasiyasının çağırışlarına özlərinin adekvat cavab vermək 

qabiliyyətini yüksəldir, daha yaxşı gələcək qurmaq və onun effektiv idarə edil- 

məsinin xüsusi imkanlarını genişləndirirlər.2

2 Effektiv  milli  və  beynəlxalq  idarəetmə  üçün  zəruri  olan  kulturoloji  təfəkkür  və  universal 

kulturoloji  biliklərin  formalaşdırılması  üçün:  Q.V.F.Hegel,  J.J.Russo,  F.M.A.Volter, 

İ.V.Höte,  C.Neru,  E.Teylor,  L.Morqan,  F.Boas,  L.Uayt,  M.Mid,  A.M aslou,  A.Toynbi, 

O.Şpenqler, M.Veber, İ.Kant, F.Engels, M .Horkhaymer, Q.  Markuze,  T. Adorno, Q.Rikkert, 

Y.  Habermas,  Y.Lippert,  K.Yaspers,  B.Malinovski,  A.  Boqdanov,  C.  Bernal,  Lütfi  Zadə, 

həmçinin T.  Parsons, H.  Hesse, V. Diltey, İ.Saburo, E.  Orteqa-Qasseta, İ.Herder, Q.Zemmel, 

P.  Sorokina,  A.Veber,  D.Bella,  A.  Berqson,  J.Attali,  E.Auerbax,  V.Vindelband,  R.Merton, 

E.M unye,  T.Nakane,  V.Osvald,  T.Şarden  və  digər  görkəmli  alimlər,  yazıçılar  və 

maarifçilərin  əsərlərinin,  həmçinin Frankfurt  məktəbi  və  “A nnallar” məktəbi  tədqiqatlarının 

öyrənilməsi  və  istifadə  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  İnsanın  inkişafı,  dövlət 

quruculuğu,  milli  və  beynəlxalq  idarəetmə  üçün  kulturologiyanın  elmi  və  praktik  dəyərinin 

daha  dərindən  dərk  edilməsi  üçün:  N.Konrad,  M.Eaxtin,  V.Vernadski,  Q.Vernadski, 

L.Qumilyov, N.Berdyayev, M.Blok, N.Rerix, V.Muravyov, M .Kaqan, L.Gertman, A.Petrov, 

Q.Volkov,  D.Lixaçov,  Q.Draç,  K.Razloqov,  V. 

Stepin,  A.Zapesotski,  D.Spivak, 

O.Astafyeva,  M.Yeşiç,  S.Artanovski,  A.Blok,  V.Polikarpova,  A.M arkova,  İ.Levyaş, 

Y.Rojdestvenski, A.  Kravçenko,  V.Polişşuk, L.Mixaylova, V.Rozin, P.Qureviç, Y.Malyuqa, 

G.Antipov,  A.Koçergin,  V.Davidoviç,  Y.Jdanov,  İ.Zlobin,  V.Mejuyev,  M.Kim,  V.  Masson 

və digər rus alimlərinin əsərləri mühüm əhəmiyyətə malikdir.

15



Hər bir ölkənin dövlət idarəetmə  sistemi milli inkişafın, həmçinin dünya 

sivilizasiyasının  real  prosesləri  ilə  diktə  edilən,  dəyişikliklərə  məruz  qalan 

idarəetmə  sistemi  effektivliyinin  yüksəldilməsinə  yardım  edən  mənbələrin 

və  metodların,  məqsədlərin  və  gözlənilən nəticələrin  müəyyən  edilməsi  və 

permanent  düzəlişlərini  nəzərdə  tutur.  Birincilərə  -  davamlı  inkişaf,  rifah, 

həyat keyfiyyəti, fiziki və mənəvi sağlamlıq, təhlükəsizlik, müdafiə  qabiliy- 

yəti,  rəqabət qabiliyyəti  və  etibarlı  gələcəyi  aid etmək  olar.  İkincilərə  -  bi- 

liklər, texnologiyalar,  hüquq,  etika,  məsuliyyət,  innovativ  fəaliyyət,  kadrla- 

rın hazırlığı və yenidən hazırlığı və  səmərəli istifadəsini, həmçinin mövcud 

resursları,  reallıqları  və  inkişaf  perspektivlərini  nəzərə  almaqla,  effektiv 

idarəetmə  qərarlarının  qəbul  edilməsinə  imkan  verən  kulturoloji  təhlilin 

metodologiya və metodlarını  aid etmək olar.  Bizə elə  gəlir ki, belə kulturo- 

loji yanaşma həm milli,  həm  də  beynəlxalq maraqlara  cavab  verir.  Strateji 

prinsip kimi, o həm milli, beynəlxalq, bələdiyyə,  iqtisadi,  sosial və ailə ida- 

rəçiliyi üçün, həm də yaşadığı ölkədən, peşəsindən və həyat fəaliyyəti sahə- 

sindən  asılı  olmayaraq,  şəxsiyyətin,  hər bir  ayrıca götürülmüş  insanın  özü- 

nüidarəsi üçün müvəffəqiyyətlə istifadə oluna bilər.

İdarəetmə  prosesləri  texnologiyalarının təkmilləşdirilməsi  üçün  sistemli 

kulturoloji yanaşmanın səmərəliliyi onunla şərtlənir ki, o həm fərdi, həm də 

kollektiv  səviyyədə məqsədlərin  seçimi,  prioritetlərin müəyyənləşdirilməsi, 

düzgün  qərarların  qəbul  edilməsi,  danışıqlar  prosesinin  həyata  keçirilməsi 

və  innovativ  fəaliyyətlə  bağlı mürəkkəb məsələlərin həllini  ən yaxşı  tərzdə 

tapmağa imkan verir.  Buna əsaslanaraq, mövcud əsərin hazırlanması  zama- 

nı tərəfimizdən,  insanın özünü təkmilləşdirməsi üçün zəruri  olan, həmçinin 

siyasi  quruluşundan  asılı  olmayaraq,  müxtəlif ölkələrdə  müasir dövlət ida- 

rəçiliyi  sisteminin  təkmilləşdirilməsinin  dərk  edilməsi  üçün  vacib  hesab 

edilən insanın inkişafı və idarəetmə prosesləri  qanunauyğunluqları və xüsu- 

siyyətlərinin  aşkar  edilməsi  və  ümumiləşdirilməsi  məqsəd  olaraq  qarşıya 

qoyulmuşdur.  Biz  müvəffəqiyyətə,  rifaha,  yaradıcılığa  və  xoşbəxtliyə  can 

atan  hər  bir  insanın  məhsuldar  həyat  fəaliyyəti  üçün  lazım  olan  universal 

kulturoloji bilikləri  əks  etdirmək istəmişik.  Vəzifələrdən biri  şəxsiyyətləra- 

rası,  işgüzar və  beynəlxalq münasibətlərin təkmilləşdirilməsi  üçün,  şəxsiy- 

yətin  özünüidarə  mədəniyyətinin,  ailənin  idarə  edilməsi  mədəniyyətinin 

formalaşdırılması və inkişafı üçün zəruri olan konkret biliklərin və texnolo- 

giyaların sistemləşdirilməsi  idi.  Bununla bərabər sistemli kulturoloji yanaş- 

maya  istinad  edərək,  demokratik  inkişaf yoluna  qədəm  qoymuş  ölkələrin 

milli  təcrübədə  yaradıcılıqla  istifadəsi  üçün  faydalı  olan,  bir  sıra  aparıcı 

dövlətlərin dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyinin tarixi təcrübəsi- 

ni  tərəfimizdən  oxucunun  diqqətinə  çatdırmaq  cəhdi  edilmişdir.  Bu  məq- 

sədlə  kitabda,  Qərb  ölkələrində  qəbul  edilmiş  dövlət  idarəçiliyi  metodları,



Fuad Məmmədov

16



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə