Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə9/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   5   6   7   8   9   10   11   12   ...   327

muşdur.  Bununla yanaşı  əsərdə  Şərq və  Qərb  ölkələrinin  qədim,  orta əsr- 

lər və yeni dövrdə dövlət idarəçiliyi tarixinə ciddi yer ayrılmış, Yaponiya- 

nın,  Çinin və  Tayvanın  dövlət və  iqtisadi  idarəçilik təcrübəsinə,  rus  alim- 

lərinin nəzəri nailiyyətlərinə kulturoloji nəzər yetirmişdir.

Dərs  vəsaitinin  müsbət  cəhətlərindən  biri,  insanın  həyat  fəaliyyətinin 

inkişaf qanunları,  texnologiyaları və imkanları haqqında,  XXI  əsrin  aparı- 

cı  elmi  paradiqması  olan  kulturologiyanın  əsaslarının  şərh  edilməsidir. 

Tələbələrin interaktiv təliminin və məmurların ixtisasının  artırılması üçün 

professor  Fuad  Məmmədov  tərəfindən işlənib  hazırlanmış,  metodoloji  in- 

novasiya  kimi  kulturologiyada  ilk  dəfə  olaraq,  Lütfi  Zadənin  qeyri-səlis 

məntiq nəzəriyyəsinin onun tərəfindən istifadə  edildiyi  innovativ metodo- 

logiya  və  sistemli  kulturoloji  tədqiqatlar  mühüm  metodoloji  əhəmiyyətə 

malikdir.  Onun  tərəfindən  işlənib  hazırlanmış  “kulturologiya  piramidası” 

universal metodu,  mədəniyyətin elmi tərifi”,  “mədəni  insan”,  “mədəni  in- 

kişaf amilləri”,  “mədəniyyət,  sosial  sistem kimi”,  “mədəniyyətin effektiv- 

liyi”,  “idarəetmə  effektivliyi”,  “sosial-mədəni tərəqqi  effektivliyi”,  “insan 

kapitalı,  inkişaf  etməkdə  olan  sistem  kimi”  anlayışların  məzmun-məna 

genişləndirilməsi  və  Azərbaycan  sosial-humanitar  elmində  milli  kulturo- 

logiyanın  müstəqil  istiqamətinin  əsasını  qoymuş  digər  formullar və  kate- 

qoriyalar böyük əhəmiyyətə malikdir.

Kitabın  məzmunu  dövlət  idarəçiliyi  sisteminin  təkmilləşdirilməsi,  si- 

yasətçi və  məmur kadrların hazırlığı və yenidən hazırlığı  üçün yüksək el- 

mi,  tədris və praktik dəyərə malik materialların zənginliyi və  şərhinin  sis- 

tematikliyi ilə diqqəti cəlb edir”.



O.N.Astafyeva,

kulturoloq,  “Vətəndaş cəmiyyəti və sosial kommunikasiyalar” 

Elmi-Təhsil Mərkəzinin direktoru, Rusiya Federasiyası 

Prezidenti yanında Rusiya Xalq təsərrüfatı və Dövlət qulluğu 

Akademiyasının YUNESKO kafedrasının professoru, 

fəlsəfə elmləri doktoru, professor

“Görkəmli  kulturoloq-alim,  tarix  elmləri  doktoru,  dünya  mədəniyyəti 

və  sivilizasiyasının  tarixi  və  nəzəriyyəsi,  həmçinin  milli  və  beynəlxalq 

idarəetmə  mədəniyyəti  problemlərini  əhatə  edən tədqiqatları  ilə  Azərbay- 

can  elmində yeni  elmi  istiqamətin -  beynəlxalq  aləmdə  tanınan milli  kul- 

turologiyanın  əsasını  qoymuş,  elmdə  öz  üslubu,  yaradıcılıq  dəsti-xətti  ilə 

seçilən  hörmətli  professor  Fuad  Məmmədovun  “İdarəetmə  mədəniyyəti. 

Xarici ölkələrin təcrübəsi” fundamental monoqrafiya xarakterli  dərs vəsa- 

iti  də,  birinci  növbədə,  Azərbaycanda  kulturoloji  məlumatın,  yəni  dünya 

mədəniyyəti  tarixinin  əsaslı  öyrənilməsinə,  ali  məktəblərdə  tədrisinə,  əs- 

lində gəncliyin hərtərəfli inkişafı kimi vacib məsələlərə həsr olunmuşdur.

Fuad Məmmədov

22



Idarəetmə mədəniyyəti

Mən  bir  dəfə  bu  görkəmli  alimə,  yaşının  nisbətən  azlığına  baxmaya- 

raq,  “Azərbaycanda  kulturologiya  elminin  atası”  demişəm.  Bu  sahədə 

onun xidmətləri həqiqətən də danılmazdır.  Kulturoloji tədqiqatlarının qiy- 

mətli  elmi  nəticələri  ilə  o, bütöv  sosial  sistem kimi  mədəniyyətin yeni  el- 

mi anlamını vermişdir.

Onun tərəfindən,  elm və tədris üçün çox qiymətli olan, yeni kulturoloji 

metodologiya və tədqiqat metodları məcmusu işlənib hazırlanmış və prak- 

tikada  müvəffəqiyyətlə  tətbiq  olunmuş,  “kulturologiya  piramidası”  uni- 

versal  metodu  təklif edilmiş,  kulturologiyada  ilk  dəfə  olaraq,  Lütfi  Zadə- 

nin qeyri-səlis məntiq nəzəriyyəsi  istifadə  edilmişdir.  Burada bir sıra dün- 

ya  xalqlarının  mədəni  inkişafının,  dövlətçilik  və  idarəetmə  mədəniyyəti- 

nin  zəngin  tarixi  təcrübəsi,  onların mədəniyyəti,  həyat tərzi  və  dini  xüsu- 

siyyətləri  geniş  surətdə  təhlil  edilmişdir.  Bununla yanaşı  təqdirəlayiq hal- 

dır  ki,  Fuad  Məmmədov  -   Nəsirəddin  Tusi,  Mirzə  Fətəli  Axundzadə  və 

digər  görkəmli  mədəniyyət xadimlərinin mədəni  irsinin təhlili  və  qiymət- 

ləndirilməsi  əsasında milli  və  dünya  sivilizasiyasının  inkişafına Azərbay- 

can  mədəniyyətinin  də  verdiyi  töhfələri  əks  etdirmişdir.  Həyat  fəlsəfəsi- 

nin inkişafı,  özünü təkmilləşdirmə,  “yollar çoxluğu” olan həyatda düzgün 

yolun  seçilməsinə  yardımçı  olduğuna görə,  onun bu  əsərini,  haqlı  olaraq, 

“həyat kitabı” adlandırırlar.

Sonda Azərbaycan  Respublikasının ümummilli  lideri  Heydər  Əliyevin 

sözlərini  sitat  gətirmək  istərdim:  “Yüksək  mədəniyyətə  malik  olan  xalq 

həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir!”



Nəriman Həsənzadə, 

Xalq şairi, 

kulturoloq, professor, 

Milli Aviasiya Akademiyası 

Dil və ədəbiyyat kafedrasının müdiri

“Uzun illərin  ağır zəhməti,  dərin elmi  araşdırmaların və  parlaq istedadın, 

yerli  və  xarici  təcrübənin  mükəmməl  öyrənilməsi  hesabına  başa  gəlmiş  bu 

monumental,  samballı,  çoxcəhətli  kitab  Azərbaycan  elminə,  mədəniyyətinə, 

təhsilinə layiqli bir töhfədir.

Kulturologiya  -  insan  və  onun  fəaliyyəti  haqqında  elmdir.  Professor 

F.Məmmədov  uzun  illərdir  ki,  ölkəmizdə  kulturologiya  elminin  yaradıcısı, 

patriarxı və bu elmin təşkilatçısı kimi tanınır və fəaliyyət göstərir.  Dövlət ida- 

rəçiliyində kulturologiya elminin əhəmiyyətli məsələləri bütün əsər boyu qır- 

mızı xətlə keçir.  Müəllif əsaslı dəlillərlə göstərir ki, yalnız bu elmin nəzəriy- 

yəsini, milli və beynəlxalq mədəniyyətlərin tarixini və əsaslarını dərindən bi- 

lən kəs dövrün,  zamanın tələb etdiyi mütəxəssis ola bilər.  Peşəsindən,  tutdu-

23



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə