Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə16/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   12   13   14   15   16   17   18   19   ...   315

Fuad Məmmədov

 

 

36



manent olaraq yaxşılaşdırmaq, sülh və həyat qabiliyyətli sivilizasiya forma-

laşdırmaq üçün insana – özünün, dövlətin, cəmiyyətin, bəşəriyyətin, indiki 

və gələcəк zamanın qarşısında yüksək məsuliyyət mədəniyyəti gərəkdir. 

Kitabın məqsədlərindən biri mədəniyyət haqqında “iqtisadiyyat üzərində 

üstqurum” olması kimi köhnəlmiş ictimai təsəvvür stereotiplərinin aradan 

qaldırılmasına və onun yaradıcı proses və bütöv sosial sistem kimi düzgün 

başa düşülməsinə kömək etməkdir. Bütün cəmiyyət tərəfindən yaradıcı pro-

ses olan mədəniyyətin mahiyyətinin, onun əsas vəzifələrinin, universal 

funksiyaları  və  dəyişdirici imkanlarının, ideoloji və koordinasiya rolunun 

dərk edilməsi, dövlət quruluculuğu və idarəçiliyi üçün kulturologiyanın 

strateji əhəmiyyətinin qiymətləndirilməsi bir çox siyasi və sosial problem-

lərin həllini asanlaşdırır, ziddiyyətlərin aradan qaldırılmasına və destruktiv 

proseslərin qarşısının alınmasına imkan verir. 

Ruhi mədəniyyətin strukturu, prioritetləri və hərəkətverici qüvvələri icti-

mai tərəqqi üçün həlledici əhəmiyyətə malikdir. Hər bir milli mədəniyyətin 

effektivliyi onun strukturundan asılıdır. Dünya mədəniyyəti və sivilizasiya-

sının inkişaf təcrübəsi göstərdi ki, yüksək rifah halı və həyat keyfiyyəti yal-

nız, mədəniyyətin bütöv sisteminin başlıca hərəkətverici qüvvəsi intellektu-

al mədəniyyət: elm, təhsil, maarif və elmtutumlu informasiya olan ölkələrdə 

təmin olunur. Real müstəqilliyə gedən yol yüksək mədəniyyətdən, vətən-

daşların ümumi maraqlarına əsaslanan mədəni inkişafdan, ilk növbədə, in-

tellektual inkişafdan keçir. İnсanın dəyəri onun milli mənşəyi, silki mənsu-

biyyəti, maddi vəziyyəti və ya dini məzhəbi ilə deyil, şəxsi ruhi mədəniyyə-

ti – humanizmi və insanların rifahı naminə yaradıcı fəaliyyəti ilə müəyyən 



edilir. Başqa sözlə, insanın həqiqi dəyər meyarı şəxsiyyət mədəniyyətidir. O 

isə müəyyən hədlərdə, onun inkişaf və nailiyyətlərini müəyyənləşdirir. Bu-

na görə də öz ölkəsinin və bütün bəşəriyyətin həyatına biganə olmayan hər 

bir mədəni insan ruhi mədəniyyətin yüksəldilməsinə, biliklərin və insan ali-

cənablığının inkişafına yardım etməli, gənc nəslə dünya sivilizasiyasının 

pozitiv təcrübəsini ötürməlidir. Ruhi mədəniyyətin inkişafı – eyni zamanda 

insanın şəxsi ad-sana nail olması yoludur. Şəxsi ad-san irsidən həmişə üs-

tündür, çünki irsən qazanılmış ad-sanı insan hələ qorumağı və özünün həyat 

şəraitdən asılı olmayaraq, şəxsi ləyaqəti və alicənab xarakteri ilə təsdiq et-

məyi bacarmalıdır. Qazanılmış ad-san isə onun şəxsi keyfiyyətlərinin, ruhu-

nun aristokratlığı, qabiliyyətlərinin və yaradıcı fəaliyyətinin nəticələri, onun 

insanlar, Vətən və  Bəşəriyyət qarşısında  şəxsi xidmətlərinin ifadəsidir. 



Dünyanı qatı eqoizmdən və ksenofobiyadan, iztirablardan və daim böhran-

lara məruz qalan texnogen sivilizasiyanın dağıdıcı proseslərindən yalnız 



yüksək ruhi mədəniyyət xilas edə bilər.  

Ömür qısadır və insanlar bu reallığı müxtəlif cür başa düşürlər. Bəziləri 




İdarəetmə mədəniyyəti 

 

37



öz əməyi və xeyirxahlığı ilə adını gələcək nəsillərin yaddaşına yazmağa və 

əbədi şöhrət qazanmağa tələsir, digərləri isə həyatdan öz xeyirlərinə istifadə 

etmək üçün yaşayırlar. Bu məsələdə  hər bir insanın mövqeyini onun ruhi 

mədəniyyəti, tərbiyəsi, dünyagörüşü, həmçinin cəmiyyətdə üstün olan də-

yərlər sistemi müəyyən edir. Bununla belə, hamımız yadda saxlamalıyıq ki, 

böyük məqsədlərsiz, böyük işlər yoxdur. Fridrix  Şiller demişdir ki, insan, 

onun məqsədləri böyüdükcə, böyüyür. Şübhəsiz ki, burada söhbət yüksək 

mədəniyyətli insandan gedir, çünki şəxsiyyətin, onun ruhi mədəniyyətinin, 

intellektual və  mənəvi səviyyəsinin inkişafı olmasa, məqsədlərin inkişafı 

mümkündürmü? Özünün мədəni inkişafa ehtiyacı olan kəs başqalarının mə-

dəni səviyyəsini qiymətləndirə və yüksək məqsədlər qoya bilərmi? Hər bir 

xalqda, bu və ya digər dərəcədə, əqlin və qəlbin mədəniyyətinin harmonik 

vəhdət təşkil etdiyi yüksək mədəniyyətli insanlar və  yalniz anladıqlarını 



eşidən kəmsavad, cahil, asanlıqla idarə oluna bilən insanlar vardır. Dövlət 

və sosial idarəçiliyin ən mühüm vəzifələrindən biri kulturoloji təhsil və ma-

arif vasitəsi ilə  nəinki birinci kateqoriyalı insanların biliyini, qabiliyyətini 

və imkanlarını artırmaq, həmçinin bəlkə də daha artıq dərəcədə, etnik mən-

şəyindən, dinindən, yerləşdikləri təbii-coğrafi  şəraitdən və mühitdən asılı 

olmayaraq, ikinci kateqoriyalı insanların mənəvi mədəniyyət səviyyəsini 

permanent olaraq yüksəltməkdir. Düzgün sosial-mədəni siyasətin köməyi 

ilə bütün dünyada pozitiv insan keyfiyyətlərinin stimullaşdırılması və inki-

şafı üçün şəraitin yaradılması zəruridir. Bu hər bir dövlət üçün üç mühüm 

idarəetmə məsələsinin: insan kapitalı mədəniyyətinin inkişafının, cəmiyyə-

tin davamlı, harmonik sosial tərəqqisinə (cəmiyyət mədəniyyətinə) nail olma 

və cahillyin, ksenofobiya və fanatizmin aradan qaldırılması, xalqların mə-

dəni eyniliyi və qarşılıqlı anlaşması hesabına beynəlxalq münasibətlər mə-

dəniyyəti inkişafının eyni vaxtda həllinə imkan verər.  

Cəmiyyət mədəniyyəti nədir? Bu - intellektual mədəniyyət və humanist 

etika, inam və xeyirxahlıq, yüksək incəsənət, rəqabət qabiliyyətli iqtisadiy-

yat, insanın təbii hüquq və azadlıqları, şüurlu qanunlar, düşünülmüş siyasət 

və ədalətli idarəetmədir. Bu - təfəkkür mədəniyyəti və zamanı idarəetmə mədə-

niyyəti, əmək, qidalanma və tibb mədəniyyətidir, bu - şəhərsalma mədəniyyəti, 

yaxşı yollar, abad evlər və parklardır, bu - insan həyatının sağlamlığının və 

ömür uzunluğunun asılı olduğu ekoloji mədəniyyət, fərdi və beynəlxalq 

münasibətlər mədəniyyəti, ailə və insan xoşbəxtliyi mədəniyyətidir. Cəmiy-



yətin sabit inkişafı daha çox qanunların, qaydaların və intizamın icra mədə-

niyyətindən, rifaha, davamlı inkişafa və tərəqqiyə yol açan fəaliyyətin elm 

tutumlu texnologiyalarının istifadəsini nəzərdə tutan yüksək  əmək mədə-

niyyətindən asılıdır. Cəmiyyətdə nizam və intizam ədalətlə saxlanılır, əda-



lət isə insanların qabiliyyətləri, imkanları və xidmətlərinin haqlı qiymətlən-


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə